SALEH▪️NASIROV
31.6K subscribers
1.9K photos
5K videos
1.82K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
Monteneqroda 45 azərbaycanlı Polis tərəfindən saxlanıldı
İzləyicim; “Salam Saleh bey. Biz 45 nəfərə yaxın azərbaycanlı montenegro onun paytaxtı podqoritza şəhərində yaşayıb və işləyirik. dünən axşam saatlarında yerli əhali tərəfindən bizim yaşadığımız yataqxanaya hücum olunmuşdur. hadisədən heç bir xəbərimiz olmasa da bildiyimiz məlumata görə bizə yaxın ərazidə bıçaqlanma hadisəsi olub və bu bıçaqlanma hadisəsini törədən türkdür bizim yaşadığımız yataqxanaya basqın olub. Kömək üçün biz polise müraciət etdik lakin polis əməkdaşları gəlib bizim özümüzü polis idarəsinə apardı və gecə saat 4ə qədər orada saxladı. bizimlə bərabər işləyən gəncə şəhər sakini 31 yaşlı yağub ceyhun oğlu qurbanov heç bir əsas və dəlil olmadan saxlanılmışdır 24 saat onun barəsində heç bir məlumatımız yoxdur səfirliyə müraciət etsə də səfirliklə bizim kimi bu məsələdə gözləməkdən başqa heç bir şey ədə bilməyəcəyini dedi. +994555976720”
😱297🤯4
Media is too big
VIEW IN TELEGRAM
Sükan arxasında sürücünün halı pisləşdi
İzləyicim; “Salam Saleh bey, gece bir surucunun hali sukan arxasinda pislewmiwdi. Sag olsun YPX 99-YP-640 tez tecili yardim cagirdilar, hekimlerimiz sag olsunlar ele mawindaca xesteye komeklik gosterdiler, ayaga qaldirdilar.
Sizinle boluwmek istedim Allah hamiya komek olsun 💙
Azadliq prospekti 97. Saat 23:59”
👍227🐳1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kristal Abşeron-2 Xırdalanda Yanğın
😨101
This media is not supported in your browser
VIEW IN TELEGRAM
GÜLLÜ MAŞENNİKLƏR 💐
İzləyicim; “Salam Saleh bey. Bu gun bizim bagcaya bir nomreden zeng gelib deyirlerki Baki konqres merkezindendir. Dunen tedbir olub guller qalib gonderirik sizin bagcaya. Usaq guya bizim bagcada oxuyub adi Eli dir. Guya gulu aparmaq ucun gerek dibcek aparaq. Əlbəttə ki inanmadiq çünki bizde Eli adinda usaq olmayib. Amma baxdiq gorek ne istiyir. Bele cixirki bu adam bele yolla insanlari aldadir. Guya dibceyiniz yoxdursa men aldirim siz pulu atin 19 eded gulun dibceyi 148man edir. Paylasinki insanlar aldanmasin. Nomresi 070 850 44 43
15
Media is too big
VIEW IN TELEGRAM
ARVADININ BAŞINI QIRXDI, VİDEO ÇƏKƏRƏK PAYLAŞDI 🤦🏻‍♂️🤯
Oktyabrın 28-də gecə saatlarında bir qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zor tətbiq edilməsi ilə bağlı şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hər kəs birmənalı dərk etməlidir ki, video çəkməklə, status yazmaqla, baş qırxmaqla, kəsməklə, insanı biyabr etməklə, döyməklə, öldürməklə problemlər həll olunmur! Əksinə, daha da artır; minimum bütün ölkə, dünya xəbərli olur və nəticədə insanlar bir birinə daha çox bağlanırlar, boşanmalar baş verir, maksimum isə cinayət işi açılır, uşaqların həyatı və gələcəyi məhv olur!
Tam oxu
👈
😢36🤬26🤣1612🤔5😱3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Luvr qarətçilərdən ilhamlananlar İngiltərədə kran ilə bankomatı çıxarıb, pikapa qoyub oğurladılar
😁30😱72
🤣82
Bir neçə gün öncə həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan Pərvanə İsmayılova hadisənin təfərrüatını danışıb.
"Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nikahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi" - deyə, P.İsmayılova qeyd edib.

Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub:

"Saçımı qırxandan sonra Tamerlan oğlumu eyvandan atmaq istədi. Qonşuları köməyə çağırdım. Bundan sonra ərimdən qurtula bildim".

P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.

T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
👏4219🍾6👍5😱1🥴1
Media is too big
VIEW IN TELEGRAM
900 manatlıq Şantaj Hekayəsi 🤦🏻‍♂️
Pərvanə İsmaylova
; “Tamerlan Məmmədovla 3 il davam edən münasibətimiz olub. Biz 5 iyul 2025-ci il tarixində rəsmi nikaha girmişik.
5 gün əvvəl Tamerlan mənə dedi ki, sənin rəqs edən videovu tiktokda paylaşıblar və silmək üçün 900 manat pul istəyirlər. Məndə ona dedim ki, pulum yoxdu.
Amma bu video təkcə Tamerlanın telefonunda idi.
Sonra üstü açıldı ki, bu özü açıb o profili, məndən pul alsın, amma plani baş tutmadı.
Bunun bu hərəkətini görəndən sonra mən də, əsəbləşdim onun ağlayan videosunu "TikTok"da paylaşdım.
O, da həmin videonu görəndən sonra gəlib mənə hücum etdi. Hər şey bir qırağa biabır oldum. O evdə oğlumu eyvandan atmaq istəyirdi. Rəylərdə yazırlar, qadın xəyanət edib ona görə bu hadisə baş verib, onlara demək istəyirəmki mən həyat yoldaşıma xəyanət etməmişəm !!!”

T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
😡27😁2110😱7🍓2
Bu nədir ala? 🤯🤦🏻‍♂️ Bunları tanıyan var? Harada nə vaxt olub bu? 🫣
Məktəblilər porno çəkirlər 🤦🏻‍♂️🤯

Azərbaycanda rayonların birində bir qrup yeniyetmənin çəkdiyi intim xarakterli görüntülər yayılıb.
Görüntülərdə bir neçə oğlan və bir qız yer alıb. Qızın məktəbli formasında olduğu da diqqəti cəlb edir.
Onların bu görüntüsü “WhatsApp” qruplarında paylaşılıb.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Artıq bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Aidiyyatı rayonun polis idarəsində istintaq hərəkətləri davam etdirilir.
🤬44👎27🤯95👏3👌2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
FROM TOVUZ with ŞİDDƏT
Tovuz rayonu Qovlar şəhəri 2 nömrəli körpələr evi–uşaq bağçasında uşağa qarşı yolverilməz davranışı əks etdirən videodakl hadisə təxminən iki il əvvəl baş verdiyi müəyyən olunub. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq, videoda yer alan sanitar-dayə 30 oktyabr 2025-ci il tarixində müvafiq əmrlə işdən azad edilib.
Qazax–Tovuz Regional Təhsil İdarəsinin məlumatında qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində uşaqların fiziki və psixoloji təhlükəsizliyi prioritet istiqamətlərdəndir.
“Uşaqlara qarşı uyğunsuz davranışlar qəbuledilməzdir və belə hallara qarşı barışmaz mövqedəyik. Məktəbəqədər təhsil müəssisələrində uşaqların psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri maarifləndirmə işləri aparılır”, – deyə idarədən bildirilib.
🤬649
Media is too big
VIEW IN TELEGRAM
TOVUZDAKI UŞAQ BAXÇASINDA ZORAKILIQLA BAĞLI S▪️N MÜNASİBƏTİ
Uşaq müəssələrində Minimum Qayğı Standartları, ölkədə Uşaq Müdafiəsi Sistemi, nəzarət, müşahidə və monitorinq olmayanda, uşaq zorakılıq halları baş verir!

Bu "tərbiyyəçi-müəllimə" kim tərəfindən və hansı kriteriyalara uğun işə qəbul edilib? 😳
Ümumiyyətlə, onun təhsili və müvafiq təlimi, təcrübəsi varmı? 🤦🏻‍♂️

Xüsusilə qeyd etməliyəm ki, "müəllimələri" qınamaqla, tənbeh etməklə, habelə işdən çıxarmaqla problemlər həll olunmur!

PROBLEMİN KÖKÜNDƏN HƏLL OLUNMASI ÜÇÜN:
▪️Azərbaycanda təcili Uşaq Müdafiəsi Sistemi yaradılmalı,
▪️Uşaq müəssələri üçün isə Minimum Qayğı Standartları tərtib və tədbiq olunmalıdır!
👍358
ALLAH RƏHMƏT ELƏSİN! 🥀
Dünən saat 21 radələrində Yeni Salyan Yolu 20-nin qarşısında (Dövlət Bayrağı Meydanının yanı) Salyan rayon sakini 2002-ci il təvəllüdlü Seyfulla Yusif oğlu Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanmış və Sadiq İsaqova məxsus “Toyota” markalı 01-CH-477 nömrəli avtomobili arxadan vurub.
Nəticədə S.İsaqovun maşınında olan paytaxt sakini 1988-ci il təvəllüdlü Vlada Vladislavovna Axundova hadisə yerində ölüb. S.Mehdizadənin sərnişini olan 1997-ci il təvəllüdlü Bahar Məcidova isə qapalı kəllə beyin travması ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırmalar davam etdirilir.

P.S. Şəxsən tanıyırdım. Dəfələrlə birgə tədbirlərdə olmuşduq. Səhər bu xəbəri eşidəndə Şok oldum.
O, bir sıra musiqi müsabiqələrində, eləcə də “Səs Azərbaycan” yarışmasında iştirak etmişdi.
😢7014💔2
LEOBANK YENƏ İŞLƏMİR!
Yaxşı bankdır, hər şey qane edir. Lakin son vaxtlar tətbiq tez-tez donur, açılmır, problemlər yaşanır.
Əziz Leo!
Serverlərinizi , məlumat bazanızı və proqram təminatınızı TEZLİKLƏ təkminləşdirməsəz sürətlə müştərilərinizi itərəcəksiniz!
İşlərinizdə uğurlar!
S▪️N
33👍18🔥1
Media is too big
VIEW IN TELEGRAM
TOYDA LASİNDA MUĞAM İFA ETDİ
Aparıcı deyir bu nədir lasinda çıxmısan səhnəyə?
▪️İdmançı xanəndə qayıdır, o lasin deyil BRENDDİR.
Aparıcı deyir xanəndəsən, muğam ifa edirsən, ayıftı, qasdum-qalstux geyin.
▪️İdmançı xanəndə qayıdır, o vaxt peyğəmbər abadədə gəzib, Nəsiminin filmndə heçkəs qastum geyinməyif.
Aparıcı; milli musiqi, muğam qalsln bir kənara, heç estradada belə geyinən yoxdur.
▪️İdmançı xanəndə; onların muskulu, bədəni yoxdur, piyli qarınları və nazik qolları vardır.
Xanəndə Babək Niftəliyev də qayıdlr; özünə hörmət etmirsən, heç olmasa muğama hörmət et!
▪️İdmançı xanəndə; o sözü başqası desəydi cırardım, Babək isə mənim qardaşımdır, böyüyümdür, ona canım qurban, öpürəm, bağrıma basıram.

Qısası: Əzizlərim! DRESS CODE deyilən bir anlayış var. Hər bir tədbirin, məkanın DRES KODU var. Söhbət nə səsdən, nə sənətdən, nə dindən, nə də kişilikdən gedir.

P.S.İdmançı xanəndə ilk dəfə cins şalvarda və dar maykada muğam ifa etdiyi videoya gələn şərhlərə fikir versəydi, tənqidləri nəzərə alsaydı kaş 😞
👍32🤣203😁3🤬3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏋🏻‍♂️ POVERLİFTER RAMİL ƏHMƏDOV AĞIR ZƏDƏ ALDI
Macarıstanda keçirilən powerlifting üzrə dünya çempionatında Azərbaycan yığma komandasının lider idmançılarından biri – Ramil Əhmədov çıxışı zamanı ağır zədə alıb.
Müayinələr nəticəsində idmançının hər iki diz qapağının bağlarının qopduğu müəyyən edilib.

Ramil Əhmədov dərhal təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib və hər iki dizindən əməliyyat olunub. Üç saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda idmançının vəziyyəti stabildir və özünü normal hiss edir.

Azərbaycan Powerlifting yığma komandasının rəhbərliyi və bütün komanda üzvləri Ramil Əhmədova tezliklə tam sağalaraq yarış meydanlarına qayıtmasını arzulayır, ona möhkəm iradə və səbir diləyirlər.

Azərbaycan Powerlifting Yığma Komandası
Macarıstan, 31 oktyabr 2025
😢3513😱5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Abşeron ray. Xırdalan şəh., Kristal 1 bina 25, saat 12:53-də 19 yaşlı Quliyev İlqar Teymur oglu binadan yıxılıb və yerindəcə ölüb..
😢38😱93👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🏋🏻‍♂️ POVERLİFTER RAMİL ƏHMƏDOV AĞIR ZƏDƏ ALDI - VİDEO
Macarıstanda keçirilən powerlifting üzrə dünya çempionatında Azərbaycan yığma komandasının lider idmançılarından biri – Ramil Əhmədov çıxışı zamanı ağır zədə alıb.
Müayinələr nəticəsində idmançının hər iki diz qapağının bağlarının qopduğu müəyyən edilib.

Ramil Əhmədov dərhal təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib və hər iki dizindən əməliyyat olunub. Üç saat davam edən əməliyyat uğurla başa çatıb. Hazırda idmançının vəziyyəti stabildir və özünü normal hiss edir.

Azərbaycan Powerlifting yığma komandasının rəhbərliyi və bütün komanda üzvləri Ramil Əhmədova tezliklə tam sağalaraq yarış meydanlarına qayıtmasını arzulayır, ona möhkəm iradə və səbir diləyirlər.

Azərbaycan Powerlifting Yığma Komandası
Macarıstan, 31 oktyabr 2025
17😢6
UŞAQ TAPILIB. VALİDEYNLƏRİ AXTARILIR! PAYLAŞ!
İzləyicim; “Salam Saleh bey. Dunen gece saatlarinda polis Sumqayit usaq xestexanasina getirilib. Usagin valideynleri axtarilir. Belke siz de paylasa bilersiz. Usaq itmesi ile bagli Polis bolmesine muraciet olunmayib”
😢24🤔21🙏1