İxtisas seçimi
659 subscribers
307 photos
20 videos
1 file
21 links
Kecid balları 2021, qəbul imtahanı 2021, keçid balları, ixtisas seçimi, qruplar üzrə keçid balları, Keçid ballarının statistikası və qəbul imtahanı ilə bağlı hər şey burada.
Reklam üçün wp (0506539049)
Download Telegram
Tələbə krediti üçün müraciət edən var?
Anonymous Poll
16%
Bəli
84%
Xeyr
RƏSMI:

- Oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyata qoyulan qadağa ləğv edilir.

- Oktyabrın 1-dən teatr və kinoteatrların fəaliyyəti bərpa edilir.
Kirayə ev axtaranlar yaxud ev tapıb otaq yoldaşı axtaranlar rəylərdə yazıb yardımlaşa bilərsiniz.
Təhsil Tələbə Krediti Fondu – Əsas məqamlar

- Təhsil Tələbə Krediti Fondunun nizamnamə kapitalı 80 milyon manat nəzərdə tutulub. Qanunvericilik çərçivəsində nizamnamə kapitalına əlavə vəsait cəlb oluna bilər. 

- Tələbələr növbəti tədris ilindən etibarən tələbə krediti ala biləcəklər. 

- Kreditlər veriləndə ilkin mərhələdə giriş balları nəzərə alınacaq. Yüksək nəticə göstərilməsi ilk şərt olacaq. 

- Bu kredit kommersiya məqsədi daşımır. Hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.

- Kredit məbləği birbaşa tələbəyə deyil, ali təhsil aldığı müəssisəyə veriləcək. 

- Kredit öz hesabına təhsil alan tələbələrə şamil olunacaq.

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər birdəfəlik yox, hər tədris ili üzrə ödəniləcək. 

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. 

- Təhsil kreditində faiz dərəcəsi çox az olacaq.

- Tələbə təhsil kreditini 20 il müddətinə qaytara biləcək. Yəni, tələbə ali təhsil müəssisəsini bitirdikdən sonra 20 il ərzində həmin krediti hissə -hissə Fonda qaytara biləcək. 

- Bu və ya digər səbəbdən tələbə hərbi müddətdə olduğu müddətdə, yaxud işləmədiyi müddətdə Fonda kredit vəsaitini geri qaytarmaq iqtidarında olmazsa, ona möhlət hüququ veriləcək. 

- Yaxşı oxuyan tələbəyə güzəştlər olunacaq. Həm faiz dərəcələri, həm də vəsaitin geri qaytarılmasında müvafiq güzəştlər oluna bilər.      

- Kreditin məbləğinin yuxarı həddi illik təhsil haqqından çox olmayacaq.

- Təhsil tələbə krediti əcnəbi tələbələrə şamil olunmayacaq.

- Təhsil Tələbə Krediti Fondu tərəfindən verilən kredit yalnız ölkə daxilində alınan ali təhsilə şamil olunacaq.

- Yüksək peşə təhsili alan tələbələrə də kredit veriləcək. 

- Özəl ali təhsil müəssisələrində təhsil alan tələbələr də tələbə təhsil krediti ala biləcəklər.
Əgər ödəniş üçün imkanınız yoxdursa 1 smesdr yaxşı oxuyub 2 ci smesdirdən tələbə krediti ala bilərsiniz. Ümumiyyətlə aztəminatlı ailə qrupuna daxilsinizssə asanlıqla müraciət edib tələbə krediti ala bilərsiniz.
💸Fondun nizamnamə kapitalı 80 milyon manatdır

📆Oktyabr ayı ərzində bu sistem işə düşəcək.

💻Elektron sistem olacaq.

📌Həm həssas qrup üçün sosial, həm də standart kreditlər olacaq.

Bu sistemdə şəffaflıq mövcuddur, çünki digər sistemlərə inteqrasiya olunub.

Tələbələr öz FİN nömrələrini daxil edərək sistemə qoşulacaqlar. Həmin inteqrasiya olmuş sistemlərdən tələbə, onun ailəsi və digər məlumatlar toplanılır.

📍Əgər ailədə əlilliyi olan şəxs varsa, ünvanlı sosial yardım alırlarsa, bu halda tələbə sosial kredit ala bilər.

📍Bütün bu proseslər sistem elektron olduğu üçün bir neçə saniyə ərzində baş verir. Digər hallarda isə standart kredit ala bilərlər.
Facebook işçiləri şirkəti tərk edirlər. Verilən məlumata görə onlar sistemə daxil ola bilmədikləri üçün əlacsızlıqdan şirkətdən kənarlaşırlar.

New-York Times
❗️"WhatsApp"dan rəsmi açıqlama:

"Problemi aradan qaldırmaq üçün var gücümüzlə çalışırıq. Yaxın zamanda yenilənmə göndərəcəyik. Səbriniz üçün təşəkkür edirik.
SON DƏQİQƏ❗️

📱"Twitter" tamamilə çökdü.
Çökməyən təkcə teleqram qaldı.
❗️Facebook, WhatsApp və Instagram'ın 3 saatdır işləməməsi dünya iqtisadiyyatına $500 milyon zərər vurdu.

Sosial şəbəkələrin iqtisadiyyatda nə qədər önəmli olduğunun daha bir sübutu
"Facebook"dan rəsmi açıqlama:

Facebookun texniki redaktoru Joost Schellevis:

"Nə baş verdiyi hələ yüz faiz aydın deyil. Facebooka artıq daxil olmaq mümkün deyil. Çox vaxt bunun səbəbi tez bir zamanda düzəldilə bilən sadə bir səhvlə bağlı olur.

Amma indi sanki Facebook serverlərindəki bütün lövhələr internetdən yoxa çıxıb. Biz indi onların harada və hansı istiqamətdə olduğunu öyrənməliyik. Bundan sonra onlar yenidən quraşdırılmalıdır. Bu səbəbdən bu kəsilmənin bir müddət davam etməsi gözlənilir"

©️azxeber
"Facebook", "İnstagram" və "Whatsapp"dakı problem bir neçə gün davam edə bilər"

Bu haqda ABŞ-dakı mənbələr məlumat yayıb.