08.08 - XƏBƏRLƏRİ 🇦🇿🇺🇸
▪️Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Bu Azərbaycan Respublikasına ABŞ hökumətinin birbaşa yardımını qadağan edirdi. Bayden yenidən qüvvəyə mindirmişdi.
▪️Azərbaycan və Ermənistan arasında imzalanacaq Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunacaq.
▪️Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcəklər.
▪️Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq.
▪️Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması baş tutacaq.
Razılıqlar onu göstərir ki, yeni bir dönəmin qapısı aralanır. 🇦🇿🇺🇸

👍47❤12❤🔥4🕊2😁1
🇺🇸Tramp: “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar.
Birləşmiş Ştatlar, həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq!”

❤31🕊11💩3🙈2
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan bloger və influenserlərin iştirakı ilə mediatur keçirilib.
Tədbirin məqsədi peşə təhsilində son yeniliklərin, yeni ixtisasların və mövcud imkanların geniş ictimaiyyətə çatdırılması olub.
Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb. Bu proqram çərçivəsində tələbələr əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təchiz olunacaqlar.
Daha sonra iştirakçılar mərkəzin infrastrukturu ilə tanış olublar.
Müasir tədris avadanlıqları, praktiki təlim mühiti və texniki imkanlar barədə təqdimat keçirilib. Qeyd olunub ki, hazırda ölkə üzrə 78 peşə təhsili müəssisəsində, 152 ixtisas üzrə ümumilikdə 32 620 plan yeri üzrə qəbul həyata keçirilir. Bu yerlərin 24 280-i dövlət sifarişi, 8 340-ı isə ödənişli əsasda təklif olunur.

❤21👍4🤣2🎃1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚠️Heçkəsi bloka atmamışam!
🫣 Məni bloka atıb, İnstiqram və TikTok!
Ətraflı 👉 https://t.me/nasirovsaleh/8163

😁38😭14❤7🙉4👍3🙏2🤨2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp Prezident İlham Əliyevi Ağ Evdə qarşıladı
❤38👍12🔥4😎3🤣1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlham Əliyev və Tramp Anlaşma Memorandumunu imzalayıb
👍30🕊7
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Oval ofisdən İncilər.
Tramp deyir gəlin bu görüşə layk qoyaq 👍

👍55👏3🕊3🤣3
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇺🇸🇦🇲Azərbaycan, ABŞ və Ermənistan arasında üçtərəfli bəyannamə imzalanıb
Paşinyan: “Məncə Tramp Nobel sülh mükafatını almağı haqq edir. Biz onu dəstəkləyəcəyik.”
İlham Əliyev: "Bu mövzuda baş nazir Paşinyanla həmfikirəm. Biz komitəyə müraciət edib Trampın namizədliyini dəstəkləyəcəyik".

👍34🕊7🤣4💩2❤1
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin Vaşinqton şəhərində keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannamə imzalayıb.
FOTO 📄✍️
Sənəddə deyilir:
1) Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:
Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
2) Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
3) Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
4) Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
5) Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
6) Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
7) Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.
Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır”.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Nikol PAŞİNYAN
Ermənistan Respublikasının Baş naziri
Şahidlik etdi:
Donald Tramp
Amerika Birləşmiş Ştatlarının Prezidenti

Telegram
@Saleh.Nasirov
❤33👍11🕊7👎1
Biz vaxt itirmək istəmirik. Əvvəlki ABŞ administrasiyasının dörd ilini itirilmiş illər hesab edirəm. Təəssüf ki, Bayden administrasiyası dövründə ABŞ-Azərbaycan münasibətləri Azərbaycan və Ermənistan münasibətlərinin girovuna çevrilib.
Bayden administrasiyası azərbaycanofobiyanın hərəkətverici qüvvəsi idi - İlham Əliyev
Prezident İlham Əliyevin ABŞ-yə səfəri təkcə okeanın o tayında və region ölkələrinin yox, bütün dünyanın diqqət mərkəzində olan son ayların ən önəmli hadisələrindən biri kimi ön plandadır. Dövlət başçımızın bu səfəri iki mühüm hissədən ibarətdir:
1. Keçmiş prezident Co Bayden hakimiyyəti dönəmində korlanan ABŞ-Azərbaycan münasibətlərinin yeni inkişaf mərhələsinin əsasını qoymaq;
2. Azərbaycan-Ermənistan sülh gündəliyi məsələsində praktiki irəliləyişi rəsmiləşdirmək.
ABŞ Prezidenti Donald Trampın istər ilk hakimiyyət illəri (2017-2021), istərsə də ikinci dəfə prezident seçilməsindən sonra rəsmi Bakı ilə Vaşinqton arasında diplomatik əlaqələrin müsbət məcrada inkişafı nəzərəçarpacaq dərəcədədir.
İki ölkə liderinin səmimi dostluq münasibətləri bu gün yenidən ölkələrimiz arasındakı hərtərəfli əlaqələrdə önəmli rol oynayır.
Prezident İlham Əliyev bir neçə dəfə açıqlamalarında D.Trampın prezidentliyi dövründə ailə dəyərlərinə, ənənəvi dəyərlərə xüsusi önəm verdiyini xatırlatması dövlət başçımızın mövqeyinin nədən və kimdən yana olduğunu dəfələrlə nümayiş etdirib.

YouTube
Prezident İlham Əliyevin ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsi

#Azərbaycan #Azerbaijan #İlhamƏliyev #IlhamAliyev

❤13👎2
1997-ci il avqust ayı, 📍 Ağ Ev.
FOTO
Azərbaycan Prezidentinin ABŞ-a ilk rəsmi səfərinin əsas görüşü – Bill Klinton ilə təkbətək danışıqlar. İki dövlət rəhbərinin imzaladığı Birgə Bəyanatda Prezident Klinton ABŞ-ın Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü və demokratik inkişafını dəstəklədiyini qeyd edir.
907-ci düzəlişin iki ölkə arasında əməkdaşlığı məhdudlaşdırdığı vurğulanır və bu düzəlişin ləğv olunması ABŞ Prezidenti tərəfindən qətiyyətlə dəstəklənir (Klinton onun dayandırılması üçün prezidentə səlahiyyət verən mexanizmi dəstəkləyir). Məhz bundan sonra, 2002-ci ildən başlayaraq Amerika prezidentləri bu mexanizmdən istifadə edirlər.
İqtisadi tərəfdaşlıqla yanaşı, enerji sahəsində ABŞ investisiya və kapitalının Azərbaycana axını başlayır. Bu, ABŞ–Azərbaycan münasibətlərinin tarixi nöqtəsi hesab olunur.
2025-ci il avqust ayı, 📍 Ağ Ev.
Azərbaycan ərazi bütövlüyünü və suverenliyini özü bərpa etmiş, münaqişəni həll etmiş, əlində sülh müqaviləsi ilə Ağ Evə geri qayıdır. Yenidən 907-ci düzəlişin dayandırılmasına nail olur və artıq tərəfdaşlıq istiqamətlərini daha şaxəli formada əldə edərək Ağ Evdən geri qayıdır.
Bu, 28 illik bir dəyişimdir. Necə başladı və necə davam edir.

👍38❤16🔥3