Logistika | B2B | Ticarət
638 subscribers
348 photos
16 videos
8 files
216 links
Loqistika, ticarət və biznesə aid Azərbaycan və dünyada baş verən xəbərlərin və faktların toplandığı kanal.

əlaqə, Arif Salahov:
tel: 055 585 95 05
e-mail: arif@salahov.az
Download Telegram
Son ildə avtomobil idxalı kəskin şəkildə artıb,

+ 37 465 ədəd / + 69.73 %

2021-ci ildə Azərbaycana 935 miylon 225 min dollar dəyərində 91 min 194 ədəd avtomobil idxal edilib.

2020-də isə Azərbaycana 647 milyon 597 min dollar dəyərində 53 min 729 ədəd avtomobil idxal edilmişdi.

#logistics #logistika #idxal #avtomobil #ticarət
#Vakansiya: Təchizat və logistika üzrə assistent

Dəyərli kanal izləyiciləri, Sizə və ya tanışlarnıza maraqlı ola bilər.

İşəgötürən: Aztech and Tegeta Motors

Namizədə tələblər:

• Ali təhsil,
• Cins: Kişi
• Müvafiq sahə üzrə minimum 1 il təcrübə
• Daxili və Xarici Təchizat sahəsində təcrübə,
• Yüksək Azərbaycan, rus (ingilis dili orta səviyyədə) dili biliyi ,
• Standart kompüter bacarıqları (Word, Excel, Outlook, PPT),
• Danışıqlar aparma qabiliyyəti,
• Təqdimat hazırlama və təqdimat keçmək bacarığı,
• Fəaliyyət sahəsi üzrə özünü inkişaf və araşdırma yönümlü olmaq,


İşin Məzmunu:

• Şirkət üçün tələb olunan bütün malların tədarükü və tədarük zəncirinin fəaliyyətlərinin planlaşdırılması, mal və xidmətlərin satınalma prosessinin idarə edilməsində iştirak etmək;
• Şirkətin satınalma siyasətinin müəyyən edilməsi, əlaqələndirilməsi və qiymətləndirilməsinin idarə edilməsində iştirak etmək;
• Satınalma prosesi zamanı ilkin qiymətləndirmə, danışıqlar və müqavilə şərtlərinin razılaşdırılması fəaliyyətlərinin həyata keçirilməsi;
• Yeni təchizatçıların araşdırılması, Vendor listlərin hazırlanması,
• Bazar tendensiyalarına riayət edilməsi;
• Ən aşağı qiymət və ən sərfəli kommersiya şərtlərinin əldə edilməsi üçün Təchizatçılarla danışıqlar aparılması;
• Çatdırılma vaxtları ilə əlaqədar təchizatçılara nəzarət edilməsi;
• Rəhbərliyin tələbinə əsasən Satınalma prosesi üzrə aylıq, rüblük, illik hesabatların hazırlanması;
• Şirkətin Bizness etikası, davranış qaydaları və nizam intizamına riayət edilməsi,
• Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi və görülən işlərdə Məxfiliyin qorunması prinsipinə riayət edilməsi


İş şəraiti:

• İş vaxtı: Həftə içi 1-5 gün 09:30–dan 17:30 dək; 6-cı gün 09:30 – 15:30
• (nahar vaxtı 13:30 – 14:30)
• AR qanunvericiliyinə əsasən sənədləşmə
• Nahar şirkət tərəfindən verilir
• Əmək haqqı: 600 AZN
• Şamaxinka və avtovağzal ərazisindən servis mövcuddur
• Korporativ nömrə,
• Ünvan: Qaradağ rayonu, Səlyan şossesi 12 ci km

Əlaqə maili: e.jafarova@aztech-tegeta.az
📢🇦🇿 Bu ilin fevral ayında Azərbaycanın qeyri-neft məhsulları Rusiyanın Moskva şəhərində keçiriləcək “Prodexpo 2022” və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunacaq “Gulfood 2022” beynəlxalq ərzaq sərgilərində nümayiş ediləcək.


7-11 fevral tarixlərində keçiriləcək “Prodexpo 2022” beynəlxalq sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 30-dan çox Azərbaycan şirkəti,

13-17 fevral tarixlərində keçiriləcək “Gulfood 2022” beynəlxalq ərzaq sərgisində isə 30-dək yerli şirkət vahid ölkə stendi ilə təmsil olunacaq.

mənbə: apa.az

#sərgi #Azpromo #Prodexpo2022 #Gulffood2022 #ixrac #export #exhibition #MadeInAzerbaijan #Azərbaycan
🚂 Zəngəzur dəhlizinin yaradılması çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə tikinti işlərinin 70%-i tamamlanıb

mənbə: Azərbaycan Dəmir Yolları
🤝🏼 Türkiyə ötən il Rusiyanın ərzaq məhsullarının əsas idxalçısı olub.

2021-ci ildə Rusiya Türkiyəyə 4,3 mlrd. ABŞ dolları dəyərində 13 mln. ton kənd təsərrüfatı məhsulu ixrac edib ki, illik ifadədə ixrac gəlirləri 38% artıb.

📊Bu dinamika sayəsində Türkiyə Çini geridə qoyub və 12% payla Rusiyadan ərzaq idxal edən ən böyük ölkələr arasında birinci olub.

Türkiyə Rusiyadan kəndə təsərrüfatı məhsulları idxal edən ölkələr arasında əsasən növbəti məhsullar üzrə liderdir:


* Buğda. Təqvim ilinin sonunda bu ölkəyə 1,8 mlrd. dollar dəyərində (2020-ci illə müqayisədə 6,9% çox) 6,7 mln. ton (15% az) buğda göndərilib.

* Günəbaxan yağı. Tədarük 42% artaraq 913 min ton və 2,5 dəfə artaraq 1,1 mlrd. dollara çatıb.

* Arpa. 2021-ci ildə Türkiyə tədarük həcmini 3,1 dəfə (1,2 mln. ton) və dəyəri 4,2 dəfə (309 mln. dollar) artırıb.

Cari kənd təsərrüfatı mövsümündə (2021-ci ilin iyul – 2022-ci il iyun) Türkiyəyə buğda idxalının 10,7 mln. tona yüksələcəyi gözlənilir ki, bu da ötən mövsümlə müqayisədə 3 mln. ton çoxdur.

mənbə: apa.az

#TurkeyRussia #Türkiyə #Rusiya #Azerbaijan #ixrac #idxal #agro #buğda #arpa #yağ #ticarət #trade
Yanvarın 30-da Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dördüncü regional inkişaf proqramı çərçivəsində icra olunan növbəti layihə Gəncə lokomotiv deposudur. Yeni depoda dəyişən cərəyanla işləyən elektrovozların texniki xidməti və təmiri işləri həyata keçiriləcək. 2021-ci ilin noyabrında açılışı olan Biləcəri lokomotiv deposu ilə bərabər, Gəncə deposu Azərbaycan Hökuməti ilə Fransa İnkişaf Agentliyinin birgə maliyyəsi hesabına inşa edilib.

Dövlətimizin başçısı deponu işə saldı.

Yeni depoda 75 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

mənbə: marja.az

#Gəncə #Rail #dəmiryolu #ADY #depo
AZAL Bakıdan Sankt-Peterburq şəhərinə uçuşlara başlayır.

Belə ki, aviadaşıyıcı martın 17-dən etibarən Bakı-Sankt-Peterburq-Bakı istiqamətində həftədə iki dəfə - cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək.
📑 Maersk şirkəti 2021-ci ilin 4 rübü üzrə ilkin auditdən kənar maliyyə göstəricilərini bölüşüb.

Göstəricilər gözəntiləri üstələyibdir.

📈 İlkin məlumatlara əsasən:

* gəlir - 18.5 milyard dollar;
* EBITDA – 8 milyard dollar;
* mənfəət – 6.8 milyard dollar təşkil edib.

Qiymətlərin ortalama olaraq 80% artması fonunda, bu sahədə daşımaların həcmi 4% azalıbdır.

📌Qeyd: EBITDA (Earnings Before Interest, Taxes, Depreciation and Amortization) – faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətdir.

mənbə: seanews.ru

#logistics #logistika #Maersk #Maerskline #seafreight #container #shipping
🚞 Azərbaycanda yük və sərnişin daşımaları 3% artıb.

2021-ci ildə Azərbaycanın nəqliyyat sektorunda 2020-ci il ilə müqayisədə:

* yük daşınması 2,8 %,
* sərnişin daşınması isə 3,1 % çox olub.


🚛Ötən il nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 193,9 milyon ton yük daşıyıb.

📋Yüklərin 2,8 %-i dəniz, 7,8 %-i dəmir yolu, 0,3 %-i hava, 58 %-i avtomobil nəqliyyatı, 31,1 %-i isə boru kəməri ilə daşınıb.

Bundan başqa, il ərzində nəqliyyatçılar 1 214,2 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 92,2 %-i avtomobil nəqliyyatı, 7,4 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

📌 Qeyd: yüklərin 58% avtomobil nəqliyyatı ilə idxal olunmasına, çox güman Poti limanından maşın üzərində gələn konteynerlərdə daxildir. 2.8 % isə ancaq Xəzər dənizi götürülübdür.

#idxal #import #logistics #statistics
✈️ Azərbaycan və Macarıstan arasında aviareyslərin artırılması müzakirə olunub

3 fevral tarixində, Bakıda keçirilmiş Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclasında iki ölkə arasında aviareyslərin artırılması müzakirə olunub.

İclasda Macarıstanın aviadaşıycılarının iştirakı ilə yeni istiqamətlərdə uçuşların təşkil edilməsi, eləcə də iki ölkə arasında karqo daşımalarının artırılması barədə fikir mübadiləsi aparılıb.

mənbə: marja.az

#Air #aircargo #logitics #Azerbaijan #Hungary #Macarıstan #logistika
🚂 Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb

Tikinti işləri iki mərhələdə həyata keçirilir.

Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir.

Artıq birinci mərhələ üzrə torpaq işləri 98 faiz həcmində yerinə yetirilib,

Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65 faiz yerinə yetirilib.

İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir.

Bərdə-Ağdam dəmir yolunun tikintisinin 2023-cü ildə yekunlaşdırılması planlaşdırılır.

#dəmiryolu #rail #Bərdə #Ağdam
TOP 25: ən dəyərli brendlər.

11 Çin şirkəti
9 ABŞ şirkəti
2 Almaniya
1 Yaponiya
1 Cənubi Koreya
1 Birləşmiş Krallıq

#Topbrands #apple #google #amazon #walmart #facebook #samsung #mercedes
➡️ Pandemiyanın yaratdığı tədarük böhranı nəticəsində, Avropa ekspeditorları tərəfindən yaradılan xüsusi konteyner xəttləri artıq trendə çevrilir.

🚢 Bu ilin əvvəli Birləşmiş Krallığın ən böyük özəl ekspeditoru Universe -> Elerman City Liners adında gəmi xətti yaradıb.

İtaliyanın RifLine daşıyıcısıda oxşar yol ilə gedir.

🗺️ RifLine son altı ay ərzində Çinin Taicang, Dachan Bay limanları və İtaliyanın Salerno, Civitavecchia limanları arasında yükdaşımalar üçün 1100 ilə 1800 TEU arasında dəyişən üç gəmi icarəyə götürüb.

RifLine rəsmi olaraq Kalypso Compagnia di Navigazione adında törəmə şirkəti açıb. Müxtəlif xarici mənbələrə görə şirkət Banqladeş və İtaliya arasında yükdaşıma xəttini hərəkətə salmaq üçün yeni gəmilər axtarışındadır.

mənbə: www.splash247.com

#Universe #RifLine #logistics #shippingline #China #Italy #container #logistika #seafreight
Azərbaycan məhsulları “Prodexpo 2022” sərgisində.

Bugündən etibarən Rusiyanın paytaxtı Moskva şəhərində “Prodexpo 2022” sərgisi öz işinə başlayıb.

Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanın 30-dan çox şirkətinin istehsal etdiyi meyvə şirələri, şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunur.

Fevraln 11-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirəcək, məhsul ixracına dair müzakirələr aparacaqlar.

mənbə: azpromo.az

#prodexpo2022 #Azpromo #export #ixrac #sərgi
📣 Truck advertising

🍫🚛 Yük maşını üzərində şokolad brendlərinin kreativ reklamı

#logisticsmarketing #logistika #creative #mars #rittersport #kitkat #truckadvertising #marketing