Mir.az Kitab
23.8K subscribers
2.27K photos
253 videos
5 files
1.57K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/397

whatsapp: +994515299358
mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
Reklam için: @okuryus
Download Telegram
Harri Potter və fəlsəfə daşı

Kitabın Azərbaycan dilində olan versiyası sayta əlavə edildi.

https://mir.az/kitab/148-harri-potter-ve-felsefe-dashi-pdf.html
Rauda Jamis "Frida Kahlo: eşq və qəm"

Əsərdə iyirminci əsrin tanınmış simalarından olan inqilabçı və feminist Frida Kahlonun həyatı öz əksini tapmışdır. O, ruhunu qatdığı Meksika inqilabını öz doğum günü elan edəcək qədər fərqli, dünyaya gəlməyən oğluna ad qoyub təsəvvüründə onunla danışacaq qədər xəyalpərəst, əlil arabasına məhkum qaldığı halda belə sənətindən və həyatından imtina etməyən, daim mübarizə aparan bir qadın idi. Nəzərdən uzaq olan həyatında taleyi ilə barışmağı deyil, əfsanə olmağı seçən Frida ölümü də həyat kimi başında çiçəklər və həmişəki gözəlliyi ilə qarşılamışdır.

Yüklə Endir
Hazırda hansı kitabı oxuyursunuz?

😇 Mən Səfilləri oxuyuram. Birinci cildinin son 25-30 səhifəsi qalıb.
Miraç Çağrı Aktaş "Hayat kaybettiğin yerden başlar"

"İtirdiyiniz zaman deyil, imtina etdiyiniz zaman məğlub olursunuz". Bütün dünya yığışıb sənə gecikdiyini desə belə, yox, gecikmədin! Əksinə, siz tam yenidən başlamalı olduğunuz nöqtədəsiniz. Və bəzən belə düşünməkdən əl çəkməsən də, heç nə itirməmisən.

PDF yüklə: https://mir.az/kitab/438-mirach-chagri-aktash-hayat-kaybettigin-yerden-bashlar-pdf.html
Kitab alma xəstəliyi - Tsundoku

Yapon dilində bir söz olan tsundoku "tsun-doku" jarqon sözündən yaranıb. Bu söz yapon dilində “əşyaları sonrası üçün yığıb saxlamaq və tərk etmək” mənasında işlənir.

Bəs, tsundoku tam olaraq nədir?


Dünyada ən çox Çin, Yaponiya və Koreyada rast gəlinən Tsundoku sindromu “kitab almamaq və oxumamaq xəstəliyi” olaraq təyin edilə bilər. Bir növ asılılıq olan bu xəstəliyə düçar olan insanlar bir gün oxumaq niyyəti ilə kitabları alsalar da oxuya bilmirlər. Aldıqları kitabları oxumadıqlarına görə hiss etdikləri günahkarlıq hissini yeni kitablar almaqla yatırılır. Tsundoku sindromu olan insanlarda müşahidə olunan simptomlar bunlardır:

Onlar kitab oxumaqdan daha çox kitabxanalarının dolu görünməsindən zövq alırlar.

Elektron mühitdə kitab və məqalə oxumağı sevmirlər.

Kitablarını heç kimə borc vermək istəmirlər.

Çıxan hər yeni kitaba sahib olmaq istəyirlər.

Kitabı ala bilməyəndə aqressiya, narahatçılıq hiss edə bilərlər.

Oxumaq niyyəti ilə kitab mağazalarına getsələr də, hər dəfə yeni kitablar alırlar.

Ən çox getməyi xoşladıqları yerlər kitab yarmarkaları, ən çox baxdıqları saytlar kitab alış-veriş saytlarıdır.

Sizdə də var belə bir şey?
Deyəsən məndə var. 🤔
Alber Kamü "Çöküş" PDF

"Çöküş" romanını Kamünün şah əsəri olan "Yabançı"nın davamı kimi də oxumaq mümkündür. "Çöküş"də insan malik olduğu bütün dəyərləri itirir və öz içinin dərinliyinə çökür. Onun bütün hissləri, beynini yoran düşüncələri XX əsrdə mövcud olan əxlaq, mənəviyyat prinsipləri ilə üzbəsurət, heç bir elementi gizlədilmədən ortaya gətirilir. O dərəcədə ki, insan özü-özündən iyrənir. Romanda əsas məqam – keçmiş vəkil Klamansın yağışlı bir gecə özünü göz yaşları içində körpüdən atan qızı seyr etməsi mətnin bütün künc-bucaqlarını işıqlandırır. Həyat, ölüm, varlıq, günah, azadlıq… kimi anlayışlar bir anda bütün mənasını itirir. Bu zəmanədə ən rahat yaşayan adamlar özlərinə süni həyat qurmuş fərdlərdir. Bax bu – XX əsrin, insan həyatının ən böyük qüsurudur.

https://mir.az/kitab/491-alber-kamu-chokush-pdf.html
Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi"
Qriqori Petrov "Ağ zanbaqlar ölkəsi"

“Ağ zanbaqlar ölkəsi” görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun (1866-1925) ən tanınmış publisist əsəridir. Rusiyada baş verən qanlı Oktyabr inqilabından sonra mühacirətə gedən Q.Petrov bu kitabı Serbiyada çap etdirmişdi. Kitab çap olunan kimi Avropanın slavyan xalqları arasında böyük şöhrət qazanmış, təkrar-təkrar nəşr edilərək yayılmışdı. Kitabda Finlandiyanın Ru­siyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir, Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin tərəqqi yoluna çıxması və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoyur. Lakin Q.Petrovun bu əsərində, yarıreal-yarıutopik təsvirlərlə oxucuya təqdim olunan Fin­landiya, doğrudan da, bu əsərin yazılmasına qədər və yazılmasından sonra keçdiyi inkişaf yoluyla dünyanın ən qabaqcıl və zəngin bir ölkəsinə çevrilməsiylə heyrət doğurur. 1928-ci ildə türk dilinə çevrilən kitabla tanış olan Atatürk kitabı çox bəyənmiş, onun Türkiyənin məktəblərində, xüsusilə də, hərbi liseylərdə dərs vəsaiti kimi öyrədilməsi barədə əmr vermişdi.

PDF Yüklə: https://mir.az/kitab/482-qriqori-petrov-ag-zanbaqlar-olkesi-pdf.html
Gregory David Roberts "Şantaram" PDF

“Şantaram” – XXI əsrin ən möhtəşəm romanlarından biri oxuculara təqdim olunur.
Uçurumun dibindən qayıdıb sağ qalmağı bacarmış insanın bədii mətnə çevrilmiş etirafları möhtəşəm hekayəsi ilə ən çox satılan əsərlər siyahısına düşərək, müasir dövrün Melvilldən tutmuş, Heminqueyə qədər – seçilmiş yazıçıların əsərləriylə eyni sırada öz yerini tutub.
PDF yüklə: https://mir.az/kitab/515-gregory-david-roberts-shantaram-pdf.html
Çarlz Bukovski Kimdir?

Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı "Çarlz Bukovski sən deyilsənmi?" deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən ordaydı. (Çarlz Bukovski)


Davamı:
https://mir.az/yazar/541-carlz-bukovski-kimdir-charles-bukowski-haqqinda.html
Jim Rohn "Zənginliyə Və Xoşbəxtliyə Çatmagin 7 Strategiyasi"

Bu kitab xoşbəxtlik və zənginlik arzusunda olan və bunu necə əldə etməyin yollarını öyrənmək istəyənlər üçün yazılmışdır. Bu yolların çətin, lakin şərəfli olduğunu qeyd edən müəllif həmin arzulara çatmağın 7 strategiyasını göstərmişdir. Bu strategiyalar biri digərini tamamlamaqla anlaşılan ardıcıllıqla verilmişdir. Kitab geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

Yüklə: https://mir.az/kitab/549-jim-rohn-zenginliye-ve-xoshbextliye-chatmagin-7-strategiyasi-pdf.html
Bu gün sayta fərdi inkişaf mövzulu 5 kitab əlavə edildi. Saytdan yükləyə bilərsiniz.

1. Andrey Sizov "Uğurlu satış üçün 55 məsləhət"
2. Dale Carnegie "Həyatdan və işdən necə həzz almalı"
3. Robert T. Kiyosaki və Şeron Lektor "Varlı uşaq, ağıllı uşaq"
4. Harvey Mackay "Real Dünyada Satış Üzrə MBA Kursu"
5. Mark Manson "Vecinə almamağın incə sənəti"
6. Jim Rohn "Zənginliyə Və Xoşbəxtliyə Çatmagin 7 Strategiyasi"

Xoş oxumalar.
Təkrar oxunası kitablar.
Bəzki kitablar var ki onları bir dəfə oxumaq kifayət etmir. Sıxıldıqca oxumaq istəyir adam.

Sizin də belə bir kitabınız varmı? Hansı kitabı ikinci dəfə oxumusunuz və ya ikinci dəfə oxumaq istəyərsiniz?
Jojo Moyes - Həminki mən

Bu kitab Luiza Klarkın Nyu-Yorkdakı həyatından bəhs edir. O, Semlə tanış olandan sonra iş arxasınca Nyu-Yorka gedir. İlk günlər hər şey ürəyincə olur. Aqnes adlı qadının köməkçisi işləyir, onunla birgə maraqlı tədbirlərdə iştirak edir. Sonra hər şey qəflətən dəyişir. Aqnesin səhvi ucbatından Luiza işdən qovulur. Onun çətin günləri başlayır. Qalmağa yeri, işi olmur. Günlərlə küçələri dolaşıb iş axtarır, tanışının mənzilində gecələyir. Bir gün bəxti üzünə gülür. Qonşuluqda yaşayan yaşlı bir qadının itini küçədə görür. İti götürüb həmin qadının mənzilinə gedəndə məlum olur ki, qadın yıxılıb, onu xəstəxanaya aparmalı olur. Bundan sonra həmin qadının evində yaşayır. Sevdiyi Semdən ayrılır. Ona elə gəlir ki, Sem heç də onu başa düşmür. Gec də olsa Luiza Klark özünü kəşf edir. Arzularını həyata keçirir. Semi daha yaxından tanıyır. Həyəcanlı anlar yaşayır. Gec də olsa Semi seçməkdə yanılmadığını başa düşür.

PDF: https://mir.az/kitab/588-jojo-moyes-heminki-men-pdf.html
Truman Kapote "Tiffanidə Səhər Yeməyi"

“Tiffanidə səhər yeməyi” Truman Kapotenin oxunaqlı əsərlərindən biridir. Əsərdə söhbət şıltaq təbiətli, düzənsiz həyat yaşayan bir qızın – Holli Qolaytlinin taleyindən gedir. Holli Qolaytlidə uşaq sadəlövhlüyü ilə yüksək qadın cazibəsi birləşir. O, sanki bununla hadisələrin cərəyan etdiyi Nyu-Yorkun da mahiyyətini təcəssüm etdirir. Nyu-York – arzuları əlçatan uzaqlıqda, lakin parlaq vitrin şüşələrinin arxasında gizlədən şəhər…
“Tiffanidə səhər yeməyi” rəvan təhkiyəli əsərdir, birnəfəsə oxunur.

PDF versiyası: https://mir.az/kitab/572-truman-kapote-tiffanide-seher-yemeyi-pdf.html
"DUNE" ən sevdiyim elmi fantasika kitablarından biridir.
Bu kitabı öz dilimizə tərcümə etmək istəyirik.
Sizcə rəğbət görər?
Sizin bu haqda fikirləriniz nədir?
Cek London "Dəmir daban"

Məşhur fizik Kanningemin qızı olan Eviz sosialist Ernest Ever­qardla evlənməklə müasir cəmiyyətin iqtisadi əsaslarını dərindən öyrənərək, fəhlələrin ağır vəziyyətini yüngülləşdirmək üçün əri ilə birlikdə amansız sərt mübarizə aparır. O, ABŞ-dakı oliqarxların hakimiyyətini ‘Dəmir daban’ adlandırır. Romanda 1917-ci ilin payızı Çikaqoda üsyanın yatırılması zamanı törədilən məşhur qətliamın təsviri verilir.

Yüklə: https://mir.az/kitab/623-cek-london-demir-daban-pdf.html

Oxuyubsunuz bu kitabı?
Rabindranat Taqor “Bağban”

Heç kəs əbədi deyil, heç nə əbədi qalmır, a qardaş. Bunu yadında saxla və sevin.
Həyatımız yalnız köhnə bir yük, yolumuz da yalnız uzun bir keçid deyil.
Şair eyni bir əbədi nəğmə oxumur.
Çiçək solur və ölür; amma onun sevindirdiyi adam çiçəyə əbədi yas saxlamır.
Qardaş, bunu yadında saxla və sevin.
Musiqiyə mükəmməllik vermək üçün arada tam fasilə vacibdir.
Həyat zərli kölgələrdə qərq olmaq üçün qüruba meyl edir.
Məhəbbət cəfa camını içmək və göz yaşları cənnətində təkrar dirilmək üçün oyundan ayırd edilməlidir.
Bunu yadında saxla və sevin, a qardaş.


PDF versiyası: https://mir.az/kitab/469-rabindranat-taqor-bagban-pdf.html
Namiq Abdullayev "Gecələr Uzanaydı"

Namiq Abdullayev fantastik yazıçıdır. Onun „Sehrli oğlan'. .İtirilmiş dunya', .Balaça Kiberin maçəraları" kitabları oxuçuların rəğbətini qazanmışdır.
Yazıçının bu kitabına .Dirilmə' povesti və bir neçə hekayəsi daxil edilmişdrr.
İnsana inam. məhəbbət, qayğı bu əsərlərin əsas mövzusudur.

https://mir.az/kitab/645-namiq-abdullayev-geceler-uzanaydi-pdf.html
Kanal üçün Admin.

Kanala qoşulan bütün kitab qurdlarını salamlayıram.

Sayta daim yeni kitablar əlavə edirəm və kitabların eletron versiyasını hazırlayarkən telegrama baxmağa vaxtım qalmır.

Bu işdə mənə kömək edəcək, telegram kanalını idarə edəcək bir nəfər ehtiyac var. Kanala admin olmaq kimə maraqlıdırsa, kimin həvəsi varsa yazsın.