Level Up
6.12K subscribers
448 photos
23 videos
2 files
4.39K links
Dostlarınızı dəvət üçün link
https://t.me/LevelUptelegram

Əlaqə: @elnaraeyyubova

Layihələr
Təcrübə proqramları
Könüllülüklər
Ödənişsiz eventlər
Faydalı kurslar
Vakansiyaları
Xarici proqramlar
və sair, əlaqəli məlumatların paylaşıldığı platforma.
Download Telegram
İş axtararkən və ya yeni işə başlayarkən vakansiyada yazılanlardan əlavə, həmin şirkətin iş mühiti, komanda, rəhbərlik, iş yükü və real təcrübələri də önəmlidir.

Bu qrupda şirkətlər və iş yerləri haqqında təcrübələrimizi bölüşür, bir-birimizə işlə bağlı suallar verir və daha məlumatlı karyera qərarları verməyə çalışırıq.


Məqsədimiz kimisə pisləmək və ya tərifləmək deyil, bir-birimizə daha real və faydalı məlumat verməkdir. 💜

📌 Xahiş edirik, şəxslərə qarşı təhqir, böhtan və şəxsi məlumatların paylaşılmasına yol verməyək. Fikirlərimizi mümkün qədər təcrübə və faktlar üzərindən bölüşək.

Bildiyimizi paylaşaq, bilmədiyimizi birlikdə öyrənək. 🤍

https://www.facebook.com/share/g/1Efi7rt9RQ/?mibextid=wwXIfr
Oxumaqdan əlavə, görmək istəyənlər üçün
Əziz Nesin - Hər şey yağışa görə (5 hissəli paylaşılıb)

https://www.instagram.com/reel/DcZN4UKoZsG/?igsi=NnVoODh6dWIzN2F6
1 AYLIQ ÖDƏNİŞSİZ LAYİHƏ İDARƏETMƏSİ: ŞƏXSİ İNKİŞAF TƏLİMİ!

QEYDİYYAT ÜÇÜN SON YERLƏR‼️

Yaşıl Gələcək Akademiyası 1 aylıq intensiv Layihə İdarəetməsi və Şəxsi İnkişaf təlim proqramı təqdim edir. 😎

Bu təlimdə sən:
✅️ Layihə idarəetməsinin əsasları və ideya mərhələsi
✅️ SMART hədəflər və resursların bölgüsü
✅️ Vaxtın idarə olunması (Time Management) və komanda işi
✅️ Çevik (Agile) idarəetmə üsulları və risklərin qiymətləndirilməsi
✅️ Daxili baryerləri aşmaq və özgüvənin artırılması
✅️ Tənqidlərlə işləmək və uğursuzluq qorxusunu dəf etmək
✅️ Effektiv təqdimat (Pitching) və nitq bacarıqları
✅️ Real keyslər üzərində praktiki tapşırıqlar

📍 Format: Onlayn
📆 Qrafik: Həftədə 2 dəfə
⏳ Müddət: 1 ay (8 dərs)

🎯 Kimlər qoşula bilər? Öz layihəsini qurmaq istəyən gənclər, idarəetmə və liderlik bacarıqlarını inkişaf etdirmək, həmçinin özgüvənini artıraraq ictimaiyyət qarşısında rahat danışmağı hədəfləyən hər kəs.

💥(Sonda iştirakçılara sertifikat veriləcək).

Təlimdə iştirak etmək və öz layihələrinə bu gündən start vermək üçün qeydiyyatdan keçmək mütləqdir!

Əlaqə və qeydiyyat üçün: 0515822182 nömrəsinə “Layihə idarəetməsi: Şəxsi inkişaf təlimi” yaza bilər.


Bu növ elanlar üçün:
Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
Avropada könüllülük

Long-term European Solidarity Corps opportunity in Antalya, Türkiye!

International Youth Dialogue Platform (IYDP) is excited to announce a long-term ESC volunteering opportunity in Antalya, Türkiye.

Project duration: 01 November 2026 – 29 January 2027

Sending organization from Azerbaijan: “International Youth Dialogue Platform” Public Union (IYDP)

Participants: female volunteers only

Required background: Students or graduates in Social Services, Psychology, or related fields

Residence permit is not required.

Applications are open and candidates are encouraged to apply as soon as possible.

This is a fantastic chance to gain new experiences, make a meaningful impact, immerse yourself in a different culture, and have your expenses covered! 🌍🚀

Application deadline: 15 September 2026

🔗 For more information and to apply: https://tr.ee/cV3intgu7J

#IYDP #IYDPlatform #IYDPAzerbaijan #ESC #Opportunity

Bu növ elanlar üçün:
Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
❤1
🌸 Potensialdan Uğura – Qadınların karyerasına dəstək olmaq üçün yeni bir addım!

LetsBlossom Events olaraq inanırıq ki, hər qadın öz potensialını kəşf etdikdə daha güclü gələcək qura bilər. Məhz bu məqsədlə iş həyatında öz yolunu qurmaq istəyən qadınlar üçün “Potensialdan Uğura” Karyera Marafonunu başladırıq.

Bu marafon iştirakçılara karyera istiqamətlərini müəyyənləşdirmək, əmək bazarını daha yaxşı tanımaq, CV və LinkedIn profillərini təkmilləşdirmək, müsahibələrə hazırlaşmaq və real addımlarla gələcək planlarını qurmaq üçün dəstək olacaq.

Marafonun ilk əyani tədbiri ADA Universitetinin Karyera Məsləhətçisi Nigar Altayzadənin mentorluğu ilə

📅 Tarix: 03.10.2026
📍 Məkan: Özünü Yarat
🌸 İştirak ödənişsizdir

Qadınların peşəkar inkişafına dəstək olmaq, onları gələcəyin imkanlarına hazırlamaq və karyera yolunda daha inamlı addımlamalarına kömək etmək üçün bu marafonun ilk tədbirində sizi də görməkdən məmnun olarıq. 💖

Ətraflı məlumat və qeydiyyat üçün +994105315823 nömrəsinə yaza bilərsiniz🌹
🇦🇿 Xaricdə təhsil alan azərbaycanlı tələbə və məzunlarla birlikdə inkişaf etmək istəyirsən?

Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) 10-cu Təcrübə Proqramına qeydiyyat başladı! 🚀

Əgər sən:

🔹 Xaricdə təhsil alan tələbə və məzunlardan ibarət aktiv icmanın bir hissəsi olmaq;
🔹 Təşkilatçılıq və peşəkar bacarıqlarını real təcrübə şəraitində inkişaf etdirmək;
🔹 Yerli və beynəlxalq layihə, tədbir, təlim və seminarlarda iştirak edərək yeni təcrübələr qazanmaq;
🔹 Özünü müxtəlif istiqamətlərdə sınayaraq karyera yolunu daha da gücləndirmək istəyirsənsə — bu fürsəti qaçırma! 🔥

📌 Proqram istiqamətləri:
• İctimaiyyətlə əlaqələr & Media
• Beynəlxalq əlaqələr
• Layihələrin idarə olunması
• Qrafik dizayn

🏆 Proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təltif olunacaqlar.

📅 Son qeydiyyat tarixi: 16 oktyabr, 23:59

🔗 Qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAlpQLSdvHPIdTuBdewt9JХ3i1yK6IhNB7PA9E0GwSoP_talBRE1atQ/viewform
⛰️ “Zirvəyə birlikdə qalxaq?!” yürüşünə qeydiyyat başladı!

Əziz gənclər!

18 oktyabr tarixində keçiriləcək Dağüstü parka pilləkənlərlə yürüşə dəvət edirik! Aktiv həyat tərzini sevən hər kəs bu yürüşdə bir araya gələrək həm fiziki aktivlik, həm də xoş vaxt keçirmək fürsəti əldə edəcək.

📍 Toplanış yeri: Funikulyor meydanı
🕘 Toplanış vaxtı: 09:00-dan etibarən
🕙 Yürüşün başlanması: 10:00
🏁 Finiş nöqtəsi: Dağüstü park, “Mənzərə” restoranının yanı

🏅 Kütləvi yürüş formatında keçiriləcək tədbirin bütün iştirakçılarına xatirə medalı təqdim olunacaq.

📝 Qeydiyyat linki: https://forms.gle/QFNX8i2C8imc4YK96

🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:

Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
📢 Gömrük Könüllülüyü proqramına qeydiyyat başladı!
Əziz gənclər!
Gömrük sahəsi ilə maraqlanan, yeni bilik və təcrübə qazanmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən gənclər üçün Gömrük Könüllülüyü proqramına qeydiyyat açılıb!
Proqram iştirakçılara gömrük fəaliyyəti ilə yaxından tanış olmaq, komanda ilə işləmək, ünsiyyət və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək, həmçinin gələcək karyeraları üçün faydalı təcrübə əldə etmək imkanı yaradır.
🔗 Qeydiyyat və ətraflı məlumat:https://customs.gov.az/az/muracietler/volunteer?utm_source=ig&utm_medium=social&utm_content=link_in_bio&fbclid=PAdGRleAU3OMpleHRuA2FlbQIxMQBwZG9mAmZkaWQWUQDkPvfSPzEk4quj0tu2VWZfjKfudnNydGMGYXBwX2lkDzEyNDAyNDU3NDI4NzQxNAABp4lei3Gc6r2MKUu7q0wm6QMCbCZ96ayeWN9pjCVNX-Nys5oJppV4eufst4Jm_aem_YxBgaqD9mIPX9gIuZ7c1zA

🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:

Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
🚀💡 Gənclərin innovativ ideyaları beynəlxalq imkanlarla birləşir!

🌍 Belə ki, YUNEX — Gənclərin İnnovasiya Mübadiləsi Proqramı çərçivəsində Qubada İnnovasiya və Startap Düşərgəsi həyata keçiriləcək. Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının tərəfdaşlığı ilə reallaşacaq proqramın məqsədi gənclərin innovativ düşüncə və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək, startap ideyalarını dəstəkləmək və beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.

Daha çox maraqlı tədbirlər üçün bizi izləyin: https://chat.whatsapp.com/D8bBdPfIKoUJ3iIjb2Djfo


💡 Proqramda iştirakçıları nələr gözləyir?

✅ İnnovasiya və startap sahəsində təlimlər və praktiki fəaliyyətlər;
✅ Polşadan dəvət olunacaq peşəkar mentor və ekspertlərlə təcrübə mübadiləsi;
✅ Komanda şəklində innovativ ideyalar üzərində işləmək imkanı;
✅ Startap layihələrini inkişaf etdirmək və hakatonda iştirak etmək fürsəti;
✅ Beynəlxalq əlaqələr qurmaq və yeni biliklər qazanmaq imkanı.

✨ Kimlər iştirak edə bilər?

🔹 18–25 yaş aralığında olan gənclər;
🔹 4 nəfərlik komandalar;
🔹 Hər bir komanda üzvünün minimum B2 səviyyəsində ingilis dili biliyi olmalıdır.

🏆 Qalibləri hansı imkanlar gözləyir?

🇵🇱 Düşərgənin nəticələrinə əsasən seçiləcək qalib komandalar 2027-ci ildə Polşada keçiriləcək beynəlxalq mübadilə proqramında iştirak etmək imkanı əldə edəcəklər. İştirakçılar universitetlər, şirkətlər və innovasiya mərkəzləri ilə tanış olacaq, beynəlxalq təcrübə qazanacaq və yeni peşəkar əlaqələr quracaqlar.

📅 Düşərgənin tarixləri: 7–10 noyabr 2026
📍 Məkan: Quba, Azərbaycan
⏳ Son müraciət tarixi: 25 oktyabr 2026, saat 23:59

🔗 https://forms.gle/yHzKoR39hCSr7WVC6

🎯 İdeyanı inkişaf etdir, komandanı topla və gələcəyin innovasiya ekosisteminin bir hissəsi ol!


🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:

Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
❤1
Əziz tələbələr,

Şərqi Avropanın ən prestijli mühəndislik universitetindən gələn qonaqlarımızla görüş keçiriləcək!🥳

Gəlin, təqaüdlü təhsil imkanları, yaşam və bütün proseslərlə bağlı qəşəngcə müzakirə edək!✨

❇️ Aloha World şirkəti VİLNİUS TECH universitetinin Azərbaycanda yeganə nümayəndəsidir!

*İŞTİRAK ÖDƏNİŞSİZDİR.*

🗓️ 13 oktyabr, 14:00 📍Aloha World ofisində

🔗 Qeydiyyat linki: https://forms.gle/qk2Hfma7PpcBcpHQ9

🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:

Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
❤1
Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək

Oktyabrın 12-18-də Dənizkənarı Milli Parkda Azərbaycanın özünəməxsus çay mədəniyyətini bütün zənginliyi ilə bir araya gətirən Çay Festivalı keçiriləcək.

Azərbaycan qonaqpərvərliyinin və süfrəsinin ayrılmaz hissəsi olan çay mövzusu bu dəfə Bakı bulvarında yerli ləzzətləri və çay mədəniyyətinə bağlı ən müxtəlif elementləri bir araya gətirəcək.

Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir.

Festivala giriş sərbəstdir.

🔰Bu növ elanlardan xəbərdar olmaq üçün “LevEL Up”a keçid edin:

Telegram: https://t.me/LevelUptelegram
Whatsapp: https://chat.whatsapp.com/IgZXKYtSmtkD7lyINgkoZw
LinkedIn: https://www.linkedin.com/company/levelupppp/
❤1