𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️ pinned «Qızlar daha çox nəyə aid maskalar və ya makyaj tüyoları istəyirsinizə @gnlyl yaza bilərsiz. Mesajlarınızı gözləyirəm 😍»
Gözəllərimmm, Günel yenə dayanmadı Sizlər üçün maraqlı post hazırladı. Gələn mesajlarınız o qədər gözəldir ki 😍 Var olun, Sizin də nə istəkləriniz olsa mən Günelə yaxud da digər adminkanız olan şəkər Humayə 🍯 yazın, sevə-sevə kömək edək 🥰
Bir izləyicimiz mənə sual vermişdi ki, "sızanaq ləkələrini aparmaq üçün nə edim?" Buyurun bu da cavab :
Sizə hər gün tətbiq edəcəyiniz bir maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq ➡ çay qaşığının ucunda biraz duz, çay qaşığının ucunda soda (yəni ki tam çay qaşığı olmasın, yarısını nəzərdə tuturam), 1 çq dolu buğday nişastası və 1 yumurtanın ağı. Yaxşıca qarışdırın, hər gün üzünüzə (yalnız sızanaq, ləkə olan bölgələrə) tətbiq edin, 2 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Siz bu maskanı soyuducuda saxlayıb hər gün istifadə edə bilərsiniz. Davamlı tətbiq edin və nəticəsini görün. 💚
#maska

👍1
Əzizlərim bu gün Sizlərlə göz altı baxımı üçün məsləhətli olan məhsulları paylaşıram.
1) Neutrogena Hydro Boost Gel-Cream Eye
Yorğun göz altlarınıza gündəlik olaraq istifadə edəcəyiniz bir məhsuldur. Səhər və axşam masaj edərək tətbiq edə bilərsiniz.
2) Pure Beauty Ultra Hydrating Eye Gel
Nəmləndirmə xüsusiyyəti var, gün ərzində göz altlarınız çox gözəl şəkildə nəmlənir. Çox gözəl qoxusu var 😻
3) Herba Derm Göz altı Kremi
Əgər göz altlarınız qaralırsa (hər hansı bir səbəbdən, bu xəstəlikdən, soyuqdəymədən də, hormonal daola bilər) bu krem çox möhtəşəmdir. Səhər və axşam istifadə edə bilərsiniz. 3 həftə hər gün etsəniz nəticənin şahidi olacaqsınız 🌝

Qırmızı dodaq boyası sevənlər, səsiniz gəlsin 😻 Seçim qarşısında qalmısınız ? Elə isə mən də 4 ədəd ən gözəl qırmızı dodaq boyası nümunələrini Sizlərə təqdim edirəm. Faydalı olar 😌💋
#makiyaj
#makiyaj
👍1
Salam əzizlərim. Gününüz aydın olsun 🥰🍯
Dırnaq baxımı hər bir xanımın ən çox diqqət etdiyi mövzulardan biridir. Tez uzanması üçün dırnaqlarımıza nə edək ? 🤔 Çox düşünməyin, Sizə bəzi faydalı ola biləcək məlumatları təqdim edirəm.
1) Dırnaqlara yaxşı qulluq edin : Bol su içmək, meyvə, səbzə yemək dırnaqlar üçün inanılmaz təsirlərini göstərir.
2) Dırnaq boyasını təmizləmək : İki-üç gündən bir dırnaq boyasını silib, 1-2 gün fasilə etmək lazımdır ki, dırnaqlarınız nəfəs alsın. Aston ilə təmizlədikdən sonra, mütləq əllərinizi sabunla yaxşıca yuyun, sonra da sevimli əl kreminizi vurun.
3) Dırnaq uzatmaq üçün badam və zeytun yağının inanılmaz faydaları vardır. Hər gün dırnaqlarınızı bu yağ qarışımı ilə 10 dəqiqə masaj edin. Limonu iki yerə bölüb, üzərinə zeytun yağı əlavə edib masaj etmək də tövsiyyə olunur.
4) Düzgün əl kremindən istifadə et : Tərkibində zeytun yağı, badam yağı və ya limon olan kremlərdən daha çox istifadə etməyinizi məsləhət görürəm.
5) Dırnaq baxımında sirkənin rolu : Gündəlik olaraq istifadə etdiyimiz sirkə dırnaqlarınızın uzanmasına kömək edir. Bir qaba 3 xörək qaşığı sirkə və 1 x.q duz əlavə edin, dırnaqlarınızı bunun içində 20-30 dəqiqə saxlayın, yaxşı olar ki, masaj edin. Çünki masaj da dırnaqlara yaxşı təsir edir və tez uzanmasına kömək edir.
6) E Vitamini : Dırnaqların uzanmasını sürətləndirir. 😻 Apteklərdə kapsul şəklində əldə edin və əl kreminizin içinə əlavə edin. Gündəlik olaraq bu kremlə əllərinizi, dırnaqlarınızı masaj etməyi unutmayın. 💚

Üzdəki ağ nöqtələr üçün❤️
Qulaq çöpünü alma sirkəsinə batırın və duş qəbul etdikdən sonra ağ nöqtələrin üzərinə yüngülcə basdırmadan sürtün. Bir gün arayla davamlı edin. Nəticə alana qədər davam edin.
Ancaq yenədə həkimə müraciət etməyiniz vacibdir.
❗️Əsla o nöqtələri sıxmayın və ya iynə ilə müdaxilə etməyin🌸

Gəlin bir az lazerdən əvvəl və sonra diqqət etməli olduğumuz nüansları birlikdə gözdən keçirək, hər birinizə faydalı olacağını düşünürəm.
Lazerə getmədən əvvəl diqqət edəcəklərimiz : ❗
Lazerin tüklərə daha yaxşı təsiri üçün yaxşı olar ki, tüklər ən az 4 həftə əvvəl heç bir sap, tük tökücü, ağda və.s istifadə edilmədən uzansın;
Lazer Alexandrite cihazı ilə ediləcəksə 3 gün əvvəl tükləri təmizləmək lazımdır;
Lazerə getdiyiniz zaman günəşə çıxmaq dərinizdə ləkələrə səbəb olur. Buna görə də məsləhət olunur ki, lazer üçün ya qış aylarını seçin, ya da həmin hissəyə günəş təması olmamasına diqqət edin;
Əgər hər hansı bir dəri xəstəliyi üçün dərman qəbul edirsinizsə yaxşı olar ki, dərmanın istifadəsini tam bitirdikdən sonra lazerə gedin. Əks halda xoşagəlməz nəticələr yarana bilər;
Seansa yazılmadan əvvəl əsla tük saraldan kremlərdən istifadə etməyin. Çünki lazer sarı tüklərə öz təsirini yaxşı göstərmir;
Ağrını hiss etməmək üçün krem istifadə etmək istəsəniz, yaxşı olar ki, seansdan 1 saat əvvəl həmin bölgəyə tətbiq edin və gözləyin;
Lazerdən sonra :❗
Həssas dəri üzərində lazerdən sonra qızartılar əmələ gələ bilər. Lakin bu 1 gün içərisində keçir;
Lazer etdiyiniz hissəyə 1 həftə peeling və ya kisə vurmağınız məsləhət deyil;
Tük kökləri 3 və ya 15 gün içərisində uzanıb, öz-özünə töküləcək. Quru dəriyə sahibsinizsə bu müddət 20 gün çəkir;
Lazerdən sonra 3 gün müddətinə günəşə çıxmayın. Lakin məcbur isəniz o zaman günəş qoruyuculuğu 30 olan günəş kremlərdən istifadə edin;
İlk seansdan etibarən 15-20 gün aralıqlarda seanslara davamlı getməlisiniz. 💚

👍3
Hər kəsə salamlar🌸Bu gün xanımların istəyi üzrə sizinlə maskaralar (tuşlar) haqqında məlumat verəcəm. Bir çox xanımların makiyajda vazgeçilməzi kirpikləridir Ona görə də maskara seçərkən diqqətli olmaq lazımdı. Elə maskaralar varkı kirpikləri bir-birinə yapışdırır və.s kimi problemlər yaradır
İndi isə keçək tuşlara
1⃣ MAX FACTOR 2000 CALORİ - Kirpikləri gözəl bir şəkildə qıvırır və yuxarı doğru qaldırır. Təmizlənməsidə olduqca rahatdır.
2⃣ ESSENCE İ LOVE EXTREME - Kirpiklərinin daha həcimli olmasını və uzun görsənməsini istəyən xanımlar üçün 1 nömrədir
3⃣ MAYBELLİNE LASH SENSATİONAL - Kirpikləri yapışdırmır, tək-tək ayırır və uzadır
4⃣ LOREAL PARADİSE - Həcm, uzunluq və qıvrımlıq verir😍Maskara fırçasında çoxlu hissəciklər olduğu üçün demək olarkı olmayan kirpiklərinizi belə ortaya çıxarır
5⃣ ESSENCE FALSE LASHES - Kirpikləri çox gözəl bir biçimdə ayırır və uzadır
6⃣ FLORMAR TRİPLE ACTİON - Bu maskaranın fırçasını istəyinizə görə dəyişə bilərsiniz. Günlük istifadə üçün daha çox uyğundur🍓

𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
Mənim kimi tuj seçimində qərarsız olan bir çox xanımlar var. Tuj alarkən ən diqqət etdiyimiz nədir ? Təbii ki, kipriklərimizi daha da gur və həcmli göstərməsidir. Elə isə sizə 10 ən yaxşı tuju təqdim edirəm 😍👀 1. “Cils D'enfer So Volume”dan “Guerlain” Xoş…
Həmçinin buradan da Sizlərlə paylaşdığım tujlara göz ata bilərsiniz 💚😚
İzləyicimizin istəyi üzərinə Sizlərlə yağlı üz dərisi üçün ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz maskaları paylaşıram. 🌝
1) 2 ç.q şəkər tozunun üzərinə yarım limonun suyunu və 1 ç.q balı əlavə edib yaxşıca qarışdırın. Limon üz dərinizi parlaq edəcək və qara nöqtələrin getməsi üçün çox yaxşıdır. Bu qarışımı təmiz üz dərisinə tətbiq edin və 10 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun. Həftədə 2 dəfə etsəniz yaxşıdır.
2) İkinci maska eynilə birinci maskadakı kimidir. Yalnız burada Sizə lazım olanlar yarım limonun suyu və 1 ç.q bal olacaq. Qarışdırıb üzünüzə masaj edərək tətbiq edin və 20 dəqiqədən sonra soyuq su ilə yuyun.
3) 1 ədəd pomidorun suyuna makiyaj pambığı batırıb üzünüzə tətbiq edin. 20 dəqiqə saxlayın və soyuq su ilə yuyun.
4) 1 ədəd yumurtanın ağı, 6 dilim doğranmış xiyar, 4-5 ədəd nanə yarpaqları və 1 ç.q limon suyunu blenderdə yaxşıca əzib krem halına gətirin. Daha sonra 10 dəqiqə özünə gəlməsi üçün gözləyin və sonra üzünüzə tətbiq edin, 15 dəqiqə saxlayıb ilk öncə ilıq su ilə, sonda isə soyuq su ilə yaxşıca yuyun. Bu maska ilə üz dərinizin yenilənib daha da parlaq olmasının və yağlılığın azalmasını müşahidə edəcəksiniz. Həftədə iki dəfə etməniz uyğundur.
Sonda qeyd edim ki, yağlı üz dərisinə sahib olan xanımlara üzlərini gündə iki dəfə yumaq tövsiyyə olunur. ❗

❤1👍1
Vazelinin 10 bilmədiyiniz faydası :
Xanımlar, sizə super 10 məlumat verəcəm. Elə bir ev olmaz ki, şkafında vazelin olmasın.Çox gözəl faydaları var. Buyurun bilmədiyiniz 10 fayda♥️♥️♥️♥️
1. Vazelin quru bölgələri nəmləndirmək üçün ideal variantdır. Yayda günəş kremi əvəzinə vazelin də istifadə edə bilərsiniz. Beləcə, vazelin dərinizin daha yaxşı bronzlaşmasını təmin edəcək və gözəl günəş vannası qəbul etmiş olacaqsınız.
2. Vazelinlə özünüz pilinq edə bilərsiniz. Qəhvə, şəkər, dəniz duzu kimi dənəcikli məhsulları vazelinlə qarışdıraraq öz pilinqinizi hazırlayın.
3. Ətrinizin qalıcılığını artırmaq istəyirsiniz? Ətri sıxmazdan əvvəl əl biləklərinizə, boynunuza vazelin sürtün. Qoxunuzun daha qalıcı olacağını fərq edəcəksiniz.
4. Uşaqların dərisində yaranmış bişməcənin qarşısını almaq üçün istifadə edə bilərsiniz. Çəkməzdən əvvəl dərini yaxşıca təmizləyib, qurulayın.
5. Nəmli göz makiyajı dəbi ilə ayaqlaşmaq istəsəniz, bu üsul tam sizin üçündür. Göz kölgəsini çəkməzdən əvvəl bir az vazelin çəkin. Həm dayanıqlılığını artırmış olacaqsınız, həm də nəm görünüş əldə edəcəksiniz.
6. Qaşlarınızı gün boyu sabit saxlamaq üçün təmiz və quru qaşa vazelin sürtün.
7. Kirpiklərinizin tökülməsi və uzanmamasından şikayət edirsinizsə, yatmazdan əvvəl vazelin sürtün. Güclənməsinə və uzanmasına kömək edəcək.
8. Göz makiyaj təmizləyicisi yoxunuzdursa kədərlənməyin. Təmizlənməsi çətin olan, suya davamlı makiyaj vasitələrini asanlıqla təmizləmək üçün vazelindən istifadə edə bilərsiniz. Bir az pambığı isladın, vazelin sürtün və makiyajınızı silin. Vazelin həm dərinizin yaxşılaşmasına kömək olar, həm də qırışlarla mübarizə aparar.
9. Dodaq nəmləndiricisi kimi vazelin istifadə edə bilərsiniz. Dodaqlarınızı həm pis hava şərtlərindən qoruyacaq, həm də qüsursuzlaşdıracaq. İstəsəniz, darçınla qarışdıraraq dolğunlaşdırıcı təsirindən də faydalana bilərsiniz.
10. Saç qırıqlarını aradan qaldırır. Qurumuş saç uclarına vazelin sürtüb 15-20 dəqiqə saxlayın. Bir neçə dəfə istifadədən sonra codlaşmış saç uclarınızın bərpa olunduğunu görəcəksiniz.