Lugatica 🇦🇿
76 subscribers
50 photos
1 video
2 links
Download Telegram
«Nicat»

Nicat – [najāh / najāt
(نجاة)] “qurtuluş, xilas” deməkdir.
Fars dili və Osmanlı türkcəsi vasitəsilə Azərbaycan dilinə keçmişdir.

Nicat cəmiyyətinin əsas məqsədi azərbaycanlıların, müsəlman əhali arasında maarifçilik işinin yayılması idi və “Nicat” adının seçilməsi təsadüfi deyildi:
Onlar inanırdılar ki, xalqın nicatı ancaq elm və maarif vasitəsilə mümkündür.

Şəkildəki bayrağın üzərində “Nicat” sözü yazılıb;

Birinci sırada, soldan: Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Həşim bəy Vəzirov.

İkinci sırada, sağdan:
4-cü Əli bəy Hüseynzadə, 5-ci Həsən bəy Ağayev, 7-ci Mahmud bəy Mahmudbəyov.

Aşağı sırada, soldan:
4-cü Üzeyir bəy Hacıbəyov, 5-ci Süleyman Sani Axundov.
Aşağı sırada, sağdan: 4-cü Abdulla Şaiq.

Cəmiyyətinin təşkilaçılığı ilə çağrılmış Azərbaycan müəllimlərinin II qurultayı, Bakı, 25 avqust 1907-ci il.

#lüğət #leksika
❤5👍1
3 oktyabr Süleyman Sani Axundovun doğum günüdür.

📌Seminaryada oxuduğu illərdə canına qəsd etmək istəyən yazıçı.

• 1885-ci ililin qarlı-boranlı bir qış günündə Tiflisdə Qori Müəllimlər seminariyasında açılan atəş səsi müsəlman şöbəsinin şagird və müəllimlərini daha çox narahat etdi. Çünki özünə qəsd etmək istəyən seminariyanın çalışqan, nizam-intizamlı şagirdlərindən biri olan Süleyman Sani Axundov idi.

«Süleyman Sani nə üçün özünə qəsd etmək istəyib?»

Tədqiqatçıların yazdığına görə, yuxarı sinif şagirdlərindən hər gün biri seminariyada növbətçi olurmuş. Bir gün də Süleymanın növbəsində pansionata keyfiyyətsiz çörək gətirilir. Süleyman buna etiraz edərək seminariyanın inspektoru Aleksey Osipoviç Çernyayevskiyə məlumat verir. A.O.Çernyayevskinin əmri ilə nağd pulla çörək alınıb seminariyanın şagirdlərinə paylanır. Bu iş növbətçi kimi Süleymana tapşırılır. Süleyman da məktəbin xəzinəsindən götürdüyü pula seminariyanın yaxınlığında yerləşən sexdən çörək alaraq pansionata gətirir. Kiçik bir anlaşılmazlıq üzündən inspektor Süleymanı yalançılıqda, tamahkarlıqda təqsirləndirir. (Guya Süleyman çörəyin pudunu 1 manata alıb, amma seminariyanın xəzinəsindən 1 manat 20 qəpik pul götürüb!).

Bu hadisədən sonra seminariyanın müəllim və şagirdləri arasında Süleymana münasibət dəyişir.
Məsələyə Süleymanın dayısı, seminariyanın müəllimi Səfərəlibəy Vəlibəyov qarışaraq çörəyin qiymətinin hər yerdə 1 manat 20 qəpik olduğunu aşkarlayır və bu işdə Süleymanın günahsız olduğunu sübut edir.

Lakin həqiqətin aşkarlanması seminariya rəhbərliyinin heç də xoşuna gəlmir. Belə olduqda Süleymanı cəzalandırmaq üçün pedaqoji sovetdə onun təlim-tərbiyə qiymətini əladan birbaşa kafiyə endirirlər. Həqiqəti araşdırmağa özündə təpər tapmayan seminariya rəhbərliyinin bu haqsız hərəkəti
Süleymanda əsəb gərginliyi və ruh düşgünlüyü yaradır. Və bir gün bütün şagird yoldaşları yatandan sonra o özünə qəsd edərək tapançadan atəş açır. Xoşbəxtlikdən güllə onun ürəyinə dəymir...

Bu haqda S.S.Axundovun qohumu Nadir Vəlixanov yazırdı ki: "1885-cü ildə Süleymanın seminariyada başına gələn bir əhvalat ömrü boyu xatirindən silinməmişdi. Şöbədə növbətçi olduğu vaxt təsadüfi olaraq, dövlət pulunu mənimsəməkdə günahlandırıldığı üçün kədərə dalıb, öz canına qəsd etmişdi".

dövründə "Şərq qadını", "Maarif və mədəniyyət" jurnallarında da ara-sıra çap edilib. Elə Sani təxəllüsünü də "Məktəb"lə əməkdaşlıq edərkən götürüb. O, burada "Qorxulu nağıllar" başlığı altında "Qaraca qız", "Əhməd və Məleykə", "Abbas və Zeynəb" və s. hekayələrini çap etdirir.

Yaradıcılıq və pedaqoji fəaliyyəti ilə yanaşı bir çox ictimai işlərdə də yaxından köməklik edən S.S. Axundov "Nicat", "Cəmiyyəti-xeyriyyə", "Nəşri-maarif", "Səfa” və "Səadət" cəmiyyətlərinin ən fəal üzvlərindən olub. Xeyirxah, nəcib, alicənab olan Süleyman təkcə öz qohum-əqrəbalarına deyil, yoxsul, kimsəsiz tələbələrinə də yardım edib, qayğı göstərib. Bu haqda "İrşad" qəzetinin 2 yanvar 1907-ci il tarixli sayında ətraflı məlumat verilib. "Füqəra və möhtaclara ianə" yığılmasında Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Fərhad Ağazadə və Süleyman Sani daha çox yardım etmişlər".

Müəllifin "Tamahkar" pyesi 1905-ci il dekabrın 5-də Bakıda tamaşaya qoyulur. Tamaşadan əldə olunan vəsaiti Bakı məktəblərində oxuyan müsəlman tələbələrə çatdırmaq üçün müsəlman xeyriyyə cəmiyyətinə göndərilir.

Yəni Süleyman Sani Axundovun özünə qəsd cəhdi haqsızlıq, şəxsiyyətinə edilən təhqir və mənəvi təzyiqə dözməməsindən irəli gəlmişdir.

Maraqlı məqam odur ki, ömrü boyu bu hadisəni unutmur. Həmin gərginlik və təcrübə onun əsərlərində də öz əksini tapır:
• “Tamahkar”, “Qorxulu nağıllar” kimi əsərlərində ədalətsizlik, tamah, haqsızlıqla mübarizə ideyaları var.
• Öz ictimai fəaliyyətində də həmişə yetimlərə, yoxsullara və tələbələrə yardım edir – bəlkə də gənclikdə çəkdiyi mənəvi zərbəni başqalarının yaşamamasını istədiyi üçün.

( 3 oktyabr 1875, Şuşa — 29 mart 1939)

#ədəbiyyat #yazıçı #tarix #maraqlı_fakt
❤8
İNKİR-MİNKİRƏ CAVAB VERMƏK

Hər hansı şəraitdə adamı sorğu-suala tutanlar haqqında işlədilən ifadə:
• Bir insan çoxlu suallara məruz qalanda, sərt sorğuya çəkiləndə, cavab verməkdə çətinlik çəkəndə bu ifadə işlədilir.
• Məcazi olaraq “çətin, ağır suallara cavab vermək” deməkdir.

“İnkir-minkirə cavab vermək” ifadəsi Qurani-Kərim və islam mifologiyası ilə bağlı xalq arasında formalaşmış deyimdir.
suallara cavab vermək” deməkdir.

• Bəs kimsir bu “İnkir-Minkir”?

(İlahiyyat) Dini etiqadlara görə, qəbirdə ölünü sorğu-sual edən iki mələk.
Münkir və Nəkir (xalq dilində inkir-minkir) sual verir: “Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinindir nədir?” və s. İnsan bu suallara cavab verməlidir.

Yəni bu ifadə adi sorğu-sual yox, lap boğucu və ağır vəziyyəti bildirir.

Ən yaxın üslubi ekvivalentlər:
• Dindirməyə çəkmək
• İynə üstündə oturtmaq
• Suallara boğmaq
• Qan-tər cavab vermək

#leksika #maraqlı_söz #lüğət
👍6❤3
“Bez Qulama”

«Molla Vəli, priezjay, tolko bez Qulama…»

Bu deyim məşhur muğam ustası və din xadimi Molla Vəli Axundovun (Şuşalı) adı ilə bağlıdır. O, məclislərdə həm muğam oxuyar, həm də zarafatları ilə tanınardı. Lakin bir vərdişi vardı: hara getsə, azyaşlı oğlu Qulamı özü ilə aparardı. Süfrə açılanda hər dəfə xidmətçiyə “Qulama bir boşqab aş” və ya “Qulama bir stəkan çay ver” – deyərdi. Uşağın adından deyilən sifariş dərhal qəbul olunar, amma həmin payı elə özü yeyərdi. Bu hal təkrarlandıqca məclis sahibləri gülər, amma içlərində bir qədər də narazı qalardılar.

Bir dəfə Yevlaxda yas mərasiminə dəvət olunanda, mərasim sahibi teleqramın sonuna rusca belə əlavə edir: “Molla Vəli, priezjay, tolko bez Qulama” (“Molla Vəli, gəl, amma Qulamsız”). Xalqın yumoru ilə bu söz dillərə düşür və zərb-məsələ çevrilir.

Beləcə, ”bez qulama” (qulamsız) ifadəsi dildə “yalnız bir adamı – özün gəl, artıq müşayiətsiz” mənasında işlənməyə başlayır və bu mənada yadda qalır.

#lüğət #maraqlı_söz #leksika #dialekt
❤10👍2
Azərbaycan dilində işlənən köhnə və mənalı ifadələrdən biri
“təpədən dırnağacan”dır.
Bu deyim insanın və ya hər hansı varlığın başdan ayağa, bütövlükdə, tam şəkildə olduğunu göstərir. Ənənəvi xalq danışığında da, klassik ədəbiyyatda da işlənib.

Son dövrlərdə isə yeni, amma təbii olmayan bir formaya – “dişinəcən silahlı” ifadəsinə rast gəlinir. Bu, rus dilindəki “вооружён до зубов” söz birləşməsinin mexaniki tərcüməsidir.

Əslində “təpədən dırnağacan” həm fonetik, həm də semantik cəhətdən məntiqlidir. Baş başlanğıcı, dırnaq isə bədənin son nöqtəsini göstərir – yəni bütövlük aydın olur. “Dişinəcən” isə yöndəmsizdir: diş heç vaxt “tamlıq” məzmunu daşımayıb.

Ədəbiyyat nümunələri də bunu sübut edir. Cəfər Novruz yazırdı:
“Ta təpədən dırnağacan leninləşən insanlarıq…”

Bu da göstərir ki, milli ifadə çevikdir, müxtəlif məcazlarla yüklənə bilər.

Nəticə aydındır: “dişinəcən silahlı” kolonial qalıqdır, Azərbaycan türkcəsinə aid deyil. Milli və doğru forma yalnız “Təpədən dırnağacan silahlı”dır.
#lüğət #leksika
❤11👍1
”Bir yerə kül tökmək”

Kül tökmək — “ocağın külünü bir yerə boşaltmaq” deməkdir.

Köhnə dövrlərdə köçəri və yarımköçəri həyat tərzi sürən insanlar ocaqlarını bir yerdə qurmadan orada qalmazdılar.
Onlar bir yerdə məskən salanda ocağı qurur, bir neçə gündən sonra külü tökür, yəni oranın “evə çevrildiyini” bildirirdilər.

Beləcə, kül tökmək — o yeri “öz yeri” saymaq, orada qərar tutmaq mənasına keçib.
İfadə xalq təfəkküründə belə formalaşıb:

“Artıq bu adam bir yerə kül töküb” → “o, bu yerdə məskunlaşıb, buradan tərpənmək fikri yoxdur.”

Azərbaycan xalq mədəniyyətində ocaq, kül, od anlayışları:
• müqəddəs sayılırdı;
• ailənin davamlılığı, isti yuvanın rəmzi idi;
• “Ocağının külü sönməsin” — “ailən, nəslin yaşasın” deməkdir.

Bu səbəbdən “kül tökmək” sadəcə fiziki hərəkət yox, ocağın yerini təyin edən simvolik akt kimi qəbul olunurdu
👍8❤5
Forwarded from Azerbaijani Paintings
"Əyləşmiş qadın portreti" ("Portrait of a seating woman")

A painting by Mirzə Qədim İrəvani (1825-1875),
1870s,
Portrait,
paper, watercolor, tempera
❤13👍1
GİRDIN/GİRDINLI

Girdın – iri, qalın, yekə odun parçası, bəzən də odun kötüyü mənasını ifadə edir.

Girdın sözü Azərbaycan dilinin dialekt və şivələrində həm əşyavi, həm də məcazi mənalarda işlənir.

Bu forma, çox güman ki, qədim “gir” kökündən (dairəvi, enli, qalın mənasında) və “-dın” törəmə şəkilçisindən ibarətdir. Bu səbəbdən “girdın” sözü həcmi və formasına görə iri, topaşmış bir şeyi təsvir edir.


“Girdınlı” (və ya “girdınnı”) forması

Bu söz iki mənada işlənə bilər:
1. Məcazi (psixoloji):
Bir adama “girdınlı” deyildikdə, bu, onun başının xarab olduğu, məntiqsiz və ya dəli kimi davrandığı mənasında işlədilir.
– “O, tamam girdınlı olub” – yəni “ağlını itirib.”
Rus dilində buna yaxın ifadə: “крыша поехала” şəklindədir

2. Fiziki (təsviri):
Bəzi bölgələrdə “girdınlı” sözü iri bədənli, yekəpər, köntöy görkəmli adam haqqında deyilir.
Bu mənanın yaranması odunun forması ilə əlaqədardır: girdın odunu qalın, yekə olduğu üçün, “girdınlı adam” da iri cüssəli, kobud bədənli, yöndəmsiz adam anlamı qazanıb.
❤8👍1
«Cəncəl»

Bu sözün dava, qalmaqal, qovğa, mübahisə, dolaşıqlıq kimi mənaları var.

“Cəncəl” sözü bu gün daha çox dava-dalaş, qalmaqal mənasında işlədilsə də, qədim dövrlərdə bu ad daha çox aləti bildirirdi.

Cəncəl
— taxılı döymək üçün istifadə olunan, öküzə qoşulan, iki oxlu və dişli çarxları olan qədim kənd alətidir.

Öküzlər hərəkət etdikcə, çarxlar dövrəyə girərək taxılı qabıqdan ayırar, üyüdərək ərzağa çevirməyə kömək edərdi. Bu alət təkcə kənd işinin bir vasitəsi deyildi; onun hərəkəti və səsi kənd həyatının ritmini, bolluğu və məhsuldarlığı simvolizə edirdi.

Zaman keçdikcə insanlar bu çətin və davamlı işdən sözləri metafor kimi götürdülər. Beləcə, “cəncəl” artıq yalnız alət yox, həyatdakı çətinlik, önlənməz problem və söz-dava mənasında işlənməyə başladı.

Güney Azərbaycanda bu alətdən indi də istifadə edənlər var. Bəzi bölgələrdə isə ona “carcar” da deyirlər.

#leksika #lüğət #maraqlı_fakt
❤8👍1
Forwarded from Azerbaijani Paintings
"Qaçqın Qadın" ("Refugee Woman")

A painting by Bəhruz Kəngərli,
28 June 1920,
Portrait,
watercolor, 20 cm × 13.3 cm
❤10
MANIS (slenq)

Manıs — “insan”, “adam”, “bəşər övladı” mənasında işlənən söz olub, xalq arasında daha çox səmimi müraciət və dostyana ünsiyyət forması kimi istifadə olunur.

Hazırda gənc nəslin çoxu bu sözdən istifadə edir və bir-birinə daha səmimi görünmək üçün çox vaxt sonundakı “ı” hərfini də buraxır.

Maraqlıdır ki, bu gün bir çoxları bu sözü (əsasən də böyüklər) “müğənni” mənasında başa düşürlər, çünki eyni səslənən başqa bir söz də var — o isə şöhrət qazanmış sənətci / ifaçı, anlamındadır.

Dom dilində (qaraçı dili) — Yaxın Şərq və Qafqaz qaraçılarının danışıq dilində kiməsə “manuş” deyə müraciət etdikdə, bir növ “ay adam”, “ay insan” demiş oluruq.

Diqqətəlayiq odur ki, necə ki Avropa və Anadolu xalqları qaraçı dillərindən bir çox söz və ifadələr almışlar, bizdə az da olsa, müşahidə olunur.

Həm romanicə “manuş”, həm də domca “manıs” kəlmələrinin etimoloji kökü sanskrit dilindəki “मनुष्य” (manuṣya) sözünə dayanır — bu söz də qədim hind düşüncəsində eyni mənanı verir.

#lüğət #leksika #slenq
❤13
“Şuşada körpələr də muğam üstündə ağlayır”

Bu ifadə yalnız bir zarafat, ya da təəccüb dolu müşahidə deyil — bu sözlər Şuşa şəhərinin musiqi ruhunun, muğam mədəniyyətinin və xalq zövqünün genetik yaddaşda nə qədər dərin kök saldığını göstərən hikmətli bir zərb-məsəldir.

Mənşəyi və yaranma hadisəsi:
Rəvayətə görə, XIX əsrin ikinci yarısında Şuşaya səfərə gələn bir neçə qonaq bir evin önündən keçərkən körpə uşağın ağlama səsini eşidir. İlk gün bunu adi hal kimi qarşılayırlar, lakin növbəti günlərdə də eyni səsi eşidəndə diqqət yetirirlər. Uşağın ağlamasında elə bir ahəng, intonasiya, səs dalğası var ki, sanki uşaq ağlamır, muğam oxuyur.

Qonaqlardan biri bu mənzərəni heyrətlə izləyərək deyir:

“Pah atonnan, uşağa bax, elə bil ağlamır, muğamat oxuyur!”

Xalqın dərin musiqi duyumu və Şuşanın muğam mühiti ilə yoğrulmuş həyatı bu ifadəni zamanla məsəl səviyyəsinə qaldırır. Beləcə, məsəl nəsildən-nəsilə ötürülür.

Bu deyim Şuşa musiqi məktəbinin böyüklüyünü xalq ruhuna necə hopduğunu simvolizə edir.
❤6👍3🥱1
“Nifrin”

“Nifrin”
sözü ərəb dilindən gələn “نِفرِين (nifrin)” forması ilə bağlıdır və “lənət, qarğış, bəddua” mənasındadır. Bu söz bir insanın və ya hadisənin tanrısal və ya mənəvi aləmdən uzaqlaşdırılması anlamını daşıyır.

• Başqasını mənəvi və sosial müstəvidən uzaqlaşdırmaq niyyətini ifadə edir.


Məsələn, “Nifrət” isə iyrənmək, daxildə soyuqluq hiss etmək, bir şeydən və ya kəsdən uzaq durmaq deməkdir.

Hər iki söz ərəb mənşəlidir və kök olaraq “uzaqlaşmaq, rədd etmək” ideyasına bağlıdır. Buradan aydın olur ki, nifrət və nifrin bir zəncirin iki üzüdür:
• Nifrət — daxildə duyulan soyuqluq və iyrənmə,
• Nifrin — bu hissin söz və hərəkət vasitəsilə ifadəsi, yəni lənət və bəddua.

Beləcə, insan əvvəlcə nifrət hissi ilə daxildən uzaqlaşır, sonra bu hiss dilə çevrilərək nifrin forması alır. Hər iki anlayış ruhun uzaqlaşdırma və rədd etmə mexanizminin fərqli təzahürləridir.

#lüğət #leksika #maraqlı_fakt
❤8
Forwarded from böyürtüklər və yansaçlar və mən
Dilimizdə "baxmayaraq" sözünün qarşılığı nədir?

"Baxmayaraq, baxmayaraq ki" istifadələri rus dilindəki несмотря́ на prepozisiyasının kalkasıdır (birbaşa tərcüməsidir). "Hərçənd (ki)" istifadəsi də fars dilindən alınıb, "hər nə qədər" deməkdir. Bu iki istifadə də ekskluziv olaraq yazı dilində pöhrələnib, danışıqda da ən çox təhsilli kəsimin dilindən eşidilir. Əks halda medianın təsiridir.

Bəs bu funksiyanı yerinə yetirən yerli postpozisiya və bağlayıcılar varmı?

Postpozisiya:
ilə belə

misallar:
Buna baxmayaraq, mən ora getmədim.
Bununla belə, mən ora getmədim.


Əlaçı stipendiyası almağıma baxmayaraq bəs etmir.
Əlaçı stipendiyası almağımla belə bəs etmir.


Bağlayıcılar:
-sa da
-sa belə


misallar:
Hərçənd gözəldir, amma axmaq qızdır.
Gözəl olsa da, axmaq qızdır
.

Baxmayaraq ki əlaçı stipendiyası alıram, bəs etmir.
Əlaçı stipendiyası alsam belə, bəs etmir
.

Wiktionary-yə də bu üç yeni səhifəni qatdım:
-sa da
-sa belə
ilə belə

"Baxmayaraq" postpozisiya kimi işləndikdə (-a baxmayaraq) türk dilinin head-final strukturuna uyğun olsa da, danışıq dilində qeyri-təbii səslənir. "Baxmayaraq ki" ilə "Hərçənd (ki)" ifadələri bağlayıcı kimi isə aydın şəkildə head-initial struktura malikdir. Fars və rus dillərinin həmişə vokabular ya da fonetik təsirlərindən danışırıq, ancaq, head-initial-lıq bu iki dilin bizim dildəki ən böyük sintaktik təsiridir. Gələcəkdə bu konseptdən genişcə danışacam, ancaq, fərqi anlamaq üçün bu iki misala baxın:

Head-final: Gözəl qız
Head-initial: Qız-i gözəl

Head-final: Gəlmək istəyirəm
Head-initial: İstəyirəm gəlim
❤10👏1
“Ey mıxı mismara döndərən Allah”

Bu ifadə xalq arasında Allahın ədalətini, dünyanın faniliyini və gərdişin qəfil dönüşünü ifadə edən bir məsələ çevrilmişdir.

Yaranma tarixi:
İran hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşanı alandan sonra bir çox adamları həbs etmişdi. Şahın əmri ilə dustaqların başı kəsilib onlardan minarə ucaldılmalı imiş. Dəmirçilər səfərbərliyə alınaraq mıx düzəltməklə məşğul idilər. Səhərə qədər lazımi miqdarda mıx hazır olmasaymış, onların da başı kəsiləcəkmiş. Lakin elə həmin gecə Ağa Məhəmməd şah Qacar qətlə yetirilir. Dəmirçilərə xəbər çatır ki, daha mıx lazım olmadı, şahın tabutu üçün yalnız bir neçə mismar lazımdır. Təhlükədən canını qurtaran dəmirçilərdən biri “Ey mıxı mismara döndərən Allah”- deyib sevincini belə ifadə edir. Bu sözlər məsəl kimi xalq arasında yayılır.

Şair Molla Pənah bu barədə “Ey Vidadi, gərdişi-dövrani kəcrəftara bax!” misrası ilə başlayan bir qəzəl yazıb dostu Molla Vəli Vidadiyə göndərmişdi.

#lüğət #maraqlı_fakt #tarix
❤8👍4🔥1
“Pəndam olmaq”

“Pəndam olmaq”
ifadəsi xalq dilində əsasən ”çox yemək, şişmək” mənasında işlədilir.

Əslində “pəndam” sözü qədim türk və fars dilləri qatında şişmək, dolmaq, içi bərkimək kimi təsvirlərlə əlaqələndirilir.
“Pəndam olmaq”
dedikdə, insanın yeməkdən, yaxud hər hansı bolluqdan şişməsi, dolması nəzərdə tutulur. Bu, həm fiziki vəziyyəti, həm də bəzən daxili həddən artıq dolğunluğu – yəni “töküləcək qədər doymuşluq” halını bildirir.

Lakin bu sözün arxasında yalnız fiziki hal deyil, həm də təbiətdə müşahidə edilən yığılma və gərginlik prosesi dayanır:
Bağ suvarılanda arxın bəndinin arxasında suyun şişməsi kimi, çox yeyən insanın da bədəni dolur — hər iki halda həddin aşılması və gərginliyin artması müşahidə olunur.

“Pəndum”
versiyasına da rast gəlinir, hətta məlumatlara görə, bəzi bölgələrdə “pəndam” sözünün özü, bir qədər fərqli məna daşıya bilir. (misal:qəbiz olmaq)

#lüğət #leksika #dialekt #unudulmuş_söz #maraqlı_söz
❤10👍1
İlana ağı verən kərtənkələdir (deyim) — hiyləgər, aranı qızışdırıb özü kənarda qalan adam haqqında deyilir.

Bu ifadə ilə xalq demək istəyir ki, bəzən bir hadisənin görünən günahkarı başqası olur, amma əslində arxada onu qızışdıran, söz salan, insanları bir-birinə vuran biri gizlənir. İlan burda açıq-aşkar zərər verən, kərtənkələ isə onu buna sövq edən hiyləgər adamı təmsil edir.

Yəni, fitnə salıb sonra özünü günahsız kimi göstərənlər haqqında deyilir: “İlana ağı (ağu) verən kərtənkələdir.”

Qeyd:
Buradakı ”ağı”/“ağu” əslində ön-türkcə ā‌gu sözündən törəmişdir.

#lüğət #leksika #atalarsözü #deyim
❤6