O gün Gürcüstan Forbes-un siyahısına dair yazdığım postun şərhlərində vaxtilə buna yaxın reytinq (əslinə qalsa bu hesablama yox, daha çox konkret olaraq sosioloji reytinq idi) tərtib edən "Hesabat" jurnalını xatırlatdılar.
Ona görə Milli kitabxanaya müraciət edib, müvafiq jurnalı elektronlaşdırmağı xahiş etdim. Onlar da tədricən bunu edirlər. Birinci nömrəsi ilə buradan tanış ola bilərsiniz.
Reytinqi də siz şəkillərdə görə bilərsiniz.

👍8😁4
Qrafiti haqqında danışmışkən: "Təhlükəsiz şəhər" layihəsi çərçivəsində Bakı şəhərində 3.6 min nöqtədə 11.8 min kamera quraşdırılıb (və ya ortalama bir nöqtədə 3 kamera). Onların 4.6 mini üztanıma kamerasıdır.
😱10👍6
Quru sərhədlər haqqında: hətta bu məsələdə belə hökumətimiz diskriminasiyadan yan qala bilmədi. Yerləşdirilən cədvəldə siz sərhəd-keçid məntəqələri üzrə statistikanı görə bilərsiniz. Gürcüstana gedən Azərbaycan vətəndaşları üçün əsas sərhəd-keçid məntəqəsi artıq hava limanıdır. Türkiyə ilə sərhəd-keçid məntəqəsi üzrə vəziyyət başqadır. Belə ki, orada əksinə 10%-lik artım qeydə alınıb.
Vəziyyət niyə fərqlidir? Səbəbi çox sadədir - Naxçıvan MR qeydiyyatlı şəxslər Türkiyə ilə quru sərhədi keçə bilirlər, amma digər sərhədyanı rayonlara belə bir imkan verilməyib. Niyə? Bəlli deyil. Əgər diskriminasiya etmirsinizsə, niyə Qazax, Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Astara və s. sərhəd rayonlara eyni hüququ tanımamısınız?

3❤🔥5❤2
Süni intellekt bazarı deyərkən hansı şirkətlər və sahələr başa düşülür? Müvafiq bazarda vəziyyət necədir? Adətən yeni məhsul bazarı yaranarkən orada daha çox azadlıq və yeni imkanlar olur. Bəs süni intellekt bazarı belədirmi? Bu suallara Beynəlxalq Hesablaşmalar Bankı (BHB. Adətən mərkəzi banklar və ümumiyyətlə bank sisteminə dair məsələlərdə beynəlxalq tənzimləmə aparan faktiki olaraq beynəlxalq qurumdur) cavab verməyə çalışdı.
Məlum oldu ki, süni intellekt nisbətən yeni texnologiya və məhsul olmasına baxmayaraq, müvafiq bazar artıq formalaşandan bəri daha çox inhisar bazarıdır. İlk əvvəl qeyd etmək lazımdır ki, Sİ bazarı faktiki olaraq beş fərqli sahədən ibarətdir. Bəzi şirkətlər konkret olaraq bir sahəni seçirlər, digərləri isə bütün beş sahədə fəaliyyət göstərirlər. BHB dünya üzrə ən iri 20 şirkəti seçdi və məlum oldu ki, onlar arasında 13-ü ABŞ qeydiyyatlı şirkətlərdir. Bu 13 şirkət arasında yeddisi faktiki olaraq bütün beş istiqamət üzrə fəaliyyət göstərir və kapitallaşmanın həcminə görə arxada qalan bütün 13 şirkəti qabaqlayır. TOP-20-də təmsil olunan digər ölkələr Çin, Cənubi Koreya, Niderland və Tayvandan ibarətdir. Yalnız Çin şirkətləri bütün istiqamətlər üzrə fəaliyyət göstərməyə çalışırlar. Bəzi şirkətlər, TSMC (Tayvan) və ya ASML (Niderland), konkret olaraq bir sahəni seçiblər və bu istiqamət üzrə ixtisaslaşırlar.
Nəsə BHB deyir ki, Sİ bazarı həddindən artıq təmərküzləşib. Bu bir tərəfdən xərcləri azaltmağa və innovasiyaları tezləşdirməyə xidmət edir. Amma başqa tərəfdən bu o deməkdir ki, yaxın gələcəkdə istifadə olunacaq infrastruktur faktiki olaraq inhisarçıların əlindədir. Başqa sözlə bu sahədə də rəqabətin artırılması istiqamətində tənzimləmə lazım olacaq. Əks halda yeni məhsul bazara gələn kimi biz bir neçə oyunçunun əlində olacayığ.

❤1
İki ölkənin, ABŞ və Qətərin, payına dünya üzrə istehsal olunan heliumun 76%-i düşür. İndi isə onlardan biri, Qətər, problemlərlə üzləşib. Sıxılmış təbii qazın istehsalı dayandırılması ilə Qətər həm də heliumun istehsalını da dayandırdı. Helium yarımkeçiricilərin istehsalında, tibbdə, metallurgiyada və s. istifadə olunur.
Bu bazarda əsas problemlərdən biri odur ki, həcmlərin əhəmiyyətli hissəsi müqavilələr əsasında (yəni əmtəə birjası vasitəsilə deyil) satılır. Başqa sözlə bu problem heliumun defisitinə gətirəcək. Qiymətlərin artımı ABŞ-a (və yeri gəlmişkən, Rusiyaya. Onlar artıq uzun müddətdir ki, helium istehsalının 3 dəfə artırılması üzərində işləyirlər) müəyyən qədər kömək edəcək. Sadəcə qalan həcmləri əvəz edən olmayacaq...

👍3❤2
Bir az statistika haqqında
Azərbaycanın xarici ticarəti haqqında yerli səviyyədə bizdə üç mənbə mövcuddur: Dövlət Gömrük Komitəsi, DGK-nın məlumatlarına əsaslanan Dövlət Statistika Komitəsi və Mərkəzi Bank. Bəzən bu üç qurum təqdim etdiyi məlumatlar arasında müəyyən fərqlər yaranır.
Cədvəldə Azərbaycanın ixracatına dair məlumatlar təqdim olunur (idxalata dair məlumatlar adətən eynidir). Düzünü desəm bəzi fərqləri müəyyən qədər başa düşmək olur (misal üçün, neft sərhədi keçib, amma sənəddə keçməyib və s.), amma periodik olaraq fərqlər həddindən artıq yüksək olur. Bəzən elə gəlir ki, müəyyən rüb üçün tədiyə balansını ya da ticarət saldosunu daha yaxşı göstərmək üçün rüblər arasında dəyişikliklər edirlər.

👍4😱1
Dinin cəmiyyətdə rolu haqqında
Müasir Azərbaycanda dinin cəmiyyətdə roluna dair hər hansı araşdırma və tədqiqata rast gəlmək mümkün deyil (qarşıma yalnız 2022-ci ildə gənclər, xüsusən də mədrəsə və s. tələbələri, arasında keçirilmiş sorğu çıxdı. O da, əlbəttə ki, reallığı heç cürə əks etdirmir). Bizdən fərqli olaraq Qazaxıstanda vəziyyət fərqlidir. Hər il oruc bitəndən sonra bir sıra təşkilatlar buna dair sorğu keçirirlər.
Son məlumata görə ölkə üzrə oruc saxlayanların payı (sorğunun metodologiyasını çox da araşdırmamışam, amma təxmin edirəm ki, sorğu əsasən "ənənəvi müsəlman"lar arasında keçirilib) 42.1% təşkil edib. Bu da iki il ərzində əhalinin payında 10% artım deməkdir.
Bəs Azərbaycanda vəziyyət necədir? Demək çətindir. Misal üçün, mənim ətrafımda oruc tutanların sayı azalıb (bu dövrdə "alkoqol içkiləri" qəbul etməyənlərin, orucu yarımçıq atanların və s. payı artıb). Amma o gün bir müzakirədə dostum bunun əksini isbat edirdi. Ölkə üzrə araşdırma olmadığı halda nəsə dəqiq demək çətindir.

👍2
O gün (indiki tarixlə baxsaq bir ay qabaq) bir dostum deyir ki, V. Meladzenin konsertinə bilet tapa bilmədi. 2.5 min nəfərlik Konqres Mərkəzində keçiriləcək konsertə bütün biletlər satılmışdı. Özüm bu mövzu ilə çox da maraqlanmıram, amma bir neçə gün sonra qarşıma Meladzenin Bakıda daha bir konsertinin təyin edildiyinə dair xəbər çıxdı. Xəbəri oxuyanda məlum oldu ki, 13 şəhər (o cümlədən, Bakı) üzrə bütün biletlər satılmışdı. Bunu nəzərə alaraq görünür ki, müxtəlif bölgələrdə fəaliyyət göstərən konsert şirkətləri Meladzeyə müraciət etməyə başladı və nəticədə tur çərçivəsində keçəcəyi şəhərlərin sayı 60(!)-a çatdı. Bizdən sonra bu siyahıya Daşkənd, Yerevan (hərəsində iki gün) Almatı və Astana əlavə olundu. Görünür ki, Bakının nümunəsini nəzərə alaraq MDB-də fəaliyyətlərini bir qədər genişləndirməyə qərar verdilər.
Nəsə, söhbət Meladzedən getmir. Mənə maraqlı olan odur ki, insan artıq Rusiyaya qayıda bilmir (daha doğrusu orada normal kommersiya fəaliyyəti göstərə bilmir), amma buna baxmayaraq dünya üzrə artıq deyəsən ikinci il dalbadal konsert turları təşkil edir. Yəni artıq konkret Rusiyada fəaliyyət göstərməyə ehtiyacı yoxdur. Düşündüm bunu Azərbaycan ilə müqayisə edim. Yəni bizdə tez-tez deyirlər ki, xaricdə azərbaycanlıların sayı çoxdur (Meladze də əsasən Rusiya vətəndaşlarına və ya rusdilli icmalara xitab edir). Son zamanlar bir sıra Avropa (Budapeşt, Varşava, Berlin, Stokholm və s.) və ABŞ şəhərlərində nisbətən iri azərbaycanlı icmalar formalaşıb. Hələ bura Rusiya, Belarus, Gürcüstan, Türkiyə və s. əlavə etmirəm. Amma niyəsə bizim "şou-biznes" olsun, mədəniyyət sahəsi bundan heç cürə istifadə etmir.
Mənim üçün qəribə məqam ondan ibarətdir ki, hər hansı azərbaycanlı mədəniyyət nümayəndəsi digər ölkədə (Rusiya, Qazaxıstan və s.) yerli cəmiyyət arasında məşhur olan kimi dərhal qastrollara və s. başlayır, amma artıq orada yaşayan azərbaycanlıları niyəsə auditoriya kimi (toydan başqa) qəbul etmir. Məntiqlə əgər Azərbaycanda konsert vermək imkanları məhduddursa (Bakı, Xırdalan, Sumqayıt, Gəncədən başqa normal konsert vermək imkanı demək olar ki, yoxdur), o zaman əksinə daha çox xaricə çıxmalıdırlar, amma bu çox nadir hallarda olur (söhbət sadəcə müğənnilərə yox, həm də kino, teatr və s. sahələrə də aiddir).

❤2
Azərbaycan aviasiya bazarının tarixindən:
02.10.2019 - "Silk Way Aviaşirkəti” MMC-nin direktoru və eyni zamanda “Silk Way Insurance” ASC-nin isə Direktorlar Şurasının sədri Teymur Məmmədov "Silk Way Business Aviation" MMC şirkətini Zaur Axundovdan satın alıb.
08.11.2019 - Teymur Məmmədov "Aviation Services Group" MMC adlı şirkət yaradır. Şirkətin qeydiyyat ünvanı Bakı Karqo Terminalın binasıdır.
20.12.2019 - T. Məmmədov “Silk Way Aviaşirkəti” MMC-nin direktoru vəzifəsindən azad edilir.
24.12.2019 - T. Məmmədov "Silk Way Development" MMC şirkətindən "Silk Way Helicopter Services" MMC şirkətini satın alır. Nəticə etibarilə onun Aviation Services Group MMC-yə bir çox xidmətlər daxil olur (ASG Business Aviationin bir neçə qolu mövcuddur: ASG Construction, ASG Ground Handling, ASG Sky Catering və ASG Logistics&Supply). Yəni başqa sözlə qabaqlar, 2019-cu ilin oktyabr-dekabr aylarına kimi, hava limanında fəaliyyət göstərən bütün servis şirkətlər Silk Way-a məxsus idisə, ondan sonra müvafiq şirkətlərin bir hissəsi T. Məmmədova keçdi. Silk Way isə artıq yalnız birbaşa aviasiya xidmətlərində fokuslanmağa başladı.
21.01.2021 - ASG Business Aviation Group "Fizuli Airport" MMC-nin 99.99% əldə edir.
01.09.2023 - Cahangir Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
07.06.2024 - ASG Business Aviation Group 50%-i Azbizneskom MMC tərəfindən 90,5 milyon milyon manata satın alınır. Bu şirkət isə vaxtilə Ata Holdinqin yaradıcısı hesab olunan Əşrəf Kamilova məxsus idi. İndi şirkətin direktoru vəzifəsində E. Bağırovdur (vaxtilə Delta Group şirkətində rəhbərlik etmiş şəxs). Şirkət həmçinin "Bank Avrasiya"-nın da səhmdarlarından biridir.
01.12.2025 - ASG Business Aviation Group səhmdar strukturunda dəyişiklik baş verdi. Şirkətin qalan 50% yenidən bölündü və səhmdarlar siyahısına yeni bir şəxs daxil oldu - Cahangir Əsgərov. Onun payı 45%-ə kimi artdı (məntiqlə bu payı əldə etmək üçün 81 milyon manat ödəməli idi). Teymur Məmmədovun payı isə 5%-ə kimi azaldı.
Başqa sözlə 2023-cü ildə AzAl-dan çıxan Cahangir Əsgərov, 2025-ci ildə AzAl-ın bir çox xidmətlərini həyata keçirən şirkətin əsas sahiblərindən birinə çevrildi.
P.s. İkinci sahibinə dair - "Azbizneskom" - indi dəqiq məlumat yoxdur. Düzdür vaxtilə şirkətin təsisçisi Ə. Kamilov idi. Amma sonradan şirkətin strukturunda bir çox dəyişikliklər baş verib (onun özünün ölkədən çıxışına qadağası var idi, məhkəmələrdə çıxış edirdi və s.) və qeyri-rəsmi məlumata görə şirkətin təsisçiləri dəyişib. Əslinə qalsa şirkətin sahiblərinə dair məlumatı biz 2025-ci ilin nəticələrinə dair "Bank Avrasiya"nın hesabatında görməliyik. Belə ki, bankın 2024-cü ilin sonuna iki əsas səhmdarı var idi - Top Properties MMC və Azbizneskom MMC. Birincisi bu ilin əvvəlində əvvəl adını dəyişdirdi (və rəsmi ünvanı Port Baku oldu), sonradan (cəmi 3 həftə sonra) isə Azbizneskom MMC-ə qoşuldu. Beləliklə indi bankın vahid sahibi var və müvafiq tələblərə görə bank son nəzarətçinin adını açıqlamalıdır. Görək, edəcəkmi?...

👍5
Bu yaxınlarda Falcon Consulting Group adlı şirkət (düzünü desəm adını ilk dəfə eşidirəm, amma etdikləri müsbət bir şeydir. Ümidvaram davam edəcəklər) jobsearch.az saytında yerləşdirilən elanları təhlil etməyə qərar verdilər. Onlar 1979 aktiv vakansiya təhlil edib, müəyyən etdilər ki, orta aylıq əməkhaqqı 1023 AZN təşkil etdiyi halda, median aylıq əməkhaqqı 800 AZN-dir (qeyd etmək lazımdır ki, elanların cəmi 1/3-də əməkhaqqı qeyd olunub. Bu da aşağı göstəricidir).
Yeri gəlmişkən, hətta bu saytda (jobsearch-də adətən iri şirkətlər elanlarını paylaşırlar. Burada çox nadir hallarda sadə kassir, satıcı, fəhlə işlərinə dair elanlar paylaşılır) orta aylıq nominal əməkhaqqı Dövlət Statistika Komitəsi tərəfindən elan olunan ölkə üzrə orta aylıq nominal əməkhaqqından aşağıdır.
Nə isə, prinsipcə, müvafiq şirkət bu saytı (bir az genişləndirib, normal sistemi olan bəzi digər saytları da əlavə edib, təkrar elanları silmək ilə) davamlı olaraq monitorinq edilsə, ən azı əmək bazarı haqqında bizdə müəyyən qədər alternativ statistika yarana bilər. Bu da real vəziyyətin başa düşmək cəhətindən dəstək olacaq.

👍10❤2
TOP-100 Taxes.xlsx
26.5 KB
Aprelin 8-i Dövlət Vergi Xidməti iki siyahı təqdim etdi:
1. 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla;
2. 2025-ci ildə ən çox vergi ödəyən və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla).
Bizim medialar niyəsə ikinci siyahıya daha böyük diqqət ayırdılar. Birinci siyahını deyəsən heç görmədilər. Əslinə qalsa bu iki siyahını tutuşdurub, 2024-cü il ilə müqayisə edib, həm də bütün bank, ASC, QSC-lər üzrə açıq mənbələrdə olan hesabat məlumatlarını da əlavə vahid bir baza yaratmaq olardı. Bu işi bizim medialar yerinə yetirmədi, amma bir hissəsini ayrıca bir fayla topladım.
Əlavədə gördüyünüz faylda siz 2024 və 2025-ci ilin məlumatlarını vahid cədvəldə tapa bilərsiniz (3 sheet var: birində siz filtr vasitəsilə seçim edə bilərsiniz. İkisi bütün məlumatların vahid cədvəldə olan formasıdır).

❤2👍2
Bu siyahıların ən böyük problem onların izah olunmamasındadır. Yəni biz elə başa düşürük ki, bir siyahıda şirkətin adından ödənilən bütün vergilər daxildir. Yəni siz hər hansı supermarketdə siqaret əldə etmisinizsə, onun əsas hissəsi Tabaterra QSC, kiçik hissəsi isə supermarketin payına düşür. Eynən digər məhsullar üzrə də vəziyyət belədir. Ona görə, misal üçün, Tabaterra bir siyahıya daxil olub, amma başqa siyahıda siz onun adını tapa bilməyəcəksiniz.
Düzdür təxmin edirəm ki, Tabaterra QSC iri şirkətdir və ödədiyi birbaşa vergilərin həcmi də az deyil və sadəcə özü "məlumatı açıqlamaya" razılıq verməyib. Amma dəqiq nəsə demək çətindir. Dövlət Vergi Xidməti sadəcə məlumat paylaşıb. Bu məlumat nədən ibarətdir, ona nə daxildir (gömrük yığımları daxildirmi? Bəs işçilər üzrə gəlir vergisi?) - heç bir izah yoxdur.
Çox uzağa getməsək, Ermənistanda məlumat deyəsən TOP-500 ya da TOP-1000 şirkət üzrə paylaşılır. Paylaşılan siyahıda da hər vergi ayrıca sütunda göstərilir. Ən azı iri şirkətlər (Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş siyahıya uyğun olaraq), ASC və QSC-lər üzrə Dövlət Vergi Xidməti bunu edə bilərdi. Bu şirkətlər üzrə məlumatlar qanunvericiliyə görə açıqlanmalıdır, amma... etmədi. Bunu sorğu edən varmı? Təəssüf ki, yox.
Başqa tərəfdən öyrəndik ki, 2025-ci ildə toplanılan vergilərin ən azı 24.0%, birbaşa vergilərin isə ən azı 46.3%-i neft-qaz sahəsinin payına düşür.

👍6
Vergi Xidməti tərəfindən təqdim olunmuş məlumatlar əsasında təxmini hesablamalar.
👍2
Polşada Varşava Milli Kitabxanası hər il əhali arasında oxuculuğa dair araşdırma keçirir. 2025-ci ilin nəticələrinə görə əhalinin 41%-i il ərzində ən azı bir kitab oxuyublar (əvvəlki il ilə müqayisədə dəyişiklik yoxdur). Qadınlar arasında bu göstərici 47% təşkil etdiyi halda, kişilər arasında 34%-dir. Davamlı olaraq oxuyanların payı əhali arasında 7% təşkil edir.
Bəs oxucular kitabı haradan əldə edirlər? Respondentlərin 19%-i ictimai kitabxanalardan istifadə edirlər. Eyni zamanda kitab alıcıların payı əvvəlki ilə nisbətdə – 50%-dən 43%-ə kimi – azalıb.
Bəs nə oxunur? Əlbəttə ki, əsasən detektivlər oxunur. Ölkənin ən məşhur yazıçıları – Remiqiuş Mruz (2019-cu ildən bəri ölkənin ən məşhur yazıçı mövqeyini itirmir. 2013-cü ildən bu yana 46 roman yazıb), Stiven Kinq (yeri gəlmişkən, Kinq ümumiyyətlə Şərqi Avropanın deyəsən bütün ölkələrində liderlərdən biridir. Misal üçün, Rusiyada indi belə 4-cü yerdədir), Qenrik Senkeviç və Coan Roulinqdir.
Bəs siz ildə nə qədər kitab oxuyursunuz?

❤12
Dostlar, müvəqqəti olaraq məzuniyyətə çıxmışam və təxmini bir həftə burada heç nə yazıb, dərc etməyəcəyəm. İstirahət edib, oxuyub, növbəti həftələr üçün mövzu toplamağa çalışacağam. Əgər maraqlandığınız mövzu və ya sual varsa, şərhlərə yazın. Qayıdıb, araşdırmağa çalışacağam.
👍24❤6
Forwarded from Çəpəki
Bugün Fərid Mehralızadənin əsassız həbsindən 700 gün keçir. O, 2024-cü il mayın 30-da saxlanılıb. Fərid “Abzas Media işi” çərçivəsində həbs olunsa da, nə həmin media ilə əməkdaşlığına, nə də hər hansı bir cinayətə dair heç bir sübut məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Fərid 9 il müddətinə azadlıqdan məhrum edilib. Özü həbsinin siyasi sifariş olduğunu və Azadlıq Radiosunda dərc olunan iqtisadi təhlillərinə görə həbs edildiyini bəyan edib.
😢13❤6👍4