Marja.az
6.44K subscribers
26.7K photos
1.6K videos
24 files
24.1K links
Download Telegram
Müxalifətin ANKA Agentliyi də Ərdoğanın öndə olduğunu bəyan etdi
Türkiyə Yüksək Seçki Komissiyası (YSK): Səslərin 54,6%-i sayılıb.
Rəsmi ! Türkiyə Yüksək Seçki Komissiyası (YSK): Ərdoğan səslərin 54%-ni, Kılıçdaroğlu 45%-ni toplayıb.
RƏSMİ! Türkiyə Yüksək Seçki Komissiyasının (YSK) sədri:

Səslərin 75,42%-i sayılıb.

Ərdoğan: 53,41%

Kılıçdaroğlu: 46,59%
Əliyev Ərdoğana zəng etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana Türkiyə xalqının firavanlığı və ölkənin tərəqqisi naminə fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Türkiyə Prezidenti təbrikə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, eyni zamanda, Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycan Prezidenti təbrikə görə təşəkkürünü bildirib.

Azərbaycan Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı ölkəmizə rəsmi səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul edilib.
Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə bir daha əminliklərini bildiriblər.

Telefon söhbəti zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Ərdoğan: 2-ci turu tamamladıq
Ərdoğan: Məzara qədər birlikdə olacağıq
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Anadolu və ANKA agentliklərinin məlumatlarına görə, seçki qutularının 99%-i açılıb. Cumhur İttifakının prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan təxminən 52 faiz səslə seçkidə qalib gəlib.

2002-ci ildən bəri bütün parlament və prezident seçkilərində qalib gələn Ərdoğan daha 5 il prezident vəzifəsini icra edəcək.
Uduzan Kamal Kılıçdaroğlu: Mübarizə aparmağa davam edəcəyəm
Türkiyədə "Millet" İttifaqının prezidentliyə namizədi Kamal Kılıçdaroğlu seçkinin nəticələri açıqlandıqdan sonra kameralar qarşısına keçib.

Kılıçdaroğlu, "Bundan sonra ilk növbədə mənə səs verən 25 milyon vətəndaşın mənəvi cəhətdən dik durmasını istəyirəm. Yürüşümüz davam edir, buradayıq" deyib.
Türkiyə TV kanallları bildirir ki, Rusiya Prezidenti Vladimir Putin Ərdoğana məktub göndərib. Putinin Ərdoğana zəng edərək də onun yenidən prezident seçilməsi münasibətilə təbrik edəcəyi bildirilir.
İYİ Partiyasının sədri Meral Akşener: Millətin iradəsi başımızın tacıdır