SALEH▪️NASIROV
34K subscribers
1.96K photos
5.18K videos
1.87K links
Sosial məsələlər, məsləhətlər, ideya və təkliflər 🇦🇿
Download Telegram
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hüquq mühafizə orqanlarının nəzərinə.

Birdə ki, bu oğlan hansı taksi şirkətində çalışır? Maşının nömrəsi nədir? Özünün və maşının sənədləri, xanımın şikayət ərizəsi və sair…
Mənə də maraqlıdır, necə olur bu manyakın tel, ünvan, Ş.V. və şəkillərini @naxcivan.mr.din @polisazerbaycan @prokurorluq @azerbaijandtx təqdim etmişəm, lakin o hələ də azadlıqdadır və mənəvi terroru davam edir? 😳🤷🏻‍♂️😔

https://www.instagram.com/reel/CW5iHboAqfm/?utm_medium=copy_link
Media is too big
VIEW IN TELEGRAM
NÖVBƏTİ QADIN ZORAKILIĞI 🤦🏻‍♂️

Azərbaycanda neçə-neçə qadın müxtəlif formalarda şiddətə məruz qalırlar. Zərif cinsin çox sayda nümayəndəsi təhsildən məhrum olur, evlərinə qapadılır, iqtisadi fəaliyyətləri məhdudlaşdırılır, iş həyatında haqsızlıq və ayrı-seçkiliklə üzləşirlər.

Ən dəhşətlisi isə həmcinslərimizin xüsusi amansızlıqla qətlə yetirilməsidir. Övladlarının gözü qarşısında onları psixoloji, fiziki,cinsi zorakılığa məruz qoyaraq bıçaqlanır, qətl edilir.

Eləcə də, təcavüz görən qadınlar bağlı qorxunc, üzücü xəbərlər aldıq. Onlardan biridə elə bu qadındır.Ailəsində baş verən hadisəni qeyd eləmək olar.

Belə ki, narkotik maddələrin istifadəçisi olan yoldaşı fiziki, psixoloji zorakılığa məruz qoyduğu üçün DİN-nin əməkdaşları tərəfindən sığınacağa yönəldilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə iş başlanmışdır.
OXU və PAYLAŞ 🏢 EVSİZLİK və BOŞANMALAR
https://www.instagram.com/saleh.nasirov/reel/CXFCa-hKJNN

SUAL: Gəlin qaynanaya uyğunlaşmalıdır, yoxsa qaynana gəlinə?
CAVAB: HEÇ BİRİ!


QAYNANA vs GƏLİN - ƏBƏDİ PROBLEM!
Sirr deyil ki, əksər hallarda, istisnaları çıxmaq şərtilə, qaynanalar gəlinlərlə yola getmirlər!

Nəticədə dava-qırğın, söz-söhbət və boşanma, bəzi hallarda qocalar evi və ya daha dəhşətlisi - ölüm.

Bu halların qarşısını almağın və yeganə çıxış yolunu mən gənc ailələrin, cütlüklərin ayrı yaşamasında görürəm!
Bir evdə iki "xozayka" birmənalı ola bilməz!

Odur ki, oğlanlar xanımınızı ata/ana evinə gətirməyin!
Xanımlar, ayrıca evi olmayan oğlana ərə getməyin!

İpoteka götürün, kirayə qalın, nə edirsinizsə edin valideyinlərinizlə bir evdə yaşamayın!

Cütlüklər arasında min söz-söhbət, mübahisə, gərginlik ola bilər və bu normaldır!

Niyə valideynlər və ya üçüncü şəxslər bunların şahidi olmalıdılar, müdaxilə etməlidirlər?

Hələ, evdə rahat gəzib, uzanıb, hamama gedib və sekslə məşğul olmaqdan danışmıram!

İmkan verməyin kimsə şəxsi həyatınıza müdaxilə etsin!
Onsuzda cütlüklər sonda dil tapıb, barışacaqlar!

EVSİZLİK
Boşanmaların səbəblərindən biri də EVSİZLİKDİR!
Ölkədə gənc ailələr üçün güzəştli, sərfəli şərtlərlə, aşağı faizlə (illik 2%) uzun müddətli və əlçatan İPOTEKA kredit sistemi (mortgage loans) tədbiq olunsa, boşanmaların və sosial gərginliyin sayı da azalacaq!

Ən asası isə, boşanmalar nəticəsində ortada qalan uşaqlar ana və ata sevgisindən, qayğısından məhrum olmayacaqlar, bəzi hallarda işgəncə və zorakılıqlara məruz qalmayacaqlar 👦🏻👧🏻

P.S. Məlumat üçün bildirim ki, Azərbaycanda hər ay minlərlə ailə dağılır və dövləti bu sosial problemlər narahat etməyə bilməz!
Sonda hər bir sosial problem Bumeranq effekti verərək cəmiyyətin, ölkənin başında sosial partlayışla nəticələnir!

Hörmətlə,
@NasirovSaleh
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu murdarı tanıyan varsa mənə yazsın 🙏
instagram.com/reel/CXQZoh2A69Z
Xəstə Xəstəliyi yayır, Pandemiya dövründə 🤦🏻‍♂️
Media is too big
VIEW IN TELEGRAM
DİQQƏT! GIVEAWAY MAŞEYNİKLƏRİ!!!
Deməli, maşeyniklər tanınmış giveaway yarış keçirənlərin adından “QAZANDIZ, YARIŞ NƏTİCƏLƏRİ” adlı saxta səhifələr açaraq və yarışlara qoşulan şəxslərin direktlərinə “TƏBRİKLƏR Siz iPhone 13 QAZANDIZ” mesajını yazaraq, 42 manat gömrük rüsümünü tələb edirlər və sadəlöv insanlar, uşaqlar bunların qurbanlarına çevrilirlər!

Ən dəhşətlisi isə yarışı keçirənlər bu maşeyniklər haqqında məlumatlıdırlar, lakin auditoriyalarını XƏBƏRDAR etmitlər 🤷🏻‍♂️😔🤦🏻‍♂️

Əslində onlar ilk həyacan təbili çalanlardan olmalı və cəmiyyətə səslənməlidirlər; Heç bir hədiyyə üçün kiməsə/harasa pul ödəmək/köçürmək lazım deyil və hədiyyələri şəxsən yarışı aparan şəxs təqdim edir.
İnsanlar aldanmasın!
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hamı soruşur instagram.com/saleh.nasirov səhifəsində yeni paylaşımlar niyə görsənmir?
CAVABI👆VİDEODA
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Sabahınız xeyirli, gününüz uğurlu və məhsuldar keçsin 😎
Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi nəhayət ki, açıqlandı.

Yeni qanun layihəsində müstəqil jurnalistlərin və ekspertlərin də gözlədiyi kimi qadağalar və yeni tələblər müəyyən edilib. Onların bəziləri;

Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;
Azərbaycanın dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;
Dövlət dili normalarına riayət edilməlidir;
İrqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;
Terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;
Əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;
Şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;
Şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;
Böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;
Sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;
Faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir;
Parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;
Pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
Qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;
“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.
Layihədə yer alan qanunlardan biri media orqanları və jurnalistin hansı məlumatları yayması ilə bağlı qaydadır.
Hansı məlumatlar yayıla bilməz:
Şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;
Məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına;
Təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;
Azərbaycanın Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;
Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;
“Dini ekstremizmə qarşı mübarizə haqqında” qanunun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına;
İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarına.
Redaktor, jurnalist istintaqı aparılan yaxud məhkəmə icraatında olan işlə əlaqədar Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Когда занимают, но не возвращают и/или обещают но не выполняют 🥶 #гдеденьги
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Uşaqlar səhv ediblər. Gəlin onları mədəni və sivil formada maarifləndirək, məsləhət və tərbiyə verək.
Bir daha belə hərəkətlər eləməsinlər və başqa uşaqlar da nəticə çıxarsınlar, diqqətli və hörmətli olsunlar. 🙏

P.S. Digər tərəfdən, dərindən düşünsək bir az, görərik ki, bu səhnə ölkədə “Sosial İnkişafın” bariz nümünəsidir🔥
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Deyilənə görə tutulub. Rəsmi xəbərləri gözləyək 🔥
SON_DEYİQE səhifəsinin admini - Vüsal Həsənov.
O, qızların şəkillərini paylaşaraq, onları təhtid edib, yüzlərlə manat müqabilində silirdi.

Onu da qeyd edim ki, son_deyiqe səhifəsi əvvəl bir qızın və 102K olub. Qız onu satışa 600 manata çıxarıbmış.
Bu şərəfsiz Vüsal da ona saxta çek ataraq, səhifənin şifrəsini götürüb və səhifənin adını dəyişərək son deyiqe etmiş və daha sonrası hər kəsə bəllidir.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Bu mahnı məni bir anlıq keçmişə apardı. Bu anı və beynimdə olan fikirləri sizlərlə paylaşmaq istədim. Bu qədər.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
NÖVBƏTİ QADIN ZORAKILIĞI 🤦🏻‍♂️
Görəsən bu ölkədə ne qədər qadın qətlə yetirilməlidir, uşaqlar yetim və travmalı böyüməlidir ki, ölkədə qadın zorakılığına dair ən ciddi, ağır cəza və cinayət məsuliyyəti tədbiq və dərhal, qeyri şərtsiz həbs qətimkan tədbiri seçilsin? NEÇƏ QADIN? NEÇƏ?
Ətraflı burada 👉 instagram.com/reel/CXahZOtAvQn/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Hadisə 10 Dekabr, saat 23:51-də “Book Center” ilə üzbəüz blokda, Üzeyir Hacıbəyov 14 ünvanında baş verib 🤦🏻‍♂️
Heç olmasa həmin o Kitab Mərkəzinə girərdiz🤦🏻‍♂️Şəhərin mərkəzi kafe və tualetlərlə doludur, bu nə hərəkətdir 🤦🏻‍♂️
Ətraflı 👉 https://www.instagram.com/reel/CXc8e0PDvd7/?utm_medium=copy_link