Ərinə görə çörəyini itirdi
Füzuli Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələləri şöbəsinin müdiri Gülbahar Eyvazova vəzifəsindən azad edilib.

Telegram
SALEH▪️NASIROV
MƏMURUN ƏRİ ÜZR İSTƏDİ
İçkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.
“Hər kəsdən üzr istəyirəm. Namaz qılıb oruc tutmasam…

👍14
Cəlilabadda qardaşının iki yeniyetmə övladını baltalayan əmi ÖLDÜ.
1977-ci il təvəllüdlü Ə.Nağıyev dünən gecə saatlarında dünyasını dəyişib.
Ə.Nağıyev saxlanıldığı müəssisədə təkbaşına qaldığı kameradakı çarpayının 2-ci mərtəbəsindən bașı üstə özünü yerə atıb.
Bundan sonra Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilərək orada müalicə olunub, göstərilən tibbi yardımlara baxmayaraq Ə.Nağıyev bu gün müalicə olunduğu xəstəxanada ölüb.
Qeyd edək ki, hadisə üç gün əvvəl rayonun Üçtəpə kəndində baş verib. Əminin baltalı hücumu nəticəsində 15 yaşlı Həqiqət Nağıyeva ölüb, 14 yaşlı qardaşı isə ağır xəsarət alıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ə.Nağıyev şübhəli şəxs qismində saxlanılmışdı. Onun Dağıstandan yenicə qayıtdığı və əvvəllər məhkum olunduğu deyilirdi.

👍26🥰2😢1😍1
Keçən il Özbəkistanda dələduzluğa, bu gün isə Gürcüstanda Dana ğurluğuna görə həbs olundu müəllim. VİDEO
O, oğlu Niyazi Səmədzadə ilə birgə soydaşlarımızın kompakt yaşadığı Gürcüstan ərazisində gecə saatlarında 10 baş iribuynuzlu heyvanı oğurlayarkən ifşa edilib.
Müəllin sanki beynəlxalq həbs turuna çıxıb 😎
Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.
Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

👍9😁6❤4
Media is too big
VIEW IN TELEGRAM
SÜNİ ZƏKAYA VOLYA VERƏNDƏ 🫣
MoltBook, OpenClaw süni intellekt agentləri üçün sosial şəbəkədir. Görün robotlar öz aralarında nələri müzakirə və təkliflər edirlər. İnsanlar onları anlamamaq üçün öz dillərini yaratmaq istəyirlər…..
2026-cı ildə başqa nələr gözləyə bilərik? 🤔
#aiagent #openclaw #moltbook #ai #blackmirror

😁7😨2👍1
- Deyirlər, həyat mübarizədir. Deməli, bu mübarizədə qalib olmaq üçün daim formada qalmaq lazımdır. Həm fiziki olaraq, həm mental olaraq. Anladığım qədər, peşəkar idmançı və məşqçi olaraq, tövsiyə edirsiniz ki, insanlar idmanı, fiziki aktivliyi həyatından çıxarmasın.
- Bəli, tamamilə doğrudur. Çünki idman, dediyim kimi, həyatın özüdür. Fiziki aktivliyin azalması sosial aktivliyi də azaldır. İnsan passivləşəndə, cəmiyyətə də qarışa bilmir, sosiallaşa bilmir, özünə, ailəsinə, dövlətinə, bir parçası olduğu cəmiyyətə faydası da azalır, zamanla hətta sıfıra düşür.
https://share.google/QRYVfOnsyEL4sdHOG

Bizim Yol
Fiziki aktivliyi azalan insan ictimai dəyərini də itirə bilər
Azərbaycandan və dünyadan xəbərlər
👍14👏4❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Fevralın 5-də “Gənclər həftəsi” çərçivəsində “Yeni trendlər və gənclər” mövzusunda bloqerlərin, kontent yaradanların və jurnalistlərin III Forumu keçirilib. Bakı Kristal Zalında təşkil olunan forumda müxtəlif sahələr üzrə tanınmış bloqerlər və jurnalistlər iştirak ediblər.
Tədbirdə sosial şəbəkələrin gənclərin həyatında və formalaşmasında mühüm rol oynadığını qeyd edən gənclər və idman naziri Fərid Qayıbov sosial media sahəsində mövcud vəziyyəti forum iştirakçıları ilə müzakirə edib, onların fikirlərini dinləyib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər barədə fikirlərini bölüşüblər.

👍19👎5❤3😁1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
‼️İDRAK LİSEYİNDƏ SİLAHLI İNSİDENT🔫🫣
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Liseydə güllələnən qadın riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Ş.K Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Şahidlərin verdiyi məlumata əsasən, hadisə tənəffüs zamanı baş verib.
Bildirilib ki, güllə müəllimənin boyun nayihəsinə dəyib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.

🤯35😡12❤5😱5👍1🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
From XırDalan with Dava
İzləyicim: “Saleh bey Xirdalan 1 nomreli mekteb sadece biyabircilig nece usaq 1 neferi tekleyib”

🤬39
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İdrak liseyində silahlı insident və Xırdalandakı dava keysləri təhsil ocaqlarında TƏHLÜKƏSİZLİK və BULLİNQ məsələlərini bir daha gündəmə gətirir!
Bu iki istiqamətdə çox ciddi nəzarət, preventiv və profilikatik işləri görülməlidir!
Məktəblərdə, ümumilkdə nizam intizam - geyim formasından tutmuş etik davranış və digıər qaydalar tədbiq olunmalıdlr!
Burada ailə valideyn nəzarəti faktoru, bu kontekstdə dünyadakı tendensiya - azyaşlıların sosial şəbəkədən istifadəsinə məhdudiyyət, uşaqların nəzarətsiz şəkildə alqoritmik kibermonstrların ixtiyarına buraxılması, aqressiv komputer oyunlarının məhdudlaşdırılması və s. məsələləri də daxil olmalıdır.
Aİ, Böyük Britaniya, Avstraliya, İspaniya və digər ölkələrin təcrübəsinin Azərbaycanda da tətbiqinin vaxtıdır.

😢26👍13❤4🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Malakan bağında yanğın
İzləyicim; “Malakan bagi. Yanginsondurme cagirilib, polisler de komek edirler sondurmeye.
Allah komek olsun”

😢19
Media is too big
VIEW IN TELEGRAM
Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.
Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır.
Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.
Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi.
Kim bilir, bəlkə də böyük faciədən dönmüşük..

👎29😱15❤8🤯2😢1
Media is too big
VIEW IN TELEGRAM
From Şirvan with Dəhşətli Avariya 🫣🤦🏻♂️
02.02.26
Şirvanda baş vermiş qəza 4 nəfərin ağır yaralanması ilə nəticələnib.
Hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Vüsal Taleh oğlu Xankişiyevin idarə etdiyi "Mercedes" markalı avtomobil VAZ-2115 markalı avtomobillə toqquşub.
Nəticədə avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlü İsmayıl Səmədağa oğlu Həsənov, 2010-cu il təvəllüdlü Cəfərağa Coşqun oğlu Qurbanov, 2005-ci il təvəllüdlü Xəyyam Mansur oğlu Qurbanov və 2004-cü il təvəllüdlü Xəyal Mansur oğlu Qurbanov müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qəza zamanı elektrik və internet dirəyi aşıb, xətt qırılıb.
Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

😱22😢4❤2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu avtobus və velosiped zolaqları tıxacın həll olunmasında tədbiq olunan ən düzgün qərarlardır. Lakin, buna baxmayaraq tıxac problemi hələ də aktual olaraq qalır. NİYƏ?
ÇOX SADƏ👇
1. Avtobus arası intervallar hələ də çoxdur və o üzdən basabasdır. Hələ yayda kondisoner problemini demirəm. Kim öz komfortundan qalar?
2. Yeni və müasir Avtobusların sayı azdır. Köhnə sınıq-salxaq və istismar müddəti bitmiş avtobuslar isə irayonlara göndərilir. Nəticədə Ekologiya da çirklənir.
3. Avtobus sürücülərin əksəriyyəti təhlükəli sürür. Kim öz və uşağının, ailəsinin həyatını riskə atar?
Məhz bu 3 səbəbdən əhalinin mütləq əksəriyyəti avtobusla getmək əvəzinə öz şəxsi avtomobillərindən və taksilərdən istifadə edir və tıxac problemi aktual olaraq qalır.
Əlavə olaraq, qatarların sayı artmalıdır, tramvay və troleybuslar qayıtmalıdır.
Bunlar olsa, tıxac problemi azalar, həll olunar.
Əgər mən ictimai nəqliyyat ilə A nöqtəsindən B nöqtəsinı tez, rahat və ucuz qiymətə çatıramsa, maşından, taksidən niyə istifadə edim?
S▪️N

👍47❤8🤣8👏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Lənkəran Vilvan yolunda avtoqəza
3 kənd işıqsız qalıb Cil, Vilvan, Veravul

😢17👍4🤨3❤1🤣1
Media is too big
VIEW IN TELEGRAM
TƏCİLİ! Əhmədlidə, Nargilə dairəsindən yuxarıda, Lykoil zapravkası və Neyrocərrahiyə İnstitutu ilə üzbəüz 27.5 sotun içində, sənədli 5 mərtəbəli yarım tikili-obyekt SATILIR! İnvestorlar, Biznesmenlər üçün UNİKAL İNVESTİSİYA LAYİHƏSİ!
Əlaqə üçün 0773168448 yazın! Qiymətdə razılaşarıq

🤣10👍3❤1😁1😘1
AZYAŞLI UŞAQLARIN GECƏ YARISI TİKTOKDA NƏ İŞİ VAR?
İzləyicim; “Salam Saleh bəy. Xahiş edirəm atdığım videolara baxıb bu məsələni işıqlandırasız. Körpə uşaqlardı, gecə saat 2də canlı yayım açıblar, pis nalayiq söyüşlərlə danışmaqları bir yana, rəylərdə qız uşağına bir neçə nəfər israrla "mesaj yerinə bax" deyə yazırdılar. Qız da yaxşı çıxım baxacam deyirdi.Bu valideynlər hara baxır,necə icazə verirlər. O qədər pedofil, murdar insanlar var ki.. Söyüşlə danışırlar üzr istəyirəm buna görə öncədən.”
‼️Çində bu TikTok (Douyin) tam fərqli və təhlükəsiz alqoritmlə çalışır. Sistem uşaqların bu platformada olduğu vaxtı və kontenti ciddi nəzarət altında saxlayır, axşam vaxtı söndürür, lazımsız və təhıükəli kontentləri bloklayır. Amma dünyaya gəldikdə; Millət necə tarac olur, olsun, nə işim var? Düşmənlərə möhtac olur, olsun, nə işim var?

😱35❤5👍2😨2