SALEH▪️NASIROV
31.4K subscribers
1.9K photos
5.02K videos
1.83K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“2024-cü ilin yanvar ayında görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur.
Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşamış və mübarizə aparmışdır”.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirəcək.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
👍218
This media is not supported in your browser
VIEW IN TELEGRAM
İlahi buna nə qədər gülmüşəm 🤣🤣🤣
🤣12👍21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Xaçmazda yol çöküb, çay evlərə yaxınlaşır.
😨10👍2
Media is too big
VIEW IN TELEGRAM
AZƏRBAYCAN-İRAN DÖVLƏT SƏRHƏDINDƏ AVTOMOBIL KÖRPÜSÜNÜN VƏ MODUL TIPLI BURAXILIŞ MƏNTƏQƏSININ AÇILIŞI OLUB.
Körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.
Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.
Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, cari ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb.
Eyni zamanda, cari ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub. Yeni körpünün və buraxılış məntəqəsinin açılışı iki ölkə arasında yük daşımalarının həcminin daha da artırılmasına töhfə verəcək.
Dövlət sərhədində yol və gömrük-sərhəd infrastrukturunun yaradılması, eyni zamanda, nəqliyyat vasitələrinin Astara şəhərinə daxil olmadan yollarına davam etmələrinə şərait yaradacaq ki, bu da öz növbəsində şəhərdaxili nəqliyyat axınının səmərəliliyinin artırılmasına müsbət təsir edəcək.
Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlərə başlanılıb. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.
8
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HoneyƏli next LVL
🤣9🤮7🗿6😍32🍌1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Yeni il uğurlu və düşərli olsun! Allah ürəyinizə görə versin! Amin!
2024, Şərqi Çin təqviminə görə əjdaha ilidir 🐲 2024-ci ildə əjdaha rəngi üstünlük təşkil edəcək: mavi, yaşıl və element: ağac 🌳🐉 #happynewyear
👍9😁5👎1🔥1
Media is too big
VIEW IN TELEGRAM
İzləyicim; “Sizi bele tebrik elemey istedim gozel insan. Hem de size teshekkur etmek istedim gorduyunuz ishlere gore 🥹 Sizi butun aileliyce izleyirik. Butun qohumlar😻 Mamam deyir sen cani menim tebrikimi catdir😹 Hemreyliy munasibeti il ve yeni ilinizi ureyden tebrik edirik☺️ Allah sizi yaxshi elesin Saleh bey siz biz xanimlara cox boyuk destek, guc ve dayaqsiz Allah da sizi qorusun . Sizin sayenizde hem maariflenirik,hem de destek aliriq . Problemlerin hellinde rolunuz cox cox boyukdur ,cunki cox halda bunu temennasiz etmisiz,bu ise bizim zemanede demek olar mumkunsuzdur. Siz mumkunsuzu mumkun etdiniz bizim cemiyyet ucun Allah da size bu yeni ilde ugur, can sagligi,bol ruzu ve coooooooooooooooxlu xowbextliy qismet elesin inwAllah. Sizi cox isteyirem yox sizi dehwet cox isteyirik Allah var elesin sizi.Tam semimi xorowo cto vi yest u nas Day bog vam xoroshoy i svetloy jizni🫶🏽🥹
14👏6👍1🤮1🥴1😐1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
From Qusar with Atəşli Konsert 🔥🐲
Раз два три,
Колоночка гори
😁7🎅21
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Həppi Nyu 2024 Yea 🐲 Qoy bu yeni il Sizə və əzizlərinizə bol ruzi-bərəkət, uğur, sevinc, sevgi, özgüvən, güc, inam və xoşbəxtlik gətirsin! 🙏
Arzu edirəm yeni ildə Sağlam və bir birinizə qarşı dözümlü, təmkinli, hörmətli, diqqətli və məsuliyyətli olasınız!
Allah xalqımızı, ölkəmizi, ərazi bütövlüyümüzü qorusun İnşallah! Amin!
Mənimlə olduğunuz və dəstək verdiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm! ❤️🙏
Sizin,
S▪️N
21🎄2❤‍🔥1👍1
🇦🇿 Biz bayramı rahat keçirək deyə onlar Vətənin keşiyindədirlər!
62❤‍🔥5🙏2🎄1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Əjdaha ilin ilk dəqiqələri özünü gözlətmədi 🔥🐲
😢16😁21👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Belələrinə görə evlər yanır da 🤦🏻‍♂️
🤬24🤯13👍3🤣31
Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən döyüldüyünü iddia edir.
Kikbokusçunun sözlərinə görə, hadisə dekabrın 27-də baş verib.
O bildirib ki, hadisə yarıtikili binada qeydə alınıb: “Etdiyi xəyanətə dözməyərək ona şillə vurmaq istəyəndə geri çəkilib mənə təpik atdı. Qarşılıq verəndə yerə yıxdığı zaman başım betona dəydi, halsız vəziyyətdə yerdə özümü müdafiə etməkdən başqa çarəm yox idi. Amansızca, ölümünə təpik-yumruqla vurmağa davam edirdi. Başım betona dəyərək partladı”. 
Məsələ ilə bağlı polisə müraciət edilib.
DİN: “Hadisə ilə bağlı müvafiq ekspertiza təyin edilib. Araşdırma aparılır.”
😁82🙈2👍1🤡1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bezdiriblər Vallah!
1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🤦🏻‍♂️
😐10🤬53🤯1
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
🤣13❤‍🔥2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Vəkil Zaur Məmmədov intihar edib.
Z.Məmmədov hələ ki, bilinməyən səbəbdən üzərinə benzin tökərək özünü yandırıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə Vəkillər Kollegiyasının qarşısında qeydə alınıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb edilib.
Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi.
😱27😢10👍4