Milli-Kimlik
561 subscribers
579 photos
116 videos
3 files
210 links
Azərbaycan xalqının Millikimlik tarixi və bu aspektdə gələcəyə baxış problemlərini işıqlandıran portal. Saytımız: millikimlik.az
Download Telegram
‼️ Oturuşmuş fikirlərdən (halbuki kifayət qədər buna qarşı dəlillər gətirilsədə) biri budur ki, Qızılbaş dövlətləri (Səfəvi, Əfşar, Qacar) ümumi anlamda Persiya idi.

Onları türk Azərbaycan dövləti saymaq olmaz. Bu elə bizim bildiyimiz Sasanilərin davamı, ya da maksimum bənzəridi. Niyə?

Çünki adı çəkilən bu İmperiyalarda FARS dili geniş istifadə olunurdu (halbuki bundan əvvəl azərbaycan türkcəsinin istifadəsi ilə bağlı geniş məlumatlar verilmişdi).

Anlamaq lazımdır ki, o zamanlar iki, üç dillilik normal hal idi. Tarixdən bizim dövlətlərdə hökmdar, saray, ordu və hətta xalq içində türk dilinin geniş yayılması və onu bilməmələrin biabırçılıq olması məlumdur.
Bəs nə üçün dil məsələsinə bu qədər diqqət yetirilib, bizim imperiyalarımızı bu cəhətdən diskredetasiya etməyə çalışırlar?

Yaxşı gəlin sizin "sevimli" Sasani dövlətində dil məsələsinə fikir verək və müqayisə edək:

"Müasir tarixçilikdə Sasanilər "fars" kimliyinin bir parçası olaraq təqdim edilsə də, bu, modernist bir baxışdır. Hər şeydən əvvəl sasanilər radikal zərdüştçü dini kimliyə sahib olmanın xaricindənə sosial-siyasi, nə mədəni, nə də etnik baxımdan heç bir zaman homogen olmayıblar. Sasani dövlətinin beşi rəsmi olmaqla 7 yazı dili olub. Üstəlik Sasanilər dövründə hüquqi mətnlər aramey, tibbi elmi mətnlər sanskrit, astronomiya kitabları yunan, döyüşlərlə bağlı əsərlər türkcə qələmə alınıb.

Sarayda çalışan dövlət məmurunun mütləq şəkildə dəri, pəhləvi, qrek (yunan) və türkcə bilməsi məcburi idi.


"Oğuznamə"nin ilk tərcüməsi də Sasanilər dövründə gerçəkləşib. İbn əl-Nədim, İbn əl-Müqaffa, əl-İsfahaniyə görə Sasanilər dövründə dövlət səviyyəsində əsasən parsi, fəhləvi (pəhləvi), dəri, xavəzi və süryani dilləri istifadə olunurdu. Sasanilərin mərkəzi şəhərlərində gündəlik ünsiyyət dili aramey, süryani və nəbati dilləri idi. Zamanla bu dillərin qarışmasından parsi meyanə deyilən pəhləvicə formalaşdı. Daha sonra bürokratik işlər bu dildə aparılmağa başlandı.

Paytaxt Mədaində (Ktesifon) aramey ilə pəhləvi dilinin qarışmasından xuzvariş və ya zəvariş deyilən paytaxt ləhcəsi törədi. Əsasən partlar dövründə arameycənin güclü təsiri altında formalaşan pəhləvicə, sasanilər dövründə parsavi deyilən fərqli bir dilə çevrildi. Saraya məxsus dil isə dari adlanmağa başlandı. Onların xaricində soğd, toxar, xarǝzm, quşan deyilən dillər yazı dili olaraq istifadə ediləcək qədər geniş yayılmışdılar. Xüsusilə ticarət və sənəd dili olan soqdca müstəqil dil hesab olunurdu.

Sanskrit dili tibb dili olaraq Sasani ölkəsindəki həkimlərin bilməsi vacib idi. Dövrün Cündişapur şəhərində tibb akademiyasında tibb elmi bu dildə tədris olunurdu."

Beləliklə nəticəni özünüz çıxarın.

📜 İstinad: Əkbər Nəcəf-Rizvan Hüseynovun, "Parfiya. Orta dünyanın memarları" kitabından istifadə olunub

#səfəvilər #azərbaycan_dili #persiya
‼️🕌 Səfəvilər dövründə Azərbaycan memarlığının İraq memarlığına təsiri

"Bu [XVI] əsrdə İraqda tikilmiş memarlıq kompleksləri Səfəvi abidələri ilə zənginləşdi.
XVI əsrin ilk onilliklərində İraq ərazisi Səfəvilər dövlətinin tərkibində idi və məhz həmin dövrdə memarlıq əlaqələri bu ölkədə öz nəticələrini vermişdir.

💬 "Böyük ərazidə güclü teokratik dövlət qurmuş Səfəvi sülaləsi öz dini təriqətini daha geniş təbliğ etmək üçün İraqda olan şiə müqəddəslərinin qəbirləri üstündə monumental türbə məscid kompleksləri tikdirirdi.

Beləliklə, XVI yüzildə Bağdad, Samarra, Kərbəla və Nəcəfdə Azərbaycan Səfəvi dövlətinin saray memarlarının başçılığı ilə bir-birindən təntənəli binalar ucaldılır.
Bu işdə I Şah İsmayıl xüsusilə fərqlənmişdir".

Şah İsmayılın göstərişi ilə Bağdad yaxınlığında Kazımiyyə kompleksi ucaldılmışdı. Əsası XIV əsrin II yarısında qoyulmuş, 2 günbəzli və 1 minarəli türbənin yenidən qurulması əsasında 1519-cu ildə gözəl bir kompleks əmələ gətirilmişdi. Səfəvi hökmdarının və Azərbaycan memarlarının rəhbərliyi ilə İraqda tikilmiş dini xatirə komplekslərindən ən gözəli Kərbəla şəhərindəki İmam Hüseyn türbəsidir.

Abidə 5 günbəzli, 2 minarəlidir. Kazımiyyə kompleksi istisna olunmaqla İraqda tikilmiş türbələrin hamısı iki minarəlidir.
Ümumiyyətlə, İraq uzun müddət ərzində mərkəzi vilayəti Azərbaycan olan müxtəlif iri dövlətlərin - Elxanilər, Cəlairilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tərkibində olmuşdur. Buna görə də İraq memarlığında Azərbaycan memarlıq ənənələrinin təsiri güclü idi".

Mənbə: Xeyirbəy Qasımov, "Orta Əsrlərdə Azərbaycan Mədəniyyəti"/ Ramil Əkbərov

#iraq #səfəvilər
🎯 “Şərqi Rusiyanın müsəlman ştatları xəritəsində” Azərbaycan (hələ müstəqillikdən əvvəl)

1917-ci ildə Türküstan (Orta Asiya) ziyalılarının nümayəndələri tərəfindən keçmiş Rusiya imperiyasının müsəlman ərazilərində yaradılması təklif edilən türk-müsəlman federasiyasının xəritəsinin eskizini oxuculara təqdim edirik.

Bu xəritə digərləri ilə yanaşı, Azərbaycanın Qafqazdakı ərazisini də aydın şəkildə nümayiş etdirir.
Bu onu göstərir ki, Azərbaycan Orta Asiya xalqına məhz bizə məlum sərhədlərdə tanınırdı, hələ o zamanda Azərbaycan Cümhuriyyəti yaranmamışdı.

Bu sənəd 1918-ci ilə qədər “Azərbaycan” adının guya Cənubi Qafqaza (Zaqafqaziya) heç bir aidiyyətinin olmaması barədə çoxdan mövcud olan mifi bir daha təkzib edir.
Alaş Orda ilə bağlı sənəd Moskvada Rusiya Federasiyası Dövlət Arxivinin fondunda tapılıb.

İstinad: oldmaps.amireyvaz
QARABAĞ, ZƏNGƏZUR VƏ NAXÇIVAN: ANTIK DÖVRDƏ AZƏRBAYCAN TORPAQLARI (ATROPATENA)
👇👇👇
Ümumiyyətlə qəbul edilir ki, Azərbaycanın sərhədləri (qədim yunan dilində bu toponim Atropatena kimi səslənir) antik dövrdə heç vaxt Araz (Araks) çayının şimalına qədər uzanmayıb.

Bu yanaşma, digər məsələlərlə yanaşı, Qafqaz Azərbaycanının “süniliyi” haqqında miflərin yaranmasına səbəb olmuşdur. Guya, əsl Azərbaycan ancaq Təbriz və onun ətrafıdır, Qafqazdakı ərazi deyil.

Bu miflər çoxdan bir çox elmi əsərlər, tarixi sənədlər və köhnə xəritələr vasitəsilə ifşa olunub, burada Azərbaycanın adı Araz çayının həm sağ (Təbriz), həm də sol (Qafqaz) sahillərindəki torpaqları əhatə edir.

Bu həqiqəti təsdiq edən digər köhnə sənəd isə 1807-ci ildə nəşr olunmuş “Ərşakilər dövrünün Parfiya imperiyası” xəritəsidir. Onun müəllifi – “Dünyanın ümumi atlası”nın (1794) müəllifi Robert Uilkinson, bizi maraqlandıran Cənubi Qafqaz regionunu, xüsusən də Azərbaycanı antik dövrdə ətraflı təsvir etmişdir.

Gördüyünüz kimi, Arşakilər dövründə Atropatenanın şimalı Kür və Arazın qovşağını, o cümlədən tarixi Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini əhatə edirdi. Qədim zamanlardan bu ərazilər Azərbaycan torpaqları sayılırdı.

Bu xəritədə Ermənistanın coğrafi mövqeyi də diqqəti cəlb edir: Van gölünün ətrafı və onun Qafqazla heç bir əlaqəsi yoxdur. Biz bu təyinatı digər köhnə xəritələrdə dəfələrlə görmüşük.

İstinad: oldmaps.amireyvaz

#azərbaycan #qarabağ
🇦🇿‼️🇮🇶 Azərbaycanlılar İraqda - Bağdad və ətrafının Azərbaycanın əyalətinə çevrilməsi və İraqla əlaqələrin güclənməsi

Bundan [XI-cu əsrdən] sonra İraqla olan əlaqə daha da genişlənir. Tarixdən o da məlumdur ki, 1136-cı ildə Şəmsəddin Eldəniz Azərbaycana hakim təyin olunduqdan sonra və onun oğulları Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti dövründə İraqla əlaqə çox qüvvətləndi (Kərkükdə indi «Qızıl Arslan» mehmanxanası vardır).

İraq və İran (İsfahan şəhərinə qədər) Eldənizlər tərəfindən itaət altına alınır. Eldəniz hələ Azərbaycan hakimi olduğu halda, bütün İraq-Səlcuq dövlətini ələ keçirir. Eldənizlər 1160-cı ildə İraqın sultan taxtına hətta öz adamlarını əyləşdirmişdilər.
Şəmsəddin Eldənizin vaxtında İraq və Azərbaycanda ordu da, dövlət də bir bayraq altında birləşmiş, xalq əmin-amanlıqla yaşamağa başlamışdı. O, vaxtaşırı gah İraqda, gah da Azərbaycanda olurdu.

İndi türkmanlar yaşayan Daquq, Ərbil, Kərkük və s. daxil olmaqla Atabəylər dövründə Gəncə, Naxçıvan, Təbriz və başqa şəhərlər də bir bayraq altında birləşirdi.

Axırıncı Abbasi xəlifəsinin 1258-ci ildə Hülakü xan tərəfindən edam edilməsindən sonra isə Bağdad və onun ətrafındakı şəhər və kəndlər Azərbaycanın əyalətinə çevrilərək onun tabeliyinə keçdi.
Bu vaxtdan Bağdad ətrafında, Kərkük, Mosul, Ərbil və s. qəsəbə və şəhərlərdə yaşayan azərbaycanlılarla Güney və Quzey azərbaycanlıları arasında əlaqə daha da genişlənir.

Stefan Lonqriq, Həmid Araslı və başqaları Bağdadla Azərbaycan arasındakı münasibətlərin XIV əsrdə Cəlalilər, XV əsrdə Qaraqoyunlular və Ağqoyunlular dövründə çox qüvvətli olduğunu qeyd edirlər... Həsən Padşahın vaxtında ölkənin paytaxtı yayda Təbriz, qışda Bağdad olmuşdur.

📜 İstinadlar: Qəzənfər Paşayev, "Altı İl Dəclə-Fərat Sahillərində", Seçilmiş Əsərləri", Yeddi Cilddə, I və II Cild/ Ramil Əkbərov
‼️📢 Bu dil əmr dilidi: nəzakətli danışığ "əbədi haram" və türklərin "ali şərəfli sülaləsinə" aid deyil

Sonra deyirsiz azərbaycan dili dəyərdən salınmışdı, əzəməti yox idi. Bəs bu nədi?

Əbdürrəhim Ərdəbili yazır ki, Xəmsə alimlərinin fikrincə, türkcə danışıqda, ənənəyə uyğun olaraq, gərək əmrdən irəli gələn qətiyyət mənası ifadə olsun, əks halda, "türkcə sözün haqqı verilməmiş olacaq". Bütün türkcə feillər zamanlarda, məsdər, inkar, sual, təsdiqdə, qadağa bildirəndə, söz və birləşmələrdə "tamamilə əmrdə deyilir".

Molla Qaraxanoğlu nəzakətli danışığı "əbədi haram" və "xətalı" və hətta "tat" adlandırır, onları türklərin "ali şərəfli sülaləsinə" aid etmir.

Göründüyü kimi, Əbdürrəhim Ərdəbili Şirvani türkcədəki bütün feillərin və isimlərin mənşə və kökünün "əmr feilləri", türkcənin əsasının isə "buyruq feili" olduğunu söyləyir. Bu səbəbdən türk Qızılbaş üləmaları da vurğulayır ki, türkcə danışan şəxsin səs tonunda acizlik, pəltəklik, çarəsizlik, ədəb, nəzakət, rica, dilənmək, yaltaqlıq və ya yalvarış deyil, ancaq buyruq, əmr, qətiyyət, qərarlılıq, əminlik, möhkəmlik və gücdən formalaşan bir amiranəlik olmalıdır.

Əbdürrəhim Ərdəbili türk dilini dünya dilləri arasında bənzərsiz adlandırmış və qərara almışdır ki, fiqh terminlərinin köməyi ilə türkcənin sözlərinin gücü qətiyyətli və əzəmətli olmalıdır.
Səfəvi və Əfşarlar o dövrdə mütləq siyasi və dini hökmran olduqları üçün türk dili ilə bağlı şəriət fətvaları vermiş və dini baxımından başqalarını da bu əmrlərə tabe olmağa çağırmışlar.

"Məzhər üt-türki"nin ən dəyərli hissələrindən biri "Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı" bölməsidir. Bu bölmədə Qızılbaş türkcəsində işlək olan, 3 əsrlik zaman müddətində mənasını dəyişmiş və ya işləklikdən çıxmış leksik arxaizmlər verilir.

Məsələn: qanda (harada), qaçaq/qaçan (haçan?), təpdir (basmağa vadar etmə). Çıqır, çırp, cında(köhnə, əski), çibin (milçək), qayır (düzəlt), biz (iynə)./ Uzat sözü məktubda idi Quba xan

📜 İstinad: "Məzhər üt-türki", Əbdürrəhim Ərdəbili Şirvani, XVIII əsr (Nadir şah Əfşar dövrü)
‼️⚠️ “Qızılbaşlar Parfiyalıların nəslindəndir. Qarabağ və İrəvan isə Azərbaycandır”- Şotlandiyalı səyyah Beyli

Britaniyalı yazıçı və səyyah Ceyms Freyzer Beylinin 1834-cü ildə yazdığı, “Historical and descriptive account of Persia, from the earliest ages to the present time” kitabında Azərbaycan haqqında maraqlı məlumatlar yer alır.

1) “..Aqqoyunlu Həsənin qızından Heydərin üçüncü oğlu İsmayılı on dörd yaşında öz tərəfdarlarına başçılıq edən və ailəsinin irsi düşməni olan Şirvan hakimini məğlub edərək tapırıq.
Oxşar uğur onu Aqqoyunlu şahzadələri ilə iki toqquşmada müşayiət etdi və onu Azərbaycanın hakiminə çevirdi. Sonrakı kampaniyada o, İraqı ələ keçirdi; yürüşün başlanmasından dörd il sonra bütün Persiya onun hakimiyyətinə tabe oldu” (səh. 173).

Diqqət edin, Persiya/İranın yox, Azərbaycanın hakiminə.

2) Başqa bir hərbi qüvvə isə qızılbaş adlanan qorçilərdən ibarət idi.
Onlar cəsarətli, güclü, aktiv, çox təsirli idilər və müəyyən mənada öz əcdadları olan Parfiyalılara bənzəyirlər.
Beləliklə, çoxlu nəhəng düşmənlərlə vuruşmalı olan Şah İsmayılın qoşunları, demək olar ki, məğlubedilməz oldu və onun qızılbaşlarını görmək Osmanlı eskadronlarını dəhşətə gətirdi. (səh.217)

Diqqət edin, yenə qızılbaşlar skif(işquz) ərsakilərin nəticələri kimi qeyd olunur.

3) AZƏRBİCAN və ya hazırda Persiya sərhəddində yerləşən Midiya Atropatena böyük əhəmiyyət kəsb edir. İrəvan, Qarabağ və Qaradağ daxil olmaqla on iki rayona bölünür; paytaxtı isə Təbrizdir. (səh. 50)

Diqqət edin, səyyah da bu əraziləri Azərbaycana aid edir.
‼️⚔️ "Rus-Qacar müharibəsində Azərbaycan ordusu təkbaşına vuruşurdu"

Qacarlar sülaləsinin məşhur nümayəndəsi şahzadə Nadir Mirzənin (1827-1885) AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan “Təbriz darüssəltənəsinin tarixi, coğrafiyası və görkəmli şəxsləri” əsəri Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

Kitabda maraqlı bir hissə var. Orda deyilir ki, Azərbyacan ordusu Ruslarla təkbaşına vuruşurdu. Yani ordu Azərbycan ordusu idi.

"Bircə rus hücumuna belə tab gətirə bilməyən böyük qonşu dövlətdən [Osmanlıdan red.] fərqli olaraq bu döyüşlərin [Rus-Qacar müharibəsi - red.] çoxunda Azərbaycan ordusu təkbaşına vuruşurdu".

P.S. Bu yazılan, xeyli əvvəl paylaşılan İran Mədəniyyət Nazirinin müavini Seyyid Məhəmməd Behiştinin - "Bu müharibə Rusiya Azərbaycan müharibəsi idi, İran və Rusiya müharibəsi deyildi", sözlərinin bir daha təsdiqidi.

Ramil Əkbərov
‼️ “İnanma, arximandrit ata, erməni sənədlərinə inanma."

Vifleyem mitropoliti, tanınmış alim, rus şərqşünası, bizansşünas, arxeoloq və paleoqraf, arximandrit Porfiri Uspenski ilə söhbətində ermənilərin hiylələri barədə sonuncuları belə xarakterizə edir:

İnanma, arximandrit ata, erməni sənədlərinə inanma. Bunlar saxta sənədlər uyduran, onları peyin altına və ya rütubətli yerə qoyan fırıldaqçılardır ki, o sənədlər orda köhnəlsinlər, saralsınlar, çürüsünlər”.

P.S. Bu bizə tanış gələn məsələdi elə deyilmi? Bu hayların tarixi də bu cür saxta yollarla yazılırdı və həmin texnologiyanı neçə əsrdi istifadə edirlər. Onların nəfəsi belə yalandı.

İstinad: Епископ Порфирий Успенский. Книга Бытия моего, ч. 1, стр. 597.

#ermənilər
‼️🖼 Çaldıran döyüşünü təsvir edən YEGANƏ rəsm əsəri

+ Şah İsmayılın təsvir olunduğu ehtimal olunan hissə (2-ci şəkil)

I Şah İsmayılın hərbi yürüşləri, döyüş və ov səhnələrini, o cümlədən Çaldıran savaşını təsvir edən bir neçə miniatür mövcuddur.

Lakin, Avropa təsviri sənətində Çaldıran döyüşünü təsvir edən yeganə rəsm əsəri İtaliyanın Palermo şəh., "Palazzo Mirto Sarayı" Muzeyində qorunub saxlanılır.
Əsərin müəllifi barədə məlumat yoxdur.

Maraqlıdır ki, "Çaldıran döyüşü" tablosunda təsvir olunan coğrafi relyef və təbiət mənzərəsi həmin əraziyə bənzərliyi ilə diqqət cəlb edir.

Buna görə də, hesab etmək olar ki, bu tablonun müəllifi döyüşün baş verdiyi ərazinin coğrafi quruluşu haqqında məlumatlı olmuşdu.

📜 Elşad Əliyevin, "Avropa təsviri sənətində Şah İsmayıl Səfəvi ikonoqrafiyası" kitabından
Cənubi Azərbaycan (Atropatena) Midiya adlanırdı, bəs Şirvan ərazisi də Midiya sayılırdı? 👇👇👇