SALEH▪️NASIROV
31.3K subscribers
1.9K photos
5.02K videos
1.83K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
İranın ali rəhbərinin yeri məlum oldu
İranın ali rəhbəri Əli Xamenei qərargahda yerləşir və hərbi əməliyyatlara şəxsən rəhbərlik edir.
Xamenei 2025-ci ilin yayında baş verən müharibə zamanı olduğu kimi, hazırda da böhran qərargahında yerləşir və döyüş əməliyyatlarını şəxsən idarə edir.
🤣2112👍8🎃4
Media is too big
VIEW IN TELEGRAM
⚠️Diqqət söyüş var 🔞 Səsi azalt 🤦🏻‍♂️
İran Dubayı vurur. Bu arada bizimkilər:
👻136😐6
Ya bu Ayətullahnın ölüsünü, ya da dirisini göstərin də. Lap Ramaşka 🌼 etdiniz e, biri deyir ölüf, digəri isə sağdır 🤦🏻‍♂️
😁34🤣17👍31🤬1
Media is too big
VIEW IN TELEGRAM
Hakimiyyətə gəlmək üçün hər kəs böyük imkanlar, gözəl və firavan həyat, azadlıq və dermokratiya VƏD EDİR! Lakin, təcrübə göstərir ki, realda hər şey ƏKSİNƏ və daha pis olur! Saf və cahil cəmiyyət isə həmişə bu hakimiyyət oyunlarının qurbanı olur. Odur ki, boş boş sözlərə, böyük vədlərə və qeyri müəyyənliyə, nağıllara inanmaq və etibar etmək olmaz. Ciddi analiz etmək, hər tərəfli və daha böyük düşünmək labüddür.
19👍11🤣2
Xameneinin meyitinin fotosu yayılıb. Onun cəsədi dağıntılar altından çıxarılıb.
Montajdlr, şantajdlr hər nədirsə hələlik budur…
👍38😢3010🤔6👌4
🇮🇷 İNDİ İRANDA NƏ BAŞ VERƏCƏK?
İran hökuməti Ali Rəhbər Əli Xameneinin vəfatından sonra 40 günlük milli matəm elan edib. Növbəti yeddi gün qeyri-iş günü olacaq. Yeni Ali Rəhbər təyin olunana qədər İranı İran Prezidenti Məsud Pezeşkian, məhkəmə sisteminin rəhbəri və Keşikçilər Şurasının nümayəndəsindən ibarət şura idarə edəcək.

88 ruhanidən ibarət bir qurum olan Liderlik Ekspertləri Məclisi Ali Rəhbərin xələfini təyin edəcək.

Mərhum İran liderləri:
▪️ Ölkə lideri Ayətullah Əli Xamenei;
▪️ Ayətullahın təhlükəsizlik müşaviri Əli Şamxani;
▪️ İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur;
▪️ Müdafiə naziri Əziz Nəsirzadə;
▪️ İran Ordusunun Baş Qərargah rəisi Əbdülrəhim Musəvi.

İran İsrail ərazisinə yeni raket zərbələri dalğası endirib. Hücumlar bölgədəki 27 Amerika bazasına, eləcə də İsrail ordusunun baş komandanlığının qərargahına, Tel Nof hava bazasına və Tel-Əvivdəki böyük bir müdafiə sənayesi kompleksinə hücumları əhatə edirdi.

Daha əvvəl İranın Tel-Əvivə endirdiyi zərbələr nəticəsində bir nəfərin öldüyü, 20 nəfərin yaralandığı bildirilirdi.

İsrail Müdafiə Qüvvələri İranın hərbi hədəflərinə yeni bir zərbə endirdiyini bildirdi. Yeni hücumun hədəfi İranın ballistik raketləri və hava hücumundan müdafiə sistemləri idi.

Dubayda İran zərbəsi həmçinin Burj Al Arab otelinə (yelkən formalı bina), beynəlxalq hava limanına və Cəbəl Əli limanına da dəydi. Vurulan dronların dağıntıları yaşayış binalarına da düşdü. Yerli hakimiyyət orqanlarının məlumatına görə, iki nəfər yaralanıb.
14🤣7
DİQQƏT🚨DYP FİŞİNQ‼️MAŞENNİKLƏR
İzləyicim; “Saleh bəy salam az öncə mənə belə bir nömrədən mesaj gəldi. Adıma heç bir Nv yoxdur deyə linkə belə girməyə ehtiyac duymadım fake olduğu bəllidir+ nömrə Filippin nömrəsidir.
Amma başqa insanlar ani mesaj ilə linkə girə bilərlər .Ehtiyatlı olsunlar”
10👍4🤣3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Qoy mən tox olum özgələri ilə nədir karım,
Dünyavü cahan ac olur olsun nə işim var?!
🤣4810🥰1
Tramp İranın yeni rəhbərliyi ilə danışıqlara razılıq verdi
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqtonla danışıqlara başladığını iddia edib.

Bu barədə Ağ Ev rəhbəri "Fox News"a bildirib.
"Onlar danışmaq istəyirlər və mən də danışmağa razı oldum, ona görə də onlarla əlaqə saxlayacağam. Bunu daha əvvəl etməli idilər. Çox praktik və asan bir şey etməli idilər. Çox gözlədilər", - deyə Tramp bildirib.
 
Prezident qeyd edib ki, əməliyyat başladıqdan sonra İranın hazırkı rəhbərliyi özü əlaqə qurmaq təşəbbüsünü göstərib.
👍96👌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
SEPAH-ın mənzil-qərargahı məhv edildi 🚀
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mənzil-qərargahının artıq mövcud olmadığını açıqlayıb.
Qxurumun açıqlamasında həm də obyektə zərbələrin endirildiyi görüntülər yer alıb.
😡11👍7😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İran dövlətinə bağlı “Kanal 3” televiziyasının haker hücumuna məruz qaldığı bildirilir.

Məlumata görə, adi proqram yayımı dayandırılıb və onun əvəzinə Benyamin NetanyahuDonald Tramp tərəfindən İran xalqına ünvanlanan mesajlar yayımlanır.
👍12😁61🤔1
İrandan İsrail istiqamətinə növbəti raketlər buraxılıb
Hücum nəticəsində Yerusəlim şəhərində partlayışlar baş verib.
18👍14👎6
FSYO! 🐸 Keçirik Qurbağa biznesinə!
Ötən il Azərbaycan təxminən 23 ton (23006 kq) qurbağa ayağı ixrac edib.
2025-ci il ərzində Azərbaycandan ümumilikdə 3 ölkəyə qurbağa ayaqları ixrac edilib.
Qurbağa əti Azərbaycandan İtaliyaya (18 032 kq), Fransaya (4 808 kq) və İspaniyaya (166 kq) ixrac olunub.
Qurbağa əti ölkəmizdə Avropa İttifaqında qeydiyyatda olan 2 müəssisə tərəfindən ixrac olunur.
2024-cü ildə də Azərbaycan təxminən 20 tona yaxın qurbağa əti ixrac edib. İxrac olunan qurbağa ayaqları Salyan rayonu, Şorsulu kəndində “AZARIFROG” MMC və Masallı rayonu, Qızılağac kəndində “Az Fish and Frog” MMC qurbağa emalı müəssisələrində yetişdirilir.
😐129👍9😱4
Media is too big
VIEW IN TELEGRAM
Müharibə şiddətlənib 🫣 🚀
😱18🔥63
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ras Al Khaimahda səhər saatlarında Al-Hammranı vurublar 🚀
9😨5👌2👎1
Sizcə ABŞ-İran müharibəsi nə qədər sürər və nə ilə nəticələnəcək?
Anonymous Poll
39%
1 həftə
35%
1 ay
7%
1 il
19%
Müddətsiz
Media is too big
VIEW IN TELEGRAM
Dubayda Möcüzə 🚀
İran dronui Dubayda yaşayış binasına zərbə endirib, lakin zərbə zamanı partlayış baş verməyib.
Binanın sakini sarsılıb və video paylaşaraq “zarafat etmirəm, bizi indicə dron vurdu” yazıb.
17😱6😁1
XATIRLADIZ BU MAŞENNİKİ?
Sosial şəbəkələrdə vətəndaşlara Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən 1000 manat ödəniləcəyi ilə bağlı yalan məlumat yayan şəxslərdən biri polisin keçirdiyi tədbirlər nəticəsində Balakən rayonunda saxlanılaraq inzibati qaydada həbs olunub. FOTO

1995-ci il təvəllüdlü, Balakən rayonunun Qullar kənd sakini A.İbrahimov barəsində 9 sutka inzibati həbs qərarı verilib.

O “TikTok” sosial şəbəkəsində 1932-2017-ci illər arasında doğulmuş Azərbaycan vətəndaşlarına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən 1000 manat ödəniş ediləcəyi barədə yalan məzmunlu videonu “99.tt.999” adlı səhifəsində paylaşıb.

A.İbrahimov ifadəsində bildirib ki, Qullar kəndində yaşadığı evdə olarkən “Təlimat profildədir” adlı səhifədə sözügedən videonu görüb, onun ekran görüntüsünü çəkərək öz səhifəsində yayımlayıb.

Paylaşım qısa müddətdə geniş yayılıb. A.İbrahimovun sözlərinə görə, paylaşımına 12 800 bəyənmə gəlib, 995 şərh yazılıb. Şərh edənlərin əksəriyyəti qeydiyyat qaydası və ödənişin necə alınacağı ilə maraqlanıb. O isə bir çox sorğuya “səhifəyə takib atın, məlumatınız olsun” cavabını yazdığını deyib.

Məhkəmədə əməlindən peşman olduğunu bildirən şəxs bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib və yüngül cəza tətbiq edilməsini xahiş edib.

Qeyd edək ki, internetdə yayılması qadağan olunan məlumatın paylaşılmasına görə o, inzibati məsuliyyətə cəlb edilib.

Bildirək ki, bu cür paylaşım sosial şəbəkələrdə bir neçə səhifələrdən paylaşılıb.
😁124👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şərhsiz 💔 No comment
İranın cənubundakı Hörmüzqan əyalətinin Minab rayonunda yerləşən qızlar üçün ibtidai məktəbə endirilən hava zərbələri nəticəsində ölən şagirdlərin sayı 168-ə çatıb, 90 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 🥀28.02.26
😢77😭19💔4🎃1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ŞANTAJIN QURBANI🥀
Siyəzən rayonunda 2010-cu il təvəllüdlü Arzu Pənah qızı Kamilovanın mey!t! yaşadığı evdə yaxınları tərəfindən aşkarlanıb.
16 yaşlı yeniyetmənin həyatına son verdiyi bildirilir. Onun bu addımı atmasına şantaja məruz qalmasının səbəb olduğu iddia edilir. Araşdırmamız zamanı məlum olub ki, qızın foto və videoları qeyri-etik, nalayiq ifadələr yer alan mahnılarla sosial şəbəkələrdə paylaşılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
🤬39😢17🕊64👍3😱2