Modern.az
3.08K subscribers
33.3K photos
14.5K videos
54 files
21.8K links
Ancaq dəqiq xəbərləri çatdırırıq❗️
Modern.az İnformasiya Agentliyi
Website: modern.az
Contact: info@modern.az
Download Telegram
İlham Əliyev: Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməyib
🇦🇿İlham Əliyev: Cəbrayılın ölkəmiz üçün böyük töhfəsi olacaq

"Köhnə yolu siz yəqin ki, xatırlayırsınız, sovet vaxtında - işğala qədər çox ensiz bir yol idi, düz Araz çayının boyunca gedirdi. Onu biz bərpa etdik, amma yeni yol, - indi bilmirəm, siz onu görmüsünüz, yoxsa yox, - Zəngəzur dəhlizinin bir hissəsi olan, ta Ermənistan sərhədinə gedən dördzolaqlı yol. Yəni bunun ondan yuxarı standartları da yoxdur. Ona görə nəqliyyat məsələləri də burada həll olunur və gələcəkdə Cəbrayıl, beynəlxalq nəqliyyat dəhlizi üzərində qurulan şəhər və kəndlər bundan faydalanacaq",- dövlət başçısı bildirib.
⚡️⚡️⚡️Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarımstansiyasının açılışı olub.
🇦🇿Prezident: Uzun illər ərzində bu torpaqlar işğal altında olub. Ermənistan dövləti Azərbaycan xalqının irsini bu ərazidən tamamilə silmək istəmişdir, ancaq buna nail olmamışdır. Baxmayaraq ki, şəhər və kəndlərimiz viran qoyulub, Azərbaycan xalqının tarixi yaddaşı heç vaxt silinməmişdir. Bilirəm ki, siz və bütün keçmiş köçkünlər bir arzu ilə - öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşamısınız. Bəziləriniz Biləsuvar rayonunda dövlət xətti ilə verilmiş evlərdə məskunlaşmısınız, bəziləriniz özünüz üçün hansısa şərait qurmusunuz. Amma əlbəttə ki, doğma torpaq, doğma vətən hər şeydən daha əzizdir.
‼️İlham Əliyev: Biz - bu torpaqların sahibləri nəinki bu torpaqları düşmən əlindən döyüşərək aldıq, şəhidlər verərək aldıq, eyni zamanda, bu torpaqları canlandırdıq.
🇦🇿Dövlət başçısı: Cəbrayıl tamamilə yerlə-yeksan edilmişdir, nə şəhərdə, nə də ki, kəndlərdə bir dənə də salamat bina qalmamışdı, Ağdam kimi. Zəngilanda tək-tük ev qalmışdı, orada qanunsuz məskunlaşma da aparırdılar. Amma Füzuli, Ağdam, Cəbrayıl tamamilə dağıdılmışdır. Evlər söküldü, daşlar talan edildi, müxtəlif yerlərdə bazarlarda satıldı. Biz isə qurub-yaradırıq. İndi Cəbrayıl rayonunda bir neçə min insan yaşayır.
‼️İlham Əliyev: Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir - üç stansiya, ümumi gücü 340 meqavat. Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək.
İlham Əliyev: Mənim keçmiş köçkünlərlə işğal dövründə çoxsaylı görüşlərim zamanı həmişə deyirdim ki, biz torpaqları azad edəndən sonra bütün şəhərləri, kəndləri quracağıq, onları daha gözəl vəziyyətə gətirəcəyik və bu gün Şükürbəyli kəndinin timsalında bunu görürük. Kənd çox müasirdir, yaşamaq, çalışmaq, təhsil almaq üçün bütün şərait - məktəb, musiqi məktəbi, iki uşaq bağçası, tibb məntəqəsi, əlbəttə, gözəl, yaraşıqlı evlər var ki, burada siz - Şükürbəyli kəndinin sakinləri rahat yaşayasınız.
🇦🇿Dövlət Təhlükəsizliyi Xidmətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi qeyd olunub.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Şimali Koreya hərbçiləri ilk dəfə Qələbə Günü paradında iştirak edib.
Mehriban Əliyeva Zəngilanın təbiəti ilə bağlı paylaşım edib
⚡️Sabah Ermənistana 16 vaqon dizel ixrac olunacaq
🇮🇷 İran deputatı 🇧🇭 Bəhreyni və bölgə dövlətlərini təhdid etdi

İran parlamentinin Təhlükəsizlik Komitəsinin sədri İbrahim Əzizi "X" hesabında yazıb: "🇺🇸 ABŞ-nin qətnaməsini dəstəkləyən Bəhreyn kimi 'mikroskopik' dövlətlərə bu addımın ciddi nəticələri barədə xəbərdarlıq edirik.
Hörmüz boğazının qapılarını öz üzünüzə əbədi olaraq bağlamayın!"
🇦🇿İlham Əliyev: Bu torpaqları canlandırmaq üçün bəlkə də 5-10 il vaxt lazımdır
❗️ABŞ-ın İranı blokadaya aldığı 13 apreldən bəri ABŞ ordusu 58 gəmini başqa istiqamətə yönləndirib və onu pozmağa cəhd etdiyi iddia olunan dörd gəmini vuraraq sıradan çıxarıb.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Cəbrayıl sakininin toy günündə Prezident İlham Əliyevlə səmimi dialoqu