Kinoinfo.az
4 subscribers
4 links
Yerli və qonşu ölkələrin kinematoqrafı haqda xəbərlər
Download Telegram
Channel created
Channel photo updated
Forwarded from Mashalli
Azərbaycan kino bazarına dair maraqlı fakt: Kinoinfo.az saytının kinoteatr şəbəkələrinə istinadən verdiyi məlumata görə, 2023-ci ildə CinemaPlus-da 219, Park Cinema-da isə 213 film nümayiş olunub. Bu filmlər arasında yerli filmlərin sayı müvafiq olaraq 14 və 29 təşkil edib (Park Cinema tam siyahısını təqdim edib, amma Cinema Plus üzrə yoxdur. Cinema Plus-un saytına əsasən məlum olur ki, 14-dən 7-si Park Cinema-da nümayiş olunmayıb. Başqa sözlə iki şəbəkə üzrə 2023-cü ildə 36 yerli film göstərilib). Kinoteatr şəbəkələrin verdiyi məlumata görə, ölkə üzrə ən çox baxılan yerli film "Hozu dayə" olub (hər iki şəbəkə üzrə ikinci yerdədir). Hər şəbəkədə ilk beşliyin digər iştirakçıları fərqlənir.

Maraqlıdır ki, Cinema Plus üzrə ilk yeri "Hozu zona" filmi tutub. Bu film Park Cinema-da nümayiş olunmayıb. Amma digər 4 film hər iki şəbəkədə nümayiş olunub və ən maraqlısı odur ki, "Hozu dayə"-dən başqa digər 3 film Park Cinema-da ilk beşliyə daxil olmayıb. Burada iki səbəb ola bilər. Ya hər iki şəbəkənin azərbaycandilli auditoriyası fərqlidir (əslinə qalsa Cinema Plus daha geniş şəbəkəyə (Sumqayıt, Gəncə) malikdir), ya da Cinema Plus yerli filmlərə daha az önəm verir.

Bunu əslinə qalsa daha bir statistikadan da başa düşmək olur. Haqqin.az-ın müvafiq şəbəkələrə istinadən verdiyi məlumata görə, Park Cinema üzrə il ərzində ən çox baxılan filmləri: "Hozu Cangüdən", "Hozu Dayə", "Evdə qalmış" (hamısı Azərbaycan), "Avatar", "Oppenheymer" və "Barbi" (üçü də ABŞ). Yəni yerli filmlər burada xarici filmlərə nisbətdə daha çox tamaşaçı yığıblar. Maraqlıdır ki, Park Cinema Haqqin.az-a ən populyar film kimi "Hozu Cangüdən"-i deyib, kinoinfo-ya isə "Evdə qalmış". İki sorğu və iki fərqli məlumat?

Cinema Plus üzrə isə ən çox baxılan filmlər: "Avatar", "Barbi", "Oppenheymer" (hamısı ABŞ), "Super-Mario qardaşları kinoda" (ABŞ və Yaponiya) və "Rafadan Tayfa" (Türkiyə). Göründüyü kimi burada yerli filmlər ən çox baxılanlar sırasına daxil deyil. "Nizami" kinoteatrı üzrə isə: "Hozu Dayə", "Hozu Zona", "Elçilik" (hamısı Azərbaycan), "Barış Akarsu: Merhaba" (Türkiyə) və "Cin atı" (Azərbaycan).

Nəsə, 2023-cü ildə Azərbaycanda ən çox tamaşaçı cəlb etmiş film - "Hozu dayə"-dir (təxmin edirəm ki, kassa həcminə görə isə birinci yeri Oppenheymer tutur).
👍2