Media is too big
VIEW IN TELEGRAM
İzləyicim iddia edir ki, bu şəxs pişiklərin dilini kəsir.
Hadisə 03.08.25 tarixdə saat 17:48-də Sumqayıt ş. 17-ci mk. Zoo Hausun arxasında baş verib.
Video iki hissədən ibarətdir. İkinci hissədə xanım təfərrüatı ilə izah edir hadisəni.

🤬43😭41❤5😢3
METANIN QƏRƏZLİ YANAŞMASI və İKİLİ STANDARTLARI
İnsta və Feysbuk səhifələrimin qərəzli bloklama mexanizmləri və səbəbləri;
1️⃣ Sistem daxilində “report” prioriteti
Meta əməkdaşları daxili işçi statusuna görə məzmunu dərhal eskalasiya (priority review) edə bilirlər.
Əgər qərəzli niyyət varsa, müəyyən hesab və ya postu sürətli şikayət-baxış prosesinə göndərərək bloklama qərarı çıxarmağa təkan verə bilərlər.
2️⃣ Siyasət pozuntusu bəhanəsi ilə
Meta-nın qaydaları geniş və interpretasiyaya açıqdır (məsələn: “hate speech”, “bullying”, “misinformation”).
Qərəzli şəxs, bu qaydaları şişirdilmiş və ya kontekstdən çıxarılmış şəkildə tətbiq edib blok qərarını əsaslandıra bilər.
3️⃣ Koordinasiyalı kütləvi şikayət (mass reporting)
İşçi özü birbaşa blok düyməsini basmasa da, şəxsi əlaqələr şəbəkəsi ilə müəyyən qrupu kütləvi şəkildə şikayət etməyə təşviq edə bilər.
Bu, avtomatik sistemin blok mexanizmini işə salır, işçi isə daxildə həmin qərarı təsdiqləyə bilər.
4️⃣ “Misinformation” və ya “Fact-check” etiketi
Əgər Meta-nın “fact-check” tərəfdaşı (məsələn, Ermənistanda CivilNet) hər hansı paylaşımı “yanlış məlumat” kimi işarələsə, sistem postun yayımını məhdudlaşdırır.
Qərəzli əməkdaş bu prosesi seçici şəkildə tətbiq edə bilər.
5️⃣ İç qaydaların sui-istifadəsi
Meta əməkdaşları bəzi hallarda “emergency takedown” (təcili silmə) prosedurlarını şəxsi səbəblərlə aktivləşdirə bilərlər.
Rəsmi qaydalara görə bu yalnız təhlükəli və ya zərərli məzmun üçün nəzərdə tutulub, amma qərəzli istifadə ehtimalı var.
⚠️ Niyə bu təhlükəlidir?
Nəticədə: Hesab bərpası çox çətinləşir, çünki daxildə verilən qərarlar adətən “Meta Review” prosesindən keçmir.
Qərəzli bloklama ictimai təsir gücü yüksək olan şəxslərin (blogger, jurnalist, aktivist) səslərinin kəsilməsinə səbəb ola bilər.
P.S. Meta şirkətində erməni mütəxəssisləri
1. Armen Aghajanyan Meta AI-də tədqiqatçı (Research Scientist) kimi çalışır. O, süni zəka və maşın öyrənməsi sahəsində fəaliyyət göstərir.
2. Grigor Yeghiazaryan Meta-da Proqram mühəndisi (Senior Software Engineer) kimi çalışır.

Telegram
SALEH▪️NASIROV
Bir Fatihə 🤲🤣
Səhifə getdi və onunla bərabər postlar, reelslər, foto-videolar materiallar, mesajlar, illərin zəhməti, əziyyəti…😏
REZERV İNSTA, FEYSBUK SƏHİFƏM və PROFİLİM, hətta THREADS və TİK-TOK DA ÇUJOY PAXMEL GETDİ 🤯
HAMISI YERLİ DİBLİ SİLİNDİ 🤦🏻♂️…

❤25👍4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu da belə getdi. Denən, gül kimi işin, rahat həyatın var idi, nəyin çatışmırdı?
Maliyyə ekspertisən, danış maliyyədən zaddan… sənə kofe lazım idi? ☕️
Sosial şəbəkələrdə iqtisadçı Fərhad Pərvizinin son günlər etdiyi çıxışlarla əlaqədar işdən çıxarılması haqda məlumatlar yayılıb. İddialara görə, buna səbəb onun gender əsaslı ayrı-seçkiliyi təbliğ edən fikirləridir.
“Baker Tilly Azərbaycan” şirkəti Fərhad Pərvizinin işdən çıxması xəbərini təsdiqləyib.
1 il müddətində Biznes və Məsləhət Xidmətləri Direktoru vəzifəsində çalışan Fərhad Pərvizi 4 avqustda şəxsi təşəbbüsü və könüllü ərizəsi əsasında şirkətdən ayrılıb.

👍46😁18❤10😢8
👍62❤20👏8💩1
Əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən heyvanla rəhmsiz rəftar edən 1990-cı il təvəllüdlü Ə.Qəniyev müəyyən olunaraq polis bölməsinə çağırılıb. Barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
https://t.me/nasirovsaleh/8166
https://t.me/nasirovsaleh/8166
Telegram
SALEH▪️NASIROV
İzləyicim iddia edir ki, bu şəxs pişiklərin dilini kəsir.
Hadisə 03.08.25 tarixdə saat 17:48-də Sumqayıt ş. 17-ci mk. Zoo Hausun arxasında baş verib.
Video iki hissədən ibarətdir. İkinci hissədə xanım təfərrüatı ilə izah edir hadisəni.
Hadisə 03.08.25 tarixdə saat 17:48-də Sumqayıt ş. 17-ci mk. Zoo Hausun arxasında baş verib.
Video iki hissədən ibarətdir. İkinci hissədə xanım təfərrüatı ilə izah edir hadisəni.
👍22🤬13❤5💔1
Media is too big
VIEW IN TELEGRAM
Şəmkirdə yeddi nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb.
1966-cı il təvəllüdlü Arif Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobil Ağstafa istiqamətində hərəkətdə olan zaman qarşıda gedən "KamAZ" markalı yük maşınının qoşqusuna çırpılıb. Nəticədə sürücü və onun altı sərnişini hadisə yerində dünyasını dəyişib.
Daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağır, digərlərinin - orta ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Vəfat edən şəxslər:
Şəadət Bayramov (1992)
Bəsti Nəbiyeva (1975)
Aydın Pənahov (1977)
Qızxanım Tomayeva (1962)
Kənan Məmmədov (2008)
Fəxriyyə Novruzova (1978)
Arif Bağıov( 1966)
Xəsarət alan şəxslər:
Şahniyar Pənahova (1975)
Kamran Məmmədov (1969)
Nərmin Əliyeva (2004)
Məcid Qəribov (1995)
Bəkinaz Gözəlova (1970)

😭52💔13❤4🙈1
Media is too big
VIEW IN TELEGRAM
Peşə təhsili müəssisələr
31 min təıləbə müraciət edib bu il Peşə Məktəblərə.
Tələbatı çox olan ixtisaslar; aşbaz, avto təmirçi, it, turizm, bərbər, kənd təsərrüfatı və sair….Amma foto-videoqraf yoxdur. Dedim əlavə edin, çünki əlinə kamera alan deyir fotoqrafam 🤦🏻♂️🤣
Bu ildən sosial media peşəsi də əlavə olunub.
Müasir peşələr üzrə beynəlxalq sertifikatlı peşə təhsili proqramları da mövcuddur:
Məqsəd: Əmək bazarının müasir tələblərinə uyğun kadr hazırlığını təmin etmək
Beynəlxalq standartlara əsaslanan tədris, real iş mühiti təcrübəsi, karyera dəstəyi.
🧑💻 Hazırda tələbə qəbulu aparılan ixtisaslar:
▪️Qrafik dizayner
▪️Veb dizayner
▪️Proqram təminatçısı
▪️İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi
▪️Aşpaz
▪️Beynəlxalq mühasibat uçotu
⚠️Peşə təhsili üzrə tələbə qəbulu – 2025/2026-cı tədris ili
🗓 Qeydiyyat tarixləri:
22 iyul – 11 avqust (18:00-a qədər)
Müraciət platforması: portal.edu.az – “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti

👍28❤12
Media is too big
VIEW IN TELEGRAM
🇺🇸 From Ağ Ev with 🇦🇿 Azərbaycan himni
ABŞ Prezidenti Donald Tramp “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq.
Sənəd Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində avqustun 8-də imzalanacaq.
Prezident İlham Əliyev ilə amerikalı həmkarı Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olan bu sənəd 33 il əvvəl Azərbaycanın məruz qaldığı ədalətsizliyə son qoymuş olacaq.
Xatırladaq ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi 1992-ci ildə rəsmi Bakının Ermənistana guya “blokada” tətbiq etməsini bəhanə kimi göstərərək Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsinə qadağa qoyan qanunu qəbul edib.
Sonrakı dövrlərdə ABŞ prezidentləri 907-ci düzəlişin icrasını müvvəqqəti dayandırsa da, Bayden-Blinken administrasiyası bu ədalətsiz qərarı yenidən qüvvəyə mindirərək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb.

❤42👍7🏆4
08.08 - XƏBƏRLƏRİ 🇦🇿🇺🇸
▪️Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Bu Azərbaycan Respublikasına ABŞ hökumətinin birbaşa yardımını qadağan edirdi. Bayden yenidən qüvvəyə mindirmişdi.
▪️Azərbaycan və Ermənistan arasında imzalanacaq Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəliş təsdiq olunacaq.
▪️Azərbaycan və Ermənistan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in baş katibinə müraciət edəcəklər.
▪️Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu imzalanacaq.
▪️Tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması baş tutacaq.
Razılıqlar onu göstərir ki, yeni bir dönəmin qapısı aralanır. 🇦🇿🇺🇸

👍47❤12❤🔥4🕊2😁1
🇺🇸Tramp: “Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı sabah Ağ Evdə tarixi Sülh Sammiti üçün qəbul etməyi səbirsizliklə gözləyirəm.
Bir çox lider bu müharibəni dayandırmağa çalışıb, amma indiyə qədər heç bir nəticə əldə olunmayıb. Bu isə "Trump" sayəsində mümkün oldu. Mənim Administrasiyam uzun müddətdir ki, hər iki tərəflə təmasdadır. Sabah Prezident Əliyev və Baş nazir Paşinyan Ağ Evdə rəsmi sülh sazişinin imzalanması üçün mənə qoşulacaqlar.
Birləşmiş Ştatlar, həmçinin hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayacaq ki, bu da iqtisadi imkanları birgə araşdırmağa və Cənubi Qafqaz regionunun tam potensialını ortaya çıxarmağa imkan verəcək. Mən bu cəsarətli liderlərlə Ermənistan və Azərbaycanın böyük xalqları üçün düzgün iş gördüklərinə görə çox fəxr edirəm. Bu, Ermənistan, Azərbaycan, ABŞ və dünya üçün tarixi gün olacaq!”

❤31🕊11💩3🙈2
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində elmi-innovativ sahələrdə və ictimai platformalarda fəal olan bloger və influenserlərin iştirakı ilə mediatur keçirilib.
Tədbirin məqsədi peşə təhsilində son yeniliklərin, yeni ixtisasların və mövcud imkanların geniş ictimaiyyətə çatdırılması olub.
Tədbirdə bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili alan tələbələrə dövlət nümunəli diplomla yanaşı, beynəlxalq sertifikat əldə etmək imkanı yaradılıb. Bu proqram çərçivəsində tələbələr əmək bazarında rəqabətədavamlı bilik və bacarıqlarla təchiz olunacaqlar.
Daha sonra iştirakçılar mərkəzin infrastrukturu ilə tanış olublar.
Müasir tədris avadanlıqları, praktiki təlim mühiti və texniki imkanlar barədə təqdimat keçirilib. Qeyd olunub ki, hazırda ölkə üzrə 78 peşə təhsili müəssisəsində, 152 ixtisas üzrə ümumilikdə 32 620 plan yeri üzrə qəbul həyata keçirilir. Bu yerlərin 24 280-i dövlət sifarişi, 8 340-ı isə ödənişli əsasda təklif olunur.

❤21👍4🤣2🎃1