𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Axşamınız xeyirrr♥️ Bitkilər haqqında faydalı məlumatlar gəlsin? Saç, üz üçün
Anonymous Poll
94%
Bəlii🥳
6%
Xeyrr😑
Salaamm,qızlarr bu gün sizə 1001 dərdə dərman olan Aloe Vera yarpağı haqqında danışacam. Çooxx xeyirli bir bitkidir. Tibbdə və kasmetologiyada geniş istifadə olunur. İndi isə keçək faydalarına
1)Təmizləyici maska : 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı su + 2 xörək qaşığı aloe şirəsi, yaxşı qarışdırın və üzünüzə çəkin. 20 dəqiqədən sonra ilıq su ilə yuyun.
2)Cavanlaşdırıcı maskaların tərkibində istifadə etmək olar. Məsələn, 2 xörək qaşığı xama, 5 damcı vitamin A (apteklərdə satılır), 2 xörək qaşığı aloe şirəsi qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun və dəriyə qidalandırıcı krem çəkin.
3) Soyuqdəymə və qrip zamanı əzvay(aloe) şirəsindən 3-4 damcı burun deşiklərinə damızdırılır. Bunu 6-7 gün təkrar etmək lazımdır. Bu zaman tənəffüs rahatlaşır, qrip virusları məhv olur və xəstəlik qısa zamanda yüngülləşir.
4) Üz dərisində problemlər yaranan zaman cizvələr və sızanaqlar olduqda 1 çay qaşığı təzə çəkilmiş aloe şirəsinin üzərinə eyni miqdarda xama və 1 yumurta sarısı əlavə edilir və qarışdırılır. Üz dərisinə çəkildikdən 30 dəqiqə sonra ilıq su ilə yuyulur. Bu maska bir ay ərzində həftədə bir dəfə təkrar olunur.
5) Yaralar və yanıqlar zamanı tənzifi aloe şirəsində isladıb zədələnmiş yerə qoymaq sağalmanı tezləşdirir.


Qeyd : Əzvaydan (Aloe) istifadə edərkən mütləq şəkildə bir məsələyə diqqət yetirmək lazımdır ki, bu dəyərli bitkidən qaydasında istifadə edilmədikdə, yaxud normadan artıq qəbul edildikdə sağlamlıq üçün problemlər yarana bilər. Buna görə də əzvay(aloe) bitkisindən və ya ondan hazırlanmış preparatlardan istifadə etmək qərarına gəldikdə hökmən həkimlə məsləhətləşməyi unutmayın. Və tüklənmə yarada bilir
#maska
👍2
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
Salaamm,qızlarr bu gün sizə 1001 dərdə dərman olan Aloe Vera yarpağı haqqında danışacam. Çooxx xeyirli bir bitkidir. Tibbdə və kasmetologiyada geniş istifadə olunur. İndi isə keçək faydalarına 1)Təmizləyici maska : 2 xörək qaşığı mavi gil + 2 xörək qaşığı…
Salam əzizlərim.🌸 Gözəlimin sözünə qüvvət. Mən də aloe üçün bəzi nüansları əlavə etmək istədim. Problemli dəri üçün losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 qr tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul tənzifdən yaxşı süzülür. Qızlarım, qeyd edim ki, bu losyonu yalnız problemli yerlərə çəkin. İlk dəfə losyonu (və həmçinin maskanı) dərinin kiçik hissəsində yoxlayın, qızartı və s. allergik reaksiya olmazsa, istifadə edə bilərsiniz. 💚
👍1
Şəxsidə mənə bir çox qızlarım yazaraq, saç tökülməsinə qarşı maska istəmişdi. Sizlərin istəyi üzərinə çox gözəl maska paylaşıram. Bu maska sayəsində saçlarınızın tökülməsi sürətlə dayanacaq (təbii ki nəticə əldə edənə qədər davamlı etsəniz) və saçlarınız çox gözəl olacaq. Şiddətlə tövsiyyə edirəm. Maskanın tərkibində zəncəfil bitkisi olduğu üçün yeni saçların da çıxmağını müşahidə edəcəksiniz.
1 ədəd zəncəfil bitkisinin qabıqlarını soyub, sürtgəcdən keçirin. Sonra suyunu süzün, bu suyun içinə zeytun yağı, hind qozu yağı əlavə edib yaxşıca qarışdırın. Bu yağların miqdarını öz saçlarınızın uzunluğuna görə təyin edin (mən 2 ç.q əlavə edirəm). Bu qarışımı sprey qabına tökün və saçlarınıza tətbiq edin. 30 dəqiqə saxlayıb adi qayda ilə yuyun. Ən yaxşı nəticə üçün həftədə 2 dəfə etməyiniz məsləhətdir. 💚
#maska
👍1
Ənlikləri həddən çox sevirəm və bilirəm ki, mən tək deyiləm. 😍 Sizlərlə çox möhtəşəm ənliklər paylaşmaq istəyirəm, bilirəm ki, bir çoxunuza faydalı olacaq. 😚
1) Maybelline Cheek Heat Likit
Ən təbii və gözəl rəng çalarları ilə zövqünüzü oxşayacaq. Uzun müddət üzünüzdə qalır və asanlıqla tətbiq edə bilirsiniz.
Pembe tonlar üçün ən yaxşı 6 tonu Sizə təqdim edirəm :
1) 10 Pink Scorch
2) 15 Nude Burn
3) 20 Rose Flush
4) 25 Fuchsia Spark
5) 30 Coral Ember
6) 35 Berry Flame
#makiyaj
👍1
2) Maybelline Fit Me ənlikləri 😻 Ən gözəl rəng tonları ilə Sizinlə paylaşıram ki dəridə qalma şəkilini də görün 💚
#makiyaj
3) NYX Professional Makeup Sweet Cheeks
#makiyaj
👍1
İzləmədə qalın, növbəti dəfə highlighter (aydınlatıcı) paylaşacam Sizlərlə. Ümid edirəm ki, paylaşdığım postlar Sizə faydalı olur. 🥰
Yazdığınız istəklər üzərinə Sizin üçün ən yaxşılarını araşdırıb, istifadə edib paylaşıram.
İstəklərinizi şəxsidə yazın, mən Günel 7/24 xidmətinizdəyəm, təki faydam dəymiş olsun Sizlərə 💚
@gunel083
👍1
Sadə və gündəlik edə biləcəyiniz göz makyajı 🌸💚
#makiyaj
👍1
Qızlarr hamımızın yaralı yeri tonal kremdi. Buyurun sizə kömək edəcək şəkil tapdım. Bu arada maybelline'nin fit me tonalı həm quru dərilər üçün həm də yağlı dərilər üçün var alarkən üzərini oxumağı unutmayın və çalışın original kosmetikalardan istifadə edin♥️♥️
#makiyaj
👍1
Qızlarıım, bu gün Sizlərə saçları canlı edib sürətlə uzadan və həmçinin saç tökülməsinə qarşı bir maska paylaşıram 😍 (mesaj bölməsinə saçlarla bağlı çox istək mesaj gəlmişdi mənə, dedim paylaşım qızlarımı intizarda saxlamayım💚)🌸🐣
1 qazanın içinə 2 stəkan su və 1 x.q kətan toxumu əlavə edib qaynadırıq. Qaynadıqdan sonra suyunu süzün. Bu suyu bir qaba əlavə edib 1 ay boyunca soyuducuda saxlayaraq istifadə edə bilərsiniz. Yəni hər dəfə yenisini hazırlamağa ehtiyac yoxdur. Həftədə 2 dəfə saç diblərinizə pambıq yardımı ilə masaj edərək tətbiq edin. 30 dəqiqə saxlayıb, adi qayda ilə yuyun.
#maska
1👍1
Makiyajımızın olmazsa olmazı 😻💚
#makiyaj
👍2
Salam minnoşlar, bu gün sizə yumurta ağının xeyirlərindən yazacam və əminliklə, çəkinmədən bu maskaları edə bilərsiz. Hər şeyi axıra qədər oxusaz sevinərəm♥️♥️♥️

1)Qara nöqtələr üçün yumurta ağının maskası: 1 dənə yumurtanın ağını bir qaba qoyun. Yaxşıca köpürənə qədər qarışdırın. Dəriniz onsuz da yağlıdırsa içinə bir neçə damla limon sıxa bilərsiniz. Daha sonra bərabər miqdarda üzünüzə çəkin. Daha sonra təxminən 15 dəqiqə gözləyin. Gözləmə əməliyyatı bitincə ilıq su ilə durulanın. Daha təsirli olması üçün həftədə ən az bir dəfə təkrarlayın.

2)Dəridəki qırışıqlar üçün maska: Dərinizdəki incə qırışıqlıqları azaltmaq üçün yumurta ağı maskası çox təsirlidir. 2 dənə yumurtanın ağını sarısından ayıraraq bir qaba qoyun. Yaxşıca çırpın.Üzünüzə masaj edərək tətbiq edin. Yarım saat üzünüzdə gözlədin. Gözləmə əməliyyatı bitincə soyuq su ilə üzünüzü yuyun. Yumşaq və təmiz bir dəsmal ilə qurulayın.

3)Məsamələri möhkəmləşdirmək üçün maska: 2 ədəd yumurtanın ağını bir qaba qoyaraq 1 yemək qaşığı sirkə əlavə edin. Bir limonun yarısını da içinə sıxın. Daha sonra bir gözəl çırpın. Əldə etdiyiniz qarışığı barmaq uclarınızla bərabər miqdarda dağılacaq şəkildə üzünüzə tətbiq edin. 10 ya da 15 dəqiqə qədər üzünüzdə gözlədin. Gözləmə əməliyyatı bitincə soyuq su ilə yuyun. Təmiz və yumşaq dəsmal ilə qurulayın. Nəmləndirici krem müddət bilərsiniz.
Bu maskanı üzünüzdə tətbiq edərkən gözaltlarına qətiliklə çəkməyin. Dərinizin zərər verməməsi üçün əvvəlcə müəyyən bir bölgəyə sürün hər hansı bir allergik reaksiyaya gətirib çıxarırsa bu tətbiqi etməyin. Etmirsə bu tətbiqi rahatlıqla edə bilərsiniz.
#maska
👍1
Nəmləndirici Saç Maskası:
Qızlarımmm🌸, saçlarınız çox yağlıdırsa qatıq maskasını davamlı olaraq istifadə edin.
Bunun üçün 2-3 yemək qaşığı yağsız qatıq, 1 çay qaşığı alma sirkəsi, 1 çay qaşığı balı yaxşıca qarışdırdıqdan sonra maskanı əvvəl saç dərinizə sonra saçlarınıza tətbiq edin. Saç uclarınız qırılırsa bu hissəyə xüsusilə tətbiq etməyinizi məsləhət görürəm, saç qıranlara qarşı məsləhətli maskadır. 😻 15-20 dəqiqə gözlədib adi qayda ilə yuyun. 💚
#maska
👍1