𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Bir fırça ilə 3 fırçanı əvəz etmək❤️
#makiyaj
👍1
Tuş fırçaları özəlliklərinə görə🤩
#makiyaj
👍1👏1
🌸Dodaqlar üçün peeling🌸

● 1/2 çay qaşığı toz darçın
● 1/2 xörək qaşığı zeytinyağı
● 1/2 xörək qaşığı bal
Bir qabın içərisində qarışdırırıq. Barmaq uclarınızın köməyi ilə nazikcə qarışımdan götürərək dodaqlarınıza peeling edin. Daha sonra isə ilıq su ilə yuyun💋❤️
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
❤️Üzdə lifting effekti yaradan vitaminləşdirici maska❤️

● Yarım banan
● Yoğurt
● 1 ç/q bal

Hamısını bir yerdə qarışdırıb, üzə vururuq. Xanımlar maskanı düzənli olaraq istifadə etdikdə effekti daha çox olur😌🌸

Bu arada videodakı qızın istifadə etdiyi çiyələkli yoqurtdur🍓.
#maska
👍1
Səpgilər üçün aspirin masksı🙊

Aspirin maskasını dərisi yağlı olan və qara nöqtələri olanlar skrab kimi istifadə edə bilər. Aspirin maskası dəriyə təbii piling effekti verərək sızanaq və qara nöqtələri azaldır. Aspirin məsamələri sıxlaşdırmaq üçün əla vasitədir. Maskanı həftədə 1 dəfə etmək olar. Keçək maskaya

● 4 ədəd aspirin
● 1 x/q su
● 1 ç/q bal

Aspirini suda əridin və içərisinə bal əlavə edin. Göz ətraflarına dəyməyəcək şəkildə üzə çəkin və 15 dəqiqə üzdə saxlayın. Quruduqdan sonra ilıq su ilə yuyun. Xatırladaq ki, aspirinə qarşı allergiyası olan insanlar bu maskadan istifadə etməməlidir. Əks halda, ağır allergiya kimi reaksiyaya səbəb ola bilər. Bu maskanı hamilə və süd verən analarında istifadə etməsi məsləhətli deyil. Bu maskanı günəşdən yanmış dəriyə və təzə yaralara çəkmək olar. Mən özümdə istifadə etmişəm çox gözəl maskadır. Sizdə faydasını görəcəksiz😍❤️
#maska
👍1
Gələk indi isə aspirinin faydalarına😌🌸

Aspirin bütün dünyada ən tanınmış və çox istifadə olunan dərmanlardan biridir.

1. Aspirin sızanaqları müalicə edir.
● Aspirin həqiqətən sızanaqlarla mübarizədə çox effektlidir. Sizə bir neçə maska təqdim edim:
• 2-3 aspirin həbbi əzilir, 1 ədəd limonun suyu ilə qarışdırılır. Yalnız sızanaqların üzərinə çəkilir. 20 dəqiqədən sonra soyuq su ilə yuyulur.
• 2 həbb aspirin əzilir, 1 x/q qatıq əlavə olunur, qarışdırılır, üz dərisinə çəkilir.

DİQQƏT❗️ Dəriniz çox həssasdırsa aspirinli maskadan istifadə etməyin.

2. Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır.

● 1 həbb aspirini suda həll edin, dişlənmiş yerə çəkin.

3. Saç kəpəyini müalicə edir.

● Aspirin əzilir, az miqdarda şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur. Bunu həftədə 1-2 dəfə edə bilərsiniz
#maska
👍1
4. Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir).

● 4 aspirin həbbi əzilir, ilıq su ilə qarışdırılır ( sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkilir, yüngül massaj edilir. 15 dəqiqədən sonra üzünüzü yuyun.

5. Dırnaqları möhkəmləndirir.

● Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.

6. Dabanları yumşaltmaq üçün istifadə olunur

● Bir neçə aspirin həbbi əzilir, limon şirəsi ilə qarışdırılır, pəncələrə (dabanlara) çəkilir. Pəncələrinizə sellofan paketləri taxın, yarım saat saxlayın. Sonra ayaqlarınızı yuyun və daban daşı ilə təmizləyin. Yumşalmış dəri asanlıqla təmizlənəcək. Lazım olan nəticəni almaq üçün bu proseduru bir neçə dəfə təkrar edin.

7. Güllərin tez solmasının qarşısını alır.

Gül dəstəsi olan güldana 1 həb aspirin atın.

Ümid edirəm sizə faydalı məlumatlardır❤️🌸
#maska
👍2
❤️ Dəri altı səpgilər üçün maska❤️

Özümdə bu maskanı tez-tez istifadə edirəm. Çox gözəl effekt verir.

● 1 x/q qatıq
● 1/2 ç/q soda

Qatıq ilə sodanı qarışdırıb, üzə çəkilir. 10 dəqiqə saxladıqdan sonra isə soyuq su ilə üz yuyulur. Üzünüz də qızartı olacaq. Çünki dərinin altındakı səpgilərə təsir edir. Ancaq 15-20 dəqiqəyə qızartılar çəkiləcək. Həmçinin bu maska üzü ağardırda😍🙈
#maska
👍2
Qızlar paylaşımları bəyənirsiz?😻😻
Anonymous Quiz
98%
Hyəə😻🌸
2%
Yox, pisdii😒
🗣 Dəri ləkələri bir çox insanlarda görülə bilən bir dəri problemidir. Və gözəl üz dərisinə sahib olmaq üçün bu maskalardan istifadə etməyiniz məsləhətlidir. Çünki nəticədə gözəl və baxımlı dəriniz olacaq😻
🔷 Dəri ləkələri üçün maskalar
▪️ 1 x/q bal
▪️ 2 x/q qatıq
▪️ 1 ç/q limon suyu
Bütün bunları yaxşıca qarışdırın. Ləkə olan bölgəyə çəkib, dəriyə yeridin. 10-15 dəqiqə gözlədib ilıq su ilə yuyun.

🔷 Çil ləkələrinə qarşı maska:
▪️ 1 x/q alma sirkəsi
▪️ 2 x/q ilıq yaşıl çay (dəmlənmiş)
▪️ 4 x/q şəkər tozu
▪️ 1 x/q bal
Hər birini yaxşı qarışdırın. Şəkər tozu ərimiş halda olsun. Bir saat gözlətdikdən sonra dərinizə çəkə bilərsiz. 10-15 dəqiqə sonra ilıq su ilə yuyun.

🔷 Dəri ləkələri üçün üzüm sirkəsindən maska:
▪️ 1 ç/q üzüm sirkəsi
▪️ 1 ç/q su
▪️ 1 ç/q limon suyu
Hazırlanmış maskanı gündə 2 dəfə ( axşam və səhər) dərinizə çəkin.
#maska
👍1
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
🗣 Dəri ləkələri bir çox insanlarda görülə bilən bir dəri problemidir. Və gözəl üz dərisinə sahib olmaq üçün bu maskalardan istifadə etməyiniz məsləhətlidir. Çünki nəticədə gözəl və baxımlı dəriniz olacaq😻 🔷 Dəri ləkələri üçün maskalar ▪️ 1 x/q bal ▪️ 2 x/q…
🔷 Yayda əmələ gələn ləkərə qarşı maska:
▪️ 1 st süd
▪️ 1 x/q düyü
Südlə düyünü birlikdə bişirin. Daha sonra incə bir bezlə süzün və hər axşam bu qarışığı dərinizə çəkin. Dərinizə qulluq edin ki, hər zaman baxımlı olun.💋🌸
#maska
👍1
Qara nöqtələr üçün maska🌚

▪️ 1 kasa qatıq
▪️ 1 ədəd limon🍋

Limonun suyunu yaxşıca sıxırıq. Daha sonra limonun suyunu qatığın üzərinə əlavə edirik və qarışdırırıq. Hazırladağınız qarışımı üzünüzə, gözlərinizdən başqa hər yerinə vurun. Limon gözlərinizi yandıracağı üçün çalışın gözlərinizə dəyməsin. 15 dəqiqə sonra quruyaraq gərginləşdiyini görəcəksiz. İlıq bol su ilə maskanı yuyun Bu maskanı həftədə 1 dəfə edə bilərsiz və qara nöqtələrin yox olduğunu görəcəksiz.
#maska
👍1
1. Xiyar ilə çil maskası

Çillərdən qurtulmaq üçün evdə asanlıqla hazırlaya biləcəyiniz bir maska, əvvəlcə bir stəkan südün içərisinə xiyarı doğrayın. Qarışımı bir müddət gözlətdikdən sonra süzün və üzünüzdəki ləkəli sahələri tətbiq edin. 2 həftə davamlı olaraq çillər üçün xiyar maskası edə bilərsiniz. Səhər duranda və yatmazdan əvvəl üzünüzü gül suyu ilə təmizləməyi unutmayın.

2. Limon suyu ilə çil maskası

Bir çox faydası olan limon suyu, çilləri məhv etməyin ən yaxşı təbii üsullarından biridir. Limonda bol C vitamini var və bildiyiniz kimi, limon suyunun rəngaçıcı özəlliyi var. Etməyiniz lazım olan çox sadə bir şey, təzə bir limonun suyunu sıxırıq və pambıqla çillərinizin üzərinə sürtürük. Bir müddət gözlədikdən sonra üzünüzü yuyun. Limon suyu ilə çilləri yox etmək üçün bu maskanı düzənli olaraq istifadə edin. Üzünüz üçün bir nəmləndirici istifadə edirsinizsə, nəmləndircinin içinə bir neçə damla limon suyu da əlavə edə bilərsiniz.

3. Süd ilə çil maskası

Bir çox təbii dəriyə qulluq maskalarında istifadə edilən süd, süd turşusu tərkibi sayəsində dərinin üst qatını soymaq xüsusiyyətinə malikdir. Buna görə də, evdə səpkilərdən və çillərdən xilas olmaq üçün tətbiq edə biləcəyiniz ən təsirli təbii çil maskası. Əvvəlcə 1 stəkan qatıq götürün və üzünüzə sürtün, 5- 10 dəqiqə buraxın, sonra üzünüzü yuyun. Duruladıqdan sonra üzünüzü südlə yuyun və 10 dəqiqə gözləyin, sonra üzünüzü yenidən yuyun. Bu maskanı mütəmadi olaraq istifadə edə bilərsiniz.

Ən yaxşısı isə günə🌞 çıxanda şapka taxın👒❤️
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Düz saçlardan sıxılmısız? Onda bu əsl sizin üçündü.. Həm az vaxt ərzində etmək olur. Həmdə daha da çəkici görsənəcəksiz😻😻♥️
#saç
👍1
Üzdəki sızanaq izlərini və ləkələri bu maskalar ilə təmizləyin😍❤️

🔷 Alma üzün dərisi üçün olduqca faydalı meyvədir. Buna görə də alma məhsulları içərisində olan alma sirkəsi də tərkibindəki maddələr sayəsində dərinizi ləkələrdən və izlərdən təmizləyir.

- Bir miqdar sirkəni pambığın üzərinə töküb yatmazdan əvvəl üzünüzü təmizləyin. Masaj edər şəkildə təmizləməyi unutmayın və hər gecə yatmazdan əvvəl tətbiq edin.

🔷 Şəfa qaynağı balın dəri ləkələrinə inanılmaz faydaları:

Bal tərkibindəki maddələr sayəsində dərinizi parladıb daha təbii görünməsinə köməkçi olur. Bal eyni zamanda dərinizi sızanaq ləkələrindən xilas edəcək.

- 1 xörək qaşığı bal

- 2 xörək qaşığı qatıq

- 5 damla limon suyu

Bunları bir qabda qarışdıraraq maska edin. Masaj edər şəkildə dərinizə tətbiq edib 10 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Həftədə bir dəfə edə biləcəyiniz bu maska dərinizin sağlam olmasını təmin edəcək.

🔷 Maya maskası:

 Bir paket yaş maya ilə yarım limonu bir qabda maska edin, üzünüzə (göz altları istisna olmaqla) masaj edər şəkildə tətbiq edin. 10-15 dəqiqə gözlətdikdən sonra ilıq su ilə yuyun. Dəri ləkələrinə yaxşı gələn bu maska eyni zamanda qırışların qarşısını almaqda da olduqca faydalıdır.

🔷 Kahı maskası: 

5 kahı yarpağını doğrayın, bir miqdar su ilə qaynadın. Daha sonra üzünüzü bu su ilə təmizləyin. Həftədə 2 dəfə edə bilərsiniz. Bu dərinizi ləkə izlərindən xilas edəcək.
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
💫 Gil maskası 💫

Gil yağlı problemli dərini çox effektli şəkildə təmizləyir, iltihabı azaldır, ağardır, qidalandırır və bərpa edir. Nizamlı olaraq istifadə edildikdə dərinizin daha az yağlanmasını görəcəksiniz. Gil maskalarından davamlı istifadə edildikdə üz dərisində sızanaqların, qara nöqtələrin yaranmasının qarşısını alır. Üz dərisinin daha canlı, parlaq görünməsini təmin edir.

Gil maskası daha çox yağlı dərilər üçündür. Çünki gil maskanın ən əhəmiyyətli xüsusiyyəti yağı üz dərisində tarazlaşdırmasıdır. Gilin rəngi nə qədər tünd olsa tərkibi də o qədər minerallarla zəngin olur. Quru dəriniz varsa tünd rəngli gillərdən uzaq durun.
‼️ Quru dərilər ağ gildən istifadə edə bilər. ( Gili aptekdən 70 qəpiyə əldə edə bilərsiz❤️)
#maska
👍1
Qara nöqtələr üçün maska❤️

▪️ 1 ç/q soda
▪️ 1 ç/q diş pastası
▪️ 3 həbb aspirin
▪️ 10 damcı su ( limon suyu ilə də əvəz edə bilərsən)

Hamısını qarışdırıb üzümüzə çəkirik və 15 dəqiqə saxlayıb yuyuruq. Əgər üzünüzdə qızartı hissi çox olarsa tez yumağınız daha yaxşıdır. Ancaq bu qızartılar tez bir zamanda çəkiləcək. Bu maska üzdəki bütün səpgi ləkələrini və qara nöqtələri qurudur. Dərinizi izə yup-yumuşaq edir🧸
❗️Diqqət: Allergiyası olanlar istifadə edməsin.💛
#maska
👍1
Quru saçlar üçün maska❤️

🔷 Birinci maska🌸
▪️ 1 ədəd banan
▪️ 1 x/q zeytun yağı
▪️ 2-3 x/q mayonez
Bütün bunları bir kasada püre halına gələnə kimi qarışdırıb, bütün saçınıza dibdən uca qədər vurun. 30 dəqiqə gözləyib. İlıq su ilə yuyun🌸

🔷 İkinci maska🌸
▪️ 1 x/q bal🍯
▪️ 1/2 st tam yağlı süd🥛

Hamısını bir yerdə qarışdırıb saça dibdən uca qədər vurun və 15-20 dəqiqədən sonra saçınızı ilıq su ilə yuyun🌸🌸
❗️ Həftədə 2 dəfə edə bilərsiz.
Bu maskalardan sonra saçlarınız nəmli, qidalanmış, parlaq olacaq. Bal, mayonez, banan, zeytun yağı bunlar qidalandırıcı və saç uzatmada istifadə olunan ərzaqlardır🌚🌸🌸
#maska
👍1
🌸Saç uzatmaq🌸

1. At şampunu haqqında:
▪️Saçlar sağlam görünüş qazanır.
▪️Ən əsası tərkibi təbii komponetlərdən ibarət olduğu üçün dəridə alergiyaya səbəb olmur.
▪️Saçları uzun müddət təmiz saxlayır. Əgər əvvəl saçlarınızı tez yağlanırdısa, demək olar ki hər gün yuyurdunuzsa, bu şampunu istifadə etdikdə buna ehtiyac qalmır.
▪️Saçların uzanmasını sürətləndirir.
▪️Saçlar gur və həcmli olur.
▪️Saçlar əvvəlkindən daha "sözəbaxan" olur.
▪️Saçlarınızı kəpəkdən xilas edir.
▪️Saçları daha parlaq edir.

2. Restorex şampunu haqqında:
Şampunun fərqli-fərqli növləri var. Məndə olanı şəkildən gördüyünüz kimi saç uzatma üçün olanıdır☺️ Xoş qoxusu var. Az miqdarı yaxşı köpüklənməyə bəs edir. Şampunun əsas xüsusiyyəti saçları tez uzatmağa vədd etməsidir😍 Əgər saçlarınızın sadəcə sürətlə uzanmağını istəyirsinizsə, bu şampuna bir şans verə bilərsiniz. İstənilən kosmetik mağazalardan və supermarketlərdən əldə edə bilərsiniz❤️🌸
#maska
👍1
Yağlı dərisi olan xanımların nəzərinə😍😍

Bu nəmləndirici ( baza) sizin favoriniz olacaq. Əsasən səpgili, yağlı dərilər üçün nəzərdə tutulub. Makiyajdan əvvəl bununla üzünüzü nəmləndirin və makiyajınızı edin. Üzünüzdəki probelmləri göstərməyəcək. 😍😍
#maska
👍1