Mir.az Kitab
23.6K subscribers
2.39K photos
301 videos
5 files
1.59K links
Bilmek Değiştirir .
Kitapların hayatınızda bir yeri varsa bu kanal tam sizin içindir.
Wp: https://whatsapp.com/channel/0029VaD46Lk89inpQWEQbU1W/397

whatsapp: +994515299358
mail: info@mir.az
Instagram: @mirazkitab
1000k: okuryus
Reklam için: @okuryus
Download Telegram
Channel created
Channel photo updated
Channel name was changed to «Mir.az PDF»
Salamlar.
Kanal üzvlərinin sayı 100 olduqda paylaşım etməyə başlayacağıq. Hələki kitablar sadəcə saytda paylaşılır.

Kitab sevən dostlarınızı qrupa dəvət etməklə bizə böyük dəstək olmuş olarsınız.
Xoş oxumalar.
Deyirlər, "Bəzi kitabların yaşı yoxdur". Lakin, bir şeyi də unutmayaq ki, dünyagörüşünün və həyata baxış şəklimizin formalaşmasında mütaliə yaşımız xeyli rol oynayır. Elə kitablar var ki, yeniyetmə və gənclik çağında oxunması daha gözəl nəticələrə səbəb ola bilər. Bu baxımdan sizə dünya ədəbiyyatından otuz yaşadək mütləq oxumalı olduğumuz otuz kitabı təqdim edirik.
https://mir.az/blog/134-30-yasadek-oxumali-oldugumuz-30-kitab.html
📙 Qabriel Qarsiya Markes - "Vəba günlərində eşq"
Həkim öncə onu sonra da anasını eyhamlı sorğuya tutaraq bir daha müəyyən elədi: eşqin və vəbanın simptomları eynidir.

📝 "Vəba günlərində eşq" -Nobel mükafatçısı Qabriel Qarsiya Markesin bu romanı gənc teleqrafçı Florentina Arisa və varlı ailədən olan gözəl Fermina Dasanın məbəbbəti haqqındadır.

Kitabı yükləmə: https://mir.az/kitab/231-qabriel-qarsia-markes-veba-gunlerinde-eshq-pdf.html
Kitabları sevən dostlarınızı qrupa əlavə etsəniz bizə böyük dəstək olmuş olarsınız.
Türkiyədən online kitab ala biləcəyiniz ən etibarlı saytlar.

Bizə çox faydalı və faydalı olan hobbilərdən biri də kitab oxumaqdır. Bu gün istədiyiniz kateqoriyada olan yazarın kitablarını internet üzərindən rahat və təhlükəsiz şəkildə sifariş edə və ya onlayn (online) saytlardan oxuya bilərsiniz. Bu yazıda Türkiyədən online kitab ala biləcəyiniz ən yaxşı saytlar haqqında məlumat verəcəm.

Davamı: https://mir.az/blog/193-turkiyeden-online-kitab-ala-bileceyiniz-en-etibarli-saytlar.html
Jules Payot "İrade Terbiyesi" PDF

İradə tərbiyəsi kitabı ilk yayındığı andan etibarən bir çox dillərə tərcümə olunmuş tənbəllik, məqsədsizlik, iradə zəifliyindən qurtulmaq istəyənlərin bir nömrəli kitabına çevrilmişdir. Kitab xüsusilə gənclərə və zehnindən istifadə edərək işləyən insanlara xitab edir.

Kitabda Fransız professorun öz həyatından örnəkləri və müxtəlif fikirlərin isbatlarından istifadə edilərək insanın iradə zəifliyi ilə necə mübarizə aparılmasından bəhs edilir.

Yüklə Endir
Onu «cinayətlərin kraliçası» adlandırırdılar, amma özünün başqa — "Ölüm hersoginyası" titulu xoşuna gəlirdi. Onun dahi təfəkküründə yüzlərlə ölüm və oğurluq hadisəsinin ideyası yaranmışdı. Odlu silahdan zəhləsi getsə də, zəhərləri cəlbedici hesab edirdi. Ginnesin Rekordlar kitabında onun əsərləri 103 dildə 2 milyard nüsxədə çap olunub. O, dünyada ən çox oxunan müəllifdir.

Linkdə kitablarının PDF versiyaları və yazarın həyatı haqqında məqalə var.
Linkə getmək üçün bura tıkla
2022-yə hansı kitabla başlamısınız?🤓
Bu il oxumağı planladığınız hansı kitablar var?
Varis Dirie "Səhra çiçəyi" (avtobioqrafik əsər) PDF

Varis Dirie onu dünyalarca məşhur edən bu romanı yazmaq üçün nə təxəyyülünə güc verib, nə də başqalarının həyat hekayələrini soraqlayıb. “Səhra çiçəyi” müəllifin öz başına gələn hadisələrdən ibarətdir.

Kitab Varis (səhra çiçəyi) adlı qızın həyatından yaşamaq uğrunda apardığı mübarizəni bütün çılpaqlığı ilə əks etdirir, onun həyatının başladığı Afrika səhralarından, köçəri həyatından, ailəsindən, Somalidə qadınlara, qızlara olan münasibətdən və böyüdükcə fərqinə vardığı bəzi şeylərin zamanla onun içindəki mübarizəyə çevrilməsindən bəhs edərkən onu da qeyd etmək istəyirəm ki, onun bu mübarizəsi heç də cavabsız qalmır və bu mübarizə sadəcə özü üçün olan savaş meydanına deyil bütün qadınlara yönəlir.
Onunla eyni həyatı yaşayan, eyni uydurma adət-ənənə adıyla sünnət edilən bütün qadınlara görə mübarizəyə il ərzində 30 milyondan çox qız uşağının qadınlıqdan məhrum edilməsinə yönəlir!

PDF versiyasını yükləmək üçün tıkla
Harri Potter və fəlsəfə daşı

Kitabın Azərbaycan dilində olan versiyası sayta əlavə edildi.

https://mir.az/kitab/148-harri-potter-ve-felsefe-dashi-pdf.html
Rauda Jamis "Frida Kahlo: eşq və qəm"

Əsərdə iyirminci əsrin tanınmış simalarından olan inqilabçı və feminist Frida Kahlonun həyatı öz əksini tapmışdır. O, ruhunu qatdığı Meksika inqilabını öz doğum günü elan edəcək qədər fərqli, dünyaya gəlməyən oğluna ad qoyub təsəvvüründə onunla danışacaq qədər xəyalpərəst, əlil arabasına məhkum qaldığı halda belə sənətindən və həyatından imtina etməyən, daim mübarizə aparan bir qadın idi. Nəzərdən uzaq olan həyatında taleyi ilə barışmağı deyil, əfsanə olmağı seçən Frida ölümü də həyat kimi başında çiçəklər və həmişəki gözəlliyi ilə qarşılamışdır.

Yüklə Endir
Hazırda hansı kitabı oxuyursunuz?

😇 Mən Səfilləri oxuyuram. Birinci cildinin son 25-30 səhifəsi qalıb.
Miraç Çağrı Aktaş "Hayat kaybettiğin yerden başlar"

"İtirdiyiniz zaman deyil, imtina etdiyiniz zaman məğlub olursunuz". Bütün dünya yığışıb sənə gecikdiyini desə belə, yox, gecikmədin! Əksinə, siz tam yenidən başlamalı olduğunuz nöqtədəsiniz. Və bəzən belə düşünməkdən əl çəkməsən də, heç nə itirməmisən.

PDF yüklə: https://mir.az/kitab/438-mirach-chagri-aktash-hayat-kaybettigin-yerden-bashlar-pdf.html