İRS • Azərbaycan
2.97K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
İRS • Azərbaycan
Hossein Hamidi – Elchi Beglar
#azerbaycan_dili #foto
İndi qaşqay elində, borçalıda, gəncəbasarda və başqa bölgələrdə qalan ŋ (ng) səsi yaxınlarda yazıda ifadə olunurdu.
Şəkildə siz "Birləşdirmiş yeni türk əlifbası" görürsünüz. Bakı, 1928 il
@irs_azerbaijan
Forwarded from Azerbaijan region
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tebriz Music Academi

🎶 : Farnam and Beyjakhani

Tebriz - Azerbaijan region - IRI
Media is too big
VIEW IN TELEGRAM
Təbriz Musiqi Məktəbi
#azerbaycan_video #azerbaycan_musiqisi

Tarda - Qulamhüseyn Bəycəxanı
Qavalda - Hac Məhmud Fərnam.

Pəhləvi dövrü, 1940-cı illər.

@irs_azerbaijan
MÜHARİBƏ — SAVAŞ
#azerbaycan_purizm

⭕️ Müharibə - ərəbcə
Savaş - türkcə

Örnək
: Ən qanlı savaşlarda qorxu bilməyən… Qazan xan röyadan çox qorxardı. M.Rzaquluzadə.

Etimolojiya
savaş
Dilimizdə sözün-savın sözü var. Həmin kəlmədə sav söz kəlməsinin sinonimi kimi işlədilib. Sözsav tarixi baxımdan eyni kökə malikdir. Hətta söylə, söymək sözləri də onlarla qohumdur.
(Bəşir Əhmədov. Etimologiya lüğəti)

t.me/irs_azerbaijan
Audio
Mən bir köhnə dərvişəm
Cəhənnəmdən gəlmişəm!
Zəmanəni dolayıb,
Barmağıma sərmişəm


Mürşüd-i Ə'zəm cənab Molla Lüğəti həzrətlərinin özünü tanıtdırması
#azerbaycan_musiqisi
@irs_azerbaijan
#foto

Çanaqqala uğrunda gedən döyüşlərdə iştirak edən 18 yaşlı Bakıdan olan azərbaycanlı Həsənoğlu İbrahimin qəbri.

t.me/irs_azerbaijan
Audio
#azerbaycan_musiqisi
1977 ilinin 5-ci sentyabırında kosmik apparatla Voyajer 1 fişəngi buraxdılar. Voyajerin içində qızıl misli lövhəcik var idi. O lövhəcikdə kodlanmış şəkildə yad planetlər üçün səslər və rəngli şəkillər yazmışdılar. İçində 115 şəkil və 55 dildə salamlıq yazılmışdı. Sonra yer kürəsi səsləri gedir. Məsələn öpüşcük səsi, tıraxtır səsi, itlərin hürmələri, balina nəğməsi. Sonra yad planetlər musiqi dinləyirlər: klasiqi musiqi, milli və populyar dünya xalqların əsərləri. O musiqi listəsinə balabanda azərbaycan muğamı da daxil olunur.

Sizə bu balabanda ifa olunmuş muğamı dinləməyə təklif edirəm.

@irs_azerbaijan
#azerbaycan_purizm #corona #covid-19 #stayhome
MƏSAFƏ/DİSTANSİYA — ARA
⭕️ Məsafə - ərəbcə
⭕️ Distansiya - latınca
Ara - türkcə

Örnək
: qoronavirusdan yoluxanlamamaq üçün 1-2 metrə ara saxlayın.

t.me/irs_azerbaijan
Ləhcələr_1
#fikir #azerbaycan_dili
Ey əziz qardaşdarım və bacılarım. Sizdərdən öz ləhcədə danışmağı utanan varmı? Nöşün siz öz ləhcövüzdə danışmağı utanırsuz?
Azərbaycan türkcəsi həmçinin elə ona görə gözəldi ki, onun içində cürbəcür ləhcələr, deyimlər, tələffüzdər var. Vətənpərvərliy bilirsüz hardan başdéyr? haçan siz öz elüvizi, şəhərüvizi, kəndüvizi sevirzüz bax o vətənpərvərliyin qaynağıdı. vətən öydən, məhlədən, eldən başdeyir. məmləkətini sevmiyən vətəni sevməz.
hər elin öz ləhcəsi var. hər ləhcənin öz xsusi şeyləri var. ədəbi dili müqəddəs eləmiyün, soydaşdarım, o sdədəcə ortağ bir dildi ki hərə öz özünnən yazmasın bir, qayda olsun yazış qaydası. vəssalam.

tarix o cür qurdu ki indi şirvan bölgənin ləhcəsi əsasında ədəbi dil quruldu. amma məsələn gəncə şəhəri də paytaxt ola bilərdi (olub da). İş elə düşə bilərdi ki bu gün "bajım, gejə, aj, bij" demək ədəbi və istandart deyiliş ola bilərdi. ya da təbriz qalseydi bizim paytaxtımız, onda təbriz ləhcəsi bizim istandart dilimiz ola bilərdi. və indi yaxçı yazılardı.

Əlbəttə müstəqil bir dövlət kimi bizim bir dənə istandart və ədəbi dilimiz olmalıdı. ənənəvi və tarixi olarağ. və bizdə bu istandart dilimiz var. biz bu ədəbi dildə kitablar yazmalıyuğ, məqalələr, TV-də xəbərlər deməliyük, amma elə-belə hərə öz ləhcəsində danışsa bu bir eyib ya da pis şey döyür.

Kim başqasını "döyür" deməyinə görə onu düzəldib ona deyir ki "deyil" de, bilün ki bu sırf başdan ayağa çürük bir cahildi. İrəsmi yerrərdə olmayan necə dədəm babam deyib o cür də deyəcəm! kim mənə bir şey deyirsə qələt eliyir. Və kimsə sizə desə "belə yox elə de" siz ona deyün ki "irədd ol mən özüm bilərəm"

mətn yazılıb Şirvan ləhcəsində

sayğılarnan t.me/irs_azerbaijan
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ərazisi və Azərbaycan Respublikasının inzibati bölgüsü 🇦🇿
#map #dizayn #axc

Xəritə çəkib: t.me/irs_azerbaijan
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ərazisi və Azərbaycan Respublikasının inzibati bölgüsü 🇦🇿
#map #dizayn #axc

Xəritə çəkib: t.me/irs_azerbaijan
Azərbaycan Ləhcələri
#azerbaycan_lehce #azerbaycan_dili #map

Bizim yeni projemiz: "Azərbaycan Ləhcələr Atlası".

Planımız
Biz çoxlu Azərbaycan bölgələrin deyiliş xəritələri düzəldəcəyik. Xəritələr üç dildə olacaq: türkcə, urusca, ingiliscə. Azərbaycan dilində latın əlifbasında yeganə bir proje, harada biz ətraflı ləhcələrimizin haqqında məlumatlar hazırlayacağıq və paylaşacağıq.

Birinci xəritənin izahı.
"Sözün ortasında və təkhecalı sözlərin axırında c, yoxsa j səsi işlənir?" Gördüyünüz kimi Azərbaycanın yarısı "bajı, gejə, aj, bij" deyir.

Qaynağımız.
Siz deyə bilərsiniz ki nəyin əsasında siz bu xəritəni çəkdiniz? 1990 ildə, Bakıda çap edilən "Azərbaycan dilinin dialektoloji atlası" (4-ci şəkil). Amma problem ondadır ki, o kiril əlifbasında yazılıb. Biz bu kitabın əsasında latın türkcə, ingiliscə və urusca xəritə düzəldirik.

Bizimlə qalın, bizə dəstək olun!

t.me/irs_azerbaijan
#foto

Hindistanın «Həblu-l-mətin» qəzetində (iyul, 1902, No24) H. Z. Tağıyevin şəkli. Şəklin altında «Hacı Zeynalabdin ağa Tağıyev - taciri Badkubə» sözləri yazılmışdır.

@irs_azerbaijan
İRS • Azərbaycan
AZAD/SƏRBƏST — BOŞ #azerbaycan_purizm Boş — türkcə ⭕️ Azad, Sərbəst — farsca Örnəklər: Boş yer. Boş vəzifə. Boş durmaq. Boş dayanmaq. Etimolojiya: azad Farscadır, bizdə qabaqlar onun müqabilində boş sözü işlənib (indi də var). (Bəşir Əhmədov. Etimologiya…
#azerbaycan_dili
Bəziləri mənə dedilər ki, guya Azad sözünün əvəzi türkcə özgür olur.

Mən qəti razı deyiləm uydurma sözlərlə. Özgür sözü isə uydurmadır. Onu Türkiyə Cümhuriyyətinin əvvəlində (1930-1940) törətdilər. Ən əski qaynaq 1935 il. Ondan öncə özgür sözü işlətmirdilər. Fəqət "azad" sözü türk kitablarında çoxdan var idi, ən əski qaynaq 1300 ilindən öncə.

Məlumdur ki, qədim türklər sərbəst, azad yerinə "boş" deyirdilər.

Mən uydurma sözlərlərə heç razı deyiləm. Heç kimin haqqı yoxdur öz başından dil ilə hoqqalar çıxartmaq. Ya millət təbii olaraq söz yaradır özü, ya da ki biz alınma sözüü davam edirik işlətməyə.
Azad sözü biz götürdük qədim zamanlardan, və tək biz yox. Bu söz tatarcada da var, özbəkcədə də, uyğurcada da, başqurtcada da və s.

Ya "boş" ya "azad".
Özgür yox!

@irs_azerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Kərkük sənətçiləri: "Kərkük bölgələri"
#azerbaycan_musiqisi #kerkuk
kərkükdən bağdad yolu
kərkükdən bağdad yolu
türkman ewi sağ solu
türkman ewi sağ solu
gəl bir gün qonağım ol
gəl bir gün qonağım ol
qədir qiymətdən dolu (?)
qədir qiymətdən dolu

kərkügün musallası
kərkügün musallası
çay xana mahallası
çay xana mahallası
kassab xana çuqurda
saf(ğ?) türkmanlar əsası

bir yanıdır qeysəri
bir yanıdır qeysəri
altun bulaq ciyəri
altun bulaq ciyəri
dəmirçilər vətəni
dəmirçilər vətəni

gözəl qoryanın yanı
türkman qoryanın yanı
ordadır rüt (?) meydanı
ordadır rüt meydanı
ciridir sarı kəhya
ciridir sarı kəhya

şatırlı beglər almas
şatırlı begqlər almas
debe (?) kimsəyə qalmaz
Arafat türkmanındır
kərkük türkmansız olmaz
türkman kərküksüz olmaz

aşqınla dönməm gəri
aşqınla dönməm gəri
qurbanam o türkmana
qurbanam o türkmana
sultan saqıdan gəlir
sultan saqıdan gəlir

kərkükdə qəssab başı
kərkükdə qəssab başı
axdı gözümün yaşı
axdı gözümün yaşı
xazranın suyu gəlsə
Söndürür çox ataşı

Sözyazma: t.me/irs_azerbaijan