JİA.AZ
70 subscribers
84 photos
75 videos
247 links
Download Telegram
❗️ Siqaret, alkoqollu içki və avtomobil alışından ƏDV GERİ QAYITMAYACAQ.

❗️ RÜSUMLAR 2 DƏFƏYƏDƏK ARTIRILDI; "Prava" üçün ₼40, Xarici pasport üçün ₼60 oldu.

❗️ Alış-verişdə ₼4 000-dan yuxarı ödənişlər NAĞDSIZ OLMALIDIR

❗️ Dərmanların dövlət qeydiyyatı ₼100'dan ₼150'a artırıldı.

❗️Elektron siqaretin hər ədədinə ₼0.25 aksiz dərəcəsi tətbiq olunur.

❗️Siqaretin aksiz dərəcəsi ₼35'dan ₼38.5'a ARTIRILDI

❗️Araq, likör, konyakın aksiz dərəcələri ₼3.2-dan ₼4-a artırıldı

❗️ Mühərrik həcmi 3000 sm³-dən çox olan avtomobillərin aksiz dərəcəsi ARTIRILDI

❗️ Yaşı 3-dək olan Hibrid avtomobillərin idxalı, elektromobillərin isə idxalı və satışı ƏDV-dən azad ediləcək

❗️Minimum əmək haqqı ₼300; Yaşayış minimumu ₼210; Ehtiyac meyarı ₼200 müəyyən edildi

❗️ Avtomobil satışında bütün ödənişlər NAĞDSIZ olmalıdır

❗️Tibbi xidmətlərdə ₼500-dan yuxarı ödənişlər NAĞDSIZ OLMALIDIR

❗️ Lotereyalarda ₼3 000+ pul qoyuluşu və mükafatlar NAĞDSIZ OLMALIDIR

❗️ Kitablar ƏDV-dən azad edildi
Baş Prokurorluğun Mətbuat xidmətinin Məlumatı

Yanvarın 2-si saat 17 radələrində Kəlbəcər rayonu ərazisində N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu,əsgər Yusif Eyniyevin piyada əleyhinə minaya düşməsi nəticəsində xəsarət alması barədə məlumat daxil olmuşdur.
Müəyyən edilmişdir ki, hərbi qulluqçuya təxliyyə edildiyi hərbi tibb müəssisəsində “partlayış travması, sol baldırın aşağı 1/3-nin travmatik amputasiyası” diaqnozu qoyulmuşdur.
Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.
Evdə “Wi-Fi” modem sağlamlıq üçün təhlükəlidirmi?
“Wi-Fi” modem zərərsiz bir cihaz hesab edilə bilməz.

Belə ki, müasir cihazlar kimi, o da zəif radiasiya yaradır. Nisbətən yaxın məsafədən uzunmüddətli şüalanma sağlamlıq üçün mənfi nəticələrə səbəb ola bilər.

Ekspertlərin fikrincə, ən uğursuz seçim modemin yataq otağında və ya bu otağın arxa divarında quraşdırılmasıdır. Mütəxəssislər sahəsi 100 kvadratmetrdən çox olan nisbətən böyük mənzillərdə belə daimi əsasda işləyən bir modemdən gələn radiasiyanın mənzildə yaşayan hər kəsə əhəmiyyətli dərəcədə zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər. Qonşulardan gələn şüalanmanı da nəzərə alsaq vəziyyətin nə dərəcədə təhlükəli olduğunu anlamaq elə də çətin deyil.

Odur ki, evdə “Wi-Fi” modem quraşdırarkən dönə-dönə düşünmək, heç olmasa gecə saatlarında və ya lazım olmadıqda modemi söndürmək lazımdır.
🆘DSX-nin hərbi qulluqçularını qətlə yetirən şəxs saxlanılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb.
🇦🇿⚽️ “Ağdam şəhərində tamaşaçı tutumu 30 min nəfərdən çox olan yeni stadion tikiləcək.

Yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək”. - Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
İki Şəhid Əhmədov Əli və Əhmədov İslam qardaşlarının Anası...🇦🇿🥀
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Qiymət artışına etirazla başlayan aksiyalar Qazaxıstanın hər tərəfinə yayıldı. Bu gün Astanadakı qarşıdurma mənfi 20 dərəcə dondurucu soyuqda baş verdi..
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokaev hökumətin istefaya göndərilməsinə dair sərəncam imzalayıb.

Baş nazir vəzifəsinin icrası baş birinci müavini Alixan Smayilova həvalə olunub. Sənəddə göstərilir ki, hökumət üzvləri yeni kabinet formalaşanadək vəzifələrinin icrasını davam etdirəcəklər.
🇦🇲Erməni sosial şəbəkə istifadəçisi yazır:

Rüsvayçılıq onda olar ki, bizimkilər etirazçılara əsir düşsünlər...😂😂😂
Almatı şəhərində Hökumət qüvvələrilə Silahlı Etirazçı qüvvələr araslnda güclü atışma gedir,Sözün əsl mənasında döyüş.

Şəhər küçələrinə böyuk miqdarda ağır texnika yeridilib.
Artıq şəhər küçələrinə Rus ordusuna məxsus böluklər,Desant qüvvələri çıxarılıb ,Zirehli hərbi texnikalar ətrafa Yaylın Atəş açırlar.
Şəhərin ayrı ayrı istiqamətlərində Etirazçı Silahlı qüvvələr Hərbçilərə məxsus Avtomobilıəri,Zirehli texnikaları pusquya salıb od vurublar,
Artıq Hərbçilər Xəbardarlıq etmirlər,Şubhəli bildikləri İnsanlar ,Avtomobillərlə yanaşı hətta Yaşayış mənzillərinə belə Atəş açırlar.
Almatı şəhərinə Qatı duman çökduyundən Hökumət quvvələri Açiz durumla qarşılaşıblar
This media is not supported in your browser
VIEW IN TELEGRAM
18+❗️Pakistanda qar fırtınası səbəbindən 22 nəfər tıxacda qalaraq həyatını itirib.

Onların çoxu avtomobildə donaraq ölüblər.
Qazaxların rus işğalçılarına qarşı üsyanları:

1783-1797 - Sırım Datovun başçılıq etdiyi üsyan;
1822-1824 - Batir Jolaman Tlenşulının başçılıq etdiyi üsyan;
1824-1825 - Orta Juzun sonuncu xanı Qubaydullanın başçılıq etdiyi üsyan;
1826-1838 - Sultan Kayıp-Qali Yesimulunun başçılıq etdiyi üsyan;
1836-1838 - İsatay Taymanuly və Maxambet Utemisulinin üsyanı;
1837-1847 - Xan Abılayın nəvəsi - Sultan Kenesarının başçılıq etdiyi genişmiqyaslı üsyan;
1853-1857 - Batir Yesset Kotybarulinin başçılıq etdiyi üsyan;
1856-1858 - Sırdəryada sərkərdə Jankoja Nurməhəmmədulunun başçılıq etdiyi üsyan;
1870 - Manqışlakda Dosan Tajiulinin başçılığı ilə üsyan;
1916 - Orta Asiya və Qazaxıstanın 19-43 yaşlı kişi əhalisinin səfərbərliyi ilə əlaqədar üsyan.

Sadəcə 1928-1932-ci illər ərzində Qazaxıstanda 372 antisovet üsyanı baş verib.
Bir ailə tablosu.
Foto - Zaur Qafarov.
Kievdə sirena səsləri…