𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Xanımlarr sizəə dəyişimm deyirəmee😍😍😍 Çox gözəl olublar. Makyaj mənə görə qadınları dəyişdirmir sadəcə gözəlliklərin ortaya çıxardır. Özümdə makyaj dəlisiyəm😁. Hadi gecəniz xeyirəə♥️♥️
#makiyaj
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kiprik taxa bilmiyənlər aranızda mütləq var 😄 Bu video’ya baxdıqdan sonra məncə sizin üçün artıq çətinlik olmuyacaq. Çünki, məndə bu videodan öyrəndim🥳
#makiyaj
👍1
Bu gün siznən çobanyastığının faydaları haqqında danışmaq istəyirəm 🌼

1⃣ Dəriyə olduqca faydası var. Onu təmizləyir və yumşaldır.
2⃣ Miqren ağrılarını sağaldır.
3⃣ Bədəndəki qan şəkəri tarazlığını qoruyur.
4⃣ Qrip və soyuqdəyməni aradan qaldırır.
5⃣ Diş ağrılarının və diş əti problemlərinin aparılmasında olduqca təsirli bir rola sahibdir.
6⃣ Həzmsizliyi aradan qaldırır.
7⃣ Mikrobları öldürücü təsiri var.
8⃣ Menstruasiya dövründəki ağrı və sancıların azalmasına yardımçı olur.
9⃣ Sinusitə qarşı təsirli bir bitkidir.
🔟 Saç sağlamlığına faydası var. Saçların korlanmasına mane olur, ona parlaqlıq qazandırır.
1⃣1⃣ Yuxu problemi olan şəxslərə faydası var.
1⃣2⃣ Qızdırmasalıcı, əzələ rahatlaşdırıcı təsirə malikdir.
1⃣3⃣ Stress qaynaqlı xəstəliklərə tutulma riskini azaldır.
1⃣4⃣. Saçınızın rəngini açır.
1⃣5⃣ Arıqlamağa kömək edən ən təbii bitkilərdən biridir.♥️
👍1
İzləyicimiz mənə yazıb bildirmişdi ki, "dərim çox qurudu, bunun üçün bədənimə bu quruluğu aradan qaldırmaq üçün nə edə bilərəm?" İlk öncə onu deyim ki, bədən qulluğu çox önəmlidir. Sizə gözəl dəriyə sahib olmanız üçün asanlıqla hazırlaya biləcəyiniz maskalar təqdim edirəm.
1) 1 ədəd qreypfrutun qabığını soyun, qabıqlarını bir qaba tökün, (özünü yeyin 😀), üzərinə 1 ədəd limonun da qabığını soyub qaba əlavə edin, gül ləçəklərindən də qatın, (3-4 ədəd, mən qızılgüldən istifadə edirəm), 1 ədəd zəncəfilin qabığını soyun, zəncəfilin özünü yarı hissələrə bölün və bütün bunların üzərinə çıxacaq qədər zeytun yağı əlavə edin. Bu qarışığı 7 gün saxlayın və sonra istifadə edin. Məsləhət görərdim ki, bunu balaca təmiz bankada ağzı bağlı şəkildə saxlayın. 7 gündən sonra qapağı açdığınızda inanılmaz qoxu ilə qarşılaşacaqsınız. Duşdan sonra bədəninizə masaj edərək bu yağdan tətbiq edin. Çox gözəl təbii nəmləndiricidir. Hər gün də istifadə edə bilərsiniz.
2) 2 ç.q yoqurt, 1 ç.q limon suyu və 1 ç.q balı qarışdırın bədəninizə, əllərinizə və hətta üzünüzə də tətbiq edə bilərsiniz. 15 dəqiqə saxlayıb,yuyun. Dəriniz nəmlənəcək və yumşaq olacaq. 💚
#maska
👍1
Üz formalarına görə konturlama❤️🔥
#makiyaj
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gün ərzində tez-tez dağılan, istədiyiniz formada qalmayan qaşlara sahibsinizsə əgər bu post sizə aiddir💛 Qaşlarınızın gün boyu sabit qalması və dağılmaması üçün ev şəraitində çox asan üsulu sizinlər bölüşmək istəyirəm🌸 İlk öncə təmiz bir maskara (tuj) fırçasını və ya qaş fırçasını təmiz su ilə isladırıq. Daha sonra isə bu fırçanı istənilən bir sabunun üzərinə sürtürük (rəngli sabun olmasa daha yaxşı olar). Sonra isə fırça ilə qaşlarınızı yuxarıya doğru darayın. Beləcə qaşlarınız gün boyu dağılmadan, sabit şəkildə qalacaq💓 Əlavə olaraq qeyd edim ki, bu üsul qaşlarınızı olduğundan daha dolğun göstərəcək
#makiyaj
👍1
Sizin sayənizdə çox qısa zamanda 1K olduq. Sizi sevirəm😍❤️ Və əziyyəti keçən @Humaye sənə də təşəkkür edirəm😭♥️♥️. Bizə öz xoş sözlərinizi yazaraq bizi də ilhamlandırın♥️@gunel083😻♥️
👍2
Üz dərinizin parlaq və gözəl olması üçün çox sevdiyim bir maskanı Sizlərə də tövsiyyə edirəm. Deməli 1 bananın yarısını əzin və üzərinə 2 ç.q yoqurt əlavə edib qarışdırın. Təmiz üz dərinizə tətbiq edin, 15 dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə 3 dəfə edin. 💚
#maska
👍1
Sizinlə 5 ən gözəl highlighter (aydınlatıcı) paylaşmaq istəyirəm 😍 Çünki sizə bu haqda post söz vermişdim 💚
1) 1.Maybelline Chrome Extreme Aydınlatıcı – Diamond Glow
2) L’Oréal Paris Glow Mon Amour Likit Aydınlatıcı
3) YSL Beauty Touche Eclat Shimmer Sticks
Gün boyu üzünüzdə qalır və çox təbii görünüşə malikdir. Əsmər qızlarıma 04 Bronze rəngini sınamalarını tövsiyyə edirəm. 🤤
4) Lancome Custom Glow Drops Likit
Moonlight Glow rəngi hər dəri tonunda çox gözəl görünür.
5) NYX Professional Makeup Born To Glow Likit
Krem şəklində olan bu aydınlatıcını da sevəcəyinizə əminəm.
İndi ardıcıl olaraq şəkillərini də atacam rəng effektlərinə baxın 🌸
#makiyaj
👍1