KULİS.AZ
926 subscribers
6.75K photos
794 videos
7 files
8.74K links
Download Telegram
"...Yolda sahibsiz bir məzar daşı var idi. On altı yaşlı bir gəncin öldürüldüyü yerdə xatirəsinə bəyaz gildən məzar daşı qoyublar. Bu uşaq haqqında bütün şəhər bilir. Sən demə, boşnaq mafiyası bilməməli, görməməli olduğu bir hadisəyə şahid olduğu üçün məktəbli uşağı öldürüb. Kim, nə vaxt, niyə öldürüb bilinmir və polis də araşdırmayıb".

https://kulis.az/xeber/media/mafiyanin-oldurduyu-usaqlar-ve-yandirilmis-agaclar-sarayevodan-reportaj-56449
"Sənət adamının əli çörəyə çatıbsa, bu, o deməkdir ki, o, sənətə aid olan azadlığın ərazilərindən satıb. Biz sənət adamının nə qədər azad olduğunu bilmədiyimiz ki, bu ərazilərdən nə qədər satdığını da bilmirik.
Çörək əsl sənət adamı üçün ürəkbulandıran milçəkdir. Diqqətini yaradıcılıqdan yayındıran iyrənc bir qəmbərquludur".

https://kulis.az/xeber/edebi-tenqid/oxucu-opub-alnina-qoyur-sair-ustune-tupurub-yeyir-aqsin-yenisey-56459
"Bar-bar bağırıb bizdən Qarabağ haqqında mətnlər tələb edən adamlar belə hekayələrə heç gözünün ucuyla da baxmır, yazılanları görməzdən gəlir.
Bütün bu cür münasibətlərin qarşılığında yazıçıya qalan bircə addım var: yazmaq, yazmaq və yenə də yazmaq..."

https://kulis.az/xeber/edebi-tenqid/bu-hekayeni-niye-gormezden-gelirler-ulucay-akif-56464
❗️ "Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm.."

https://kulis.az/xeber/media/resad-mecid-elza-xanimi-ayb-ye-cagirib-muzakire-aparacagiq-56469
"Bilirəm ki, ona arxa duranlar var. Nazir belə bacara bilmir onunla. Ancaq onun əməllərinə son qoyulmalıdır. Dövlət tədbirlərində nələr eləyir, bilirik. Saxta profillərlə bizi məhkəmə ilə hədələyir. Məhkəməyə də hazırıq.
Bir tarzən var idi, ona Prezident mükafatı verdirdi. Həmişə deyirdi ki, gedirik xaricə, qayıdanda evinə gedib hədiyyəsini verirəm, mənə “qara kişmişim” deyir.
Zərifə Əliyevanın yubileyində altı nəfərdən pul yığmışdı. Anar Ələkbərov onları çıxartmışdı ki, onlar kimdir ki, Zərifə Əliyevanın yubileyində oxusun?”

https://kulis.az/xeber/media/senet-adamlari-nazir-de-onunla-bacarmir-o-emekdas-bize-qan-uddurur-ittiham-56470
"Düşünürəm ki, bunun da cavabı kompleks şəklindədir, yəni, televiziya və radiolar, açıq konsertlərdə bayağı musiqilərin ifa olunmasına icazə verilməsi dinləyicinin zövqünü korlayır və beləcə, cılızlaşma əmələ gəlir. Onu da qeyd edim ki, özünə və yaradıcılığına ciddi yanaşan, hörmət edən peşəkar bəstəkar öz səviyyəsini hər zaman saxlayır..."

https://kulis.az/xeber/media/eldar-mansurov-goresen-o-adamlar-yaradiciligin-ne-oldugunu-bilirler-musahibe-56471
"Bu filmin çəkilişlərinə o, düz üç il hazırlaşıb. İsa Hüseynovla birgə ssenrisini yazdığı filmin çəkilişlərində dəfələrlə yazıçı ilə mübahisə edir, küsüşürlər. Filmin çəkişləri bitəndən sonra partiya ideoloqları Əjdər İbrahimbəyovu sıxışdırırlar: “Bu nədir, Əjdər, xalq düşməni Hacı Zeynalabdin Tağıyevi komunistlərdən daha parlaq və maraqlı obraz kimi təqdim etmisən”.“Bu nədir, Əjdər, xalq düşməni Hacı Zeynalabdin Tağıyevi komunistlərdən daha parlaq və maraqlı obraz kimi təqdim etmisən”."Bu filmin çəkilişlərinə o, düz üç il hazırlaşıb. İsa Hüseynovla birgə ssenrisini yazdığı filmin çəkilişlərində dəfələrlə yazıçı ilə mübahisə edir, küsüşürlər. Filmin çəkişləri bitəndən sonra partiya ideoloqları Əjdər İbrahimbəyovu sıxışdırırlar: “Bu nədir, Əjdər, xalq düşməni Hacı Zeynalabdin Tağıyevi komunistlərdən daha parlaq və maraqlı obraz kimi təqdim etmisən”.

https://kulis.az/xeber/kino/prezidentin-dostu-4-qardasini-vaxtsiz-itiren-turkan-sorayi-filme-ceken-xalq-artistimiz-56500
"Dünyadakı qıtlığa baxmayaraq, onlar ən keyfiyyətli ərzaq məhsulları, geyim və gündəlik tələbat malları ilə təmin ediliblər. Həmin dövrdə mühəndislər 4-6 min rubl maaş alıblar. Hər həftənin şənbə və bazar günləri Moskvaya səfər təşkil olunub. Teatra, kinoteatrlara, sirklərə getmək, alış-veriş etmək üçün onlara bütün şərait yaradılıb..."

https://kulis.az/xeber/tarix/penisilin-ve-nuve-texnologiyasi-burada-hazirlanib-ssri-nin-en-sirli-adasi-56507
"Normal pul olmasa, normal nəticə olmayacaq. Biz pulu tamaşaçıdan qazanırıq, əgər pul qazanmaq istəyiriksə, əvvəlcə normal sərmayə qoymalıyıq. Demirəm, Hollivuddakı kimi, Türkiyədəki kimi edək. Öz imkanlarımıza görə. Bu gün ilk növbədə aktyorun, daha sonra bütün işçi heyətin qonorarının az olması filmin keyfiyyətinə, səviyyəsinə birbaşa təsir edir. Çünki insan faktoru var burda..."

https://kulis.az/xeber/edebi-tenqid/agentliyin-rehberi-ruslarin-ssenarisini-deyisdirdik-musahibe-56509
"Elza xanım, sizi söyən, şeirlərinizlə məzələnən adamların boynuna heç nə qoya bilməyəcəksiniz. Təəssüf ki, bu belədir. Onların boyunlarına nəsə qoymaq mümkün deyil. Ona görə reallıqla barışın və şeirlərinizlə məzələnən insanlara bir qram da hirslənməyin. Çətin həyat şərtləri altında qalıb əzilən, daima kin, nifrət püskürən, heç bir faydalı iş əmsalı olmayan bu adamlar axı içəridə yığılıb qalan qəzəbi, nifrəti harasa qusmalıdırlar. Əgər onlar məzələnməyə, söyməyə bir adam tapa bilməsələr, çox güman ki, içəridə yığılıb qalan kindən, küdurətdən ürəkləri partlayıb ölərlər. Yaxşısı budur, onlara heç baş qoşmayın".

https://kulis.az/xeber/edebi-tenqid/sizin-yeriniz-ayb-deyil-elza-seyidcahana-aciq-mektub-56544
"Xalq basməmmədi evliliklərlə beş-on yaşına çatmış övladları olan boşanmış ailələr yetişdirir, xalq oğlan kimi, narkoman kimi, xuliqan kimi rəqs edən qız uşaqları yetişdirir, xalq bir-birini bıçaqlayan məktəbli yetişdirir, xalq arvadının başını kəsən kişilər yetişdirir, xalq qaloşu pirə çevirən mollalar yetişdirir, xalq falçılar yetişdirir, ektrasenslər yetişdirir, “maşennik”lər yetişdirir. Çünki bu şeylər heç bir məktəbdə öyrədilmir, bu, xalq yaradıcılığıdır, xalqın məhsuludur."

https://kulis.az/xeber/media/xuliqan-kimi-reqs-eden-qiz-usaqlarini-kim-yetisdirir-eminquey-56547
Kulis.az Saday Budaqlının yeni hekayəsini təqdim edir.
"Ata evindən əlinə keçəni də daşıyıb gətirirdi. Ağıllı qadındı, bu evin balasının olacağını bilirdi. Onun da xətrini xoş eləməyi bacarırdı. Tuman-köynəyinə kimi yuyurdu, çimizdirib kürəyini sürtürdü. Arada qızı gəlirdi. Üz-gözünə əl gəzdirirdi, dırnağını tuturdu, saçını kəsib xına qoyurdu..."

https://kulis.az/xeber/nesr/divan-saday-budaqlinin-yeni-hekayesi-56560
"İncilin tərcüməsi xristianlığın evini yıxdı.
Xristian öz dininin inanı yox, anlayanı oldu.
Tanrını ağılla deyil, qəlblə hiss etməyin mümkünlüyü dini tələdir. Mən artıq növbəti "Qaranlıq çağ"a girdiyimizdən duyuq düşmüşəm..."

https://kulis.az/xeber/media/din-bilir-ki-allahi-anlasalar-ona-inanmayacaqlar-aqsin-yenisey-56567
"Qəti şübhəm yoxdur ki, bu misralar içinizdəki vətənpərvərlik hissini oyatdı və bir anlıq əlinizdə bayraq köhnə nol yeddilərinizin, yeni mersedeslərinizin sağ pəncərəsəsindən boylanıb Bakıya od üfürmək istədiniz.
Üzr istəyirəm, mən sizdən fərqli olaraq (neyləyim, fərqli olmaya bilmirəm) bu misraları eşidəndə qıdığım gəlir, bu qıdıq məni çilədən çıxarır, istəyirəm, məni qıdıqlayan bu misraları yaxşıca döyüm, sonra da ona dərman almağa gedim.
Bilmirəm, Azərbaycanı birinci dəfə kim qartala bənzədib, hər kimdirsə, iki əlim də o dünyada yaxasında olacaq.
Əvvəla, Azərbaycan xəritədə qartala-zada bənzəmir. Belə qartal olar?"

https://kulis.az/xeber/media/bele-qartal-olar-biz-niye-qusa-oxsamagimizla-fexr-edirik-56570
"Faiq arvadının rəfiqəsi, üstəlik, ərdə olan birisi onunçün naməhrəm olsa da, xəyal dünyasında onunla öz arasında tikanlı hasar çəkmişdi. Amma arada başını qaldırıb hasardan Lamiyəyə baxmaqdan vaz keçmirdi".

https://kulis.az/xeber/media/bu-hekayede-her-sey-sunidir-muzakire-56563
"Müsavatçılar təşkilata casus kimi daxil olmuş rus qadınının sayəsində ifşa ediliblər. Rus qadın ya QPU-nun, ya da NKVD-nin casusu olub. Həmin qadını yollayıblar İrana. Bir azərbaycanlı müsavatçı onunla sevişib və o qadına Bakıdakı bütün müsavatçıların adını verib. Həmin müsavatçının adını çəkmir. Şaiyələr var ki, həmin müsavatçı Mirzə Bala olub. Doğrudan da, Mirzə Bala İrana qaçmışdı".

https://kulis.az/xeber/tarix/xalq-dusmeninin-nevesi-mircefer-bagirovu-babamin-ifadesine-gore-gulleleyibler-musahibe-56586
"Özlüyümdə "əlimə yaxşı düşmsüsən..." fikirləşib dedim, ey gözəl tüklü, inci dişli, sallaq qulaqlı kəlbi-əqur. Başını çevirib üzümə baxdı, soruşdu, nə var? Dedim, sən də darıxırsan, hə? Sağ pəncəsiynən sağ yanağına yüngül şillə çəkib dedi ki, bax, bu ölsün, mən bilmirəm, darıxmaq-zad nəmənə şeydir. Dedim, axı hər kim darıxsa, onunçün deyirlər ki, bəhmənkəs lap it kimi darıxır. Dedi, dəxi orasını bilmənəm, mənim bəni-adəmlərin işlərindən başım çıxmaz. Dedim, bəlkəm, hərdən-hərdən uladığın üçün darıxdığını zənn edərlər? Dedi, bizlər darıxdığımız üçün ulamarıq, ya həzzdən ulayarıq, ya aclıqdan və yainki də kefimiz ulamaq istər, ulayarıq, bundan sonra da hər kim it kimi darıxmaq istəsə, ona mənim adımdan çatdır ki, öz işlərinə məni və mənim cinsimdən olanları urcah eləməsin, könlü darıxmaq istəyirsə, qoy elə adam kimi darıxsın..."

https://kulis.az/xeber/edebi-tenqid/bu-darixmaq-ki-var-itin-balasi-bizim-sairler-niye-it-kimi-darixir-56599
Elza Seyidcahan səhnədə yıxıldı: qabırğası qırılıb.

https://kulis.az/xeber/media/elza-seyidcahan-sehnede-yixildi-qabirgasi-qirilib-56624
"Çox təvazökar bir abidə. İki məzar daşı və qübbə. Məzar daşına Abdullah (Allahın qulu) yazılıb. Bir də öz sözləri: Allaha and olsun ki, biz heç vaxt kölə olmayacağıq!
Rəsulzadə bizim üçün kimdirsə, Atatürk türklər üçün kimdirsə, Aliya da boşnaqlar üçün o ünvandır. Çox sadə həyat yaşayan, bütün ömrünü Bosniyanın azadlığına xərcləyən prezidenti sevməyən yoxdur. Şəhid məzarlığında dəfn olunması isə öz vəsiyyətinə uyğundur. Bosniya müharibəsində çoxu gənc olan boşnaq əsgərlərin xatirəsinə şəhərin bir çox yerində lövhələr, abidələr var. Amma heç bir yerdə heykəl və ya büst görə bilməzsiniz. Bir neçə çox məşhur sənət adamının büstü istisna olmaqla, heç kimə, hətta Aliyaya da heykəl qoymurlar. Bunu İslama zidd hesab etdikləri üçün..."

https://kulis.az/xeber/media/islamin-avropadaki-muhafizekarlari-uc-prezidentin-idare-etdiyi-olke-56551