Quran və Hədis Araşdırmaları
1.43K subscribers
100 photos
3 videos
31 files
388 links
Quran və Hədis Araşdırmaları-10.03.2018
Download Telegram
"Quran barədə Allahı unutmayın ki, ona əməl etməkdə digərləri sizdən önə düşsünlər"
اللَّهَ اللَّهَ في القرآنِ، لا يَسبِقُكُم بالعَمَلِ بهِ غَيرُكُم
İmam Əli (ə).
Nəhcül-Bəlağə, məktub:47.
P.S: "Quran barədə Allahı unutmayın" ifadəsi "Allah, Allah, fil Quran" cümləsinin sətri tərcüməsidir. Bizim daha çox işlətdiyimiz ifadə ilə isə belədir: "Allah eləməsin ki, (və ya "vay o gündən ki,") Qurana əməl etməkdə başqaları (kafirlər) sizdən önə düşsünlər".
İmam (ə) müsəlmanlara hələ 1400 il öncə xəbərdarlıq edir ki, əgər siz Quran üzərində düşünməsəniz və əməl etməsəniz, kafirlər onu həyatlarına tətbiq edib dünya həyatında sizdən qabağa keçəcəklər.
@mirmehemmed_beshir
Əlinin misalı "Qul hu vəllah"ın misalıdır,
yəni Əlinin (ə) vilayətində olalar həqiqi tövhidə çatıblar!
Həzrət Peyğəmbər (s) buyurur:
"Ey Əbəl-Həsən! Sənin misalın ümmətim üçün “Qul hu vəllahu əhəd”in Qurandakı misalıdır. Hər kəs onu (“İxlas” surəsini) bir dəfə oxusa, Quranın üçdən birini, iki dəfə oxusa, Quranın üçdən ikisini və üç dəfə oxusa Quranın hamısını xətm etmiş kimi sayılır. Hər kəs səni sevdiyini dilə gətirsə, imanının üçdən biri kamil olar, hər kəs səni sevdiyini həm dildə desə, həm də qəlbində təsdiqləsə, imanının üçdən ikisi kamil olar və hər kəs səni sevdiyini dildə desə, qəlbdə təsdiq etsə və əməli ilə də sənə yardımçı olsa, onun imanı kamil olar.
Ey Əli! And olsun məni peyğəmbərliyə seçənə ki, əgər yer əhli də səni göy əhli kimi sevsəydi, cəhənnəm odu heç kimi yandırmazdı.”
Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü.
t.me/mirmehemmed_beshir
Şəban ayında oruc tutana qiyamət günü rəhmət, məğfirət və kəramət nəsib olar

حَدَّثَنَا مُحَمَّدُ بْنُ إِبْرَاهِيمَ بْنِ إِسْحَاقَ قَالَ حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدٍ الْكُوفِيُّ عَنْ عَلِيِّ بْنِ الْحَسَنِ بْنِ عَلِيِّ بْنِ فَضَّالٍ عَنْ أَبِيهِ عَنْ أَبِي الْحَسَنِ الرِّضَا ع قَالَ: «مَنْ صَامَ أَوَّلَ يَوْمٍ مِنْ شَعْبَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ
وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ شَعْبَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ وَ الْمَغْفِرَةُ وَ الْكَرَامَةُ مِنَ اللَّهِ عَزَّ وَ جَلَّ يَوْمَ الْقِيَامَةِ
وَ مَنْ صَامَ شَهْرَ رَمَضَانَ وَجَبَتْ لَهُ الرَّحْمَةُ
وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ آخِرِ شَعْبَانَ وَ وَصَلَهَا بِصِيَامِ شَهْرِ رَمَضَانَ كَتَبَ اللَّهُ لَهُ صَوْمَ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ
وَ مَنْ صَامَ شَهْرَ رَمَضَانَ إِيمَاناً وَ احْتِسَاباً خَرَجَ مِنَ الذُّنُوبِ كَيَوْمَ وَلَدَتْهُ أُمُّهُ»
İmam Rza (ə) buyurur:
“Şəban ayının ilk gününü oruc tutana rəhmət vacib olar. Şəban ayında iki gün oruc tutana qiyamət günü Allah-Taalanın rəhmət, məğfirət və kəraməti vacib olar. Hər kəs Ramazan ayının orucunu tutarsa, Allahın rəhməti ona vacib olar. Hər kəs Şəban ayının son üç gününü oruc tutaraq Ramazan ayının orucuna birləşdirərsə, Allah-Taala ona iki ay ardıcıl orucun savabını yazar. Hər Ramazan ayında imanla, Allahın əmrini təsdiq edərək, əmr olunduğu işi yerinə yetirmək, Allahın razılığını və vədə verilmiş savabın qazanılması üçün (nəfsinin vəsvəsələri qarşısında səbir edib) oruc tutarsa, anadan yeni doğulmuş kimi günahlardan paklanar.”
ثُمَّ قَالَ ع: حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ ع أَنَ‏ رَسُولَ اللَّهِ ص قَالَ:
مَنْ أَدْرَكَ شَهْرَ رَمَضَانَ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ
وَ مَنْ أَدْرَكَ لَيْلَةَ الْقَدْرِ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ
وَ مَنْ حَضَرَ الْجُمُعَةَ مَعَ الْمُسْلِمِينَ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ
وَ مَنْ أَدْرَكَ وَالِدَيْهِ أَوْ أَحَدَهُمَا فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ
وَ مَنْ ذُكِرْتُ عِنْدَهُ فَصَلَّى عَلَيَّ فَلَمْ يُغْفَرْ لَهُ فَأَبْعَدَهُ اللَّهُ.
قِيلَ يَا رَسُولَ اللَّهِ! كَيْفَ يُصَلِّي عَلَيْكَ وَ لَا يُغْفَرُ لَهُ؟
فَقَالَ: إِنَّ الْعَبْدَ إِذَا صَلَّى عَلَيَّ وَ لَمْ يُصَلِّ عَلَى آلِي تِلْكَ الصَّلَاةَ فَضُرِبَ بِهَا وَجْهَهُ وَ إِذَا صَلَّى عَلَيَّ وَ عَلَى آلِي غُفِرَ لَهُ»‏.
Sonra imam Rza (ə) əlavə etdi:
Atam mənə öz babaları vasitəsilə hədis etdi ki, Allahın Rəsulu (s) buyurmuşdur:
"Hər kəs Ramazan ayını dərk edərsə, amma günahları bağışlanmazsa – (yəni günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.
Hər kəs “Qədr” gecəsini dərk edərsə və günahları bağışlanmazsa, Allah onu Özündən uzaqlaşdırar.
Hər kəs “Cümə” gününü (və ya müsəlmanlarla birlikdə camaat namazı qılmağı) dərk edərsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.
Hər kəs valideynini və ya onlardan birinin həyatını dərk edərsə və günahları bağışlanmazsa (yəni onlara xidmət etmək vasitəsilə günahlarının bağışlanması üçün çalışmazsa), Allah onu Özündən uzaqlaşdırar.
Hər kəsin yanında mənim adım keçərsə və o da mənə salavat gönrərəsə və günahları bağışlanmazsa, Allah onu özündən uzaqlaşdırar.”
Dedilər: “Ey Allahın Rəsulu! Bu necə olur ki, bir kəs sənin adın gələndə sənə salavat göndərir, amma günahları bağışlanmır?”
Peyğəmbər (s) buyurdu: “Hər kəs mənə salavat göndərərkən övladlarıma da salavat göndərməzsə, bu salavat onun üzünə çırpılar (yəni “Əllahummə səlli əla Muhəmməd” dedikdən sonra, “və ali-Muhəmməd” deməzsə, bu salavat qəbul olunmaz). Amma mənə və övladlarıma birlikdə salavat (Əllahummə səlli əla Muhəmməd və ali Muhəmməd) deyərsə, Allah-Taala onun günahlarını bağışlayar.”
Mənbə: “Fəzailu əşhuris-səlasə”, Şeyx Səduq – Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qummi (306-381 h.q), “Fəzailu şəhri-Şəban” bölümü, hədis 31.

t.me/mirmehemmed_beshir
Allahın qüdrəti, maddənin tutumu və uzun ömür

Əvvəlcə qeyd edim ki, elmi baxımdan insanın uzun müddət yaşamasının mümkünsüz olduğunu isbat edən heç bir dəlil yoxdur. Əksinə, elm bunun mümkünlüyünü deyir. (Bax: http://maide.az/mammehdi_h500247.html).
Tarixdə, xüsusi ilə də din tarixində belə halın olduğu isə müxtəlif tarix, təfsir və hədis kitablarında öz əksini tapmışdır. Buna misal olaraq Qurani-Kərimdən Həzrət Nuhun (ə) və Həzrət İsanın (ə) dastanını göstərmək olar. Qurani-Kərim Nuhun 950 il peyğəmbərlik etdiyini (Ənkəbut surəsi, ayə:14), Əshabi-Kəhfin çox uzun illər yatdıqlarını (Kəhf surəsi) və İsanın (ə) isə səmaya götürüldüyünü vurğulayır – (Nisa surəsi, ayə: 157-158).
Təəccüblüdür ki, bu Quran dastanlarını qəbul edən bəzi müsəlmanlar İmam Mehdinin (ə.f) uzun ömür yaşaması barədə şübhə edirlər. Daha təəccüblüsü isə budur ki, onlar aşağıdakı ayəni oxusalar da üzərində düşünmürlər. Əgər düşünsəydilər, İmam Mehdinin (ə.f) uzun bir zaman həyatda qala biləcəyi barədə şübhə etməzdilər, çünki Allah hər şeyə qadirdir.
Yəqin ki, Həzrət Yunisin (ə) Qurani-Kərimdə keçən balıq dastanını hamınız eşidibsiniz. Allah-Taala Qurani-Kərimin Saffat surəsinin 139-144-cü ayələrində buyurur:
«وَ إِنَّ يُونُسَ لَمِنَ الْمُرْسَلينَ (139) إِذْ أَبَقَ إِلَى الْفُلْكِ الْمَشْحُونِ (140) فَساهَمَ فَكانَ مِنَ الْمُدْحَضينَ (141) فَالْتَقَمَهُ الْحُوتُ وَ هُوَ مُليمٌ (142) فَلَوْ لا أَنَّهُ كانَ مِنَ الْمُسَبِّحينَ (143) لَلَبِثَ في‏ بَطْنِهِ إِلى‏ يَوْمِ يُبْعَثُونَ (144)».
"Əlbəttə, Yunus (da) Bizim peyğəmbərlərimizdən idi. (Yada sal) o zaman(ı) ki, o, (müsafir və yüklə) dolu gəmiyə tərəf qaçdı (və ona mindi). Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu. O, məzəmmətə layiq iş gördüyü və özünü qınadığı halda balıq onu uddu. Buna görə də əgər o, (balığın qarnında) Allahı zikr edərək pak sifətlərlə mədh edənlərdən olmasaydı, mütləq insanların qəbirlərdən qaldırılacaqları günə kimi həmin balığın qarnında qalardı".
Düşünək! Balığı və balığın (havasız, susuz, qidasız) qarınındakı Yunisi (ə) lazım olarsa, Qiyamətə qədər saxlayacaq olan Allah, yer üzündə, hamının yaşadığı bir şəraitdə və yaşamaq üçün bütün imkanların olduğu bir yerdə İmam Mehdini (ə) zühur edəcəyi günə qədər yaşada bilməzmi?!
Seyyid Hadi Xosrovşahi yazır:
Ayətullah Şeyx Ağabozorg Tehraninin "Kəşkül" adlı əlyazma bir kitabı var. Həmin kitabın 70-cı səhifəsində İmam Mehdinin (ə) uzun ömürü barədə şübhəyə cavab verərək Saffat surəsinin 139-144-cü ayələrini dəlil olaraq göstərir və ayənin təfsirində deyir: "Balığın qarnında Qiyamətə gününə qədər qalmağın mənası şəksiz ki, "həyat" (yaşamaq) ilə yanaşı olmalıdır. Bundan başqa halda, yəni "həyat" olmadan, "Qiyamət gününə qədər balığın qarnında qalacaq" ifadəsinin mənası yoxdur. Həmçinin balığ da diri olmalıdır, çünki ölü balıq kimisə diri saxlaya bilməz".
Mənbə: Seyyid Hadi Xosrovşahi, "Cahanşümul Xilaskar", s.21 və s.279, birinci əlavə (peyvəst:1).
Mirməhəmməd Bəşir
@mirmehemmed_beshir
Əziz İslam Peyğəmbəri (s) Şəban ayının orucunu Ramazan ayına birləşdirərdi:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ الْحَسَنِ رَحْمَةُ اللَّهِ عَلَيْهِ قَالَ حَدَّثَنَا الْحُسَيْنُ بْنُ الْحَسَنِ بْنِ أَبَانٍ عَنِ الْحُسَيْنِ بْنِ سَعِيدٍ عَنِ الْحُسَيْنِ بْنِ عُلْوَانَ عَنْ عَمْرِو بْنِ خَالِدٍ عَنْ أَبِي جَعْفَرٍ ع قَالَ: كَانَ رَسُولُ اللَّهِ ص يَصُومُ شَعْبَانَ وَ شَهْرَ رَمَضَانَ يَصِلُهُمَا وَ يَنْهَى النَّاسَ أَنْ يَصِلُوهُمَا وَ كَانَ يَقُولُ هُمَا شَهْرُ اللَّهِ- وَ هُمَا كَفَّارَةٌ لِمَا قَبْلَهُمَا وَ مَا بَعْدَهُمَا مِنَ الذُّنُوبِ‏.

Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: Allahın Rəsulu (s) həmişə Şəban və Ramazan aylarını oruc tutar və bu ikisinin orucunu birləşdirərdi. Amma insanları bu iki ayın orucunu (ikisinin də bütün günlərini) birləşdirməyi (60 gün dayanmadan oruc tutmağı) nəhy etdi. Və deyərdi ki, "Bunların hər ikisi Allah ayıdır və bu iki ay(ı oruc tutmaq) onlardan öncəki və sorakı ayların günahları üçün kəffarədir".
Mənbə:
Şeyx Səduq, Əbu Cəfər Məhəmməd ibn Babəvəyh Qumi (306-381 hq), "Fəzailu-Əşhuris-Səlasə", - Fəzailu-Şəhri- Şəban", hədis: 27.
Mütərcim: Mirməhəmməd Bəşir.

Qeyd: "Peyğəmbərimiz (s) Şəban ayının bütün günlərini oruc tutaraq bu ayı Ramazan ayına birləşdirərdi, amma bu işin çətinliyini və hamının bunun öhdəsindən gələ bilməyəcəyini və hətta bəzən bəzi insanların fiziki sağlamlığına zərərli olacağını nəzərə alıb və bunu, yəni Şəban ayının 30-gününün hamısını oruc tutmağı ümmətinin bütün fərdlərinə tövsiyə etməyib.
Bunun əvəzinə İmam Sadiq (ə) tövsiyə edib ki, siz Şəban ayının axırıncı üç gününü oruc tutaraq Ramazan ayına birləşdirin və bu iş üçün Allah- Taala sizə iki ay ardıcıl tutulmuş və qəbul olunmuş orucunun savabını yazacaq" – (mütərcimdən).

الإمام الصادق علیه‌السلام: «مَن صامَ ثَلاثَةَ أیّامٍ مِن آخِرِ شَعبانَ و وَصَلَها بِشَهرِ رَمَضانَ، کَتَبَ الله‌ُ لَهُ صَومَ شَهرَینِ مُتَتابِعَینِ» - (کتاب من لا یحضره الفقیه: 2/94/1829؛ الخصال: 582/6، فضائل الأشهر الثلاثة: 53/31؛ الأمالی للصدوق: 768/1038، الإقبال: 1/43، بحار الأنوار: 97/72 ).
İmam Sadiq (ə) buyurur: "Hər kəsin Şəban ayının axır 3 gününü oruc tutarsa və Ramazan ayının orucuna birləşdirərsə, Allah –Taala ona iki ay ardıcıl (Şəban və Ramazan aylarının) oruc tutmağın savabını verər". (Şeyx Səduq, "Mən la yəhduzuruhl-Fəqih", c.2, s.94, hədis:1829).
@mirmehemmed_beshir
"Möminin misalı sünbülün misalıdır" hədisi

Əsli Əhli-Sünnə hədis mənbələrində keçən bu hədis Şiə hədis mənbələrində də nəql edilib.

Həzrət Məhəmməd Mustafa (s) buyurur:

«مثل المؤمن مثل السّنبلة يحرّكها الرّيح فتقوم (تَسْتَقِيمُ) مرّة و تقع أخرى (وَتَخِرُّ مَرَّةً) و مثل الكافر كمثل الارزة لا تزال قائمة (مُسْتَقِيمَةً) حتّى تنقعر (تَخِرَّ) و لَا تَشْعُرُ».

"Möminin misalı sünbülün misalıdır, gah durur, gah da əyilir. Kafirin misalı isə "irzə" (ya "ər-ər") ağacının (şam ağacı) misalıdır, o qədər inadkarlıq edir ki, axırda dibindən qopub yıxılır".

İzahlı tərcümə:

"Möminin misalı sünbül salxımının misalıdır. Külək onu hərəkətə gətirəndə gah düz qalır (müqavimət göstərir), gah da (yumuşaqlıq göstərib) yerə sərilir (ki, külək onu kökündən qopartmasın və külək yavaşıyandan sonra yenidən dikəlir və günəşə boylanaraq həyata davam edir). Kafirin misalı şam ağacının misalıdır. (Kafir) o qədər (inadkarlıq və ağılsızlıq edib) güclü küləyin (aşkar İlahi dəlillərin) qarşısında (lazımsız yerə) dayanır ki, külək onu dibindən qoparıb atır".

Mənbə:

📚Əhməd ibn Hənbəl, "əl-Müsnəd", c.23, s.348, hədis:15154 - (sünni imamının kitabı). 📝
1). Töhəful-Üqul, (farsca tərcümə) s.67.
2). "Nəhcül-fəsahə", hədis:2709.

Hədisin şərhi:

Əhli-Sünnə alimi Minavi "Feyzul-Qədir" kitabında hədisi Əhməd ibn Hənbədlin "əl-Müsnəd"indən nəql edərək yazır: "Mömin həmişə (kamal yolunda) müsibət, bəla və imtahanlarla düçardır. Buna görə də çətinliklər zamanı iradəsinin zəifliyindən gah sola, gah da sağa dəyişə bilər, sınaq dəryasına əl-ayaq çala bilər, amma sonda yenə də düz yola qayıdır və İlahi dərgaha sığınır. Amma kafir divarı saxlayan sütunlar kimi həmişə bir haldadır. Heç vaxt bəla və sınaq dəryasında üzmək istəmir. Nə özünü zərərə salır, nə də yaxınlarını. Amma günlərin birində özü də bilmədən qəflətən həmişəlik çökür."
@mirmehemmed_beshir
Əbu Zərr Ğəfari bir dəfə Ömərə nəsihət edərkən dedi:
"Ey Ömər! ... Dünyanı özünə oruc, ölümü iftar qərar ver!".
"Mə`dinul-cəvahir", Kəracəki, s.73.
@mirmehemmed_beshir
Qeybətini etmişəm?!

Bir kişi Aristotelə dedi: Eşitdim ki, mənim qeybətimi edibsən?
Aristotel dedi: Məgər sənin qiymətin mənim yanımda nə qədərdir ki, sənin qeybətinə məşğul olam və özümü bu üç şeydən məhrum edəm:
1. Haqqında fikirləşdiyim bir elm;
2. Axirətim üçün edəcəyim saleh bir əməl;
3. Mübah (halal) bir ləzzətə nəfsimi məşğul etmək.
@mirmehemmed_beshir
"Mə`dinul-cəvahir", Kəracəki, s.79.
"Ey övladım! İbadətdə olanda qəlbini, yemək yeyərkən həlqini (boğaz), başqasının evində olarkən gözünü və insanlar arasında olarkən dilini qoru".
Loqmanın oğluna nəsihəti.
@mirmehemmed_beshir
"Sizə 5 şeyi tövsiyə edirəm:
- Allahdan başqa heç kimə ümid bağlamayın
- Günahlarınızdan başqa heçnədən qorxmayın
- Bilmədiyinizi suala "yox" deməkdən utanmayın
- Bilmədiyinizi öyrənməyə utanmayın
- Səbr edənlərdən olun ki, səbrsiz iman başsız bədən kimidir, başsız bədəndə xeyir olmadığı kimi, səbrsiz imanda da bir xeyir yoxdur".
İmam Əli (ə)
Nəhcül-Bəlağə, hikmət: 82
@mirmehemmed_beshir
"Yaxşı və saleh insanlar ilə yoldaşlıq etmək insanı yaxşılığa və saleh əməllərə çəkər, alimlərin ədəbli davranışı insanlarda "ağıl"ı çoxaldar, ədalətli hakimə tabe olmaq insanı izzətli edər, sərvətindən səmərəli isitifadə etmək – (başqalarına möhtac olmamaq) – insanı mürüvvətli edər, məsləhət və məşvərət istəyənə doğru yolu göstərmək nemətin haqqıdır, insanları əziyyət etməmək ağılın kamalı və dünya və axirətdə bədənin rahatlığıdır, …."
İmam Əli ibn Hüseyn Zeynül-Abidin (ə)
قَالَ عَلِيُّ بْنُ الْحُسَيْنِ ع مُجَالَسَةُ الصَّالِحِينَ دَاعِيَةٌ إِلَى الصَّلَاحِ وَ آدَابُ الْعُلَمَاءِ زِيَادَةٌ فِي الْعَقْلِ وَ طَاعَةُ وُلَاةِ الْعَدْلِ تَمَامُ الْعِزِّ وَ اسْتِثْمَارُ الْمَالِ تَمَامُ الْمُرُوءَةِ وَ إِرْشَادُ الْمُسْتَشِيرِ قَضَاءٌ لِحَقِّ النِّعْمَةِ وَ كَفُّ الْأَذَى مِنْ كَمَالِ الْعَقْلِ وَ فِيهِ رَاحَةُ الْبَدَنِ عَاجِلًا وَ آجِلًا ...
Şeyx Kuleyni (vf. 329 hq), "əl-Kafi", c.1, s.20.
@mirmehemmed_beshir
Başqalarına yüklənməyin, sallanmayın

İmam Səccad (ə), İmam Baqir (ə) və İmam Sadiqdən (ə) rəvayət edilən bir hədisdə buyururlur:
"Biz Əhli-Beytdən (ə) deyil o kəs ki, dünyasını axirəti və axirətini dünyası üçün tərk edir". (əl-Fəqih", c.3, s.156).
لَيْسَ مِنَّا مَنْ تَرَكَ دُنْيَاهُ لآِخِرَتِهِ وَ لَا آخِرَتَهُ لِدُنْيَاهُ
Həmin hədisi bir az da ətraflı şəkildə Peyğəmbərdən (s) belə nəql ediblər:
ليس بخيركم من ترك دنياه لآخرته و لا آخرته للدّنيا حتّى يصيب منهما جميعا فإنّ الدّنيا بلاغ إلى الآخرة و لا تكونوا كلّا على النّاس.
"Sizin ən yaxşınız o deyil ki, dünyasını axirəti və ya axirətini dünyası üçün tərk etsin. Sizin ən yaxşınız o kəsdir ki, hər ikisindən nəsibini qazansın. Dünya axirətə çatmaq üçün vasitədir. Və çalışın dünya dolanışığı üçün başqalarına yük olmayın". (Nəhcül-Fəsahə, s.660).
Mənbə:
Şeyx Səduq (306-381 hq), "Mən La Yəhzuruhul-Fəqih", c.3, s.156, hədis: 3568.
Əbul-Qasim Payəndə, "Nəhcül-Fəsahə", s.660, hədis:2393.
@mirmehemmed_beshir
Ayətullah Seyid Əli Qazinin QUNUT sifarişi
Böyük arif, əxlaq ustadı və saliki-vasil Seyid Əli Qazinin şagirdlərinin nəql etdiyinə görə, Qazi aşağıdakı sözləri ki, yarısı Peyğəmbərdən və yarısı da İmam Əlidən (ə) rəvayət olunub, namazların qunutunda oxumağı tövsiyə edərdi.
اللَهُمَّ ارْزُقْنى حُبَّكَ وَ حُبَّ ما تُحِبُّهُ وَ حُبَّ مَنْ يُحِبُّكَ وَالْعَمَلَ الَّذى يُبَلِّغُنى إلَى حُبِّكَ وَاجْعَلْ حُبَّكَ أَحَبَّ الاشْيَآءِ إلَىَّ.
Oxunuşu:
"Əllahummərzuqni hubbəkə və hubbə ma tuhibbuhu və hubbə mən yuhibbukə, vəl əmələlləzi yubəlliğuni ila hubbikə, vəc`əl hubbəkə əhəbbəl- əşyai iləyyə"
Tərcüməsi:
"İlahi, mənə ruzi et Səni sevməyi, Sənin sevdiklərini sevməyi, Səni sevənləri sevməyi və məni Sənin sevginə çatdıran əməlləri sevməyi və Öz sevgini mənə hər şeydən sevimli et". ("Bəhrul-Məarif", Molla Əbdüssəməd Həmidani, s. 309).
P.S: Həqiqətən də gözəl duadır. Çünki bizlərin həqiqi müşkülümüz sevməkdədir. Biz nə Allahı və nə də bəndələrini sevə bilmirik. "Sevdiklərimiz" də yalnız və yalnız nəfsimiz üçündür. Əgər ürəyimizdə olan kin-küdurəti təmizləyərək hər şeyi Allah üçün sevə bilsək, bir çox maddi və mənəvi problemlərimiz də həll olacaqdır.
@mirmehemmed_beshir
Buxarinin "əz-Züəfa" kitabının əlyazma nüsxəsində təhrif...
👆📚Buxarinin əlyazma nüsxəsində təhrif

Əhli-Sünnənin mühüm "rical" (dini şəxsiyyətlərin nəsəbini, elmi və əxlaqi kimliyini tanıdan elm) kitablarından biri sayılan və məşhur "səhih" müəllifi Məhəmməd ibn İsmail Buxarinin (194-256 hq / 810-870 miladi) qələmə aldığı "əz-Züəfa vəl-mətrukin" kitabında Əhli-Sünnənin məzhəb imamı Əbu Hənifənin (Nöman ibn Sabit) barəsində danışılan hissəsi həmin kitabın 645-ci hicri-qəməri ilində yazılmış Səna əlyazma nüsxəsində qaralanaraq təhrif edilib.
Digər nüsxələrdən anlaşılır ki, həmin qaranlanmış hissədə Buxari Əbu Hənifə barədə ("nun" hərifi bölməsi) belə yazır:
النعمان الثابت، أبو حنيفة الكوفي، مات سنة خمسين ومائة، حدّثنا نعیم بن حماد: ثنا یحیی بن سعید ومعاذ بن معاذ، سمعنا الثوري، يقول: استتيب أبو حنيفة من الكفر مرتين.
حدثنا نعيم: ثنا الفزاري قال: كنت عند الثوري فنعي أبو حنيفة، فقال: الحمد لله، فسجد، وقال: وكان ينقض الإسلام عروة عروة، وقال_يعني الثوري_: ما ولد في الإسلام مولود أشأم منه.
حدّثنا صاحب لنا عن حمدويه قال: قلت لمحمد بن مسلمة: ما لرأي النعمان دخل البلدان كلّها إلّا المدينة؟ قال: إنّ رسولَ الله (ص) قال: لا يَدخلها الدجّالُ ولا الطاعون وهو دجّال من الدَّجاجِلة.
"Nöman ibn Sabit , Əbu Hənifə əl-Kufi, 150-ci hicri-qəməri ilində öldü... Əbu Hənifə iki dəfə küfrdən tövbə edib... Fəzari deyir ki, Nöman ibn Sabitin ölüm xəbəri gələndə Surinin yanında idim. Suri bu xəbəri eşidəndə "əlhəmdulillah" dedi və şükür səcdəsi etdi... Suri deyirdi: "İslamda Əbu Hənifədən nəhs (pisqədəmli) birisi anandan olmayıb"... "O, dəccallardan biridir".
P.S:
Əgər Əbu Hənifə məzhəb imamıdır. Buxari də vəhabilərin və əhli-sünnənin əksəriyyətinin heç vaxt tənqid etməyi hədis alimidir və onun hədisi kitabı Qurandan sonra Əhli-Sünnə üçün ən etibarlı kitabdır.
Belə etibarlı bir hədis alimi Əbu Hənifəni "dəccal" (azğın və azdıran) hesab edirsə, nə üçün Əhli-Sünnə Əbu Hənifəni imam hesab edirlər. Əgər Əbu Hənifə Buxari dediyi kimi deyilsə və Buxari yalan danışırsa və məzhəb imamına iftira deyirsə, nə üçün Buxarinin hədis kitabını Qurana tay tuturlar?!
@mirmehemmed_beshir
Fikrin cazibəsi
"Fikrin səni fikirlərşdiyin şeyə və yerə cəzb edir və ya barəsində fikirləşdiklərini sənə tərəf çəkir".
İmam Əli (ə) buyurur:
"Allaha itaət barədə fikirləşsən, fikrin səni həmin itaətə əməl etməyə dəvət edəcək, çəkəcək".
"Günah barədə fikirləşməyin səni həmin günaha tərəf sürüyəcək və o günaha düşməyinə səbəb olaca".
"Xeyir əməl barədə fikirləşməyin səni o xeyiri yerinə yetirməyə dəvət edəcək".
"Hər kəs günah etmək barədə çox düşünərsə, günaha cəzb olacaqdır".
"Hər kəs eyş-işrət və ləzzətlər barədə çox düşünərsə, bu düşüncəsi onu (dünya ləzzətləri qarşısında) məğlub edəcəkdir".
فكرك‏ فى‏ الطّاعة يدعوك الى العمل بها - فكرك فى المعصية يحدوك على الوقوع فيها - الفكر فى‏ الخير يدعو الى العمل به - من‏ كثر فكره‏ فى‏ المعاصى‏ دعته اليها - من‏ كثر فكره‏ فى‏ اللّذّات غلبت عليه.
AğaCamal Xansarinin "Ğürərul-Hikəm"ə şərhi, c.4, s.424, hədis: 6566 və 6567 və c.1, s.366, hədis: 1395 və c.5, s.321, hədis: 8561 və 8564.
P.S: Bu mübarək hədislərin sadə və qısa izahı belədir ki, insan nəyin barəsində çox düşünərsə, düşüncəsi insanı o işə və nəsnəyə tərəf çəkəcək. Buna görə də hədislərdə Allah və nemətləri barədə düşünməyə və habelə insanın öz əməlləri və Qiyamət hesab-kitabı barədə təfəkkür etməyə tövsiyə edilmişdir. İnsanın Allah və nemətləri barədə düşünməsi onu yaxşı əməllərə sövq edəcək və Qiyamətdə hesab verməsi barədə çox düşünməsi, onu pis əməllərdən çəkindirəcək. Həmçinin həmişə xeyir əməllər barədə düşünmək insanı xeyir əməllərə və pis əməllər barədə düşünmək insanı pis əməllərə çəkəcəkdir. Hətta iş bununla bitmir. Fikrin cazibəsi bundan xülasələşmir. Fikrin cazibəsi bizim bütün həyatımızda öz müsbət və mənfi təsirlərini göstərir.
Sadə bir misal ilə sözümü xülasə edirəm: Baxın, tərcübəli bir şofer öz köhnə maşını ilə heç vaxt hadisə törətmir. Amma həmin şoferə təzə və bahalı bir maşın verilsə, elə ilk günlərdə hadisə törədəcəyi ehtimalı çox çoxdur. Çünki o, köhnə maşın ilə heç vaxt maşını harasa vuracağı və qəza törədəcəyi barədə düşünmür, amma təzə və bahalı maşının rolu arxasında oturarkən hər an qəza edəcəyini və zərərə düşəcəyini fikirləşir və çox keçmir ki, bu, baş verir.
Həyatımızın bütün sahələrində belədir. Əgər müsbət fikirləşməyi bacarsaq, daha tez müvəffəq olacayıq və məğlubiyyətimiz az olacaq. Amma çox mənfi düşünmək, hey şikayətlənmək bizi qorxduğumuz şeylərlə üzləşdirəcək.
@mirmehemmed_beshir
"Əvvəl ölkəyə ağıllı və savadlı şah lazımdır deyə düşünürdüm, sonra fikirləşdim ki, şayəd ağıllı və savadlı vəzir lazımdır, ən sonda bu qənaətə gəldim ki, ölkəyə ağıllı və savadlı XALQ lazımdır".
Mirzə Təqi Xan Əmir Kəbir (1807-1852)

Nəsrəddin şah Qacarın (1848-1896) dövründə İranın baş naziri (1847-1851), dövlət xadimi

P.S: Belə düşündüyü və xalqın maarifləndirilməsində çalışdığı üçün də terror edildi.
İstiğfar namazının mənbəsi:
صلاة الاستغفار: عَنِ النَّبِيِّ ص أَنَّهُ قَالَ: إِذَا رَأَيْتَ فِي مَعَاشِكَ ضِيقاً وَ فِي أَمْرِكَ الْتِيَاثاً فَأَنْزِلْ حَاجَتَكَ بِاللَّهِ عَزَّ وَ جَلَّ وَ لَا تَدَعْ صَلَاةَ الِاسْتِغْفَارِ وَ هِيَ رَكْعَتَانِ تَفْتَتِحُ الصَّلَاةَ وَ تَقْرَأُ الْحَمْدَ وَ إِنَّا أَنْزَلْنَاهُ مَرَّةً وَاحِدَةً فِي كُلِّ رَكْعَةٍ ثُمَّ تَقُولُ بَعْدَ الْقِرَاءَةِ أَسْتَغْفِرُ اللَّهَ خَمْسَ عَشْرَةَ مَرَّةً ثُمَّ تَرْكَعُ فَتَقُولُهَا عَشْراً عَلَى هَيْئَةِ صَلَاةِ جَعْفَرٍ رَضِيَ اللَّهُ عَنْهُ يُصْلِحُ اللَّهُ لَكَ شَأْنَكَ كُلَّهُ.
P.S: Bəzi qardaşlar Ayətullah Şahabadinin (r.ə) "istiğfar namazı"nın mənbəsi barədə maraqlanmışdılar. Həmin namazı 6-cı hicri-qəməri əsrinin tanınmış şiə alimi Həsən ibn Fəzl Təbərsi özünün məşhur "Məkarimul-Əxlaq" (s.328) kitabında Həzrət Peyğəmbərdən (s) nəql edib. Peyğəmbər (s) həmin hədisdə buyurur ki, dolanışığızda və ya hər hansı bir işinizdə çətinliklə üzləşdikdə "istiğfar namazı"ını qılın. İnşaallah, Allah işlərinizi islah edər.

***

Namaz barədə açıqlaması instagramda:
https://www.instagram.com/meghdadsh/p/BP-BJIBg9nS/
"Mömin o kəsdir ki, ona qarşı insafsızlıq edənlə də insaflı davranır"
المؤمِن ُيُنصِفُ مَن لا يُنصِفُهُ
İmam Əli (ə)

📚"Ğürərul-Hikəm", hədis:1410.
📌t.me/mirmehemmed_beshir