Mir.az Kitab
23.9K subscribers
2.27K photos
259 videos
5 files
1.57K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/397

whatsapp: +994515299358
mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
Reklam için: @okuryus
Download Telegram
Mir.az "Mağaza" hissəsi fəaliyyətə başladı. Artıq öz kitablarınızı paylaşıb sata bilərsiz və sizə lazım olan kitabları yeni və ya ikinci əl kimi  tapa bilərsiz.
Zeynep Sahra “Ayçöreği”

"Bu, atəşə uçmaqdan qorxan kəpənəyin hekayəsidir."

Əhməd, Sahara gəzməyi, velosiped sürməyi və kişi kimi döyüşməyi öyrətdi. Amma hər şeydən də fərqinə varmadan ona sevginin ağrılı tərəfini daddırmışdı...

Sahra Əhmədə qarşılıqsız sevgisinin ağırlığına dözməyib Çıkmazdan uzaqlaşarkən boynunda kruvasan boyunbağı, dodaqlarında darçın dadı, içində sirli məktublarının sahibi Xoşbəxt Kəpənək vardı.

Lakin bütün bunlara baxmayaraq, qatıldığı məktəb şənliyində həyatına faciəvi şəkildə daxil olan ərköyün Romeo nəyisə dəyişəcəkdi. Bəlkə çox şeylər...

"Yarasız yaraya istehza edir..."


https://mir.az/kitab/2307-zeynep-sahra-aycoregi.html
Hansı Kitabı Oxuyursunuz?
Michael Ende "Momo"

“Momo” əsərin əsas qəhrəmanı 8 yaşlı qıvırcıq saçlı, köhnə paltarlar geyinib amfiteatrın altında yaşayan balaca bir qızın qəribə heyakəsindən danışır. Hardan gəldiyi, necə gəldi bilinməyən bu qız əslində baxanda həm 8 yaşında, həm də 14 yaşında görünür, amma heç kim onun dəqiq neçə yaşı olduğunu bilmir. Özündən yaşını soruşanda isə “100” deyə cavab verir. Yaşadığı yerdə hamı Momonu çox sevir, onunla daha çox vaxt keçirməyə can atır, bir işləri düz gətirməyəndə, ya da hər hansı problemləri olanda həmin adama “bir Momoya get” deyirlər. Bəs bu balaca qızı bu qədər özəl edən şey nə idi? Onu bu balaca yaşda başqalarından bu qədər böyük göstərən nə idi? Momo insanları dinləməyi bacarırdı. Deyəcəksiniz ki, bunda fərqli heç nə yoxdu axı, biz də dinləyərik. Amma Momo elə dinləyirdi ki, danışan sonda özünün harda səhv etdiyini, ya da problemini necə həll edəcəyini danışdıqca özü başa düşürdü. Momo insanları bax belə dinləyirdi ?

https://mir.az/kitab/271-michael-ende-momo-pdf.html
Müşfiq Xan "Yalnızlığın Bal Ayı"

Həyatının düzənini dəyişməyə çalışan gənc kimya müəllimi 27 yaşlı Eva və gələcəklə bağlı yenicə planlar qurmağa başlayan şagirdi 17 yaşlı Nel o zaman ayılırlar ki, artıq bir-birinə dəlicəsinə aşiqdilər. Geriyə yol yoxdu… İkisi də tərəddüd içindədir… Aşiq olduğunu öncə kim etiraf etməlidir? Ya da ikinci olub “Səni sevirəm!” kəlmələrini nə zaman söyləməli? Ehtiyatla qoruduqları sirr dərinləşən münasibətlərinə təsir edə biləcəkmi? Doğrudanmı hamının söylədiyi kimi sevgi heç bir əngəl tanımır? Bəs ətraflarında hər kəs onlara qarşıdırsa, necə? Sevgilərini sonsuza qədər yaşaya bilmələri üçün tabuları yıxmağı bacaracaqlarmı?

https://mir.az/kitab/2390-musfiq-xan-yalnizligin-bal-ayi-pdf.html
Harda oxuyursunuz?

Mən daha çox ictimai nəqliyyat və işdə oxuyuram.

______________________
Köhnə kitablarınızı mir.az saytında sataraq qazanc əldə edə bilər və yeni kitablar ala bilərsiniz.
Sabahattin Ali "İçimizdəki Şeytan"

Türk yazıçısı Səbahəddin Ali Azərbaycan oxucusuna yaxşı tanışdır. Onun “Xəz paltolu madonna”, “Quyucaqlı Yusuf” əsərləri dilimizə çevrilmişdir. Yazıçının “İçimizdəki şeytan” romanı nakam məhəbbət macərasını xatırladır. Əslində isə əsər Türkiyədəki ziyalıların bütöv bir nəslinin həyat faciəsidir. Qəhrəmanların xarakter və psixologiyası İkinci Dünya müharibəsi ərəfəsində Türkiyədə gedən ictimai-siyasi mübarizə işığında açılır.

https://mir.az/kitab/870-sabahattin-ali-chimizdeki-sheytan.html
Ralph Roberts, əməkli vaxtlarında həyat yoldaşının yasını tutaraq, gecələri yuxusuz keçirəcəyini ağlına belə gətirməzdir. Amma indi, sevdiyi Carolyn'ini itirmiş, gündən-günə daha da tez oyanmağa başlamış və sonunda yuxusuzluq onu tamamilə əsir almışdır..

Yuxusuz keçən gecələrdə etdiyi yürüyüşlərdə bir şeylərin tərs getdiyini dərk edən Ralph, hallüsinasiya olmasından şüphə etdiyi bir çox qəribəliklər; bəzi insanların başlarından yüksələn iplər, qaranlıq çöküncə şəhərdə dolaşan iki balaca adam ve digərlərini görməyə başlamışdır…
İbrahim Samiroğlu "Yanlış Seçim"

Yazardan not "Bu dəfə ki, hekayəmdə həyatın reallığında baş verən hadisələri ən incəliklərinə qədər sizlərə danışacağam. Sizlər bu hekayədə susa, danışa, gülə, ağlaya bilərsiniz. Əgər indidən oxumaq fikriniz yoxdursa, faylı silə bilər, məni unuda bilərsiniz."

https://mir.az/kitab/2343-ibrahim-samiroglu-yanlish-sechim.html
Jack London- Martin İden

"Martin İden" Cek Londonun sayca 21-ci romanıdır və avtobioqrafik xarakter daşıyır. Yazıçı romanda şəxsiyyətin mənəvi süqutuna çıraq tutur. Martin İden mənsub olduğu sosial təbəqədən qopub yad cisim kimi burjua dünyasına düşür, Morzlar ailəsi onun mənəvi aləmini tar-mar edir.

https://mir.az/magaza/2286-martin-iden-jack-london.html
Anna Todd "After 1 (Qarşılaşma)"

təhlükəli sevgi
üsyankar sevgi
sonsuz sevgi

Tessa Young on səkkiz yaşlı kollec tələbəsidir; Onun sadə həyatı, əla qiymətləri və şirin sevgilisi var. Gənc qız bütün həyatını gələcək planları üzərində qurub; Tatuajlı və pirsinqli punk Hardinlə tanış olana və onun planları alt-üst olana qədər.


https://mir.az/kitab/2397-anna-todd-after-1-karsilasma.html
Bu payızda oxuya biləcəyiniz kitablar

Əlbəttə, özünüzlə tək qalmağın ən yaxşı yolu kitab oxumaqdır! Əgər siz də bizim kimi düşünürsünüzsə, o zaman payızda oxunacaq kitablar siyahısına baxmağınızı mütləq tövsiyə edirik! Bu siyahıda"Payızda nə oxumalıyam?" Sualınıza cavab olaraq verə biləcəyimiz kitablar yer alır.

Ətraflı linkdə:
https://mir.az/blog/2276-bu-payizda-oxuya-bileceyiniz-kitablar.html
Evdə neçə kitabın var?
Oxuduğun son kitabda sənə ən çox təsir edən sözü nə idi?
@Okuryus
Mixail Bakunun "Tanrı və Dövlət"

M. Bakuninin 1871-ci ilin fevral-mart ayları ərzində qələmə aldığı bu əsər, digər əsərləri kimi yarımçıqdır. Əsər yazılarkən Fransa-Prussiya müharibəsindən bəhs etməli və iki hissədən ibarət olmalı idi. Lakin yarımçıq qalmış əsər sonradan itir və əsəri Bakuninin inqilabçı-anarxist dostları Karlo Kafiero və Elise Reklus tapıb, bəzi parçaları fransız dilindən tərcümə edib, nizama salırlar.
Kafiero və Reklus kitabı 1882-ci ildə çap etdirib, “Tanrı və dövlət” adını versə də, Bakunin kitabın adının “Kommunist Doktrina məktəbinin Sofizm tarixi” olmasını istəyirdi.
İyirmiyə yaxın dilə tərcümə olunmuş “Tanrı və dövlət” Bakuninin ən məhşur əsərlərindən biri hesab olunur.


https://mir.az/kitab/2358-mixail-bakunun-tanri-ve-dovlet-pdf.html
Təşəkkürlər 4000📚
"Oğurlamağa mətnlər axtarıram" - Yazıçılarımız nə oxuyur?

Mır.az yazıçılardan soruşur: “Nə oxuyursunuz?”
Şahbaz Xuduoğlu,Aqşin Yenisey
Samirə Əşrəf və başqaları.

https://mir.az/blog/2383-ogurlamaga-metnler-axtariram-yazicilarimiz-ne-oxuyur.html
#📚
Kelebek - Henri Charriere

"Kelebek" Henri Charriere, işlemediği bir cinayetten müebbet kürek cezasına çarptırıldığında, yargıtaya bile başvurmayacak kadar umutsuz, toplumun gözden çıkardığı bir süprüntüydü. Uğradığı haksızlığın bilediği bir hınçla çok az insanın sağ kalmayı başardığı kürek cehenneminden kaçıp kurtulabilmek için aralıksız on üç yıl sürecek korkunç kaçma-yakalama-yeniden kaçma mücadelesine atıldığında kıçında gizlediği bir tüp içindeki bin altı yüz franktan başka hiçbir şeyi yoktu. Bugün dünyanın en çok okunan, en sevilen yazarlarından biri.

https://mir.az/magaza/2421-kelebek-henri-charriere.html