𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Media is too big
VIEW IN TELEGRAM
Saç burmağın ən sadə üsulu👌🏻😻
#saç
👍1
Dərinizi yup-yumuşaq edib hamar göstərən, məsamələri yığan çox gözəl və təsirli maska. İstifadə etməmişdən əvvəl üzünüzü mineral su ilə silə bilərsiniz ki, təmiz olsun və maska daha tez təsir etsin. Həftə də 1 dəfə tətbiq edib 20 dəqiqə gözləyib, yuyun❤️🌸
#maska
👍1
Mənim gözəl qızlarım😍 sayənizdə 1 həftə ərzində 700 olduğ❤️❤️ Çoxsağolunki kanalımı izləyirsiz. İzləmədə qalın sabaha bomba kimi paylaşımlar gəlir🌸 Laaav sizi😻♥️
👍1
Dodaqlarınız çatlayır ? Görüntüsü sizə yaxşı təsir etmir ? Bunun üçün dodaq skrabı istəyirsiniz? 👄
Artıq dodaq skrabı almaq üçün pul xərcləməyinizə ehtiyac yoxdur, bunu evdə asanlıqla edə bilərsiniz 😍
Vazelini şəkər tozu ilə qarışdırın və ölü hüceyrələri aparmaq üçün dodaqlarınıza sürtün.
Bu qarışığı təmiz dodaqlarınıza sürtüb, 5 dəqiqə müddətində yüngülcə masaj edin. Nəticə isə ilk gündən olacaq 😌 Dodaqlarınızın ölü hüceyrələrdən təmizləndiyini və pambıq kimi yup yumşaq olmasını hiss edəcəksiniz. 💚
#maska
👍1
Bir izləyicimiz sual vermişdi ki, "sızanaq ləkələrini aparmaq üçün nə edim?" Buyurun bu da cavab :
Sizə hər gün tətbiq edəcəyiniz bir maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq çay qaşığının ucunda biraz duz, çay qaşığının ucunda soda (yəni ki tam çay qaşığı olmasın, yarısını nəzərdə tuturam), 1 çq dolu buğday nişastası və 1 yumurtanın ağı. Yaxşıca qarışdırın, hər gün üzünüzə (yalnız sızanaq, ləkə olan bölgələrə) tətbiq edin, 2 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Siz bu maskanı soyuducuda saxlayıb hər gün istifadə edə bilərsiniz. Davamlı tətbiq edin və nəticəsini görün. 💚
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ən sevdiyiniz pudra, highlighter, allık və.s yerə düşübsə və bu haldadısa əsl sizin üçündü bu😍❤️ Əvvəlcə biraz əzin sonra isə üzərinə spirt tökün. Yenə də biraz əzirik, yayırıq. Daha sonra üzərinə kağız qoyun və qurumasını gözləyin. Və hazırdı❤️🌸
#makiyaj
👍1
Toniklərdən danışaq mı biraz ? 🌝 Bildiyimiz kimi üz təmizləyicilər ilə yağı, kiri və makyajı sildikdən sonra üz dərimiz tamam təmizlənmiş olmur. Üzümüzü yaxşıca təmizlədiyimizi düşünürük, lakin toniklə sildikdən sonra pambığa baxsaq hələ də çirk olduğunu görəcəyik. Dərinizin təmizliyini bitirmək üçün sonda mütləq tonikdən istifadə edin. Ölü hüceyrə, sabun, makyaj artıqları cildinizdəki dəri qatını tıxayaraq, dəridə məsamələrin açılmasına səbəb olur. Toniklər bunları təmizlədiyi üçün məsamələr əvvəlki həcminə dönür.
Üç ayrı üz tipinə uyğun ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz tonikləri Sizlərlə paylaşıram. 😌💚
1) Yağlı üz dərisi üçün tonik : Yaşıl çayı dəmləyin, süzün, üzərinə 1 ç.q alma sirkəsi əlavə edin və qarışımı bir qaba əlavə edin. Gündəlik (iki dəfə, səhər və axşam) üzünüzü silə bilərsiniz. Qaba əlavə etdiyiniz qarışığı soyuducuda saxlayıb növbəti gün istifadə edə bilərsiniz, narahat olmayın. 😻
2) Quru dərilər üçün tonik : 6 ç.q gül suyu və 3 ç.q qliserini (apteklərdən əldə edə bilərsiniz) qarışdırıb bir qaba əlavə edin. Gündə iki dəfə (səhər və axşam) üzünüzü bu toniklə silə bilərsiniz.
3) Normal dərilər üçün tonik : 2 ç.q aloe vera geli, 5 damcı gül suyu yağı və 3 ç.q gül suyu əlavə edin və yaxşıca qarışdırın. Makiyaj pambığı vasitəsilə üzünüzə hər gün (iki dəfə səhər və axşam) masaj edərək tətbiq edin.
#makiyaj
👍1
Xanımlarımızın istəyi üzrə cəfəri ilə hazırlanan üz üçün maskalar😍🌸

1⃣ ci maska

▪️1 dəstə cəfəri
▪️2 stəkan qaynamış su
▪️Yarım stəkan süd

Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.

2⃣ci maska

▪️ 1 dəstə cəfəri
▪️ 1 çay qaşığı təzə limon suyu
▪️2 çay qaşığı bal

Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.
10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.

3⃣cü maska

▪️1 dəstə cəfəri
▪️Yarım stəkan qatıq

Cəfərini ət maşınından keçirib qatığın üzərinə əlavə edirik. Qarışığı soyuducuda gözlətdikdən sonra istifadə edirik. Üzdə 10-15 dəqiqə gözlətmək lazımdır. Sonra ilıq su ilə yuyulur.

Dəriyə parlaqlıq və canlılıq verən cəfəri maskası eyni zamanda səpgiləri və qara nöqtələri də təmizləyir❤️🌸
#maska
👍1
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️ pinned «Qızlar daha çox nəyə aid maskalar və ya makyaj tüyoları istəyirsinizə @gnlyl yaza bilərsiz. Mesajlarınızı gözləyirəm 😍»
Qızlarr söhbət qrupu açım?😻😻
Anonymous Poll
77%
Həə aç🍓
23%
Yox lazım deyil.😒💔
Və hazır buyurun söhbət qrupumuza😍❤️
Gözəllərimmm, Günel yenə dayanmadı Sizlər üçün maraqlı post hazırladı. Gələn mesajlarınız o qədər gözəldir ki 😍 Var olun, Sizin də nə istəkləriniz olsa mən Günelə yaxud da digər adminkanız olan şəkər Humayə 🍯 yazın, sevə-sevə kömək edək 🥰
Bir izləyicimiz mənə sual vermişdi ki, "sızanaq ləkələrini aparmaq üçün nə edim?" Buyurun bu da cavab :
Sizə hər gün tətbiq edəcəyiniz bir maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq çay qaşığının ucunda biraz duz, çay qaşığının ucunda soda (yəni ki tam çay qaşığı olmasın, yarısını nəzərdə tuturam), 1 çq dolu buğday nişastası və 1 yumurtanın ağı. Yaxşıca qarışdırın, hər gün üzünüzə (yalnız sızanaq, ləkə olan bölgələrə) tətbiq edin, 2 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Siz bu maskanı soyuducuda saxlayıb hər gün istifadə edə bilərsiniz. Davamlı tətbiq edin və nəticəsini görün. 💚
#maska
👍1
Salamm qızlarr, məndə yeni adminnoşam. İnşAllah mənimdə paylaşımlarımı sevəcəksiz.♥️🥳
#saç
👍1
Əzizlərim bu gün Sizlərlə göz altı baxımı üçün məsləhətli olan məhsulları paylaşıram.
1) Neutrogena Hydro Boost Gel-Cream Eye
Yorğun göz altlarınıza gündəlik olaraq istifadə edəcəyiniz bir məhsuldur. Səhər və axşam masaj edərək tətbiq edə bilərsiniz.
2) Pure Beauty Ultra Hydrating Eye Gel
Nəmləndirmə xüsusiyyəti var, gün ərzində göz altlarınız çox gözəl şəkildə nəmlənir. Çox gözəl qoxusu var 😻
3) Herba Derm Göz altı Kremi
Əgər göz altlarınız qaralırsa (hər hansı bir səbəbdən, bu xəstəlikdən, soyuqdəymədən də, hormonal daola bilər) bu krem çox möhtəşəmdir. Səhər və axşam istifadə edə bilərsiniz. 3 həftə hər gün etsəniz nəticənin şahidi olacaqsınız 🌝
#maska
👍1
Qırmızı dodaq boyası sevənlər, səsiniz gəlsin 😻 Seçim qarşısında qalmısınız ? Elə isə mən də 4 ədəd ən gözəl qırmızı dodaq boyası nümunələrini Sizlərə təqdim edirəm. Faydalı olar 😌💋
#makiyaj
👍1
Salam əzizlərim. Gününüz aydın olsun 🥰🍯
Dırnaq baxımı hər bir xanımın ən çox diqqət etdiyi mövzulardan biridir. Tez uzanması üçün dırnaqlarımıza nə edək ? 🤔 Çox düşünməyin, Sizə bəzi faydalı ola biləcək məlumatları təqdim edirəm.
1) Dırnaqlara yaxşı qulluq edin : Bol su içmək, meyvə, səbzə yemək dırnaqlar üçün inanılmaz təsirlərini göstərir.
2) Dırnaq boyasını təmizləmək : İki-üç gündən bir dırnaq boyasını silib, 1-2 gün fasilə etmək lazımdır ki, dırnaqlarınız nəfəs alsın. Aston ilə təmizlədikdən sonra, mütləq əllərinizi sabunla yaxşıca yuyun, sonra da sevimli əl kreminizi vurun.
3) Dırnaq uzatmaq üçün badam və zeytun yağının inanılmaz faydaları vardır. Hər gün dırnaqlarınızı bu yağ qarışımı ilə 10 dəqiqə masaj edin. Limonu iki yerə bölüb, üzərinə zeytun yağı əlavə edib masaj etmək də tövsiyyə olunur.
4) Düzgün əl kremindən istifadə et : Tərkibində zeytun yağı, badam yağı və ya limon olan kremlərdən daha çox istifadə etməyinizi məsləhət görürəm.
5) Dırnaq baxımında sirkənin rolu : Gündəlik olaraq istifadə etdiyimiz sirkə dırnaqlarınızın uzanmasına kömək edir. Bir qaba 3 xörək qaşığı sirkə və 1 x.q duz əlavə edin, dırnaqlarınızı bunun içində 20-30 dəqiqə saxlayın, yaxşı olar ki, masaj edin. Çünki masaj da dırnaqlara yaxşı təsir edir və tez uzanmasına kömək edir.
6) E Vitamini : Dırnaqların uzanmasını sürətləndirir. 😻 Apteklərdə kapsul şəklində əldə edin və əl kreminizin içinə əlavə edin. Gündəlik olaraq bu kremlə əllərinizi, dırnaqlarınızı masaj etməyi unutmayın. 💚
#maska
👍1
Üzdəki ağ nöqtələr üçün❤️

Qulaq çöpünü alma sirkəsinə batırın və duş qəbul etdikdən sonra ağ nöqtələrin üzərinə yüngülcə basdırmadan sürtün. Bir gün arayla davamlı edin. Nəticə alana qədər davam edin.

Ancaq yenədə həkimə müraciət etməyiniz vacibdir.

❗️Əsla o nöqtələri sıxmayın və ya iynə ilə müdaxilə etməyin🌸
#maska
👍1