Lent.az
9.72K subscribers
16K photos
3.44K videos
1 file
29K links
🔹️Lent.az İnformasiya Agentliyi

🔗 Website: https://lent.az
📞 Contact: @BOTAPAGroup
📥 E-mail: news@lent.az
Download Telegram
💬❗️"Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd olacağımı yazıb.

Keçən dəfə orda İqbal Ağazadə - Rauf Arifoğlu yarışı heç-heçə ilə bitdi: dairənin nəticəsi ləğv olundu, yenisi keçirilmədi. Onların eyni yarışa yenidən girəcəyi yazılır".

Lent.az-ın məlumatına görə, bunu REAL partiyasının sədri İlqar Məmmədov sosial şəbəkədə yazıb.

İlqar Məmmədov qeyd edib ki, ötən ilin noyabrından başlayaraq sorğular keçirib və müxtəlif dairələrlə bağlı sosial şəbəkədəki izləyicilərindən təkliflər alıb.

"REAL Siyasi Komitəsi belə tövsiyə elədi ki, №22 Nəsimi-Yasamal dairəsi resurslarımızın idarə olunması baxımından ən düzgün variantdır. Bu haqda elanı hələ aprelin 4-də yaymışdıq. Yekun qərarı da yəqin ki, o cür olacaq. Partiyamızda Nizamnaməyə əsasən son qərarı Siyasi Komitə verir. Odur ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsi üzrə namizəd olmağımın ehtimalı ən yüksəkdir".

Qeyd edək ki, həmin dairəni hazırda parlamentdə deputat Asim Mollazadə təmsil edir.
🔴FHN "Sədərək" ticarət mərkəzində yanğın olması barədə məlumatlara münasibət bildirib

Araşdırma zamanı ticarət mərkəzində fəaliyyət göstərən sahibkarlardan birinin özünə məxsus ərazidə məişət tullantılarını yandırması məlum olub.
Tərəzi

Bu həftə sizi məyus etməyəcək. Sakit şəkildə işinizlə məşğul ola, əylənə və dincələ bilərsiniz. Bununla belə, mütləq sürprizlərsiz qalmayacaqsınız. Bu günlərin birində ən əziz arzunuz gerçəkləşə bilər. Dünyadakı hər şeydən çox nə istədiyinizi düşünün.

Buğa

Bazar ertəsindən etibarən yeni bir həyat haqqında qurulmuş ifadə banal görünə bilər, amma indi deyil. Həqiqətən bütün səylərinizə görə mükafat almaq və möcüzələrə inanmaq şansınız olacaq. Yeni gəlir mənbəyi tapıb, xoşbəxt hadisələrdən həzz ala biləcəksiniz.

Dolça

Həyatınıza mürəkkəb problemlərin həlli üçün yeni yanaşmalar tətbiq edin. Dostlarınızı da unutmayın, onlar sizin üçün şad xəbərlər hazırlayırlar. Pozitivlik saçın və onlar sizə eyni cür cavab verəcəklər və arzularınızın həyata keçməsi bütün yaxşı əməlləriniz üçün layiqli bir mükafat olacaq.

Şir

Bazar ertəsindən başlayaraq əsl bayram həyatınıza girəcək. Pisləri unudacaq və sizə kədər gətirənlərlə vidalaşacaqsınız.
🇦🇿Sabah Şuşaya növbəti köç olacaq.
❗️Rusiyanın Mari El Respublikasında qanunsuz bizneslə məşğul olan cinayətkar qruplaşmanın lideri Ədalət Babayev saxlanılıb.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları qeyri-qanuni dövriyyədən dəyəri 6 milyon rubldan çox (65 min dollardan çox) olan etiketsiz tütün məhsullarının böyük partiyasını müsadirə ediblər.

Cinayətkarlıqda şübhəli bilinən azərbaycanlı təcridxanaya yerləşdirilib.
❗️Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin olunub.

Bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə olunub.

Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi attaşesi olub. O, eyni zamanda, Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş hərbi attaşesi vəzifəsini icra edib.
❗️😮 Ölkənin ən varlı adamlarının sərvəti təxminən 350 milyard dollardır.

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra rus oliqarxları artıq Qərbdə xoş qarşılanmayıb.

Lent.az-ın məlumatına görə, “Bloomberg“ yazır ki, bəzi zəngin insanlar Qərbdə ailə vəsaitlərini qoruyub saxlamağın yollarını axtarır, digərləri onları Birləşmiş Əərəb Əmirlikləri kimi dost ölkələrə köçürməyə və ya son nəticədə Rusiyadan köçürməyə çalışırlar ki, bunu da edənlərin çoxu sanksiyalara məruz qalanlardır.

Ətraflı oxumaq üçün 👇🏼

https://lent.az/xeber/iqtisadiyyat/vahid-elekberov-servetinin-boyuk-hissesini-rusiyadan-cixarib-gizli-yerde-saxlayir-40606541
🎙❗️Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) İdarə Heyətinin iclasında milli-mənəvi dəyərlər və onu təhdid edən bir sıra məsələləri müzakirə edib.

Partiyadan Lent.az-a verilən məlumata görə, İdarə Heyəti hesab edir ki, Avroviziya mahnı müsabiqəsi son illər musiqi və yaxşı ifa müsabiqəsindən daha çox cinsi azlıqların təbliği arenasına çevrilib.

"Bu müsabiqə iqtidarın elan etdiyi milli-mənəvi dəyərlər sisteminə ziddir və həmin dəyərlər sistemini dağıtmağa hesablanıb. Azərbaycanın bir müsəlman ölkəsi olması və milli-mənəvi dəyərlərimiz baxımından İctimai Televiziyanın bu yarışda bundan sonra iştirakı və həmin “müsabiqə”nin yayımlanması məqbul sayılmamalıdır" deyə açıqlamada qeyd olunub.

ƏHD-çilər hesab edir ki, mədəniyyətimizin inkişafına xidmət edən mahnı müsabiqələri ölkəmizin daxilində təşkil olunmalı, musiqimiz mənəvi və ailə dəyərlərimizə zidd olmayan beynəlxalq festivallarda təbliğ olunmalıdır.

Qeyd edək ki, ƏHD Partiyasının sədri deputat Qüdrət Həsənquliyevdir.
Qazaxıstanda arvadını öldürən sabiq iqtisadiyyat naziri 24 il müddətinə azadlıqdan məhrum edilib.
❗️Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” rubrikasında növbəti qonağımız Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalıdır.

Oxumaq üçün 👇🏼

https://lent.az/xeber/sosial/sozle-alinmayanda-kecirdim-yumruq-davasina-deputatla-qeyri-resmi-sohbet-40606635
Media is too big
VIEW IN TELEGRAM
HƏSSAS GÖRÜNTÜ🚨 Zaqatalada AĞIR QƏZA: qazi ölüb, iki nəfər xəsarət alıb
lent.az
Media is too big
VIEW IN TELEGRAM
❗️😮Bəhram Bağırzadə aparıcıları topa tutdu:

"Aytənin sözlərini mən hələ 10 il əvvəl demişdim..."

Tam versiya 👇🏼

https://youtu.be/UPr_RNNw7vQ?si=xe4-rvAoQn7bRtCN
SON DƏQİQƏ❗️Türkiyənin Antalya əyalətinin Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.

Aidiyyəti qruplar əraziyə cəlb edilib və yanğının nəzarət altına alınması üçün işlər davam etdirilir.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.
❗️Hacıqabulda 26 yaşlı qadın intihara cəhd edib.

Lent.az xəbər verir ki, Qubalı Baloğlan kənd sakini Talıbova Cəmilə Fikrət qızı üzüm çardağından asılı vəziyətdə aşkar edilib.

Yaxınları son anda onu xilas edə biliblər.

Gənc qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
❗️🌌 Astroloqlar mayın 14-ü üçün ulduz falı hazırlayıblar.

Lent.az xarici mediaya istinadən bildirir ki, bu gün öz rahatlığınızın və təhlükəsizliyinizin qayğısına qalın və istəklərinizə zidd getməyin.

Xəbəri oxumaq üçün 👇🏼

https://lent.az/xeber/marag/14-mayin-ulduz-fali-ekizler-telesmemeli-baliqlar-neyise-deyismeyin-vaxtidir-40606647