𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️
1.6K subscribers
939 photos
472 videos
2 links
𝐌𝐚𝐤𝐢𝐲𝐚𝐣𝐚 𝐚𝐢𝐝 𝐢𝐬𝐭ə𝐝𝐢𝐲𝐢𝐧𝐢𝐳 𝐡ə𝐫 𝐬̧𝐞𝐲 𝐛𝐮𝐫𝐝𝐚.💅🏻💄
02.05.2020
Contact: @gnlyl 🤍🌸
Download Telegram
Quru dəri üçün maska 🧖🏻‍♀

• Tərkibi:

3 yarpaq kahı
2 xörək qaşığı bal
2 xörək qaşığı zeytun yağı

• Hazılanması və istifadəsi:

Kahı yarpaqlarını əzin və ya blenderdən keçirin.
Yağı və balı əlavə etdikdən sonra yaxşıca qarışdırın.
Təmiz dəriyə çəkib, gözləyin.
Dəriniz bu kütləni əmdikcə yenidən çəkin və 30 dəqiqə gözləyin.
Əgər hazırladığınız maska artıq qalarsa, şüşə qabda saxlayıb 2 ərzində istifadə edə bilərsiniz❤️🌸
#maska
👍1
Qızlaaaar 😍 Saçlarınızın sağlam olub-olmadığını bilmək istəyirsiniz mi ? Sizin üçün çox asan bir test tapmışam. Gəlin birlikdə yoxlayaq 🌷
Bunun üçün bizə 1 stəkan adi ev temperaturda olan kran suyu və 3-4 sm uzunluqda olan saç lazım olacaq.
Saçımızı stəkanın içinə salırıq.
1. Əgər saç suyun üzərində üzürsə deməli, saçlarımız sağlam və möhkəmdir.

2. Saç batıbsa, əksinə saçlarımız zəif və problemlidir. Saçlarımıza xüsusi baxım lazımdır. İlk növbədə şampunu saçların tipinə uyğun seçin, maskalardan, ot dəmləmələrindən istifadə edin.
#saç
👍1
Mənim kimi tuj seçimində qərarsız olan bir çox xanımlar var. Tuj alarkən ən diqqət etdiyimiz nədir ? Təbii ki, kipriklərimizi daha da gur və həcmli göstərməsidir. Elə isə sizə 10 ən yaxşı tuju təqdim edirəm 😍👀
1. “Cils D'enfer So Volume”dan “Guerlain”
Xoş və yumşaq teksturaya malikdir, hər bir kirpiyə ideal şəkildə yayılır. Kirpikləri bir-birinə bitişdirmədən bir neçə qat çəkməyə imkan verir, həm də onları effektli göstərir. Daha bir üstünlüyü isə qızılgül qoxulu olmasıdır.

2. “L'Oreal Paris”-dən “Feline”
Plastik əyri fırçası hətta ən nazik kirpikləri də rəngləyir. Buna görə də baxışları daha nüfuzedici göstərir. Üstəgəl, əyri fırçası ilə kirpikləri burur.

3. “Dior”-dan “Diorshow”
Yumşaq, istifadə üçün rahat fırçaya malik olan tuş hər kirpiyi həqiqətən nəzərəçarpacaq dərəcədə gurlaşdırır. Nəfis qutusu xüsusi sistemlə təchiz edilib, açıb bağladıqda havanın içəri daxil olmasına mane olur. Bu da o deməkdir ki, tuş qurumayacaq!

4. “Maybelline New York”-dan “Lash Sensational Mascara”
Maksimum uzunluq və maksimum həcm əldə etnək istəyirsiniz? Onda bu tuşdan istifadə edin. Vizajistlər bu effekti əldə etmək üçün “Lash Sensational Mascara” tuşlarını təklif edirlər. Qeyri-adi fırça hər kirpikyə çox rahat yayılır. Tuş sadəcə, isti su ilə rahat yuyulur.

5. “Dolce & Gabbana”-dan “Black Intensity Mascara”
Kömür kimi qara tuş kirpiklərə hərtərəfli effekt verir: həm həmcli, həm də qalın göstərir. İpək və möhkəm tekstura sayəsində tuş qurumur, unikal formulası kirpiklərə asanlıqla çəkilir.

6. “Yves Saint Laurent”-dən “Mascara Volume Effet Faux Cils”
Süni kirpik effekti verən tuşdur. Bu adi reklam fırıldağı deyil, o həqiqətən də kirpikləri olduğandan qat-qat gur və qalın göstərməyi bacarır. Sıx tüklü fırçası yumşaq kirpiklərə rahat yayılır.

7. “Smashbox”-dan “Full Explosure”
Bu dayanıqlı tuş kirpikləri uzadır, onların həcmini isə düz iki dəfə artırır! Peşəkar vizajistlər nahaq yerə ona üstünlük vermirlər. O, həm də nazik kirpikləri qalınlaşdırır. Əla keyfiyyətdir!

8. “Helena Rubinstein” -dan “Lash Queen Perfect Blacks”
Həssas krem teksturasına malik olan tuş kirpiklərə həcm verir, amma onları ağırlaşdırmır və diblərini qurutmur. Bu tuş hər bir xanıma qara qısa don kimi lazımlıdır.

9. “La Roche-Posay”-dan “Respectissime Densifieur”
Kirpiklər üçün əsl müalicəvi tuşdur. Onun tərkibində kirpikləri stimullaşdıran və uzadan zərdab var, habelə suya davamlıdır. Hamı üçün, o cümlədən həssas gözlər və kontakt linza daşıyıcısı üçün əvəzolunmazdır. Ən önəmlisi isə bu tuş gözləri heç vaxt qıcıqlandırmır.

10. “MAC”-dan “Extended Play Lash”
Rahat fırçası olan tuş hətta ən nazik və qısa kirpiklərə həcm verir. Asanlıqla yuyulur. 16 saata qədər saxlanılır. 💚
#makiyaj
👍1
Saçı uzadan maska🌸

▪️ 1 st süd🥛
▪️ 2 x/q bal🍯

Süd saçın uzanması üçün vacib olan kalsium və proteyin kimi önəmli minerallar verir. Həftədə 2 dəfə istifadə edilə bilər. Süd və balı qarışdırıb bir sprey qabına tökün. Saçın diblərinə, uclarına fısqırdırıq. Ən azı yarım saat saxlayıb yuyuruq. Saçları yumuşaldır, saç dərisini yeniləyib, saçı nəmləndirir və uzadır😌❤️
#maska
👍1
Kanalımız sevilir?🐣🌸
Anonymous Poll
94%
😌
6%
Yox💔
Salam gözəllərim 😻💚
Bu gün izləyicimizin istəyi üzərinə Sizlərlə yağlı dəri üçün 5 ən yaxşı tonal kremlərini paylaşıram.
1) Estee Lauder Double Wear
Yağlı dəri üçün ən super tonal kremdir deyə bilərəm 😻Mükəmməl örtücülüyə və qalıcılığa malikdir.
2) Dolce Gabbana Perfect Matte Liquid Foundation
Nəinki yağlı dərilər, hətta qarışıq dəriyə də bu tonal krem çox yaxşı düşür. Ən əsas özəlliyi odur ki, dərimizi qurutmur. 🥳
3) Shiseido Synchro Skin
Yüngül tonal kremdir və dərinizdəki qızartı və kiçik sızanaqları örtür.
4) Maybelline Superstay 24
Uyğun qiymətə olan super tonal kremdir. Qalıcılığı əladır və yay üçün ən yaxşı seçiminiz ola bilər. 😌
5) Nars Sheer Glow
Siz üz dərinizi matlaşdırmaq deyil də, parıldatmaq və təbii görünüş vermək istəyirsinizsə bu tonal krem tam sizlikdir. İstifadə edin və günəş kimi işıq saçın.
#maska
👍1
MƏSAMƏLƏRİ daraldan super maska❤️

Bu gün sizinlə təcrübədən keçirilmiş super bir maska qarışımını paylaşacam.Bu maska sadə və effektiv olması ilə sizi tam razı salacağına əminəm.Deməli belə 1 xörək qaşığı maya(droj) götürüb üzərinə isti (qaynar yox) su əlavə edib qatı bir məhlul alınana qədər qarışdırın.Üzünüzə sürtüb quruyana qədər gözləyin.Təxmini 15-20 dəqiqə sonra soyuq su ilə üzünüzü yuyun. Nəticəsinə inanmayacaqsız.Dərinizdəki geniş məsamələrin sıxlaşdığının şahidi olacaqsız.Bu qədər sadə bir resept.Mən bəzən bu qarışıma 1 xörək qaşığı limon suyu 1 xörək qaşığı süd əlavə edirəm çox gözəl olur.Dərinin rəngini açır,qara nöqtələri təmizləyir plus da məsamələri yığır.Daha gözəl effekt görmək üçün yaxşı olar ki üz dərinizi su buxarına verib bu maskanı tətbiq edəsiz😍
#maska
👍1
Sap ilə təmizləndikdən sonra səpmiş üz üçün möhtəşəm maksa

•3-4 damcı limon suyu
•1 ədəd yumurta ağı
•1ç.q soda (təpələmə yox)

Yumurta ağını köpürənədək çəngəllə çalın. Sonra üzərinə limon suyu və sodanı əlavə edib yaxşıca çalın. Üzünüzü sapla təmizlədikdən sonra bu qarışımı pambıqla üzünüzə çəkin. Qurumağını gözləyin. Quruduqdan sonra yenidən çəkin və qurumasını gözləyin. Sonda ilıq su ilə yuyun.

⚠️Üzünüzü sap ilə aldıqdan sonra qaşımayın🌸
#maska
👍1
Media is too big
VIEW IN TELEGRAM
Saç burmağın ən sadə üsulu👌🏻😻
#saç
👍1
Dərinizi yup-yumuşaq edib hamar göstərən, məsamələri yığan çox gözəl və təsirli maska. İstifadə etməmişdən əvvəl üzünüzü mineral su ilə silə bilərsiniz ki, təmiz olsun və maska daha tez təsir etsin. Həftə də 1 dəfə tətbiq edib 20 dəqiqə gözləyib, yuyun❤️🌸
#maska
👍1
Mənim gözəl qızlarım😍 sayənizdə 1 həftə ərzində 700 olduğ❤️❤️ Çoxsağolunki kanalımı izləyirsiz. İzləmədə qalın sabaha bomba kimi paylaşımlar gəlir🌸 Laaav sizi😻♥️
👍1
Dodaqlarınız çatlayır ? Görüntüsü sizə yaxşı təsir etmir ? Bunun üçün dodaq skrabı istəyirsiniz? 👄
Artıq dodaq skrabı almaq üçün pul xərcləməyinizə ehtiyac yoxdur, bunu evdə asanlıqla edə bilərsiniz 😍
Vazelini şəkər tozu ilə qarışdırın və ölü hüceyrələri aparmaq üçün dodaqlarınıza sürtün.
Bu qarışığı təmiz dodaqlarınıza sürtüb, 5 dəqiqə müddətində yüngülcə masaj edin. Nəticə isə ilk gündən olacaq 😌 Dodaqlarınızın ölü hüceyrələrdən təmizləndiyini və pambıq kimi yup yumşaq olmasını hiss edəcəksiniz. 💚
#maska
👍1
Bir izləyicimiz sual vermişdi ki, "sızanaq ləkələrini aparmaq üçün nə edim?" Buyurun bu da cavab :
Sizə hər gün tətbiq edəcəyiniz bir maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq çay qaşığının ucunda biraz duz, çay qaşığının ucunda soda (yəni ki tam çay qaşığı olmasın, yarısını nəzərdə tuturam), 1 çq dolu buğday nişastası və 1 yumurtanın ağı. Yaxşıca qarışdırın, hər gün üzünüzə (yalnız sızanaq, ləkə olan bölgələrə) tətbiq edin, 2 dəqiqə saxlayın, sonra ilıq su ilə yuyun. Siz bu maskanı soyuducuda saxlayıb hər gün istifadə edə bilərsiniz. Davamlı tətbiq edin və nəticəsini görün. 💚
#maska
👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Ən sevdiyiniz pudra, highlighter, allık və.s yerə düşübsə və bu haldadısa əsl sizin üçündü bu😍❤️ Əvvəlcə biraz əzin sonra isə üzərinə spirt tökün. Yenə də biraz əzirik, yayırıq. Daha sonra üzərinə kağız qoyun və qurumasını gözləyin. Və hazırdı❤️🌸
#makiyaj
👍1
Toniklərdən danışaq mı biraz ? 🌝 Bildiyimiz kimi üz təmizləyicilər ilə yağı, kiri və makyajı sildikdən sonra üz dərimiz tamam təmizlənmiş olmur. Üzümüzü yaxşıca təmizlədiyimizi düşünürük, lakin toniklə sildikdən sonra pambığa baxsaq hələ də çirk olduğunu görəcəyik. Dərinizin təmizliyini bitirmək üçün sonda mütləq tonikdən istifadə edin. Ölü hüceyrə, sabun, makyaj artıqları cildinizdəki dəri qatını tıxayaraq, dəridə məsamələrin açılmasına səbəb olur. Toniklər bunları təmizlədiyi üçün məsamələr əvvəlki həcminə dönür.
Üç ayrı üz tipinə uyğun ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz tonikləri Sizlərlə paylaşıram. 😌💚
1) Yağlı üz dərisi üçün tonik : Yaşıl çayı dəmləyin, süzün, üzərinə 1 ç.q alma sirkəsi əlavə edin və qarışımı bir qaba əlavə edin. Gündəlik (iki dəfə, səhər və axşam) üzünüzü silə bilərsiniz. Qaba əlavə etdiyiniz qarışığı soyuducuda saxlayıb növbəti gün istifadə edə bilərsiniz, narahat olmayın. 😻
2) Quru dərilər üçün tonik : 6 ç.q gül suyu və 3 ç.q qliserini (apteklərdən əldə edə bilərsiniz) qarışdırıb bir qaba əlavə edin. Gündə iki dəfə (səhər və axşam) üzünüzü bu toniklə silə bilərsiniz.
3) Normal dərilər üçün tonik : 2 ç.q aloe vera geli, 5 damcı gül suyu yağı və 3 ç.q gül suyu əlavə edin və yaxşıca qarışdırın. Makiyaj pambığı vasitəsilə üzünüzə hər gün (iki dəfə səhər və axşam) masaj edərək tətbiq edin.
#makiyaj
👍1
Xanımlarımızın istəyi üzrə cəfəri ilə hazırlanan üz üçün maskalar😍🌸

1⃣ ci maska

▪️1 dəstə cəfəri
▪️2 stəkan qaynamış su
▪️Yarım stəkan süd

Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.

2⃣ci maska

▪️ 1 dəstə cəfəri
▪️ 1 çay qaşığı təzə limon suyu
▪️2 çay qaşığı bal

Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.
10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.

3⃣cü maska

▪️1 dəstə cəfəri
▪️Yarım stəkan qatıq

Cəfərini ət maşınından keçirib qatığın üzərinə əlavə edirik. Qarışığı soyuducuda gözlətdikdən sonra istifadə edirik. Üzdə 10-15 dəqiqə gözlətmək lazımdır. Sonra ilıq su ilə yuyulur.

Dəriyə parlaqlıq və canlılıq verən cəfəri maskası eyni zamanda səpgiləri və qara nöqtələri də təmizləyir❤️🌸
#maska
👍1
𝐌𝐚𝐤𝐞𝐔𝐩𝐁𝐥𝐨𝐠𝐬❤️ pinned «Qızlar daha çox nəyə aid maskalar və ya makyaj tüyoları istəyirsinizə @gnlyl yaza bilərsiz. Mesajlarınızı gözləyirəm 😍»
Qızlarr söhbət qrupu açım?😻😻
Anonymous Poll
77%
Həə aç🍓
23%
Yox lazım deyil.😒💔
Və hazır buyurun söhbət qrupumuza😍❤️