SALEH▪️NASIROV
34.8K subscribers
1.99K photos
5.3K videos
1.9K links
🇦🇿 Sosial Məsələlər, Məsləhətlər və Təkliflər
Download Telegram
Bu günümüzə min şükür! 🙏

Xocalının Ballıca kəndində TOY ❤️
Əmrah və Arzu ailə həyatına doğma yurdda başlayır.

Xocalı rayonunun Ballıca kəndində sevinc dolu gün yaşanır. Kənddə toy çadırı qurulub. Hüseynovlar ailəsində böyük sevinc və həyəcan yaşanır. Əmrah və Arzunun toy mərasimi keçirilir. Bu günün əsas özəlliyi isə gənc cütlüyün ailə həyatına məhz doğma yurdda, Xocalının Ballıca kəndində başlamasıdır. Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy məclisləri, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır. Ballıca kəndində keçirilən bu toy yalnız bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasının, insanların öz yurdlarına qayıdaraq, burada gələcək qurmasının rəmzi kimi diqqət çəkir. Azad edilmiş torpaqlarımızdan həmişə toy sədası gəlsin!
👍315
Sürücünün halı sükan arxasında qəfil pisləşdi Polis köməyə çatdı. VİDEO
İzləyicim; “Salam Saleh bəy. Təşəkkür etmək istəyərdim sizin vasitənizlə. Deməli bu gün səhərdən yoldaşım narahat idi, həkimə getdik.Analiz falan verdik görək nədi, niyə narahatdi. Uşaqlar tək qalmasın deyə,Uşaqları nənələrigilə qoyub qayıdırdıq. Yoldaşım qəfil yenidən narahatlaşdı və sükan arxasında halı pisləşib qaytarmağa başladı. Nərimanov ərazisində 446 nömrəli polis maşınını görən kimi dərhal yanlarında saxladıq. Deyəsən adı Kənan bəy idi, sürətlə maşından düşüb bizə yaxınlaşdı. Su istədim. Mən yaxınlıqdakı mağazaya tərəf qaçmaq istəyəndə, polis əməkdaşı sağ olsun, anında özü maşınla gedib su alıb gətirdi. Yoldaşım özünə gələnə, vəziyyəti yaxşılaşana qədər bir an belə yanımızdan ayrılmadı, diqqətini əskik etmədi. Hətta suyun ödənişini təklif etsək də, qətiyyən qəbul etmədi.
Yaxşı ki varsınız! Öz adımdan və yoldaşım adından 446 nömrəli polis avtomobilinin əməkdaşı Kənan bəyə dərin təşəkkürümüzü bildiririk. Belə həssas, insanpərvər və məsuliyyətli polis işçilərimizlə fəxr edirik, var olsunlar!”
👍33👏10😍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Elgiz “Şadlıq olsun” adlı yeni layihəsinin tizerini izləyiciləri ilə bölüşərək “tezliklə” qeydini yazıb.
Qeyd edək ki, ötən mövsüm onun aparıcılığını etdiyi “Elgizlə izlə” verilişinin yayımı dayandırılıb.
#elgizekber #elgizleizle
👍4🤣2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu Paxlava Pro Max-dan çox soyuq silaha oxşayır 🤪
🤣11