SALEH▪️NASIROV
31.3K subscribers
1.9K photos
5.02K videos
1.83K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı müvəqqəti olaraq Quba rayonunda yaşayan Cəfər Məmmədov saxlanılıb.
C.Məmmədov 25-dən artıq şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub.
Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 30 980 manat pulunu ələ keçirib.
Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib.
O, həmçinin bir neçə xanıma onlarla evlənəcəyinə dair vədlər verib, həmin şəxslərin və onların ailə üzvlərinin adına bankdan kredit götürərək dələduzluq edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Cəfər Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.
👍8😡71
DİN 🚨"Sosial şəbəkə üzvlərindən daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt sakini Vəliyeva Ləman polis əməkdaşları tərəfindən saxlanılıb".
👍22
Media is too big
VIEW IN TELEGRAM
Niyə bizim insanlar Tənqidi qəbul etmirlər, edə bilmirlər?
ÇÜNKİ:
▪️Tənqidi Təhqir kimi qəbul edirlər.
▪️Özlərini digərlərindən daha təcrübəli və bilikli sanırlar.
▪️Öyrənmək və İnkişaf etmək istəmirlər.
Halbuki, məhz tənqidin sayəsində insan daha çox öyrənir, təcrübə toplayır, inkişaf edir, hədəfinə çatır və uğur qazanır!
▪️Ağsaqqal/Ağbirçək məsələsi; böyüklər nə deyirsə düz deyir! Onların dediklərini nəinki tənqid, hətta müzakirə etmək olmaz kimi stereotip və stiqmalı yanaşma.

TƏNQİDİN qəbul edilməsi üçün onu DÜZGÜN formada etmək labüddür!
☝️Çalışın tənqid edərkən, qarşı tərəfin xətrinə dəyməyəsiniz, həddi aşmayasınız. O incə cizgini pozanda tenqidi qebul etmek istemir adam.
🍔 BURQER yanaşmasından istifadə edin.
İlk öncə, aponentinizin fikrini tərifləyin, deyin “əla fikirdi, afərin, bəyənilsin!”
Sonra, açar sözlərdən istifadə edərək tənqidinizi əlavə edin. Məsələn: “Yaxşı olardı ki,..... Bunu da əlavə etsəniz möhtəşəm olar..... və sair....”
Sonda isə, yenədə tərifdən istifadə edin: “Amma, buna baxmayaraq gözəl ideyadır, təklifdir...və sair”

İndi siz daha çox bilirsiniz! 😎
Paylaşın və tənqidə dözümlülüyü artırın ❤️
S▪️N
👍202👏1
Ələt-Astara yolunda ağır qəza: Ölən və yaralanan var.
16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.

Yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.

Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.

Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.
😢17👍2🙏1
Bu linkə daxil olun və 5 AZN qazanaq 🦁 25 Dekabr STOP 🛑

https://leobank.az/r/gkxc

Dekabrın 11 - 25 kimi aksiyamızda iştirak etmək və inanılmaz bonuslar əldə etmək üçün unikal şansınız var!

Sizi gözləyir:
- 5 manat bonus!
- 3 iPhone 15 (128 GB Black) və 5 Samsung S23 (128 GB Black
) qazanmaq imkanı!

Nə etmək lazımdır:
1. Dostlarınızı referal proqramına dəvət edin.
2. Dostlarınız kartı dekabr ayının 11 - 25 qədər aktivləşdirməlidirlər.
3. Kartın aktivləşdirilməsi üçün hər ikiniz keşbek balansınıza 5 manat bonus əldə edəcəksiniz.
4. Avtomatik olaraq lotereya iştirakçısı olursunuz!

Böyük uduşlar və əlavə bonuslar üçün şansınızı qaçırmayın!
🔥61
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu gün səhər Ələt-Astara yolunda ağır qəzada ölən oğlan 😞 Allah rəhmət eləsin!

16.12.2023-cü il tarixində saat 10:18 radələrində Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində baş vermiş avtoqəza ilə əlaqədar xəsarət alan 1995-ci il təvəllüdlü və 1965-ci il təvəllüdlü 2 nəfər (kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili yardım vasitəsilə daxil olub.

Yaralılara travmatik amputasiya, başın təpə nahiyəsi və sol gicgah nahiyəsinin irihəcmli kəsilmiş, cırılmış yarası diaqnozları təyin edilib.

Xəsarət alanlardan biri dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, vətəndaş vəfat edib.

Digər vətəndaşa zəruri tibbi yardım göstərilib vəziyyəti stabil olaraq qiymətləndirilir.
😢21🙏3👍1😱1
PFL rəhbərliyi Xankəndi yolunda qəzaya düşdü. Allah şəfa versin!
Bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. 

Mikroavtobusda qəzaya düşənlər Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olublar. Elxan Səmədov PFL-in prezidenti, Aslan Şahgəldiyev PFL-in vitse-prezidentidir.
İlkin məlumata görə, onlar dekabrın 21-də nəzərdə tutulan “Qarabağ” – MOİK matçı üçün Xankəndiyə gedirmişlər.

Bakı sakini Səmədov Elxan Zakir (14.01.1974) - Sağ baldırın yuxarı 3-də 1-nin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı;

Bakı sakini Abdullayev Sənan Məstəli (24.06.1984) - Hər iki ayaq pəncəsinin əzilməsi;

Bakı sakini Şahgəldiyev Aslan Yadigar (31.08.1981) - L1 fəqərənin kompression sınığı;

Bakı sakini Qafarlı Rasim Məmmədrəsul (20.06.1982) - Sağ diz oynaqğının əzilməsi;   Bakı sakini Abbasov Elgiz Rafiq (26.04.1990) - Sağ diz nahiyə əzilməsi;

Bakı sakini Hacıməhərrəmov Zaur Tahir (16.06.1981) - Burunun küt travması.
🙏8😢62👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🌬️ Bakıda və Abşeron yarımadasında dekabrın 17-si gündüzdən 18-i səhərədək şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. 17-si gecəyə doğru, 17-dən 18-nə keçən gecə və səhər isə bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enərək, gecə 1-3° isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-də gündüz şimal və qərb rayonlarından başlayaraq 18-i gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Naxçıvan MR, Mərkəzi-Aran, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var.
Qərb küləyi arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 ° aşağı enərək, aran rayonlarında gecə 1-6° isti, gündüz 6-11° isti, dağlıq rayonlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
👍7🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
From Şuşa with Qar ❄️
32😍10🥰1
🇹🇷Zəlzələ Mərmərə dənizində 11.8 km dərinlikdə 4.1 bal gücündə baş verib.
🤯8🙏2
❄️ Quba və Qusarda yollar buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib

Hava şəraiti ilə əlaqədar Dövlət Yol Polisi əməkdaşları və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları əraziyə cəlb olunublar. Yolun hərəkət hissəsi qardan təmizlənərək qum-duz qarışığı səpilir. Təcrübəsiz və əraziyə bələd olmayan, həmçinin avtonəqliyyat vasitəsi hava şəraitinə uyğun təchiz edilməyən sürücülərin qarlı havada Quba-Qusar yolundan istifadə etməsi tövsiyə olunmur.

Hazırda Qusarın rayon mərkəzində 3-4 sm, Qubada isə 2 sm-ə qədər qar var. Səhər saatlarından başlayan qar hazırda yağmağa davam edir.
👍82😍2
Media is too big
VIEW IN TELEGRAM
Bəh bəh bəh! Mənzərədir e, mənzərə 🔥
İçəri Şəhər Qoduğ İdarəsi hara baxır? Hərçənd ki, içəri şəhəri kəbabxanaya döndərən üçün bu zakuska, desertdir 🤦🏻‍♂️
🤬34👍8👎6👏32👀1