SALEH▪️NASIROV
31.4K subscribers
1.9K photos
5.02K videos
1.83K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
▪️"Vaqner" Voronej və Lipetsk bölgələrindən Moskvaya doğru irəliləyir.

▪️Bəzi mənbələr Putinin Moskvanı tərk etdiyini bildirir.

▪️Peskov isə Putinin Moskvada, Kremldə olduğunu deyir.
😍91
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Priqojin Rostovu nəzarətə götürmələrindən və sakinlərin onlara olan münasibətindən danışdı.
▪️Hərbi ekspert Ədalət Verdiyev yazır: Vaqnerin artıq Tula vilayətində olduğu bildirilir.
Oradan Moskvaya 300 km-lik məsafə var. Bu templə məsələ iki günə bitə bilər.
😍5👍2
Ukraynanın Azərbaycandakı səfiri Rusiyada baş verənlərə bu cür reaksiya verib 🤦🏻‍♂️🤣
😁35🤣20👍32
İTGİLƏR HAQQINDA
“Yevgeni Priqojinin muzdlularına qarşı döyüşlər zamanı Rusiya hərbçiləri bir İl-22 təyyarəsini, elektron müharibə üçün nəzərdə tutulmuş iki helikopteri, bir Mi-35 helikopterini, bir “Tiger” döyüş maşınını və hərbi “KamAZ”-ını itirib. Təyyarə məhv edilib, maşınlar isə ələ keçirilib”, - OSINT tədqiqatçılarının hesabatında qeyd olunur.
Bildirilib ki, “Vaqner” PMC " yalnız bir UAZ itirib.

Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.
Federal Təhlükəsizlik Xidməti silahlı üsyan faktı ilə bağlı cinayət işi açıb.
Rusiya Prezidenti Vladimir Putin isə "Vaqner" muzdlu hərbi təşkilatının son addımını xəyanət adlandırıb. O, xalqa müraciətində üsyan təşkilatçılarının buna görə cavab verəcəklərini deyib.
👍1
“Vaqner” qiyamı: Ukrayna müharibəsinin taleyi Rostovda həll oluna bilər.
Rusiyada ehtimal olunan hadisə baş verdi. Bir çox təhlilçilər gec-tez bu ölkədə generalların üsyan, qiyam edəcəyini deyirdilər. Çünki Ukraynadakı müharibədən daha çox əziyyət çəkən məhz hərbçilərdir.
“Vaqner” özəl hərbi şirkəti döyüş qabiliyyəti və üzləşdiyi problemlərlə Rusiya hərbçilərinin güzgüsünə çevrilib. Son zamanlar bu muzdlu qruplaşma ilə Rusiyanın rəsmi hərbi qurumları və rəhbərliyi arasında narazılıq artırdı.
Şirkətin rəhbəri Yevgeni Priqojinin çıxışları da bunu təsdiqləyir. O, hələ ötən həftə “Vaqner” üzvlərinin Ukraynadakı mövqelərini Rusiya hərbçilərinin bombalayacağını və nəticədə onların “fərari” adlandırılacağını bildirmişdi.
Y.Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyini onları silah-sursat və hərbi texnika ilə təchiz etməməkdə günahlandırırdı. O, bu açıqlamasından bir neçə gün sonra bildirmişdi ki, Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Baş Qərargahın rəisi, ordu generalı Valeri Gerasimov ölkə Prezidenti Vladimir Putinə Ukraynadakı döyüşlərlə bağlı yalan informasiya verirlər.
👍2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rusiya tərəfindən yük maşınları ilə bloklanmış yol "Vaqner" silahlıları tərəfindən açılıb.
😐7😍2
📢 Əhali “Vaqner”in ələ keçirdiyi Rostovdan qaçır.

Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə dolub. Şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur. Avtovağzal normal rejimdə işləyir. Nəqliyyatın hərəkəti müvəqqəti bağlı olan istiqamətlərə bilet satışı dayandırılıb.
😁51
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rostov əhalisi 2 yerə bölünüb:

Yarısı Vaqner PMC-ni yarısı isə Rusiya hakimiyyətini dəstəkləyir.
😁6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Voronejdə neft məhsulları olan çənlər hələ də yanır.

Yanğınsöndürənlər alovun yayılmasının qarşısını alır. Hadisə yerində 100 nəfər və 31 texnika işləyir
😁41
Moskvada təhlükəsizlik tədbirləri
This media is not supported in your browser
VIEW IN TELEGRAM
217-ci Qvardiya Hava Desant Alayı Priqojinin tərəfinə keçdi
👍8😁4
Sankt-Peterburqda Priqojinə məxsus 4 milyard rubl tapıldı
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Rostovda yerli sakinlər Vaqner döyüşçüləri üçün yemək və içki gətirməyə başlayıblar.
👍111
Moskvaya gedən yollar qazılır. Yük maşınları kömək etmədi
👍6👀3
‼️ Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı.

Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.

Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.
👍3
Arada, aviaşirkətlər babat jekpot vurdular bu gün 🔥
👍21👌5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Filmin Sonu ‼️ Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı.
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb.
“Nəticədə onlar Rusiya ərazisində qanlı qırğın törətməyin yolverilməzliyi barədə razılığa gəliblər. Yevgeni Priqojin Belarus prezidenti Aleksandr Lukaşenkonun “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətini dayandırmaq və gərginliyin azaldılması üçün əlavə addımlar atmaq təklifini qəbul edib.
Hazırda “Vaqner” döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə bağlı məsələ müzakirə olunur” - Lukaşenkonun ofisindən bildirilib.
👎10👏6😁31👍1🥰1🥴1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşaq - oyuncaq, kartoşka zad deyil e, xoşuna gəlmədi, bezdin tullayasan qırağa. Uşaq böyük bir məsuliyyətdir!
Əgər ona sevgi, qayğıı, diqqət, təhsil, tərbiyə, savad verə bilməyəcəksinizsə, bu yükün altına girməyin! Uşağın və öz həyətınızı məhv etməyin!
Ən əsası uşağı HƏR İKİ VALİDEYN sevib, istəyib, arzulayıb dünyaya gətirməlidir, planlı şəkildə.
Yoxsa, “bilmədim hamilə qaldım, abort edim etməyim, uşaq edim ərim yanımda qalsın və ya qocalanda mənə baxsın, xidmət etsin” kimi absurd və cahil fikirlərlə yox!
Uşaq bütün bunları ana bətnində yarandığı ilk saniyələrdən bilir, eşidir, hiss edir və dünyaya gəldikdə natamamlıq kompleksindən əziyyət çəkir, əbədi travma içində yaşayır!
Odur ki, əzəldən günaha batmayın! Səhvə yol verməyin!
Unutmayın övladların valideynlərə deyil, valideynlərin övladlara borcu vardır! Çünki övlad dünyaya gəlməyi seçməyib, o qərarı valideyn verib! Və ona görə də bütün məsuliyyət məhz valideynin üzərindədir! Hər iki valideynin!
İndi siz daha çox bilirsiz!
S▪️N
👍45😁71