SALEH▪️NASIROV
31.5K subscribers
1.9K photos
5.01K videos
1.83K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
Yayın ən isti və qızmar ayında, hər kəs tətildə, istirahətdə, Tramp isə iş başında. Dünyanı kankret idarə edir, ofisindən.
Əgər ayın sonunadək Putinlə Zelenskini görüşdürsə, müharibəni dayandırsa, Prezident İlham Əliyev demiş, dərhal Nobel Sülh Mükafatı 🕊️ verilməlidir Tramp müəllimə.
👍39💩83
Bu arada, Ağ Evdə Oval Ofisin yeni dizaynı diqqətimi çəkdi. Tramp hər yeri qızılla bəzəyib.
Sizcə necədir, Kolxoz yoxsa Super?
Ümumiyyətlə, tarixə toxunmaq, təmir, müasir etmək olar?


Bu mənə ailəmizdə olan bir əhvalatı xatırlatdı. Deməli, SSRİ vaxtı 80-90-cı illərdə hər kəsin evində demək olar eyni aboylar, qapılar, stenka və sair mebellər olardı, çünki seçim az və ya yox idi.
Atam da qonaq otağındakı stenkanı Arkadiy Qaydar, Tolstoy, Viktor Qyuqo, Puşkin, Lermontov, Jul Vernnən tutmuş dünya ensiklopediyalarına qədər hər cürə kitablarla doldurub bəzəmişdi.
Günlərin bir günü irayondan əmim arvadı bizə qonaq gəlir və stenkadan şoka düşür. Anama qayıdır ki, bu nədir ay qız? Hanı sənin cehizlərin, boqemaların? Kitab nədir? Stenkaya da kitab qoyarlar? Biyabırçılıq!🤦🏻‍♂️
Nətərsə anamım başını bişirdi, bütün kitabları qab-qacaq, bakal-makal, boqema, xrustallarla əvəz etdilər.
Atam evə dönər-dönməz bu mənzərədən sözün hər mənasında şoka düşür və çox qəzəblənir. Dərhal hər şeyi yerinə qaytarmağı əmr edir. 🤦🏻‍♂️🤣
😁25👍194💩1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🔞 Bu nə biyabırçılıqdır ala? 🫣 ⚔️🤺
Bunlar dəlidilər, xəstədilər, nədirlər?!

Sadəcə dəhşət! 🤯 Sözün bitdiyi an 🤦🏻‍♂️
Bunlar məsuliyyətə cəlb olunmayana qədər bu tip videolar hələ çox olacaq!

Deyilənə görə, videoda oynayan “tibb işçisi” Abdullayeva Gülbədə əvvəl saç ustası olub.
Analitik Ekspertiza Mərkəzi hadisədən xəbərdardır və hal-hazırda bu istiqamətdə araşdırma aparır.
😱77🤬27🤣16💩13😨85😁4😡3🤯1
Gəncədə 15 yaşlı oğlan qətlə yetirilib
Hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.
Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
😱27😭12😨21
Sən demə bu “mərkəzlərin” lisenziyaları, “tib işçisinin” isə adı reyestrdə yox imiş 🫣🤦🏻‍♂️
Bəs bunlar necə fəaliyyət göstəriblər, göstərirlər?! 🤷🏻‍♂️🤯 Belə “mərkəzlər” və “tib işçilərin” sayı nə qədərdir ölkədə? 🤔


Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.

Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.

“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.

Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanmışdır. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunmuşdur.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.

https://t.me/nasirovsaleh/8230
🤬51😱1312
Media is too big
VIEW IN TELEGRAM
2020-də başlayan “İanələr by Mama” yardım missiyası bu günədək uğurla davam edir kənddə.
Allah hər kəsə kömək olsun! 🤲

#donations #lowincomefamilies #lenkoran #ianə #uafa #inditex #donation
43👍8
Şeir 🤣
🤣106😁111
Media is too big
VIEW IN TELEGRAM
Mənim Allahım Bencəmin Franklindir, yəni dollardır, deyən Vaxonun son halı
9👍3👻1
Rəqsanənin ərinə də cinayət işi açıldı. Növbədə kimdir, görəsən? 🫤
Fazil Əmiraslanov istintaqa dəvət edilib. Dindirildikdən sonra ona da Azərbaycan Respublikasının CM-nin 178.4-cü maddəsi ilə ittiham elan edilib.
Hal-hazırda Fazil Əmiraslanov Bakı şəhərindədir.
Rəqsanə İsmayllova polisdə aparılan istintaqla cinayət məsuliyyətinə cəlb edilib. Onun haqda polis müstəntiqinin vəsatəti, prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Müğənninin ittiham olunduğu maddənin (178.4-dələduzluq xüsusilə külli miqdarda törədildikdə) sanksiyasında 14 ilə kimi həbs var.
😱258😁6👏3🙈1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ƏTRAF MÜHİTİ QORUYAQ!
TikTokda qarşıma çıxan bu video məni çox əsəbləşdirdi! 😡
Kimin üçünsə bu adi, xırda və ya boş şeydir. Mənim üçün isə böyük bir məsələ və problem!
Ümumiyyətlə, cəmiyyətimizdə qadınlar kişilərdən daha çox zibilləyir, murdarlayır ətraf mühiti. Və ən dahşətlisi də bu qızlar, qadlnlar gələcək nəsili yetişdirəcək, formalaşdıracaq analardır 🤦🏻‍♂️😞
Lənkərandayam. Anamla və bacımla getmişik plyaja. VİDEO
Bacım soruşur, bəs yalnız qadınlar üçün plyaj var?
Deyir, elə bura idi əvvəl. Sonra müəyyən səbəblərdən ləğv və ailəvi etdik buranı.
Səbəbini soruşanda şok oldum. Deyir, qadınlar çox pinti və murdar edirdilər plyajı. Biıdiyin biyabırçılıq. Deyir, kişilər qadınlardan min dəfə tmizkardılar. İyrəndik və ləğv etdik.
Bax, belə-belə işlər! 🤷🏻‍♂️🫤
🤬3214👍8😱6💯3🙈2👎1💩1
Media is too big
VIEW IN TELEGRAM
”MƏN NARKOZDA İDİM
Əməliyyat zamanı çılpaq videodu yayılan Pasiyent ilk dəfə DANIŞDI
🗣️"Videonu görəndə xəstəxanaya müraciət etdim, mənə isə "hara istəyirsən şikayət et" dedilər. Mən narkozda idim, heç nə anlamırdım. Kadrlar iyunun 15-də əməliyyata girdiyim vaxt çəkilib və görüntüləri klinikanın rəhbəri Xəyalə İsmayılova çəkib. O, Gülbadə Abdullayeva ilə mübahisə etdiyinə görə videonu yayıb. Mənə dəyən zərərin qarşılanmasını tələb edirəm".

VİDEO 🔞 https://t.me/nasirovsaleh/8230
😱2910😁7🙈1
Yenə də qlobaldayıq. Yetim gedib 36 milyonluq səhifəyə çıxıb 🤣🤦🏻‍♂️
Deyir, “atamın uşaqlığlnı təsəvvür edərkən” 🤪
😁474🤪2
Media is too big
VIEW IN TELEGRAM
İntiharlar həmişə olub. Amma belə qarşısı hələ alınmayıb. Analoqu olmayan effektiv terapiya və maarifləndirmə 🤣
Hələ bunun 40-ı var. Özünü düşünmürsən, heç olmasa ailəni düşün. 🤦🏻‍♂️
İntiharı düşünən və etmək istəyənlər üçün gəlsin bu video! 🫤
😁39🤣21👍10😢64🌚1
Media is too big
VIEW IN TELEGRAM
Deyilənə görə, “Sədərək" ticarət mərkəzində “Super Toys”-un anbarı yanır 🔥
Bu boyda obyektdə müasir yanğından mühsfizə sistemi yoxdur? Hər il eyni hadisə baş verir. Elə təkcə parkovkadan gələn pula oranı müasir və təhlükəsiz etmək olardı. Payızda, yazda 5 dəqiqə güclü yağış yağan kimi oralar sözün əsl mənasında GÖL OLUR, çünki kanalizasıyası yoxdur və ya işləmir, bərbaddır.
Yayda da YANĞIN!
Sığorta da belə obyektləri sığortalamır, müəyyən səbəbələrə görə.
👍18😱177🥴1
Media is too big
VIEW IN TELEGRAM
Sədərək" ticarət mərkəzindəki yanğının bəzi təfərrüatları açıqlanıb.

👩🏻‍🚒 FHN: Saat 11:50 radələrində "Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbar ərazisində yanğın baş verməsi haqqında məlumat nazirliyin 112 qaynar xəttinə daxil olub.

Dərhal nazirliyin dövlət yanğındansöndürmə xidmətinin qüvvələri və xüsusi riskli xilasetmə xidməti əraziyə cəlb olunub.

Yanğının mürəkkəbliyi nəzərə alınaraq yüksəksəviyyəli çağırış elan olunmuşdu. Yanğın anbar ərazisində baş verdiyi, sintetik saxlanma zonası olduğu üçün yanğınsöndürməsində mürəkkəblik yaranıb. Hazırda yanğının məhdudlaşdırılması istiqamətində bütün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Yanğın yerində olan şəxsi heyət və texnikanln sayı yetərincədir.

Yanğının daha irimiqyaslı ərazini əhatə etməsinin qarşısı alınıb. Eyni zamanda yaxınlıqdakı yanacaqdoldurça məntəqəsinin və digər anbarların mühafizəsi tərəfimizdən təmin olunub.
😢224
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu da öz aləmində kömək edir də güya🤦🏻‍♂️ Hərə hayp tutmaq, trendə düşmək üçün nə gəldi edir. Amma heç zarafatın, məzələnməyin yeridir?
😐13😁83🗿2👎1