İxtisas seçimi
671 subscribers
307 photos
20 videos
1 file
21 links
Kecid balları 2021, qəbul imtahanı 2021, keçid balları, ixtisas seçimi, qruplar üzrə keçid balları, Keçid ballarının statistikası və qəbul imtahanı ilə bağlı hər şey burada.
Reklam üçün wp (0506539049)
Download Telegram
✓ UNEC - Biznesin idarə edilməsi - DS - 415 bal

✓ UNEC - İqtisadiyyat - DS - 384 bal

✓ BDU - İqtisadiyyat - DS - 385 bal

✓ ADNSU - İqtisadiyyat - DS - 384 bal

✓ AzTU - İqtisadiyyat - DS - 384 bal

✓ BMU - İqtisadiyyat - DS - 411 bal

✓ AzMİU - İqtisadiyyat - DS - 384 bal

✓ UNEC - Mühasibat (TUDİFAK) - DS - 369 bal

✓ BMU - Mühasibat - DS - 355 bal

✓ UNEC - Menecment - DS - 340 bal

✓ BDU - Menecment - DS - 342 bal

✓ ADNSU - Menecment - DS - 341 bal

✓ AzTU - Menecment - DS - 355 bal

✓ AzMİU - Menecment - DS - 346 bal
I tədris binası

Ünvan: Bakı şəhəri, İstiqlaliyyət küç., 6. Yaxın metro stansiya: İçərişəhər

Fakültə: Beynəlxalq İqtisadiyyat Məktəbi (İngilis dilində tədris)

İxtisaslar:

Maliyyə
Mühasibat uçotu və audit
Dünya iqtisadiyyatı
İqtisadiyyat
Biznesin idarə edilməsi
Fakültə: Maliyyə və Mühasibat

İxtisaslar:

Maliyyə
Mühasibat uçotu və audit
Statistika
London Universiteti / London İqtisadiyyat Məktəbi
SABAH Mərkəzi
Distant, qiyabi və əlavə təhsil mərkəzi
II tədris binası

Ünvan: Bakı şəhəri, Həsən Əliyev küç., 135 (5 saylı şəhər kliniki xəstəxanasının yaxınlığı) Yaxın metro stansiya: Gənclik, N.Nərimanov)

Fakültə: İqtisadiyyat

İxtisaslar:

İqtisadiyyat

Sənayenin təşkili və idarə olunması

Ekologiya

Dünya iqtisadiyyatı

Beynəlxalq münasibətlər

Fakültə: Texnologiya və dizayn

İxtisaslar:

Dizayn

Texnoloji maşın və avadanlıqlar mühəndisliyi

Qida məhsulları mühəndisliyi

Çoxişlənən malların texnologiyası mühəndisliyi

İnformasiya texnologiyaları

Sistem mühəndisliyi
3-cü tədris penalı

Fakültə: Rus İqtisad Məktəbi (Rus dilində tədris)

İxtisaslar:

Maliyyə

Mühasibat uçotu və audit

İqtisadiyyat

Sənayenin təşkili və idarə olunması

Dünya iqtisadiyyatı

Biznesin idarə edilməsi

Menecment

Marketinq

Kommersiya

tədris binası

Ünvan: Bakı şəhəri, H.Əliyev küç., 135 A, (Avrasiya Universitetinin binası) Yaxın metro stansiya: Gənclik, N.Nərimanov)

Fakültə: Əmtəəşünaslıq

İxtisaslar:

İstehlak mallarının ekspertizası və marketinqi

Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi
IV tədris  binası

Ünvan: Bakı şəhəri, Abbas Səhhət küç., 45 A (1 saylı Şəhər Kliniki Xəstəxanasının yaxınlığı)

Fakültə: Türk Dünyası İşlətmə (TUDİFAK)

İxtisaslar:

Beynəlxalq münasibətlər

Maliyyə

İqtisadiyyat

Biznesin idarə edilməsi

*
Fakültə: Biznes və menecment

İxtisaslar:

Biznesin idarə edilməsi

Menecment

Marketinq

Kommersiya

Dövlət və bələdiyyə idarəetməsi
İxtisas seçimi bu gün saat 23:59-da başa çatır.

İxtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.
2021/2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə qəbul üzrə ixtisas seçim təsdiqinin başa çatmasına 7 saat vaxt qaldı.

2021/2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) ayrılmış plan yerləri:

Azərbaycan bölməsi üzrə: 8912 yer;
Rus bölməsi üzrə: 196 yer;
Hər iki bölmə üzrə: 401 yer;
Ümumi ayrılan plan yeri: 9509 yer.


Qeyd edim ki, 2021/2022-ci tədris ili üçün ümumi orta (9 illik) təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) müraciət edərək ərizəsini təsdiq edənlərin sayı aşağıdakı kimidir:

Azərbaycan bölməsi üzrə - 31332 nəfər;
Rus bölməsi üzrə - 883 nəfər;
Hər iki bölmə üzrə cəmi - 32215 nəfər.

Faktiki bu dəqiqəyədək ixtisas seçimini təsdiq etmiş abituriyentlərin sayı isə belədir:

Azərbaycan bölməsi üzrə - 20264 nəfər;
Rus bölməsi üzrə - 426 nəfər;
Hər iki bölmə üzrə cəmi - 20690 nəfər.
Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini sentyabrın 8-də saat 15:14-dən etibarən internet səhifəsində (https://eservices.dim.gov.az/2021/netTEX9mus1/?frm=egov) yerləşdirib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Diqqət!
II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilib.
Qərara əsasən, həmin ixtisaslar III ixtisas qrupuna keçirilib.
Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün 2021-ci il sentyabrın 9-dan 16-dək tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının sentyabrın 26-da Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.
Tələbə krediti⤵️

📌Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər. 

💸 Kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək.

💸Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

📅Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcəklər

📌Təhsil tələbə kreditinin (TTK) verilməsi üçün müraciət edilməsi və sənədləşmə⤵️
 
📍5.1. TTK-nin verilməsinə dair məsələlərin tənzimlənməsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Təhsil Tələbə Krediti” alt sistemi (bundan sonra - elektron sistem) vasitəsilə həyata keçirilir.
 
📍5.2. TTK almaq istəyən tələbə, onun valideynləri, övladlığa götürənləri və ya himayəçisi notariat qaydasında təsdiq edilmiş ərizə ilə aşağıdakı razılıqları verməlidirlər:
 
📍5.2.1. valideynlər, övladlığa götürənlər və ya himayəçi - 18 yaşınadək olan yetkinlik yaşına çatmayan tələbənin kredit müqaviləsi bağlamasına (tələbənin 18 və daha çox yaşı varsa bu tələb olunmur);
 
📍5.2.2. tələbə - ona aid gəlirlərin, xərclərin, əmlakların və digər zəruri fərdi məlumatların kredit müqaviləsinin qüvvədə olduğu müddətdə aidiyyəti dövlət orqanları və təşkilatları tərəfindən Fondun və müvəkkil bankın sorğusu əsasında ona (onlara) təqdim edilməsinə və muzdla və ya mülki-hüquqi xarakterli müqavilələrlə işlədikdə və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda alacağı əməkhaqqından və ya əldə edəcəyi gəlirdən TTK-nin qaytarılması məqsədilə müvəkkil bankın xeyrinə tutulmaların (gəlirin 20 faizindən çox olmamaq şərtilə) edilməsinə.
 
📍5.3. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq notariat qaydasında təsdiq olunmuş ərizə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən sorğu əsasında elektron sistemə göndərilir. Bu razılıq başqa məqsədlərə və ya digər kreditin qaytarılmasında istifadə edilə bilməz. Razılıq kredit müqaviləsinin qüvvədə olduğu müddət üçün verilir.
 
📍5.4. Bu Qaydanın 5.2-ci bəndinə müvafiq olaraq razılığı rəsmiləşdirilmiş tələbə elektron sistemdə qeydiyyatdan keçir və ona elektron sistemdə “Şəxsi kabinet” açılır, kabinetin şifrəsi onun əlaqə vasitələrinə (mobil telefonuna və ya elektron poçt ünvanına) göndərilir. Tələbə “Şəxsi kabinet”i vasitəsilə TTK-nin rəsmiləşdirilməsi üçün tələb olunan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.
 
📍5.5. TTK almaq hüququ elektron sistem vasitəsilə müəyyən edilir.
 
📍5.6. TTK almaq hüququ olmayan tələbəyə “Şəxsi kabinet” vasitəsilə bu barədə göndərilən məlumatda imtinanın səbəbləri əsaslandırılır.
 
📍5.7. TTK-nin verilməsindən imtina edilmiş şəxsin TTK almaq üçün növbəti semestrdə (yarımildə) təkrar müraciət etmək hüququ var.
 
📍5.8. TTK almaq hüququ olan tələbəyə müvafiq müvəkkil banka müraciət olunması barədə bildiriş göndərilir.
 
📍5.9. TTK Fondun vəsaiti hesabına bu Qayda ilə müəyyən edilmiş tələbələrə müvəkkil bank tərəfindən verilir.
 
📍5.10. Fondla baş saziş imzalamış və elektron sistemə çıxış imkanları olan müvəkkil bank TTK almaq hüququ olan şəxslər barədə məlumatı bu sistem vasitəsilə elektron qaydada əldə edir.
 
📍5.11. TTK-nin alınması üçün borcalan müvəkkil banka aşağıdakı sənədləri təqdim etməlidir:
 
📍5.11.1. əvvəlki tədris semestri üçün ÜOMG-yə (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə üzrə göstəriciyə) dair təhsil müəssisəsinin arayışı;
 
📍5.11.2. təhsil haqqının məbləği barədə təhsil müəssisəsinin arayışı;
 
📍5.11.3. standart TTK üçün illik təhsil haqqının ən azı 20 faizi məbləğində ödənişin edilməsi barədə təsdiqedici sənəd.
 
📍5.12. Bu Qaydanın 5.11-ci bəndində göstərilən sənədlərdəki məlumatlar müvəkkil bank tərəfindən elektron qaydada əldə edildiyi halda, qeyd edilən sənədlər kağız daşıyıcıda tələbədən tələb olunmur.
Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.

Qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılmışdır. Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.
Ödənişli qəbul olanlar diqqət
Oktyabr ayından tələbə kreditləri verilməyə başlayacaq.
Xəzər Universiteti

İqtisadiyyat və Menecment fakültəsi haqqında qısa məkumat.

Əsası 1991-ci ildə qoyulan İqtisadiyyat və Menecment fakültəsi Azərbaycanda ən aparıcı işgüzar fakültəyə çevrilmiş, tədris proqramlarının və dərslərinin hazırlanıb təqdim edilməsindəki keyfiyyət və yenilikçi təşəbbüsünə görə beynəlxalq nüfuz qazanmışdır. Fakültə Azərbaycanda regional tələblərə uyğun açıq Qərb təlim sisteminin tətbiqi və inkişafında birinci olmuşdur. İqtisadiyyat və Menecment fakültəsi ali təhsilin bakalavr, magistratura və doktorantura pillələri üzrə proqramlar təklif edir.
Özünün peşəkar professor-müəllim heyətinə malik fakültənin əsas missiyası İqtisadiyyat, Beynəlxalq İqtisadiyyat, Marketinq, Maliyyə, Mühasibat, Menecment, Beynəlxalq Biznes və digər sahələrdə inkişafa meylli, milli və beynəlxalq işgüzar mühitdə uğurla çıxış edəcək mütəxəssislər hazırlamaqdır.
Fakültənin tam ali təhsil proqramları isə xüsusilə uğurlu və təcrübəli iş adamlarının akademik tələblərinə uyğun və eləcə də iş həyatında ilk addımlarını atan tələbələr üçün biznes və idarəetmə anlayışları haqqında ətraflı məlumatla təmin etməyi nəzərdə tutmuşdur.
 

Əsaslandırılması və məqsədləri 

Müasir bazar sektorunu uğurla idarə etmək üçün müxtəlif iş bacarığı və ixtisası olan iqtisadiyyat mütəxəssisləri tələb olunur. İqtisadiyyat və Menecment fakültəsi iqtisadiyyat və biznesin müxtəlif sahələrinin tədrisini və tədqiqatını həyata keçirir. Fakültə yerli biznes cəmiyyəti, beynəlxalq təşkilatlar və maliyyə institutları ilə çox sıx əlaqə saxlayır. 
Fakültənin məqsədləri bunlardır:

təhsil platforması yaratmaq hansi ki, bununla məzunlar biznes və sosial imkanlar qura bilərlər

artım və inkişafı ömür boyu davam etdirmək

bir sıra geniş peşə sahələrində  karyera imkanları təmin etmək

həm özəl, həm də ictimai sektora müraciət etmək üçün idarəetmə proseslərini ümumi anlayışla təmin etmək.
Tələbə krediti üçün müraciət edən var?
Anonymous Poll
16%
Bəli
84%
Xeyr