Forwarded from Azerbaijani Paintings
"Balıqlar" ("Fish")
a painting by Zakir Bünyadov (1955-now),
2024,
Expressionism,
oil, canvas

❤12🥰2
Əslində, Xələc dili Qarluq-Uyğur dilinin (özbək, uyğur və onların sələfi Çağatay — Qarluq-Xarəzm) yeganə sinxron nümayəndəsidir və Qarluq-Uyğur dilləri də Köhnə Sayan ərazisinin coğrafi davamı idi. Sayan dilləri (uyğur-oğuz) birbaşa Orxon-Uyğur, Qarluq-Uyğur dilləri isə Qədim Oğuzun inkişaf mərhələlərindən biri olan Qədim Uyğur dilindən törəyib (uyğur-oğuz qrupu)
Xələc dilində sevgi şeiri:
“İşq hotu”(Eşq odu)
İşq hotuça, qizə-qizə,
Bağrum qızardı, neççidim?
Hicran dərdi, tüzə-tüzə,
Rəngim bozardı, neççidim?
Əlimdə vardı dovranım,
Xəzəl oldu gulustanum,
Həğləşdi yarı-yaranım,
Rağiblər küldü, neççidim?
Məcnun vara bu yerlərin,
Tolğandum tağı çöllərin,
Fələk bu qara küllərin,
Buşuma tökdü, neççidim?
İşdim mey irfan yurtuça,
Bişdim qışın zonpuruça,
Əkki közüm yar yoluça,
Zilləndi qaldı, neççidim?
Hot işqində şeydə qumuq,
Mum şoləsi oldu yuvuq,
Qurban etdi canın vuruq,
Köndü kül oldu, neççidim?
Əsğər hayur kul bu fürsət,
Taruda kəldi mərhəmət,
Mənə bu yazulmuş qismət,
Alladə kəldi, neççidim?
Xələc dilində sevgi şeiri:
“İşq hotu”(Eşq odu)
İşq hotuça, qizə-qizə,
Bağrum qızardı, neççidim?
Hicran dərdi, tüzə-tüzə,
Rəngim bozardı, neççidim?
Əlimdə vardı dovranım,
Xəzəl oldu gulustanum,
Həğləşdi yarı-yaranım,
Rağiblər küldü, neççidim?
Məcnun vara bu yerlərin,
Tolğandum tağı çöllərin,
Fələk bu qara küllərin,
Buşuma tökdü, neççidim?
İşdim mey irfan yurtuça,
Bişdim qışın zonpuruça,
Əkki közüm yar yoluça,
Zilləndi qaldı, neççidim?
Hot işqində şeydə qumuq,
Mum şoləsi oldu yuvuq,
Qurban etdi canın vuruq,
Köndü kül oldu, neççidim?
Əsğər hayur kul bu fürsət,
Taruda kəldi mərhəmət,
Mənə bu yazulmuş qismət,
Alladə kəldi, neççidim?
❤8
“Körpüdə qoyun bölmək”
Bu ifadə yersiz hədəyə və ya əsassız qorxutmaya qarşı istehzalı cavab kimi işlədilir. Kimsə birini qorxutmaq, təhdid etmək istəyəndə, qarşı tərəf “Körpüdə qoyunumu böləcəksən?” deyərək onun hədəsini ciddiyə almadığını bildirir.
Mənası:
“Sən mənə heç nə edə bilməzsən, sənin hədən mənə təsir etmir.”
Deyimin kökü çobanlıq həyatından gəlir.
Əgər yad it sürüyə hücum edəndə bu körpü üzərində baş versə, qoyunlar qorxudan ikiyə bölünürlər – bir hissə irəli, o biri hissə geri qaçar. Bu hal “körpüdə qoyun bölmək” adlanır.
Bu mənzərə çobanın gözündə çox idarəsiz, çaşqın və mənasız bir vəziyyətdir. Yəni “körpüdə qoyun bölən” — nəzarətsiz, boşuna səs-küy salan, amma nəticəsiz bir varlıq (it) kimi görünür.
“Körpüdə qoyun bölmək” — boşuna səs salmaq, hədələmək, amma heç nə edə bilməmək deməkdir.
İfadəni işlədən şəxs qarşı tərəfi kiçik, təsirsiz və gülünc vəziyyətdə göstərmək istəyir.

❤🔥7
Bu gün Aşıq Hüseyn Bozalqanlının vəfatı günüdür.
Şair olub şeir, dastan yazanın,
Ellərin qəlbində yeri gərəkdir.
İncidən, sədəfdən, ləli-gövhərdən,
Sərrafın dəstində zəri gərəkdir.
Ustaddan dərs alıb, səfa sürməyə,
Haqqı, ədaləti aşkar görməyə,
Arif məclisində cavab verməyə,
Sənətkara zəhmət təri gərəkdir.
Arzusu, diləyi həqiqət üçün,
Səmimiyyət üçün, sədaqət üçün,
Bəşəriyyət üçün, məhəbbət üçün,
Qüdrətdən ilhamı, şeiri gərəkdir.
Eşqin dəryasına dalan aşiqin,
Ürəklərdə məskən salan aşiqin,
Tarixlərdə izi qalan aşiqin,
Sinəsində söz dəftəri gərəkdir.
Aşıq Hüseyn qəlbi şad qoyub gedə,
Kəlməsi dəhanda dad qoyub gedə.
Öləndə dünyada ad qoyub gedə,
Qəbri əsrlərin piri gərəkdir.
“Aşıq Hüseyn Bozalqanlı", "Ozan dünyası" jurnalı, № 2(13), 2013. səh.19-21.

❤10
Hacıleylək.
“Quşların şeyxi” kimi tanınan leylək bu adı almasının çox maraqlı bir səbəbi var.
Leylək (“ley-ley/leg-leg”)-> Orta Şərq "laklak”-sına gedib çıxır:
(əvvəlcə Akkad->
laḳlaḳḳu, sonra ərəb (لقلق), fars (لکلک) və oradan türk dilinə keçib)
Qışda cənuba köç edən leyləklər əsasən Ərəbistan yarımadasında məskunlaşırlar. Bu səbəbdən müqəddəs torpaqlara uçub sonra geri qayıdan leyləklərə “hacı” ləqəbi verildi və onlar hətta Hacı-Baba adı ilə də tanınmağa başladı. Beləliklə, leyləklər digər quşlardan fərqli olaraq dini mənsubiyyətləri ilə də tanınır.
Ziyarətçi leylək haqqında xalq arasında bir inanc mövcuddur: bu quşlar müqəddəs sayılır və onların mövcudluğu xoşbəxtlik və bərəkət gətirir və bu hal şairlərimizin də əsərlərində öz yerini tapıb. Digər quşlar isə fərqli xüsusiyyətləri ilə seçilir; məsələn, bayquş sufizmi ilə, qarğa şeirləri ilə, bülbül oxumaları ilə, tovuz quşu isə gözəlliyi və ticarəti ilə tanınır. Lakin leylək həm fiziki, həm də dini xüsusiyyətləri ilə “hacı” kimi qəbul edilir..

❤13👍1
Qurut verməmək.
Qurut verməmək – kiməsə artıq diqqət göstərməmək , üz verməmək, imkan tanımamaq.
Qurut qədim dövrlərdə dəyərli və uzunömürlü ərzaq sayılırdı. Karvan yolçuları üçün həyati əhəmiyyət daşıyan məhsul idi. Ona görə də kiməsə qurut vermək, keçmişdə bir növ dəyər, jest, yaxşılıq idi.
• ”Onun ağzına qurut verən yoxdur.” – “Ona fikir verən, sözünə dəyər verən yoxdur.”
Bu ifadə qarşı tərəfin davranışının nəzarətdən çıxacağı qorxusu ilə bağlıdır.
Bu yaxşılıq doğru insana edilərsə, minnətdarlıq yaranar, səhv insana edilərsə — özünü “vacib adam” sanar.
İfadə folklor, aşıq ədəbiyyatı və danışıq dilində geniş yayılıb.

❤12
Forwarded from Azerbaijani Paintings
"Aşıq Ələsgər" ("Ashig Alasgar")
a painting by Böyükağa Mirzəzadə (1921-2007),
1990s,
portrait,
cardboard, oil paint

❤11
”Əliboş qonaqdan küzrük (hızrıq) qoxusu gələr”
Azərbaycan xalq müdrikliyi yüzilliklərin sosial təcrübəsini qısa, lakonik və təsirli ifadələrdə cəmləyib. Bu məsəl də məhz bu qəbildəndir və həm məişət mədəniyyətini, həm də etik gözləntiləri əks etdirir.
Hızrıq (küzrük) – yanmış yun qoxusu; həmçinin təzək, cığ, köhnə yanacaq iyi. Kənd məişətində bu qoxu kasıblıq, natəmizlik və narahatlıqla assosiasiya olunur.
Məsəlin əsas ideyası qonaq yalnız fiziki varlığı ilə deyil, gətirdiyi niyyət və töhfə ilə dəyərlidir.
Buradakı “hızrıq qoxusu” obrazı çox güclüdür: bu, təkcə xoşagəlməz iy yox, ictimai diskomfort, mənəvi ağırlıq və narazılıq hissi yaradan bir metaforadır.
Məsələn, bir parça çörək, meyvə, şirniyyat belə kifayətdir. Əsas olan “mən səni yükləməyə yox, paylaşmağa gəlmişəm” mesajıdır.

❤13
Forwarded from Azerbaijani Paintings
"Astarada çay yığımı" ("Tea harvesting in Astara")
a painting by Mikayil
Abdullayev (1921-2002),
1958,
genre painting,
canvas, oil paint
a painting by Mikayil
Abdullayev (1921-2002),
1958,
genre painting,
canvas, oil paint
❤6👍1
“Cəbbə–cövşən”
Ənənəvi dildə və atalar sözlərində söz əvvəlcə “cəbbə–cövşən” şəklində işlənmiş, zamanla fonetik dəyişmə nəticəsində “cübbə cövşən” halındada yayılmışdır.
• Cəbbə — ərəb mənşəlidir (جبة), Silah, sursat mənasını verir. (Cəbhə)
• Cövşən — fars mənşəlidir (جوشن), zireh, qoruyucu metal geyim deməkdir.
İfadə ərəb və fars dillərinin birləşməsi ilə formalaşmışdır və Cənubi Azərbaycanda daha geniş yayılmışdır.
“Cəbbə–cövşən qəza oxun saxlamaz.”
Bu misal göstərir ki, ifadə yalnız fiziki zirehi deyil, həm də taleyin qarşısında acizliyi vurğulayan fəlsəfi məna da qazanmışdır: nə qədər möhkəm zireh olsa da, qəzadan qaçmaq olmaz.
Dastan nümunəsi:
“Koroğlu ilə Bolu bəy”
Misri qılınc, ləzgi qəmə,
Mən səni tək saxlamışam,
Dolaşma cübbə–covşənə,
Düşmana var saxlamışam.

Him
Azərbaycan dilində “him” sözü incə, səssiz və dolayı ünsiyyət vasitəsini ifadə edir, açıq demək istəmədiyini baxış, mimika və ya xırda jestlə bildirməkdir.
“Him (Him-Cim) eləmək” ifadəsi birinə açıq danışmadan, diqqət çəkmədən işarə vermək mənasında işlədilir.
Xüsusilə ictimai mühitdə, böyüklərin yanında və ya gizlilik tələb edən hallarda bu ifadə tez-tez istifadə olunur. Bu, Azərbaycan cəmiyyətində dolayı danışığın və nəzakətin mühüm rol oynadığını göstərir.
“Himə bənd” isə artıq daha dərin, obrazlı məna daşıyır. Bu ifadə:
• bir işi görmək üçün işarə gözləyən,
• bəhanə axtaran insanı xarakterizə edir.
Burada “him” təkcə fiziki işarə deyil, icazə, fürsət və ya mənəvi təkan anlamına yüksəlir. Məsələn:
Mən aşiq kimə bəndəm;
Sazımda simə bəndəm;
Yarla görüşmək üçün;
Bir kiçik himə bəndəm.

❤7👍5
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qarabağda bağ sallam,
Bostan əkib, bağ sallam,
Bu yurda kəm baxanın
Gözlərinə ağ sallam.
Füzulililər əzəldən söz-sənət sevən, bayatı ruhlu insanlar olub. Qəribədir ki, elə qədimdən üzü bəri Qarabağda yaradılmış bayatılarda həmişə yurd həsrəti, vətən dərdi, qəriblik dərin iz salıb.
"Bir düşmən bu torpağı işğal etdi, bir düşmən də qapı-pəncərəmizi söküb Arazın o tayına apardı, daş üstündəki daşımız da qalmadı..“
İ. Məmmədovun “Azərbaycan dilinin Qaryagin (Füzuli) rayonu şivələri” adlı tədqiqatı Azərbaycan dialektologiyasında mühüm yer tutan elmi əsərlərdən biridir. Bu araşdırma Qarabağ dialekt zonasına daxil olan Füzuli rayonu şivələrinin fonetik, leksik və qrammatik xüsusiyyətlərini sistemli şəkildə öyrənməyə həsr olunmuşdur.
Azərbaycanın Qarabağ folklorunun yaradılmasında füzulililərin də böyük payı vardır.

❤9👍2