İRS • Azərbaycan
2.97K subscribers
1.4K photos
206 videos
45 files
427 links
Download Telegram
Forwarded from İRS • Azərbaycan (J. B. S. Haldane)
Qacar dönəmindən qalmış Tehran şəhərindən fotoqraflar.
#Azerbaycan_tarixi
#foto

Məhəmməd xan Qacar 1786-cı ildə Tehranı özünə paytaxt etdi, həm də ona ikinci ad verdi - Dar öl-Xülafə ("xəlifələr paytaxtı"), bu onun xəlifə titulu iddiaları ilə bağlı idi. Ağa Məhəmməd xan Tehranı paytaxt kimi ilk növbədə hərbi-strateji məqsədləri əsas tutaraq, əhalisi 20 min nəfər olan bu nisbətən kiçik şəhəri seçmişdi.

⚠️(Qacar şahlarının Tehranda olan) Gülüstan sarayının məsulları bu şəkillərin arxivinin itirilməsindən(oğurlamasından/Yox etməsindən) xəbər verirlər!

t.me/irs_azerbaijan
Azərbaycanın yeni tarixinin ən vacib hadisələrindən olan Tovuz döyüşlərindən bir il ötür.

Allah bütün şəhidlərimizə rəhmət eyləsin!

@irs_azerbaijan
Media is too big
VIEW IN TELEGRAM
Türkiyəyə hərbi təhsil almaq üçün göndərilən Azərbaycan zabitləri Əsgər marşı oxuyur, 2 noyabr 1992-ci il.
Onların arasında Yurd uğrunda canlarından keçən əfsanəvi polkovnik-leytenant Raquf Orucov və general-mayor Polad Həşimov da var. Məkanınız cənnət olsun Azərbaycan oğulları, biz qazandıq, siz qazandınız!

#azerbaycan_video

@irs_azerbaijan
Yurddaşımız rusca rəsm-xəbər səhifəsi açıb. Dəstək olaq, izləyək!

https://t.me/PoBokalu/7
Müsəlmanlar Qafqazdakı öz malikanələrdə və Parisdə.
"Molla Nəsrəddin", Azərbaycan, 1910 il.

#azerbaycan_medeniyyeti

@irs_azerbaijan
Bu gün, 534 il bundan qabaq, dünyaya Azərbaycan tarixində ən böyük və ən görkəmli şəxsiyyətlərdən biri gəlib.

Doğum günün qutlu olsun, Şah!

#azerbaycan_tarixi #bugun

@irs_azerbaijan
Forwarded from İRS • Azərbaycan (Bisiii)
Mana dərdü bəlalər yaxşı gəldi,
Sana zövqü səfalər yaxşı gəldi.

Sana xoş oldu, yarın yar boldu,
Mana ol aşinalər yaxşı gəldi.

Sənin yüz qiymətin bir pula düşdü,
Mana bu pürbəhalər yaxşı gəldi.

Mən ol pərvanə tək həsrət odunda,
Sana şəm'i-ziyalər yaxşı gəldi.

Sana cövrü cəfa bolsun müsəlləm,
Mana əhli-vəfalər yaxşı gəldi.

Xətayivəslə yetdi çinü təhqiq,
Sana yardan xətalər yaxşı gəldi.

✓ Şah İsmayıl Xətai


#azerbaycan_edebiyyati
@irs_azerbaijan
Audio
"Bahariyyə"

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.

Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü.

Bülbül oxudu süfati-hicran,
Dəryada dür oldu əbri-neysan.

Yaşın yerə tökdü əbri-neysan.
Bülbüllər oxudu sədhəzaran.

Novruz gülünün açıq dəhanı,
Mürğ onda oxur hezar zəbanı...

Gözlərimə Can Göründü
Şah Xətai, Şah Xətai!

Mərd ilə Meydan Göründü
Şah Xətai, Şah Xətai!

Göylərə meydan göründü
Şah Xətai, Şah Xətai!

Göydən Yerə endi Heydər
Hü-hü Deyib Olduq əsgər

O Şah Kimdir? qulu qənbər
Şah Xətai, Şah Xətai!

Önündədir Yeddi Mələk
Əlindədir Çərx-i Fələk

Min-bir Adın Bilmək Gərək
Şah Xətai, Şah Xətai!
#azerbaycan_musiqisi

Oxuyan: Cavid Murtəzaoğlu
Söz: Şah İsmayıl Xətai

@irs_azerbaijan
Qurban bayramınız qutlu olsun!

Şəkildə — Azərbaycan legionun Qurban bayramı münasibətinə afişası: "Legionumuzda Qurban bayramı", 1944-cü il

#afisha #poster #legion #foto

@irs_azerbaijan
Forwarded from Papirus
🇦🇿 Bu gün Azərbaycanda Milli Mətbuat günüdür. Düz 146 il əvvəl Həsən bəy Zərdabinin təsis etdiyi Əkinçi qəzetinin ilk nömrəsi işıq üzü görüb. Azərbaycan məhz Həsən bəy kimi ziyalılarımızın sayəsində yox olmaqdan qurtuldu. Ruhu şad olsun.

Fotonu dəyərli @rasulhasanov rəngləndirib.
«Bu yolda [Mosuldan Bağdadacan] onların hamısı [yerlilər] türkcə danışır, amma Yunanıstanın türkcəsindən az fərqlənən əcəm türkcəsində [azərbaycanca]; və Bağdada yaxınlaşdıqca bu türkcə İstanbuldakından [osmanlıcadan] daha çox fərqlənir».

Qaynaq: Jean de Thevenot, «The travels of Monsieur de Thevenot into the Levant», part II, p. 61

Qravürada 1690-cı ilin Bağdadı təsvir olunubdur.

#azerbaycan_dili #kerkuk

@irs_azerbaijan
Darçını, Şabalıdlı, Qəhvəyi — Qonur
#azerbaycan_purizm

🔴 Darçınıfarsca
🔴 Şabalıdlıfarsca
🔴 Qəhvəyiərəbcə
🟢 Qonur* — türkcə

Örnək

"– Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü … bir igid görmədinmi?"
M.Rzaquluzadə.

Sürmələr hey çəkdin qonur gözünə,
Qaçma məndən, qaçma avçı deyiləm.
Şah İsmayıl Xətai

Sözün kökü
:

Şabalıdı, kəhər, açıq-qəhvəyi rəngə qonur (rusca: карий, бурый) deyirik. Bu söz köymək feili zəminində əmələ gəlib və “qor rəngində olan” deməkdir. Qonursu sözü də olub, məhz “yanmaq” mənasını verən göy feili ilə bağlıdır, kömür kəlməsi ilə eyni kökə malikdir. Dilimizdə qonra (kürən rəngində olan) feili olub. Göydəmir at birləşməsindəki göy sözü də qonur kəlməsi ilə qohumdur, göydəmir sözünün hərfi mənası “yanmış (qızdırılaraq suya salınmış) dəmir” deməkdir, kül rəngində olan mənasını əks etdirir.
(Bəşir Əhmədov. Etimologiya lüğəti)

* — Qaynaq: Azərbaycan Dilinin İzahlı Lüğəti
———
@irs_azerbaijan
«Rusiyanın 1828, 1830 illərindəki Türkiyə və İranla ardıcıl savaşları, yeri gəlmişkən, 130 000 türkiyəli və iranlı erməninin rus ordularının qorunması altına keçməsi və müsəlman hakimiyyətinin qaldığı bölgəyə gedən kürdlərlə tatarların yerinə - Araz, Kür çaylarının dərələrinə yerləşməsiylə nəticələndi. 1877-78 illərin rus-türk müharibəsi də eyni ikili köçürülməylə sonuclandı, Ərdəhan qəzasında Kür yuxarılarının, Araz hövzəsindəki Qars qəzasının məsafəsi müsəlman inancının sakinləri tərəfindən tərk edilmişdi, onların yerinə isə Fərat yuxarılarından, Çorox qıraqlarından və özəl olaraq San-Stefano anlaşmasına əsasən Rusiyaya keçən, amma Berlin konqresində Türkiyəyə qaytarılan torpaqlardan gələn erməni çoxluğu yerləşdi».

Qaynaq: Н. М. Лагов, «Армения: очерк прошлого, природы, культуры и пр.», с. 65

#ermeniler #azerbaycan_tarixi

@irs_azerbaijan
Forwarded from İRS • Azərbaycan
Hörmətli izləyicilərimiz!

Bilirsiniz ki, biz bir çox vaxt Azərbaycan tarixçiliyinin inkişafında altı sosyal şəbəkədə və Vikipediyada iş görürük və bundan ötrü aztapılan qaynaqlardan məlumat paylaşıb hörmətli millətimizi tariximiz və mədəniyyətimizlə tanış edirik. Ancaq bu nadir kitablar, başqa materiallar və yazdığımız məqalələr göydən düşmür. Onları tapmaq və yazmaq üçün vaxtımızı və pulumuzu itiririk. Biz saatlarla, günlərlə, aylarla belə bəzi kitabları dünyanın fərqli yerlərində və fərqli dillərində axtarıb tapırıq. Təki Vətən sağ olsun!

Sizdən tək istədiyimiz dəstəkdir. Bizim haqqımızda başqa insanlara danışa bilərsiniz və bizə maddi şəkildə kömək də edə bilərsiniz ki İRS • Azerbaijan səhifəsi böyüsün və biz də daha çox nadir qaynaqları əldə edib səhifələrimizdə paylaşaq. Azərbaycan və Rusiya bank kartı nömrələrimiz və PayPal hesabımız aşağıdadır, istədiyiniz məbləğdə pul köçürə bilərsiniz:

Kapital Bank🇦🇿: 4169 7385 6270 8093
Сбербанк🇷🇺: 4274 3200 6039 5590
PayPal🗺: felah228@mail.ru
İRS • Azərbaycan
Darçını, Şabalıdlı, Qəhvəyi — Qonur #azerbaycan_purizm 🔴 Darçını — farsca 🔴 Şabalıdlı — farsca 🔴 Qəhvəyi — ərəbcə 🟢 Qonur* — türkcə Örnək "– Söylə görək, Beyrək adlı boylu-buxunlu, qara, qıvırcıq saçlı, qonur, şəhla gözlü … bir igid görmədinmi?" M.Rzaquluzadə.…
Yayarda paylaşılan bütün alınmış sözlərin qarşılıqlarını bir yerdə bu sözlükçədə tapa bilərsiniz:

https://docs.google.com/spreadsheets/d/1To0Htdqvd5RAG7TVd9VFr1y6vbOHzyGoc7Wo4LJtId8/edit#gid=0

Eyni zamanda bizim @irs_purizm_bot vardır, bu bota mətn ataraq, mətndəki alınmış sözlərinin öz qarşılıqlarımızı tapa bilərsiniz. Bu bot söhbət qruplarda da işləyir və sözlükçədə olan alınmış sözü görər ikən, öz sözlərimizi təklif edir :)