𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Selam gençlik 😁♥️ Hər vaxtınız xeyir. Sizə bu gün qatığın üz üçün maskalarını yazacam və əminliklə edə bilərsiz♥️

1) Mümkünsə öz çaldığınız qatıq olsun. Əgər dəriniz yağlıdırsa, yağı azaldılmış, qurudursa, yağlı qatıqdan istifadə edin.Qatığı bir qaba qoyub taxta qaşıqla çırpın. Çırpılmış qatıq dəriyə həm eyni miqdarda həm də daha asan sürtülür. Qatığı barmaqlarınızın uclarıyla çox basmadan masaj edərək üzünüzə və boynunuza yedirin. Quruyana qədər toxunmayın ki, dərinizin hər yanı maskadan eyni səviyyədə faydalana bilsin. Maskanın quruması dərinizin qatığı əmdiyi, onu qidalandırıcı dəyərlərini aldığı anlamına gəlir.
 Daha sonra üzünüzü və boynunuzu ilıq su ilə yuyun. Təmiz bir dəsmalla qurulayın. Sadə şəkildə qatığın dəriyə heç bir ziyanı olmadığından bu maskanı istədiyiniz qədər istifadə edə bilərsiniz. Həftədə 3-4 dəfə təkrarlamaqla qısa müddətdə fərqi öz gözlərinizlə görəcəksiniz.

2)Təmizləyici maska :

1 çay qaşığı bal;
-1 çay qaşığı qatıq;
-1 çay qaşığı yeni sıxılmış limon suyu.
Hazırlanma və istifadə:
Bütün komponentləri yaxşıca qarışdırın. Maskanı üzünüzə çəkib 10 dəqiqə gözlədin və bol ilıq su ilə yuyun. Maskadan sonra nəmləndirici kremdən istifadə edə bilərsiniz.

QEYD:
Əgər dəriniz çox quru və ya çox həssasdırsa, onda limonlu qatıq maskasını göstərilən reseptdəki limon miqdarının yarısını istifadə edərək hazırlayın. Limonun quruducu xüsusiyyəti yağlı dərilər üçün heç bir problem yaratmasa da quru dərilərdə qızartıya və daha çox quruluğa gətirib çıxara bilər.
#maska
👍1
Havalar istiləşdikcə günəşdən qorunmaq üçün çamtamızda günəş kremi saxlayırıq. Qızlarım, günəşdən qoruma faktoru 30 və yaxud üzəri olmalıdır. Günəşdən qoruyucu kremləri diqqətlə seçməli, kremin dəri tipinizə, dəri rənginizə və yaşınıza uyğun olub-olmadığını yoxlayın. Sizin üçün faydalı ola biləcək günəşdən qorunma kremlərini paylaşıram 😻
1) “Lancaster”, “Oil Free Milky Spray SPF 30”
Tərkibində yağ olmadığı üçün yağlı dəriyə malik olanlar rahatlıqla istifadə edə bilər.
2) “Bioderma”, “Photoderm Max Fluid SPF 50+”
Üz dərisi üçün nəzərdə tutulub. Üzdə yağlılığa səbəb olmur. Olduqca güclü müdafiə təmin edir.
3) La Roche-Posay SPF 50+ Anthelios XL Ultra-Light
4) Sebamed SPF 50
5) Daylong Extreme SPF 50+
Qeyd Günəşdən qoruyucu kremləri günəşə çıxmadan 30 dəqiqə əvvəl evdə çəkmək lazımdır. Kremi hər 2 saatdan bir və yalnız duş qəbul etdikdən sonra tətbiq etmək lazımdır, çünki o, tər, su ifrazı və aktiv hərəkətlər səbəbindən silinə bilər.
Həmçinin təbii yağlar da günəşdən qoruma xüsusiyyətlərinə malikdir. Misal olaraq zeytun, avokado, hind qozu yağı, badam və.s misal çəkə bilərəm.
Günəşdən qorunmaq üçün evdə də özünüz təbii maska hazırlaya bilərsiniz. Bunun üçün 1 y.q aloe vera bitkisinin içində olan jelesi və 1 y.q hindistan qozu yağını yaxşıca qarışdırın, günəşə çıxmadan 20 dəqiqə əvvəl çəkin (üz,əl,boyun,ayaq və.s).
Həmçinin losyon da hazırlaya bilərsiniz.
1 ç.q ərik, yerkökü, kakao yağı və 1 ç.q uşaq pudrasını qarışdırıb hər gün üzünüzü silə bilərsiniz. Bu losyon günəşdən əmələ gələ biləcək ləkələrdən dərinizi qoruyacaq. 💚
#maska
👍1
Qaşları və kiprikləri uzadan maska 😍
Bir balaca krem qabına 1 ç.q gənəgərçək yağı, 1 ç.q E vitamini və 5 damcı karvalol əlavə edib qarışdırın. Gündə iki dəfə (səhər və axşam) qulaq çöpü, fırça və yaxud barmağınızla kiprik və qaşlarınıza vurun, yumağa ehtiyac yoxdur. Qızlaar, 1 ay boyunca davamlı hər gün edin, nəticəyə şok olacaqsınız. Mən demək olar ki, iki ay yarımdır istifadə edirəm və nəticə 👍😻
#maska
👍1
Xanımlarr sizəə dəyişimm deyirəmee😍😍😍 Çox gözəl olublar. Makyaj mənə görə qadınları dəyişdirmir sadəcə gözəlliklərin ortaya çıxardır. Özümdə makyaj dəlisiyəm😁. Hadi gecəniz xeyirəə♥️♥️
#makiyaj
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Kiprik taxa bilmiyənlər aranızda mütləq var 😄 Bu video’ya baxdıqdan sonra məncə sizin üçün artıq çətinlik olmuyacaq. Çünki, məndə bu videodan öyrəndim🥳
#makiyaj
👍1
Bu gün siznən çobanyastığının faydaları haqqında danışmaq istəyirəm 🌼

1⃣ Dəriyə olduqca faydası var. Onu təmizləyir və yumşaldır.
2⃣ Miqren ağrılarını sağaldır.
3⃣ Bədəndəki qan şəkəri tarazlığını qoruyur.
4⃣ Qrip və soyuqdəyməni aradan qaldırır.
5⃣ Diş ağrılarının və diş əti problemlərinin aparılmasında olduqca təsirli bir rola sahibdir.
6⃣ Həzmsizliyi aradan qaldırır.
7⃣ Mikrobları öldürücü təsiri var.
8⃣ Menstruasiya dövründəki ağrı və sancıların azalmasına yardımçı olur.
9⃣ Sinusitə qarşı təsirli bir bitkidir.
🔟 Saç sağlamlığına faydası var. Saçların korlanmasına mane olur, ona parlaqlıq qazandırır.
1⃣1⃣ Yuxu problemi olan şəxslərə faydası var.
1⃣2⃣ Qızdırmasalıcı, əzələ rahatlaşdırıcı təsirə malikdir.
1⃣3⃣ Stress qaynaqlı xəstəliklərə tutulma riskini azaldır.
1⃣4⃣. Saçınızın rəngini açır.
1⃣5⃣ Arıqlamağa kömək edən ən təbii bitkilərdən biridir.♥️
👍1
İzləyicimiz mənə yazıb bildirmişdi ki, "dərim çox qurudu, bunun üçün bədənimə bu quruluğu aradan qaldırmaq üçün nə edə bilərəm?" İlk öncə onu deyim ki, bədən qulluğu çox önəmlidir. Sizə gözəl dəriyə sahib olmanız üçün asanlıqla hazırlaya biləcəyiniz maskalar təqdim edirəm.
1) 1 ədəd qreypfrutun qabığını soyun, qabıqlarını bir qaba tökün, (özünü yeyin 😀), üzərinə 1 ədəd limonun da qabığını soyub qaba əlavə edin, gül ləçəklərindən də qatın, (3-4 ədəd, mən qızılgüldən istifadə edirəm), 1 ədəd zəncəfilin qabığını soyun, zəncəfilin özünü yarı hissələrə bölün və bütün bunların üzərinə çıxacaq qədər zeytun yağı əlavə edin. Bu qarışığı 7 gün saxlayın və sonra istifadə edin. Məsləhət görərdim ki, bunu balaca təmiz bankada ağzı bağlı şəkildə saxlayın. 7 gündən sonra qapağı açdığınızda inanılmaz qoxu ilə qarşılaşacaqsınız. Duşdan sonra bədəninizə masaj edərək bu yağdan tətbiq edin. Çox gözəl təbii nəmləndiricidir. Hər gün də istifadə edə bilərsiniz.
2) 2 ç.q yoqurt, 1 ç.q limon suyu və 1 ç.q balı qarışdırın bədəninizə, əllərinizə və hətta üzünüzə də tətbiq edə bilərsiniz. 15 dəqiqə saxlayıb,yuyun. Dəriniz nəmlənəcək və yumşaq olacaq. 💚
#maska
👍1
Üz formalarına görə konturlama❤️🔥
#makiyaj
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Gün ərzində tez-tez dağılan, istədiyiniz formada qalmayan qaşlara sahibsinizsə əgər bu post sizə aiddir💛 Qaşlarınızın gün boyu sabit qalması və dağılmaması üçün ev şəraitində çox asan üsulu sizinlər bölüşmək istəyirəm🌸 İlk öncə təmiz bir maskara (tuj) fırçasını və ya qaş fırçasını təmiz su ilə isladırıq. Daha sonra isə bu fırçanı istənilən bir sabunun üzərinə sürtürük (rəngli sabun olmasa daha yaxşı olar). Sonra isə fırça ilə qaşlarınızı yuxarıya doğru darayın. Beləcə qaşlarınız gün boyu dağılmadan, sabit şəkildə qalacaq💓 Əlavə olaraq qeyd edim ki, bu üsul qaşlarınızı olduğundan daha dolğun göstərəcək
#makiyaj
👍1
Sizin sayənizdə çox qısa zamanda 1K olduq. Sizi sevirəm😍❤️ Və əziyyəti keçən @Humaye sənə də təşəkkür edirəm😭♥️♥️. Bizə öz xoş sözlərinizi yazaraq bizi də ilhamlandırın♥️@gunel083😻♥️
👍2
Üz dərinizin parlaq və gözəl olması üçün çox sevdiyim bir maskanı Sizlərə də tövsiyyə edirəm. Deməli 1 bananın yarısını əzin və üzərinə 2 ç.q yoqurt əlavə edib qarışdırın. Təmiz üz dərinizə tətbiq edin, 15 dəqiqə sonra ilıq su ilə yuyun. Həftədə 3 dəfə edin. 💚
#maska
👍1