Tənbəl həyat tərzinin pisliyini təkrarən dilə gətirmək və onu çeynəmək lazımdır. Bir istiot dənəsini udsanız, heç nə hiss etməyəcəksiniz. Lakin çeynəsəniz, damağınızda acı dad qoyacaq və dilinizi yandıracaqdır...
Nə etmək olar, ömrün yarısı xəyallarda keçir, bəlkə, buna görə də həyat belə şirin olur. Bəlkə, həyat ona görə bu qədər əziz olur ki, insan arzu etdiklərinin hamısına nail ola bilmir.