Moderator.az
342 subscribers
2.47K photos
1.61K videos
2 files
2.61K links
Moderator.az xəbər portalı 2012-ci ilin noyabrın 1-də fəaliyyətə başlayıb.

Saytımız ölkəmizdə qısa müddət ərzində müstəqil informasiya siyasəti həyata keçirən media qurumu kimi tanınmağa başlayıb.
Download Telegram
Göygöldə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Göygöl ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hundai" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü - 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib.

Qəza zamanı daha 4 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova, Samux rayon sakini 1995-ci il təvəllüdlü Ə.Aslanov və 1992-ci il təvəllüdlü E.Həsənzadə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
🏊Azərbaycan paraüzgüçüsü Raman Salei Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

İdmançımız S12 kateqoriyasında 100 m məsafəyə arxası üstə üzmə üsulunda ümumi sıralamada ikinci pilləni (1:01.29) tutub.

Final bu axşam Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də yekunlaşacaq.
♦️Rusiyanın Kamçatka vilayətində “Mi-8” helikopteri radarlardan itib.

Helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin.
🔸"Növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıq prosesində bütün tədbirlər qanunauyğun, plana müvafiq həyata keçirilib".

Moderator.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib. O qeyd edib ki, 6 milyon 421 min 960 nəfər seçici var.

MSK sədri bildirib ki, Azərbaycanda parlament seçkiləri ilə əlaqədar 6 min 478 seçki məntəqəsi fəaliyyət göstərir. Onların 6 min 343-ü daimi, 135-i müvəqqətidir.

M.Pənahov əlavə edib ki, 135 müvəqqəti seçki məntəqələri ilə daimi məntəqələrin müşahidəçilik baxımından heç bir fərqi yoxdur: "Qeydiyyatdan keçən müşahidəçilər daimi və müvəqqəti ayrılığı olmadan, bütün seçki məntəqələrində müşahidə apara bilərlər. Bunun üçün sadəcə qapalı müəssisələrin özünün daxili qaydalarına tabe olmaq lazımdır. Bu onların daxili nizam-intizamıdır".
🔸Azərbaycanda ən yaşlı seçici Lənkərandan olan qadındır.

1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır və o, 78 saylı Lənkəran seçki dairəsinin seçicisidir.
İrəvan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yollar verməyə hazırdır.

Nikol Paşinyan qeyd edib ki, lakin bu yol “Ermənistanın suverenliyindən kənarda ola bilməz”.
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Buludun çay, şəlalə kimi axışı | Zəngilan rayonu
Moderator.az
İrəvan Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yollar verməyə hazırdır. Nikol Paşinyan qeyd edib ki, lakin bu yol “Ermənistanın suverenliyindən kənarda ola bilməz”.
⚡️Paşinyan: Azərbaycan və Ermənistan arasında bütün problemlər həll olunduqdan sonra İrəvan ATƏT-in Minsk Qrupunun ləğv edilməsini dəstəkləyəcək.
Sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərlə bağlı seçki günü "ASAN xidmət" mərkəzlərində qeyri-iş günü olacaq.
🚫💧Bakının iki qəsəbəsində və 20-ci sahədə su olmayacaq

Sentyabrın 3-də, saat 06:00-dan 21:00-dək Bakının Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Ömər Faiq Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Mixail Lermontov, Dağlıq küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Fasilə Bibiheybət şosesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində görüləcək işlərlə bağlıdır.
☄️Bakıda avtomobil piyadanı vurub, sıxlıq yaranıb.

Bakının Yasamal rayonu, Kənar Dairəvi yol ilə Nazim Hikmət küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, qəza səbəbindən Yeni Yasamal istiqamətində sıxlıq yaranıb.
🇦🇿 Paris-2024: Paraatıcımız 14-cü yeri tutub

Paris-2024 Yay Paralimpiya Oyunlarında paraatıcımız Aybəniz Babayeva çıxış edib.

P2 kateqoriyasında yarışan idmançımız 10 metr məsafəyə atəşaçmada 542 xal toplayıb və 14-cü yeri tutub.

Təmsilçimiz finala vəsiqə qazana bilməyib.
🎥🎞️🎬Bir zarafata görə başı bəlalar çəkdi: 46 il yaşadı, əbədi olaraq yaddaşlarda qaldı

FOTO

https://moderator.az/az/medeniyyet/802266/bir-zarafata-gre-basi-belalar-cekdi-46-il-yasadi-ebedi-olaraq-yaddaslarda-qaldi-foto/
🍞💸📈Çörək bu tarixdən BAHALAŞA BİLƏR

https://moderator.az/az/cemiyyet/802277/rek-bu-tarixden-bahalasa-biler/
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇦 Ukrayna SQ Kurskun Zvannoe kəndi ərazisində Seym çayına panton körpü quraşdıran mühəndis qrupunun kolonunu və körpünün özünü məhv edib.