Maarifçi Xəbərləri
695 subscribers
632 photos
27 videos
4 files
405 links
Azərbaycan Maarifçilər Assosiasiyasının rəsmi xəbər kanalı.
Download Telegram
Əziz Azərbaycan Maarifçilər Assosiasiyasının dəyərli üzvləri!

Sevgi, təhsil, toplum və dürüstlük dəyərlərini əsas tutaraq cəmiyyətin maariflənməsi üçün yorulmadan çalışan hər birinizin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilini ürəkdən təbrik edirik.

Sizin fədakar əməyiniz, vicdanlı mövqeyiniz və maarifçilik missiyanız sayəsində gələcəyimiz olan gənc nəsil daha bilikli, daha məsuliyyətli və daha dəyərli formalaşır. Bu birlik və həmrəylik ruhu Assosiasiyamızın ən böyük gücüdür.

Yeni il hər birinizə möhkəm sağlamlıq, ailə səadəti, yeni uğurlar, ilhamverici ideyalar və birgə fəaliyyətimizdə daha böyük nailiyyətlər gətirsin. Qoy 2026-cı il sevgi dolu ürəklər, güclü həmrəylik və davamlı inkişaf ili olsun.

Hörmətlə,
Azərbaycan Maarifçilər Assosiasiyası
Əziz maarifçilər!
İlin ilk şəbəkələşmə görüşünü elan edirik! 11 Yanvar saat 10:00-13:00 arası Fəvvarələr meydanında yerləşən "ُEast Town" restoranında baş tutacaq Maarifçilərin “Səhər Görüşü”ndə Sizi :

*Peşəkar təlim
*Unudulmaz əyləncə
*Yeni tanışlıqlar
*Nəfis səhər yeməyi
*Bol-bol fotosesiya
*Hədiyyələr
*SERTİFİKAT
gözləyir.

Qeydiyyat üçün postun altına ad və soyadınızı yazın.

#AMA #Maarifçilərin #SəhərGörüşü #11Yanvar #SertifikatlıTəlim
İlin ilk görüşü üçün bir az fərqli, həyat fəlsəfəsi və yaşamaq həvəsindən, motivasiya və hədəflərə foks olan bir mövzu seçmişik Sizin üçün. Maraqlı olacağına indidən söz verə bilərik. Beləliklə, qarşılayın :
*Həbib Heydərin təqdimatında "Özünü Axtaran Adam" interaktiv təlim*

Çox insan istəyir ki, şəxsi və iş həyatında uğur qazansın və zəmanətli gələcək əldə etsin. Bununla bağlı bir çox təlimlərdə iştirak edib özünü təkmilləşdirmək istəyir. Ancaq hər şeydən əvvəl insan özü ilə tanış olmalı, imkanlarını və məqsədlərini müəyyənləşdirməli, həyatın nəbzini tutmalı və başqaları ilə münasibətlərinin mənşəyini anlamağı bacarmalıdır.

*İnteraktiv təlim aşağıdakı başlıqlar üzrə aparılacaq:*
– Keçmişin kölgəsi və Gələcəyin işığı
– Anlayışlar, dəyərlər, münasibətlər
– Bəşərin ən qorxulu icadı
– Mehriban düşmən
– Mən kiməm?


*Həbib Heydər haqqında qısa arayış:*

– Bakalavr təhsili: ARPDİA/Politologiya
– Magistr təhsili: BDU/Sosial Fəlsəfə
– Müdavim təhsili: BSU/Yaradıcılıq fakültəsi
– İctimai və gənclər sektorunda 13 illik iş və təlimçi təcrübəsi
– 10.000-ə yaxın iştirakçısı olan auditoriyalara müxtəlif təlim və seminarların verilməsi
– 2 kitab müəllifidir, bloqçudur
– Natiqlik üzrə 2 orijinal debat formatı konstruktorudur.
1
Sizi Azərbaycan Maarifçilər Assosiasiyasının tərəfdaş olduğu, Hədəf STEAM Liseyi, Eduhek, Robotzade, Hədəf Təlim və Karyera Mərkəzi və Hədəf Globalın birgə təşkilatçılığı ilə 26-27 yanvar 2026-cı il tarixində keçiriləcək “Hədəfdə STEAM – 8” adlı beynəlxalq interaktiv təlim-treninqinə dəvət edirik.

Artıq 8-si keçiriləcək bu təlim 2019-cu ildən Azərbaycanın ilk STEAM liseyi olan Hədəf Liseyi tərəfindən keçirilir. Təlim-treninqin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEAM, Makeblock robotiks, Arduino, MatataLab, və Fischertechnik kimi metod və məhsulların, CNC lazer və 3D printer aparatlarının tətbiqi ilə toxunaraq, edərək ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək, STEAM dərslərinin qurulması, STEAM əsaslı təhsildə fənlərin inteqrasiyasından düzgün istifadə, STEAM-la bağlı suallara cavab tapacaqlar.

Təlimlər müasir təhsil işçilərinin məruzələrindən, 5 blokda 4 fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaq.

Forumu dolduraraq qeydiyyatdan keçən AMA üzvlərinə təlimin ödənişində 20%, regiondan qoşulan maarifçilərimizə isə 50% ENDİRİM var.
Qeydiyyat üçün: https://forms.gle/39yueGGWHEqYF8Ew7
Türkiyə Gənclər və İdman Nazirliyinin Düzge Gənclər Mərkəzi ilə Azərbaycan Maarifçilər Assosiasiyası arasında gənclərlə çalışan mütəxəssislər üçün ikitərəfli təcrübə mübadiləsi layihəsinin ilkin hazırlıq görüşü keçirilib.
Düzge Gənclər Mərkəzinin Gənclik Lideri Bülent Heper ilə keçirilən onlayn görüşdə təşkilatımızın təssiçi və sədri Tofiq Sadıxov və Beynəlxalq Əlaqələr üzrə koordinatorumuz Aynur Özəl iştirak edib.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq və bu il üçün nəzərdə tutulan ikitərəfli təcrübə mübadiləsi proqramları müzakirə edilib.
#AMA #Gənclər #TəcrübəMübadiləsi #Azərbaycan #Türkiyə #BeynəlxalqƏlaqələr #İşimizmaarifləndirməkdir
https://maarifciler.az/guzge-gencler-merkezi-ile.../
Azərbaycan Maarifçilər Assosiasiyasının AMA kart sahibli tam hüquqlu üzvləri üçün hazırladığı ödənişdiz "Online Maarifçi Vebinarları"nın ilk buraxılışını Sizə təqdim edməkdən qürur duyuruq.

2026-cı il üçün nəzərdə tutulan ilk buraxılışın mövzusu bağça, məktəb və univeristet müəllimləri, valideynlər, psixoloqlar və uşaq inkişaf mütəxəssisləri üçün maraqlı olacaq. Vebinarda iştirak edən AMA Kart sahibli iştirakçılara E-SERTİFİKAT veriləcək.

Mövzu: "Alfa nəsil uşaqlarla necə işləməliyik?"
Vebinarın qonağı - psixoloq Emin Səfərov
Tarix: 23 yanvar 2026
Saat: 20:00

Vebinar "Google Meet" onlayn platforması üzərindən yayımlanacaq. Vebinar ödənişsizdir.

Qeydiyyat üçün wa.me/994704416080 votsap nömrəsinə #vebinar yazmağınız kifayətdir
#ilaxırçərşənbələr #suçərşənbəsi

Bu gün Su çərşənbəsi — Novruz bayramının ilk çərşənbəsidir. Bu çərşənbəni Yalançı çərşənbə, "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər.

Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Su çərşənbəmiz mübarək əziz və dəyərli maarifçilər! Azərbaycan Maarifçilər Assosiasiyası adından bütün üzvlərimizi təbrik edir və su kimi pak və təmiz bir ömür arzulayırıq Sizə!

Biz nə ediriksə sevgi ilə, təhsil və toplum üçün, dürüstcəsinə edirik!
1
AMA-nın nəzdində fəaliyyət göstərən Akademik İnkişaf Təhsil və Konsultasiya Mərkəzinin "Təhsil Səfiri" olmaq istəyənlərin diqqətinə: Qeydiyyat başlayır!

Ətraflı məlumat üçün: https://www.instagram.com/p/DVWa4vXDCt0/
#şagirdyerdəyişməsi #songün

  2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin yerdəyişməsi üçün bugün son gündür.

🌐 Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Yerdəyişmə məktəbəhazırlıq qrupları və 1-10-cu siniflər üçün aktivləşdirilir.

📌  11-ci siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. 9-cu siniflər üzrə yerdəyişmə prosesi 5 mart 2026-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #ŞagirdYerdəyişməsi #Şagird
Naxçıvan Muxtar Respublikasına qarşı dron hücumları ilə bağlı Azərbaycan Maarifçilər Assosiasiyasının Bəyanatı

Azərbaycan Maarifçilər Assosiasiyası 5 mart 2026-cı il tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən həyata keçirildiyi bildirilən dron hücumları ilə bağlı yayılan məlumatları ciddi narahatlıq və dərin təəssüf hissi ilə qarşılayır.

Mülki infrastruktura – Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşən dronların nəticəsində zərər dəyməsi və mülki şəxslərin xəsarət alması xüsusilə narahatedicidir. Təhsil müəssisələrinin və mülki obyektlərin təhlükə altında qalması qəbuledilməzdir.

Maarifçi bir təşkilat olaraq hesab edirik ki, regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı hörmət prinsipləri qorunmalıdır. Mülki əhalinin, xüsusilə də uşaqların və təhsil mühitinin təhlükəsizliyi hər zaman prioritet olmalıdır.

Azərbaycan Maarifçilər Assosiasiyası bu cür hücumları qətiyyətlə pisləyir, regionda gərginliyin artmasına səbəb ola biləcək bütün addımların qarşısının alınmasının vacibliyini vurğulayır və məsələnin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aydınlaşdırılmasının zəruriliyini qeyd edir.

Assosiasiya olaraq ümid edirik ki, yaranmış vəziyyət tezliklə aydınlaşdırılacaq, müvafiq tədbirlər görüləcək və bölgədə sülh, təhlükəsizlik və sabitlik qorunacaq.

Azərbaycan Maarifçilər Assosiasiyası zərər çəkmiş şəxslərə tezliklə şəfa diləyir və ölkəmizin təhlükəsizliyi, eləcə də vətəndaşlarımızın rifahı naminə atılan bütün addımları dəstəklədiyini bildirir.

Azərbaycan Maarifçilər Assosiasiyası
05 mart 2026
👍1