İMTAHAN TEAM
16.8K subscribers
1.26K photos
26 videos
1.56K files
749 links
✅️sınaqlar, testlər,dərsliklər,kitablar və s.

✅️DİM-dən ən son xəbərlər

❌️Qrup üzvlərini narahat etmək qadağandır.
Əgər bu kimi hallarla rastlaşsanız admin yaza bilərsiz

© Kanal qorunur.
Download Telegram
Blok fənləri üzrə toplana biləcək maksimal ballar:
Siz imtahan günü buraxılış vәrәqәnizdә göstәrilәn vaxtda imtahan verәcәyiniz binanın qarşısına gәlmәli, özünüzlә mütlәq qara vә ya tünd göy rәngdә yazan, mürәkkәb axıtmayan diyircәkli qәlәm vә HB sәrtliyindә sadә karandaş, qәlәmyonan, pozan vә aşağıdakı sәnәdlәri gәtirmәlisiniz:

- özünüzlə şәxsiyyәti tәsdiq edәn sәnәdi götürməlisiniz. Şәxsiyyәti tәsdiq edәn sәnәdindә şәkli olmayan abituriyentlәr, digәr sәnәdlәrlә yanaşı, tәhsil müәssisәsi tәrәfindәn verilmiş vә fotoşәkillәri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir) gətirməlidir.

- imtahana buraxılış vәrәqәsi üzərinizdə olmalıdır.

Abituriyent aşağıdakı hallarda imtahana buraxılmayacaq:

- tәlәb olunan sәnәdlәrdәn hәr hansı biri olmadıqda vә ya sәnәdlәr arasında uyğunsuzluq olduqda;
- saxta sәnәd tәqdim etdikdә;
- imtahan binasına imtahanın başlanmasına 15 dәqiqә qalmış gәldikdә;
- imtahan binasına imtahana gәtirilmәsi qadağan edilmiş әşyalarla daxil olmağa cәhd etdikdә.
ll və lll qrupların nəzərinə❗️
Təhsil naziri Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlanmasını təklif edib
2011-2020 Qəbul və Sınaqlar (Cavablı) (1).pdf
46.5 MB
2011-2020 Qəbul və Sınaqlar (Cavablı) (1).pdf

Mənbə @mustafayev_vahid_riyaziyyat
Qeyd edək ki, apellyasiya komissiyasına müraciət edərkən əlaqə vasitəsi kimi "Zoom" proqramını qeyd edən şəxslərə apellyasiyanın keçiriləcəyi vaxt və müvafiq link müzakirə aparılacaq vaxtdan bir gün əvvəl ərizədə göstərilən elektron poçt ünvanına göndərilir.

Əlaqə vasitəsi kimi “Telefon” bəndini seçən şəxslərə isə birbaşa zəng olunur. Həmin vaxt şagirdə uyğundursa, müzakirə aparılır, əks halda başqa tarix təyin olunur və həmin vaxt yenidən əlaqə saxlanılır. Nəzərinizə çatdırırıq ki, qeydiyyatdan keçən bütün şagirdlərlə mərhələli şəkildə əlaqə saxlanılır.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 16-da keçirilən buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 25 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 17 may saat 10:00-dan 19 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.
Ətraflı:

https://www.instagram.com/p/CsVotWhoN00/?igshid=MTIyMzRjYmRlZg==
2023/2024-cü tədris ili üçün V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin və subbakalavrların elektron qeydiyyatı başlanır.

Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 30-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər.

Ətraflı: https://dim.gov.az/news/10988/
İmtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2023/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Buraxılış imtahanından neçə bal topladız???🤔🤔
Anonymous Poll
14%
0-100
20%
100-150
24%
150-200
23%
200-250
18%
250-300
Nazirliyin məlumatına görə, bu il respublika üzrə 11-ci sinifləri 98 660 şagirdin bitirəcəyi proqnozlaşdırılır.
Media is too big
VIEW IN TELEGRAM
Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçmək üçün video təlimat
#dövlətimtahanmərkəzi #dim #dimgovaz #qəbul #imtahan #qeydiyyat #qabiliyyətimtahanı
Sabahkı imtahanda hamıya uğurlar😊🖤🖤
Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İmtahandan çıxanlar zəhmət olmasa mənə yazsın
@mirmmmdv_03