Milyonçu Fəlsəfəsi
2.82K subscribers
339 photos
168 videos
142 files
157 links
🔥 Ən Güclü Motivasiya Mənbəyiniz

İnstagram səhifəmiz👇
instagram.com/milyoncu.felsefesi

İnternetdən pul qazanmaq istəyirsən?
msha.ke/milyoncufelsefesi

-
Admin: @Aliyev789
Download Telegram
to view and join the conversation
Kiçik insanlara böyük xəyallar danışılmaz, böyük planlar qurulmaz.

@milyoncufelsefesi
Toplumun "cool" olaraq gördüyü şeylər;

1. Bmw'lər.
2. Yeni İphone.
3. Markalı geyimlər.

Əslində cool olan şeylər;

1. Maddi cəhətdən azad olmaq.
2. Valideynləri təqaüdçü etmək.
3. Qazanclarınızda limit olmaması.
4. Sevdiyin işi görə bilmək.
Gerçək bir hekayə. (Türkcə)
Sona qdərə oxuyub fikrinizi bildirin.

"Adamın biri Washington metro istasyonunda yere çömelir ve kemanını çalmaya başlar; soğuk bir ocak ayı sabahıdır. 45 dakika boyuca 6 Bach çalar. Çoğu insanin ise gitmek için hareketlendiği bu yoğun saat suresince 1100 kisinin istasyonun içinden geçtiği hesaplanır
Üç dakika geçer orta yaşlı bir adam müzisyenin çaldığını fark eder. Yavaşlar, bir kaç saniyeliğine durur ve sonrasında aceleyle ilerler yapacaklarından geri kalmasın diye.
Bir dakika sonra kemancı ilk bir dolarlık bahşişini alır; bir bayan parayı kemancının önüne geçerken atmış ve hiç durmadan yoluna devam etmiştir.
Bir kaç dakika sonra birisi dinlemek için duvara yaslanır, saatine bakar ve tekrar yürümeye baslar. Besbelli adam işine geç kalmıştır.
En çok dikkat eden ise üç yaşında bir çocuktur. Annesi alelacele çekiştirirken kendisini durup kemancıya bakar. Sonunda annesi kuvvetlice çekiştirir çocuğu ve çocuk sürekli arkasına bakarak yürümeye baslar. Bu olay diğer bir çok çocuk tarafından tekrarlanır,
fakat istisnasız tüm ebeveynler çocuklarını yürümeye devam etmeye zorlar.
Kemancının 45 dakikalık gösterisi boyunca sadece 6 kisi durup bir sure bekler. 20 kisi kendisine para verir, sonra yine normal bir şekilde yürümeye devam ederler.
32 dolar toplar kemancı.
Gösterisi bitip de etrafa sessizlik hakim olduğunda hiç kimse farketmez bile. Kimse alkışlamaz yada tanımaz.
Kimse az önce dünyadaki yazılan eserler arasındaki en essiz parçayı 3.5 milyon dolar değerindeki kemanıyla çalan bu kisinin dünyanın en yetenekli müzisyenlerinden
Joshua Bell olduğunun farkına varmaz.
Bu olaydan iki gün önce biletlerinin ortalama 100 dolar oldugu konserin biletleri yok satmıştır.
Bu gerçek bir hikayedir.
Joshua Bell in bu metro istasyonunda kimliği belirsiz bir şekilde verdiği konser Washinton Post tarafından algılama,
zevk ve insanların önceliklerini kapsayan sosyal araştırmanın bir parçası olarak tertip edilmiştir.
Özet olarak:
Ortak bir çevrede, uygunsuz bir zamanda güzelliği algılayabiliyor muyuz?
Durup da bunu takdir ediyor muyuz?
Bir yeteneği beklenmedik bir içerikte tanımlayabiliyor muyuz?
Bu araştırmadan edinilecek muhtemel sonuçlardan biri şudur:
Eğer dünyanın en unlu müzisyenlerinden birinin dünyada yazılan en iyi eserlerden birini çalarken onu durup da dinleyecek bir dakikamız bile yoksa,

acaba daha neler kaçırıyoruz hayatta?..."
İnsanlar sənə edə bilməzsən deyirsə, bu onların limitini göstərir. Sənin yox.
Maaş sizə xəyallarınızı unutmaq üçün verilmiş bir rüşvətdir.

- Kevin Oleary
İşləmək səni incidə bilər, amma boş oturmaq daha da çox incidəcək.

@milyoncufelsefesi
Biz instagram səhifəmizi (Milyoncu.felsefesi) böyüdərkən hansı taktikalardan istifadə etdik?

Səhifə açmağı düşünürsüzsə nələrə diqqət etməlisiz?

Səhifənizi böyüdərək necə pul qazana bilərsiz?

Bu və daha çox sualların cavabı e-kitabımıza əlavə olundu.

E kitab haqqında məlumat üçün aşağıdakı linkə toxunun.

msha.ke/milyoncufelsefesi
Gözəl danışmağı necə öyrənmək olar?

Gözəl formalaşmış və səlis nitqi insan dayanmadan, sonsuza qədər dinləmək istər, savadsız və cahil insanın nitqi isə insanı qulaqlarını tutaraq uzaqlara qaçmağa sövq edir.
Bir çox yüksək intellektual səviyyəyə malik olan və mahiyyət etibarı ilə maraqlı şəxslər buna rəğmən öz fikir, hiss və emosiyalarını sözlərlə ifadə etməyə çətinlik çəkirlər. 
Amma unutmaq lazım deyil ki, gözəl nitq insana heç də anadangəlmə verilmir, burada heç bir irsi və genetik faktorlar rol oynamır. Onu məşq etdirmək mümkündür və lazımdır. Hətta sizin peşəkar natiq olmaq fikriniz olmasa belə, natiqlik səriştəsi və ünsiyyət bacarıqları bütün həyatınız boyu sizə gərəkli olacaq və sizin inkişafınıza təkan verəcək.
Sizə nitqin keyfiyyətini yüksəldəcək bir neçə tövsiyə vermək istərdik:

1) Daha çox müxtəlif ədəbiyyat oxuyun: qəzet və jurnal. Düzdür bugünkü qəzet və jurnalların dili mükəmməllikdən çox uzaqdır. Səlis yazı dili olan yazıçılara üstünlük verin. Təkcə Azərbaycan ədəbiyyatını deyil, tərcümə əsərlərini də oxuyun.

Tələsmədən, hər bir cümlə üzərində fikirləşərək oxumaq lazımdır. Bu sizə cümlələri düzgün qurmağa, öz fikrinizi rahat ifadə etməyə və söz ehtiyatınızı artırmağa kömək edəcəkdir.

2) Öz nitqinizdən iki dəqiqədən bir, hər kəlmənin əvvəlində istifadə etdiyiniz parazit-sözləri çıxarmağa çalışın: «yəni», «sadəcə», «misal üçün», «ay da», «şey», «deməli» və s. Nitqdə güclü emosiyaları ifadə etməyə çalışmayın, sadə frazalardan istifadə edin və tələsməyin.

3) Nitqin tempini mütləq izləmək lazımdır. Monoton nitq insanları çox tez darıxdırır. Müəyyən fasilələrə yol verin və mütləq vurğulamaq istədiyiniz məqamları emosiyalar ilə fərqləndirin, lakin güclü olmamaq şərti ilə.

4) Söhbət zamanı müxtəlif metaforalar, bənzətmələr, məsəllər, müqayisələrdən istifadə edin. Bu sizin nitqi nəzərə çarpacaq qədər canlandıracaq. Əlbəttə ki, yumor. Zarafat etmək, həmçinin də özünə gülmək, təbii ki əgər situasiya buna icazə verirsə, heç də zərər törətməz.

5) Öz nitqini məşq etdirmək üçün geniş ünsiyyət əhatəsinə malik olmaq lazımdır. Əhatə yoxdursa radio və televizorda köməyinizə çata bilər. Öz sevimli televiziya aparıcınızı təlqin edə bilərsiniz, onun intonasiyasına uyğun danışmaq və ya cümlə quruluşlarından istifadə etmək olar.

6) Daha bir maraqlı məşq üsulu vardır. Hər hansı bir məişət əşyasını götürün və beş dəqiqə ərzində həmin əşya haqqında bədii üslubda danışmağa, əşyanı təsvir etməyə çalışın. Bu əşya adi bir mətbəx tavası da ola bilər. İlk öncə bu tapşırıq, sizdə müəyyən çətinliklər yaradacaq, amma məşğul olduqca, prosesin hər dəfə necə asanlaşdığını görəcəksiniz. Zaman keçdikcə məşq müddətlərini artırın və mövzunu çətinləşdirin. Bu tapşırıq sizə düzgün sözləri seçməyə kömək edəcək və siz adı bir tava haqqında bir saat danışmağı bacaracaqsınız.

(Mənbə: banker.az)

@milyoncufelsefesi
Lamborghi'nin televizorda reklamı yoxdur.

Sizcə niyə?
Təslim olmaq əvəzinə dincəlməyi öyrən.

@milyoncufelsefesi
Daim xoşbəxt olsaydıq sıxıcı olardı..

Məsələn bir oyun oynadığınızı düşünün.
Bütün hiylələri bilirsiz və oyunu həmişə qazanırsız.
Zamanla sıxılmağa başlayacaqsız.
Xoşbəxtlik də eynən belədir.
Həmişə olsa bir mənası qalmaz.

Bəzən həyatda pis günlərdə olmalıdır.

Eyni şəkildə yaşamaq da həmçinin..
Sonsuza qədər davam etsəydi dəyərsiz olardı.
Onu vacib edən şey ölümdür.

- Paul Walker

@milyoncufelsefesi
Riskli yaşamaq nə deməkdi?

Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir.

Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.
Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur.

Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisidi.

Bu halda niyə yaşayırsan? Mənası nədi?
Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə
arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil.
Risksiz olmur.

İki tip insan var.

Bir təhlükəsiz yaşamaq istəyənlər, bir də yaşamaq istəyənlər.
Təhlükəsizliyi seçənlərin həyatı ölümə bərabərdi. Heç nə yoxdu, boşluqdu.
Yaşamaq istəyənlərin həyatı hadisəylə doludu. Hər an nəsə doludu. Hər an nəsə baş verir. Həyat o qədər maraqlıdı ki, insan onun necə keçdiyini hiss eləmir. Nə
vaxtsa dağın başına qalxmısan? Qalxdıqca hava durulur, təmizlənir. Nəfəs almaq daha xoş olur, daha rahat olur. Nə qədər yüksəkdəsənsə həyat eşqi bir o qədər çoxdu. Nə qədər risk edirsənsə həyata bir o qədər bağlanırsan. Həyatı, yaşamı
bir o qədər hiss edirsən. Çünki yüksəyə qalxdıqca düşmək təhlükəsi daha çox olur. Və bu sənə həyatın, sağ qalmağın nə qədər önəmli olduğunu daha yaxından hiss etdirir. Yaşamaq istəyin artır. Ölümlə həyat arasında balansyaradanda özləm hissi keçir.Keçmişin tozu da qalmır. Gələcək üçün yaşamırsan.
"İndi" vacib olur səninçün. İndi yaşamaq, sağ qalmaq, indi mübarizə aparmaq və qalib çıxmaq istəyirsən.

Oşo — «Kişilərin Kitabı»ndan

👉 @milyoncufelsefesi
👉 @milyoncufelsefesi
Yenidən başlamaqdan qorxma. Bəlkə də yeni hekayən əvvəlkindən daha maraqlı olacaq.
Qazanmağın xoşbəxtliyi işlərin çətinliyindən daha vacibdir.
Forwarded from Motivasyon krallığı (Mahmud Cabbarov)
ZAMANIN İDARƏ OLUNMASI(Effektiv üsullar)
Vaxtın idarə edilməsi üsulundan istifadə edən insanlar bütün həyat sahələrində-biznesdən tutmuş idmana,ictimai xidmətə qədər bütün sahələrdə böyük nailiyyət əldə edə bilirlər.Vaxtı düzgün idarə etməklə hətta yüksək stressli şəraitdə belə effektiv işləməyə nail olacaqsınız. Vaxtın idarə edilməsi məsələsinin əsasında diqqət mərkəzinin dəyişdirilməsi dayanır:
“Diqqətinizi məşğul olmağa deyil,nəticələrə yönəldin”.Əksər insanlar bütün günü bir çox işlə məşğul olurlar,lakin nəticə çox az olur,çünki diqqəti düzgün istiqamətə yönəldə bilmirlər.
80:20 qaydası
Pareto Prinsipi və ya “80:20 qaydası”na görə konkret hədəfi olmayan səylərin 80%-indən
sadəcə 20% nəticə əldə etmək mümkündür.Nəticənin yerdə qalan 80%-i isə sadəcə 20% səylə əldə edilir.Nisbət mütləq şəkildə 80:20 olmasa belə,bu cür kiçik miqyasda səylə böyük nəticələrin əldə edilməsi o qədər geniş yayılmış təcrübədir ki,artıq bir çox yerlərdə normal hal kimi qəbul edilir
.Vaxtı yaxşı idarə etmək daha çox işləmək demək deyildir.Vaxtın idarə edilməsi üzrə məsləhət və bacarıqları tətbiq etməklə tapşırıqların öhdəsindən gəlmək üçün lazımi həcmdə enerji və diqqəti düzgün istiqamətə yönəldə biləcəksiniz.
Məqsədlərinizi müəyyən edin.
Vaxtın idarə edilməsi istiqamətində görəcəyiniz ilk iş özünüzə bəzi suallar verməkdir:“Kim olmaq istəyirsiniz,həyatdakı prioritetləriniz nədir,karyera və ya şəxsi həyatda nəyə nail olmaq istəyirsiniz və s.”Bu daha sonra vaxtınızı necə sərf etmək və onu necə idarə etməyə istiqamət verəcək ilk təlimat rolunu oynayır.Ümumi mənzərəni müəyyənləşdirdikdən sonra,qısamüddətli və uzunmüddətli məqsədlərinizi təyin edə bilərsiniz.Məqsədlərinin nə olduğunu bilmək daha sistemli plan qurmağa və bu məqsədlərə nail olmağa kömək edə biləcək işlərə diqqət yönəltməyə imkan verir.
Siyahı hazırlayın.
Vaxtın idarə edilməsi zamanı yol verilən əsas səhvlərdən biri bütün təfsilatları yadda saxlamağa çalışmaqdır bu informasiya artıqlığı yaradır.Sistemli işləməyə və nəzarəti ələ almağa imkan verən ən yaxşı vasitə görüləcək işlərin siyahısını hazırlamaqdır.Siyahı prioritetləri və onlara sərf ediləcək müddəti müəyyənləşdirməyə və nəzərdə saxlamağa imkan verir,beləcə təcili olmayan işlərinizi bir qədər təxirə sala bilərsiniz.
Vacib olan daha çox yox,daha ağılla işləməkdir...
Vaxtını yaxşı idarə etmək gördüyün işin kəmiyyətinə yox,keyfiyyətinə önəm verməkdir.Nəyəsə çox vaxt sərf etmək o demək deyil ki,daha çox iş görmüsünüz.Məsələn,iş vaxtı bitdikdən sonra əlavə bir saat da işləmək effektli bir üsul olmaya bilər.Bu zaman yorğunluq, aclıq, evə getmək istəyi və s.kimi amillər işinizin məhsuldarlığına təsir edir,nəticədə stressi daha da artırır.
Nahar fasiləsi etmək lazımdır.
Bir çox insanlar nahar fasiləsinə getmirlər ki,daha çox işləyə bilsinlər.Lakin iş masasından ən azı 30 dəqiqəlik müddətə ayrılmaq günün qalan hissəsində daha səmərəli işləməyinizə kömək edəcəkdir.
Fasilə dincəlmək və işdən əlavə şeylər düşünə bilmək üçün fürsətdir.Həyətdə gəzişin, yüngül məşqlər edin.Bütün bunlar iş masanıza yenidən canlanmış halda,parlaq gözlər və aydın beyinlə qayıtmanıza imkan verəcəkdir.Mühüm işlər sırasında prioritetləri müəyyən edin Tapşırıqları aşağıdakı kateqoriyalara ayıra bilərsiniz:
-Təcili və vacibdir.
-Təcili deyil,amma vacibdir.
-Təcilidir,amma vacib deyil.
-Nə təcilidir,nə də vacib.
Məsələn,zəng gəlirsə,bu təcili görünə bilər,lakin ona cavab vermək mütləq şəkildə vacib deyil. Əlinizdə gördüyünüz işə davam etmək telefona cavab verərək diqqətinizi yayındırmaqdan daha vacib ola bilər.Psixoloqlar bildirirlər ki, vaxtını yaxşı idarə etməyi bacaran insanlar təcili olmayan lakin vacib işlərə ayırmağa vaxt tapırlar.Bununla da onlar işlərin daha sonra təcili vəziyyət almasının qarşısını ala bilirlər.Burada əsas məsələ təcili və vacib işlərin sayını azaltmaq bacarığı əldə etməkdən ibarətdir.Görüləcək çox sayda təcili işin üst-üstə yığılması insana sadəcə daha çox stress gətirə bilər. Ən əsası isə bu postdaki qaydaları sabaha saxlama. Elə indi hərəkətə keç və sabah ki 24 saatını planla.Əgər hərəkətə keçmək üçün səbəb axtarırsansa bugün ki günü düşün...
2022'yə bir ay qaldı.

Heç kimin zamanını boşa xərcləməsinə icazə vermə.

Görünməz ol, hədəflərinə və özünə fokuslan.
Sabah 365 səhifəlik bir kitabın ilk boş səhifəsidir. Yaxşı bir kitab yazmağa çalış.

Yeni iliniz mübarək.