İdrisHeyderli
100 subscribers
22 photos
3 videos
80 links
Download Telegram
Mədəniyyət ağıl kimidir,onu inşa edərsən,
Ağıl düyğuların idrak etdiyi şeylərlə var olanların təcrübəsindən və Bir tərəfinin anlatdığı şeylərlə Bilik qazanır,
Ağlın iki qaynağı var,başqa bir seçimi yox.
Hər ikisi təcrübəyə əsaslanır,
Sadəcə ayrıldığı yerlər çox mühümdür,
İdrak edilən Varolanlardır,bunu Ağıl özü müəyyən edər,Anlatılanlar isə kimsənin söylədiyi,yazdığı,yaşadığı təcrübələrdir.
Mədəniyyət qazanılan biliklərin həyat tərzinə dönən yaşama aksiomlarıdır,
Olmazsa olmazlar belə yaranar.
Bizim bu gün mədəniyyət dediyimiz anlayış Qurumlaşmış ideolijinin icazə verdiyi və inşa etdiyi Ağlın parçası olaraq formalaşdı,
Azərbaycan mədəniyyəti Sovetin icad etdiyi Ağlın mirasıdır,
Yəni biz Ağıl olaraq nəzəri və praktik təcrübəyə sahib deyilik ki,mədəniyyət kimliyimizi özümüz inşa etdik,deyə bilək.
Bu Ağıl bizə verilib və biz "bu bizimdir" işarəsini göstərdikdən sonra mənimsəmişik.
Biz təqlid edənlərik,nəyi təqlid edirik?
Ya dində olsun,ya həyatda,
Bir şeyi təqlid edirsənsə tədqiqə yolun bağlanır,
Ağıl tədqiq edən ola bilmirsə təqlid etmək məcburiyyətindədir.
Təqlidçi Ağıl mədəniyyət qura bilməz,ona verilənı icra edər,
Yazı üsulumuz təqlid,
Göz üsulumuz təqlid,
Səs üslübumuz təqlid,
Yaşama üsulumuz təqlid,
Adı Azərbaycan mədəniyyəti olaraq tanıdılan bu şeylərin heç biri icadımız deyil,icramızdır,
Bu icranın içndə "böyük","dahi","və sair kimlik qazananlar hamısı Sovetləşdirilmiş kulturanın zərəcikləridir,
Nizami ruslar üçün bir misal çəkər,
"Eşşeyin başına tac qoyarsan,tükü bərq vurar", misalı,
Yeni bir yeni olmur,səbəb budur,
Mədəniyyətin var olması üçün Biliyin idrakını  quracaq mətnə ehtiyac var,
O mətn isə artıq yoxdur,
Sovet mətnləri isə boş dəyirman kimi çax çaxı baş ağrıdır,
Tədqiq edib yol axtarmayınca təqlid edib,
Dizimizə döyəcəyik,
Ah,vay...
Yalan haqqında heç düşündünüzmü?
Nədir "yalan"?
Bir şeyi onun ziddi ile tanıyar insan,
Yalanın ziddi doğrudur,
O zaman "doğru" nədir,sualı çıxar.
Bir şeyin o birindən ayırd edilməsi insanın zehnində olar,həyatda- var olanlarda belə bir ayrım yoxdur,
Var olanlarda "yalan" yoxdur," doğru" da yoxdur,İnsan və dünyalar var,
Mövzumuz yalandır,məsələmiz yalan nədirdir,
Dilimiz "yalan"ı necə tanıyır?
Qırmızı yalan,
Ağ yalan,
Və yalan.
"Yalan" yalamaq felindən alınıb,"yaltaq","yal"da bu kökdendir,
Dilin fəlsəfəsi,semantiki bizə bir şeyi işarə edir,
Dil bizim bioloji parçamız olaraq bir çox funksiyanı yerinə yetirir,ikinci Dil isə sözləri biri birinə bağlayıb qayə və mana yükü daşıyır,
Maddi olan dillə,mənəvi olan Dilin "yalan" tanıması ikisinin birləşməsi ilə bir şeyə işarət etdirir,
Adın içində onun mahiyyətini gizlədir,
Mahiyyətində Yalamaq olan yalanın isə iki rəngi üzə çıxır,
Qırmızı və ağ.
Qırmızı  olanların tam imkarıdır,
Ağ yalan isə olmayandır,
Dilin rənginin yalamaqla bulaşması bu rəngləri ön plana çıxar,

Dil maddi olanın yanında yala əsir düşər,
Yalayaraq,yaşar.
İnkar edici Dillə,uydurulan Dil insanın kiməm,hardayam,hara gedirəm qayəsini unutdurar,
İnsan təbiətindəki bioliji ehtiyaclarının təminatçısı kimi çürüməsinə yol başlar.
"Doğru" olanla rabitəni isə insana yaradanı vəd edər,
"Doğru" haqqdır,haqdandır,haqq olandır.
Hər şeyin hakkını vermək və yaşamaq,
İnsan olmaq haqqa təslim olmaqdır,
Təslim olmayan "yalan"a bağlanıb,
Ehtiyacları üçün dilini pisliklərə bulaşdırmaqdır.
Biz yalanlarla yaşayırıq,yalansız yaşamaq mümkün deyildır,
Ta o zamana qədər ki,Yalanın qarşısında Haqq olan meydana gəlmədikcə.
Bizim haqq olan " doğru"muz müəyyən edilməyib,
Dərdimiz və məsələmiz budur,
Biz yalanların mücadilə verdiyi bir cəmiyyətin içində yaşayırıq,
Bu mərhələni keçmək məcburiyyətindəyik,
Doğru göydən düşmür,"doğru" olur və bu doğrular yerini tutana qədər yaşamaq gözəldir,
Zamandır,qatarım çatdı...
Bir hindlinin dərdi
Gecə,dostum Əkbər Nəcəf bir kitab dedi,rastıma çıxdı,aldım.
Hindli rejissorun kitabıdır,Satyajit Ray.
"Bizim filmlərimiz,onların filmləri" adını qoyub,yaşadığlarını yazıb,kino həyatına hind gözü ilə baxıb,
Hind film sənayesinin Holluvudun arxasınca nə istədiyini,necəliyini həyatında qarşılaşdığı hind həyatı ilə bərabər anladır,
Özü ilə arxasınca getdiyinin uyğun gəlmədiyinin dərdini məsələsi edib,cavab axtarır...
Uzun zamandı şəxsi hekayələr,roman oxumuram,Satyajitin hekayəsi kitabı başladığım an yordu məni,
Çay aldım,kitab pasajında divanda yerimi rahatladım,yenə oxumağa başladım,
Və, səhifələrə göz gəzdirib,keçdim..
Hind kinosu "xoşbəxət sonluğ"lar kinosu idi,
Sovetlərin teorik baxışları ilə üst üstə düşürdü,kinozallar,klublar yeni hind filmi gəlib deyəndə günlərlə o filmə baxmaq istəyənlərin növbəsi yaranardı.
Hind kinosu fəlsəfənın,düşüncənin parçası olmadı,Həyatlarına rəng qatacaq "yeni hind məbədi" inşa etdi,
Kinosu,sözü,fəlsəfəsi Məbədləşən bir dünyada məbədlərin içərisinə əlavələr edə bilmirsənsə,həyat və sənət formalarını məbədləşdirirsən,
Nə yazıq ki,Avropalıların Kilsələşdirdiyi şeylərin Məbədləşməsi mümkün deyildir,
Məbədlə Kilsənin fərqi var,
Məbəd həyatın donduğu yerdir,
Kilsə isə  səhnədır,
Bu qədər,
Dostum kitabı aldım,təşəkkürlər Əkbər Nəcəf,
Qatarım dayanacağıma çatır.
"Şəklimi çək",
Şəkil nədir?
"Şkl" dan gələn şəkil formanı,sərhədlərini müəyyən etdirən görünənin sabitlənəcək rəsmidir,
Tanımaq istənilənin tanıyanın zehnindəki formasıdır,
Bir zamanlar foto icad ediləndə biz kağıza dönən rəsmə "şəkil" dedik,
Şəkil çəkənlərin böyük əksəriyyəti xristianlar idilər,Şəkil bahalı xidmət idi,ermənilərin saraya girişi və saray hərəminə müdaxiləsi "şəkilimizi çək"lə başladı.
Və Şəkilçi ermənilərin " gülümsəyin","gözəl dur",yaxşı çıx"əmrləri ilə fotolar evlərin,hadisələrin tarixi olmağa başladı.
Şəkillərimiz erməni gözü ilə divarlara,xatirələrə döndükcə həyatımız da şəkilləşdi,
Hamı şəkillərdə görüntülənən kimi yaşamağa üstünlük verdi,
Şəkillər həyat tərzimizi dəyişdi,
Kimsə özü deyildi,hər kəs şəkildəki kimi saxtasına döndü,
"Qəlp" qəlbi bitirdi,
Sonrası bu görüntü səslə,sözlə bu gün hər kəsin istifadə etdiyi Şəbəkələrdəki görüntülərə,rəsmlərə,
Şəkillərə çevrildi,
Dərdim nədir?
Həyatımızın içinə girən və onun parçası olan Foto-Şəkil yaddaşımızı xatırlamaq istədim,onun hafizəmizdə tutduğu yeri tanıyıb,
Bu gün yaşananların fəlsəfəsinə aydınlığ gətirmək istədim,
Bizə şəklin ədəbini şəklimizi çəkənlər verdi və verirlər,
Hələ də şəkil ədəbimizin qaynağı onlardır,
Şəkillə deyil dərdim,şəkilə ədəb verən tərəflədir dərdim,
"Qəlp insanlar" divarlardan asılan şəkil kimidirlər,
İçimizin coğrafiyasının xəritəsini çəkən göz gözəllik arxacınca başqalarının gözü ilə gedir,
Durub,bir anlığa göz ardı etməyək,
Diqqət edək,
Görəcəyik ki,ağlımıza gələn başımıza gəlir,
Şəkillərə şəkil verəcək ağlın gözünə ehtiyacımız var,
Bu da keçər,deyib,
Yolumu yazı ilə qısatdım.
Beriya.Məğlubiyyət
Rusların yaxın tarixə nəzər salan serialıdır,uzun zamandı baxmaq istəyirdim.
Baxdım,
Və rus ağlına bir daha əmin oldum,
Bu ağılın hər zaman Xidmətçi ağıl olduğu qənaitində idim,
Bir daha qarşılaşdım...
Beriya hekayəsi ilə Ukraninlərin sovet idarəetməsindəki "Çevriliş" senarisini mərkəzə yerləşdirməklə yeni bir tarix oxuması göstərmək istəyirlər,
Yalanlar içində itmiş insan hekayələrini kağızlara çevrilmiş yazılarla Sovetlərinin içini göstərirlər,
Beriya əqidəli kommunist,Xruşov satılmış xaxol,Gürcü ilə Ukrain muqayisəsi fonunda əmrə tabe Rus!
Siyasi hakimiyyətə yaxın bu filmin istehsalçıları nə istəyirlər?
Dünəni ilə savaşan bir Ölkə olaraq inşa edilən şeyin Yalan olduğunu fərqli bir yalanla örtmək və ideolijiyə çevirməkdir,
Siz hardasınız,cənab Ruslar!!!
Kremlin içində baş verənlərə bu yanaşma bir daha bu ölkənin dövlət ağlının olmamasının sübutudur,
Burda ağıl İcradır,əmr hardan gəlir?
Əmr gələn yerin bir sürü axmaqlar kimi göstərilməsi bu günlə müqayisə edilə bilər,
Əmrin gəldiyi yer bir Fitnə yuvasıdır,
Xəyanətlərin mərkəzidir,
Sala yeyib,samaqon içən bir adam sizi bu qədər axmaq yerinə qoyubsa,
Haqq edirsiniz,deməkdir,
Bizdə bu acını yaşamışıq,
Bir sürü axmağa Mərkəzi Komitə deyib,inanmışıq,deməkdir.
Keçmişinizdən xilas olmadığca bu acıları yaşayacaqsınız,
Yalanın üstünə yalan qoymaqla həyat inşa ediləməz,
Beriyanın sonu Sovetlərin sonu kimi oldu,
Kimsə bilmədi,harda öldü,zindandamı,
Güllənənmədəmi,...
Zəhərlənmiş Stalin,güllələnmiş Beriya,
Aldadılmış Xruşov,
Sonra,
Kimsiniz Siz?
Beriya serialından ayrılıb Marmaraya gedirəm..
Rus..Məğlubdur,Beriya Məğlub görünmədi heç,
Tam yeni "qəhrəmandır"...
"Qəhrəman" bir boqotrdan gəldi,tarixdə qəhrəman olmaz,Ya haqq olar,ya haqsız...
"Qəhrəman"ların arxasınca gedənlər isə qəhr olmuşlar olur..
Rus dili ilidir dedilər,
Olsun.
Bu dilin kimliyi və kişiliyi varmı?
Rusca kimliyi və kişiliyi ziddiyyətli bir dildir,
Dilin kimliyini tanımaqdan ötrü onun coğrafiyasında yaşadığı həyatın qaynağını bilməliyik,
Kişiliyini bilməkdən ötrü isə dini qaynağından mayalanan ədəbini tanımalıyıq,
Kimliyi və kişiliyi tanıdığdan sonra ona mənsubiyyət tanıyıb,Ad verə bilərik.
Ruscanın kimliyi Dul qadın mayası ilə yoğrulub,Mat söyüşü ilə qadın halı onun coğrafi kimliyinin cöhvəridir,
Dini qaynağı yunanca ilə daima münaqişədə olduğundan doqmalar coğrafiyada darmadağın qaldı,Kilsə ilə monastr Heykəlləri bitirə bilmədi,heykəllər Şəkillərə dönsə də heykəlliyini qorudu.
Mənsubiyyət bir Ailəyə məxsusluqdur,
Kimlik və kişilik bir aidiyyata Mənsubiyyətə çevrilir,
Slavyan dil Ailəsində rusca ziddiyyətli Qadın kimliyi,Heykəl kişiliyi ilə məsubiyyətini zorlanmış Dul Qadın məntiqi ilə inşa etdi,
Rusca düşüncə dilinə sərhədlər qurduğca Ailənın deyil,Dəstənin dili oldu,
Rusca danışmaq və düşünmək dərddir,
Dul qadın,Heykəl və Dəstədən yığılmış bu üçlüyün dərdi zorlanmış bir həyatdır,
Bu həyatla dünya qurmaq ancaq öz sərhədləri içində mümkündür,sərhədlərindən kənarda isə ya Dul Qadın,ya Heykəl,ya da Dəstədir.
Rusiyanın bitməsi ilə ruscanın tənəzzülüdür,
Rusca "təmiz danışanlar" çalışın rusca düşünməyin,
Vəziyyət ruscadır...
Bakı metrosundayam,aylar sonra,
Marmarayda yazdığım yazıları Bakı metrosunda davam etdirmək istədim,
İstanbulda düşünmək dərdi,Bakıda danışmaq dərdi var,
İstanbulda dünya qurmağa çalışır fikirlər,
Bakıda qurulan dünyaların içində yer axtarırsan,
İstanbulda təfəkkürün sərhədi gəlib keçən yazı mirasını bütöv yaşayır,
Bakıda nə təfəkkür,nə də təxəyyül işləyir,
İşləyən tək Səslərdir,qatar səsi,maşın səsi,qaşığın səsi,səslər içində səssiz donmuş üzlərdir,
Bu üzlərdə suallar yoxdur,hamı cavabını bilir,
İstanbulda hamının sual üzü var,Bakıda isə cavablarla donmuş üzlər görünür.
Bu iki şəhəri müqayisə etmirəm,dərdim deyil,
Marmaraydakı üzlər bir anlığ sən böyük bir dünyanın parçasısan dedirdir,
Bakı metrosu isə sən ehtiyaclarına bax,gerisi senlik deyildir,deyir.
Marmarayda Platonla müzakirələr yaşadım,
BakıM da isə sadəcə gedirəm,
Getdiyim son dayanacaqda məni gözləyən və gözləyəcək hər nə varsa əzbərimdir,
Marmaray mənim əzbərlərimin pozulduğu yer imış,
Anladım,susdum...
Bakı metrosunun heç dəyişməyən bir İyi var,
O iy illər öncə ilk Bakıya gəldiyimdən hafizəmdədir,
İymidir,iylənmişmidir,bilmirəm,
Çatdım,Sahildəyəm...
"Məktəb" adı verdiyimiz bir müəsissə bu günlərə hansı sima ilə gəldi,
Nə idi,nə oldu?
Keçən əsrdən bizə Danabaş kəndinin məktəbini yazan Cəlil,bir də onun oxuduğu rus tatar məktəbi ilə Yeni məktəblə tanışdıq...
Cəlilin Xudayarı kəndilərin uşaqlarının məktəbə cəlb olunması üçün əlində qamçı,ağlında bəy olmaq sevdası ilə gəzir,
Oxuduğu rus tatar məktəbi isə müsəlman uşaqlarını "provoslav obrozovvoni"yə döndərmək istəyi ilə məktəbləşir,
Və beləcə sovetlər gəlir,hər kəsə oxuma yazmaya öyrədəcəyi məqsədi ilə hər yerdə məktəb qurur.
"Məktəb" sovet cəmiyyətinin qurucu elementi kimi mərkəzə yerləşir.
Bu məktəbin şəklidir,içərisi necə quruldu?
Sovet məktəbinin mərkəzində Makarenkonun "kollektiv tərbiyə" üsulu dayanırdı, əmək tərbiyəsi,bədən tərbiyəsi sovet məktəblisini cəmiyyətə hazırlayardı.
"Sovet İnsanı" fərqli bir məhsul idi,sistem dağılıb hələ də Məktəb,oxumaq,yazmaq,işləmək,davranmaq mirasımızın böyük əksəriyyəti bu Keçmişi yaşadır,
Nədən?
İşləyən bir sistem qurulmuşdu və sistem digər idarəetmə resursları ilə ittifaqda böyük bir bütövü təmsil etdiyini anlayırdı.
Yerinini və mövqeyini müəyyən edib,fəaliyyətini davam etdirirdi.
Sistemin bu qədər səlist və düzgün işləməsinin isə bir səbəbi var idi,
Qurucular başladığları işə İnanırdılar,
Məsələ bu idi,
İnanmaq...
İndi o sistem həmin sistemdir,müəllimlər,dərsliklər,strukturlar,
Niyə iflicdir?
Kimsə başladığı,gördüyü işə İnanmır...
İnanmağ nədir?
Hər şey ziddi ilə tanınar,
İnanmağa zidd Aldadılmadır.
İnsan üçün aldadılma bir dərddir,güvənməni,əmin olmanı boşa çıxaran bir təzahürdür,
Olumla ölüm arasında əmin olmanın tək şərti bu iki hissin arasında yaşanır,
Kimsə aldadılmanı yaşamaq istəmir,
İnanma burda insana bir güvənc verir,
Və Ömürə dəyər qatır,
Ata,ana,ailə,cəmiyyət,hər nə varsa əminlik yaradacaq inanma ilə başlar.
Azərbaycan insanı hər gün aldadıldığı bilir,
Azərbaycan insanı inanmır,
Kimsə kimsəyə,dövlətə,sistemə,yaxına,uzağa inanma yoxdur,bəla budur,
Hər kəs ailəsini,cəmiyyəti,uzağı bir şeylə aldadır,
Bu da bizim yaşayacağımız bir qədərdir,
Kommunizmə inananların nəticələri aldadılmışlar olaraq bu ağrını yaşamaq zorundadırlar,
Yoxsa...
İnanmanın imana dönməsi olmayınca hələ görəcəyimiz günlər qabağdadır,
Doğrusunu Allah bilir...
"Evimiz yıxıldı"
Ev nədir?
Ev insanın qorunduğu yerdir,
Ev ailədir,Ailənin qorunmasıdır,
Ailə nədən qorunar?
Ailə aid olduğunun qorunmasıdır,
Aid olmaq nədir?
Aid olduğumuz yer torpağdır,məzar olur sonda,
Aid olmağın da iki tərəfi var,
Bizim aid olduğumuz şeylər,bizə aid olan şeylər.
Bizim aid olduğumuz şeylər mənəvi olanlardır,
Bizə aid olan şeylər maddi olur.
Bu iki aidiyyətin birləşməsi Ailəni inşa edər,
Ailə özünü o yerə aid edib həyatını qurar.
Bu həyatın qurulduğu yer isə Evdir.
İki aidiyyət Bir Evə dönər ki,ev mənəvi olanını maddi olanla birləşdirib,
Evin içini və üzünü inşa edər.
Memarlığ olaraq Üzə dönən şəkil Sürət və maddə olaraq coğrafi şərtlərlə bağlıdır,
Daş ev,kərpic ev,ağac evlər bu şərtlərlə şəkillənir,
Bu maddi olanlarla təməlləşər,
İç isə,
İnsanın təməl ehtiyacları olaraq yemək,dincəlmək və yatmaq üçün Evə bir düzən verilər,bu maddi olanla düzənlənər,
Yemək üçün əşyalar,
Yatmaq üçün əşyalar,
İstirahət üçün əşyalar.
Bu üç ehtiyacın ödənməsi üçün evin arzuları ortaya çıxar,
Bu arzularla evin əşyalarının biri birinə bağlanması ehtirası yaranar.
Bu çox sadə bir sıralamadır,amma bu sıralamada ən önəmli bir məsələ evin mənəvi ortamını təyin edər,
Bu Evin Hüzürüdür.
Evin hüzürünü yaradan şey nədir?
Evin hüzürünü yaradan Ailənin qurucu kimliyindən gələn Kişiliyidir.
Evin içinin hüzürü bu Kişiliyin ailəni birləşdirən təməli olaraq formalaşar.
Nədir bu Kişilik?
Kişiliyin qaynağı ədəbdir,ərkandır,əxlaqdır,dəyərdir,
Dərdim nədir,bu açıqlamanı yazmaqda,
Ev artiq oteldir,kimsə kişiliyi ilə Ev qura bilmir,ortaq bir Ev var ki,hər kəs bu evdə yaddır,
Bu evlər yaşanan deyil,gecelenen və ya gizlənilən yerdir,
Ev otel olanı kimsənin hüzürü yerində deyil,
Hamı oteldə kirayəçidir,
Eviniz bizə aid deyilsə Ailədə bizə aid deyildir,
Bu qədər,
Fərd,şəxs,öz adı fərqli idi,İnsan isə ümumi ad olaraq tanımlanmışdı,
Yoxdu artıq...
Yaşadığımız həyatda gördüyümüz,ünsiyyət qurduğumuz,görüşdüyümüz kimsələr bitdi,
Profillər,akkauntlar var,
Feysdə tanıdığım və tanımadığım yüzlərlə Profil var,yarı dostluqda,yarı təqibdə,digər şəbəkələrdə də,
Metroda,şəhərdə,işdə evdə kimsə digitaldakı profilindən ayrı deyil,
Hər an bir səs və cingilti bizi ora çağırır,
Digitallığ tam olmasa da dünyamızı zəbt edib,amma hələ həyatımızın əslinə dönməyib,
Amma dönəcək.
Həyat yaşananlardan,dünya isə zehnində qurduğundan təşkil olunar,
İnsan beləcə dünyası ilə həyatını bağlar və Ömür yaşar.
Həyatımızın profilə dönməsi hələ tamamlanmayıb,dönəcək dedik,
Profildəki "Mən" lə həyatdakı "Mən" mənalarını və istəklərini birləşdirdiyi andan " mən "sən","biz" yox olacaq,
Tək O ilə O arasındakı eyni deyil,ayrı da deyil ünsiyyəti,münasibəti və əsas olan Həyatı təməlləşdikcə bir O ilə o biri O arasında yeni həyat başlayacaq.
Və O insanı təmsil edən mərkəzi gücə dönəcək.
Kimdir O?
Bu O profilindəkidir,
Bu O Gücdür,
Bu O iradədir,
Bu O odur...
İnsanlığ tarixində hələ belə bir dönəm yaşanmayıb,
Tarix O ların hekayəsini hələ yazmayıb,
Onu tanımaq və müəyyən etmək,ona hansı insandır nəzərini yükləmək hələ tezdir,
O insandırmı?
Bu da müəmmalıdır,
O dönəmini yaşamaq özü bir qədərdir,
Nəsibimizdirsə yaşayıb,tanımağa cəhd edəcəyik,
Bunu xatırlatdım ki, Ona dönəndə xatirəmdə qalsın..
Osmanlı qarşısındakı yeni güc Rusiya,köhnə güc isə dağıdılmış Səfəvi olaraq onqoqquzuncu əsrə girdi,
Fransızlar həmən Səfəvi torpağlarına və idarəçilinə Fransız inqilabının havasını gətirdilər,
Afşarlarla Zəndlərin qarşıdurmasından faydalanan isə Qacarlar oldu,
İngilislərin Hindistanın yeni sahibi olaraq İran coğrafiyasından Qapı olaraq istifadəsi Fransızların müdaxiləsi ilə qarşılansa da,Napelyon uduzdü,
İran İngilis və Rusa qaldı,
Tarixdə daha bir fərqli məzhəbli müsəlman coğrafiyası Xristian idarəçiliyinə bağlandı,bu prosesə qədər Kazan və ətrafı xristian idarəçilinə keçid etmişdi.
Azərbaycan inşası burdan başlar.
Darul hərb,Darul sülh,Darül islam olaraq 1000 illik davam edən ənənə burda qırıldı.
Qacar hakumiyyətini dəstəkləyən Din rəhbərləri bu məsələni tarixdə bir ilk olaraq da həll etdilər,
DarülMömin.
Ruslarla bağlanan müqaviləyə görə Ruslar coğrafiyada yaşayan müsəlmanların Din və məhkəmə işlərinə qarışmayacaqlardı,
Xalid Bağdadi qolu ilə sünni mərkəzlərə bağlananlar isə Ruslarla mücadiləyə qalxdılar.Şeyx İsmayıl Kürdəmri bu nəqşibəndi qolun aparıcı cihadçı olaraq mərkəzə yerləşdi.Seyid Nigari isə şeyxinin davamçısı olaraq Qarapapaqları ətrafına toplaya bilmədi,çox az bir hissə Osmanlıya hicret etdi
İrəvan,Gəncə,Tiflis,Şuşanın qarşısına Şəki yeni bir Osmanlı mərkəzi olaraq quruldu,
İran Qum mərkəzli hədisçilik,Nəcəf mərkəzli ağılçılıq tarixin və zamanın yaşamadığı bir hadisəni yaşamaq məcburiyyətində qaldı,
Cihada çağırış siyasi hakimiyyətin qərarı ilə durdu və Din rəhbərlərinin cəmiyyətin idarə olunmasında rolu azaldı,
Yeni dövlət və hakimiyyət məsələsi artıq əhalinin dərdi oldu.
Bu qırılma nöqtəsinin yeni dizaynı nə olacaq,
Hələ ki,işarələrdir görünən,
Bu qədər.
"Ermənilik"nədir?
İçində qurduğu dünya ilə həyatı bağlaya bilməmə təzahürüdür,
Min illik bir kilsə insanına bir dünya vəd edir,
Həyatda isə o dünya yox,
həyat tərzi ilə onun vəd etdiyi dünya arasındakı ziddiyyət Kilsədəkiləri öz döğruları ilə hikkəyə,nifrətə,kinə çevirir.
Bu proses tərsinə döndükdə nə olar?
Həyat tərzinə sahib olduğda bu düşüncə Özünün həqiqətlərini mərkəzə yerləşdirməkdən ötrü bütün yolları fitnə və zülm olaraq bərpa etməyə çalışar,
Haqlı olan tərəf deyil,haqlı olduğunu düşünən tərəfə dönər.
Haqlı olduğuna nədən bu qədər əmindir?
Əsas məsələ də budur,
Onun tanıdığı "yaradan"ın çarmıxa çəkildiyi həyatda yalnız faciə var,günah var,
Həyat acılar və faciələr yeridir,
Bundan xilas olmanın tək şərti qurduğu dünyanın parçası olaraq yaşamaq və dua edib,bağışlanmaq istəməkdir.
Bu bir dərddir,həyatını qura bilmədikcə,dünyasının qaranlığından ona vəd olunan şeyin işığ olduğunu düşünür,
İnsan amili itir,Qurum ona cavablar hazırlayır,
Doğurur,evləndirir,dəfn edir,bu üçlün arasında isə xüsusi şərtlərlə onun həyatını idarə edir,
Və onun həm dünyasını,həm də həyatını istila etməklə aciz,zavallı xəstə bir cəsədə döndərir.
Ermənilər heç zaman bizimlə qonşu olmamışdılar,içimizdə xüsüsi bir yerdə onları allah bəndəsi kimi saxlayardıq,bu qonşuluq deyildi,dünyaları onlara aiddi,həyat bizə aid idi...
Son yüzillikdəki dəyişmələrdə yerlər dəyişdi,
Fürsətini qaçırmayanlar bu sırada bizə qonşu oldular və dünyalarını həyat etdilər.Onların dünyasını anlamasaq da həyatın mərkəzi elemetlərini o düşüncəyə təslim etmişdik.
Ermənilər içimizdən çıxdı,ermənilik isə hələ də içimizdə yaşayır,
"Erməniliyin" içimizdən xilası üçün dünyamızla həyatımızı bağlayacaq ümidin və inamın yenilənməsinə ehtiyac var,
Nə qədər acı olsa da bunu anlayıb, yeniləməyə,düşünməyə və yerinə qoymağa ehtiyacımız var,
Qarabağ savaşında olduğu kimi...
Bu qədər.
Rus torpaq acı oldu,
Monqol öyrətdi ona bu hirsi.
Monqol torpağı Örüş edərdi,
Malı qoyunu ilə hərəkətdə idi,
Rusun isə torpaqla nə iş görəcəyi bəlli olmadı,
Torpağları aldı,o torpaqları yalnız sərhədləri kimi saxlamağı bacardı.
Müharibələri qazanmağının səbəbi də Böyük ərazidə düşməni yorub qələbə qazanması olurdu.
Ukrain,Gürcüstan,Özbəkistan,postsovetlərin bütün respublikaları müstəqillik qazansalarda sərhədlərin təyinatı Rusiyaya bağlı idi,Forma dəyişsə də məzmun eyni idi,
Rusiya müstəqil respublikalara "Adalar"ı kimi baxmağı seçdi,Adalar isə Ağalara icarəyə verilmişdi...
İndi....bu qədər ya dəyişir,ya dəyişəcək..
Sərhəd Böyük Ərazini qoruya bilmir,
Yarımadalar və adalarda zəlzələlər baş verir,Hava dəyişir,Sərhədlər artıq torpağla deyildir,Sərhədlər Hava ilədir...
Nə etməli?
Rus Havanı bilmədi,Suyu bilmədi,Odu bilmədi,Torpağı isə bu üçlüyü zorlayıb birləşdirə bildi.
İndi Hava və Torpağın birliyindən çəkiləcək sərhədlərdə nə Ada,nə də yarımada düşüncəsi işləmir,
Yeni dünya Havadakı dalğanın nəzarətində inşa edilən Sərhədlərdir.
Havaya sərhədi kim çəkəcək?
Hava zaman kimidir,bilinməz,görünməz,əllə tutulmaz,var kimidir,amma yoxdur,dörd ünsürdən tək havadır ki,Şəkli yoxdur.
Rusun havasının təyinedicisi Vodkadır,
Vodkaya görə Havanı seçir,
Vodka isə ona həddini keçirməyə cəsarət gətirir,Sərhəd itir.
Yeni sərhədlər havadadır,
İndi rus havası ilə rəqs edənlər küləyin hardan əsdiyini bilmirlər.
"Za" deyə davamını gətirə bilmədikləri üçün
Z ya möhtac qaldılar.
Dünyada iki monqol mirası yaşayır,
Biri Rusiya,o biri İran.
Rusu yazdım,İranı isə yazıram.
İrana şamil edilən Fars və Farsçılıq uydurmadır,təməli yoxdur,
Son Pəhləvi mirası ilə uydurulan Farsçılıq Xosrovçuluq isə təməlləşə bilmədi,
Ariançılıq olaraq Avropanın icad etdiyi və tarixləşdirdiyi İrançılıq isə uydurulmuş millətçiliyin quruculuğu üçün istifadə etdiyi ideoloji silahdır.
İran bir coğrafiyadır,insanlığın zəmin coğrafiyasıdır,bu İrana iki baxış var,
Biri İranzəmindir,
Digəri İranşahdir.
Bu iki baxışla bu coğrafiyada iki fərqli dünya qurular,
Biri Coğrafiliyi,digəri Şəhriyarlığı,yəni Şahənşahlığı..
Yunanın qarşısındakı Barbar Persdir,
Romanın qarşısındakı isə Parfiyadır,
Bizansın qarşısında isə Sasandır,
Ərəbin qarşısındakı isə Əcəmdir.
Firdövsi isə İranın qarşısına Turanı seçdi,
İranın qədərinin dəyişməsi Turanla başladı,
Var olan İranla xəyali olan Turan İrəcdən törəyənlə Turdan törəyənin dərdinə döndü,
Bu nə idi?
Bu coğrafi bir zəminin fərqli müstəviyə keçidi idi,
Şahənşahlığ hekayəsinin sonu,minilliklər boyu yaşananların bir başqa hekayə ilə başlanğıcına işarə oldu,
İranzəmində Turan ərəb və əcəmin savaşını bitirdi,
Yeni bir dövrün dirilişi başladı.
Bu dönəmi bitirən isə Monqollar oldu...
Coğrafiya yeni düzənə Səfəvi ilə girdi,Səfəvi yeni Şahlığ dönəminin başlanğıcı oldu,Zəmin unuduldu,
Səfəvini isə Monqol və Yəmən ərəbi inşa etdi,Yəmən teologisi,Monqol hərbi yeni bir İranlaşmanın əsasını qoydu...
Bu iranlaşma nə Əhəməni,nə Sasani,nə də Əcəm iranlaşması idi,
Bu türkmən monqol ittifağının yeni Yəmənləşməsi idi,
Ərəblə Yəmən savaşının coğrafiyası yer dəyişmişdi.
Avropanın yeni dünya təklifinin ortaya çıxışına qədər iranlaşma dediyimiz Yəmənləşmə tarixin fərqli bir səhifəsini yaşadı...
Yəmən Ərəb tarixinin içində sami qövmü ilə iranı düşüncənin kəsişdiyi bir mərkəzdir,
Bu fərqi görmədən bu coğrafiyada keçmişlər yazıla bilməzdi,
Avropa ilə başlayan tarixçiliyində həll edə bilmədiyi məsələ budur.
Bu gün İranı farslaşdırıb oxumaq böyük anlamda cəhalətdir,
Pəhləvinin uydurduğu tarixçilik tezislərinin dirilişidir.
TARİXdə əsas olan xronologiyanın qurulmasıdır,bu xronologiyanı qura bilmirsənsə təklif olunan xronologiyanı doldurmaq məcburiyyətindəsən,
Bu qədər,hələ ki....
Teatr oyundur,səhnə var,səhnədə dekorasiya var,bir də aktyor və aktyorlar...
Dərdi nədir bu oyun çıxaranların?
YUNANlar bədən oyunlarını olmpiada etdilər,
Həyatın Qədərini anlamaqdan ötrü də Teatrı icad etdilər,
Bədən oyunlarında Güc,teatr oyunlarında isə Qədər yunanın məsələsi idi.
Bədəndəki gücün İradəsi teatrda insanda deyildi,teatr faciə oynayardı,
Olimpiada da Güc sevinc,fərəh verirdi,Teatrda isə kədər,faciə,
Səbəb nə idi?
Gücün bədəndə olduğunu düşünənlər Qədərin onlara yazdığı Qəzanı anlaya bilmirdilər,
Və Teatrda katarsislə cavablarını alırdılar.
Protestat dünya teatrı yenidən diriltdi,
Dramlar,faciələr yazıldı,yazılır,komedi oynanılır...
Modern dünyanın siyasi səhnəsinin bir də teatr səhnəsi quruldu,
Həyatın həqiqət anlayışı itdikcə Teatr həqiqətlərin oynanıldığı səhnəyə dönməyə başladı..
Bizdə də bir iki istifadəçi bizə də Teatr lazımdır,deyə onun mahiyyətini anlamadan modern dünyanın Oyununu oynamağa çalışdı,
Pis təqlid alındı,teatr səhnədə deyil,həyatda yaşanmaq hüququ qazandı,
Biz və bizə bənzər cəmiyyətlərdə Teatr özülləşmədi,Həyat teatrlaşdı,oyunlaşdı...
Həyatı oyun olanın Qədərini Zevs yazar,
Qəzası isə Edip kimi olar..
Digital dünyada artıq yeni həyatın qurucuları demək olar ki,aktyorlardır,
Hamı öz profilində bir oyunçu və teatraldır,
Bu teatrın səhnəsindən artıq Hamletlərin "Olum və ya ölüm" monoloğu deyil,
Çar Edipin intiharı səslənəcək,
Bu gün teatrı nədən xatırladım?
Həyat teatr deyil,oyun deyil, həyat bir nemətdir,
Həyatın bir ömürə nemət olduğunu bilməyənlər bütün hesablarını oyun kimi ödəməyə çalışarlar.
Və səhnədəki obrazını yaşarlar,
Pərdə
Və Son.
Meyxanaçı qəfildən bütün ölkədə Sözə sahib oldu.
Meyxana isə toyların,radioların,səhifələrin ən öndə sayılan,seçilən ahənc və avaz məsələsinə döndü.
Davay dosvidanie deyənlər rus Tv lərində belə həvəslə meyxana söylədilər.
Nədir bu?
Meyxana bütün təməlləri ilə İranın icad etdiyi ifadə vasitəsidir,
Adının meyxana qoyulması isə bizə aiddir,
İti,xoruzu savaşdıran İranda "çürüdülən sözü" də savaşdırmaq bir ənənədir,
Həcvin fərqli təzahürüdür.
Bu bunun tarix üzüdür,
Bakıya gələn həmşərinin Teatr,Opera,Balet qarşılığında qoruduğu "söz güləşdirmə" sənəti 2000 ci illərdə yeni bir formatda həyatımızın əsas parçalarından biri olmağa başladı...
Meyxana mərsiyənin tərsidir,ahənci və avazı içində eyni cövhəri daşıyır.
Qacar İranı bizə o dönəmdə " Həmşərini",
müstəqlillik isə ahənc və avazı dərd etdi.
Sovet dönəmində
Azərbaycan rus musiqisi ilə hala düşərdi,
Müstəqillikdə bu mırası İran doldurdu,
Ya mərsiyə,ya meyxana...
Mədəniyyətin halı nədirsə ölkənin halı odur,
Mərsiyə ilə meyxana arasında bizlər çarəsiz siçanlar kimi Pişiklərin oyununa gəldik.
Və meyxana və meyxanaçı bizə söz öyrətdi.
Sovet şairin sözü ilə İran meyxanaçının sözü tutdu,yeni düzən insanımız mədhiyyə şeirindən meyxana sözünə döndü..
Bu mədəniyyətin dərdidir,ağrısı hələ çəkiləcək xəstəlikdir,
Xəstəlik məlumatlarla sağalmaz,xəstəliyi bitirəcək tək şey bilikdir,
Biz hələ də məlumatların əsiriyik,
Bu qədər.
Biz sovetdən qopduq...
Sovetə qədər isə Çarın Rusiyasının siyasi inzibati parçası idik,digər bütün faktorlarla yalnız və yalnız Qacarların parçası kimi idarə olunarduq. Qacar İranında geden elə bir proses yox idi ki,bizdə o prosesin bağlantısı olmasın.Axundova qədər,
Axundov da daxil İranda geden təzahürlərin dərdini yaşamışıq.
Sonra
Təhsilini Firəngdə,Rusda,Osmanlıda alanlarla birgə coğrafiyamıza fərqli yazı(mətbuat),fərqli oyun(teatr),fərqli müsiqi ( piano) və fərqli siyasi idarəetmə gəldi.
Bu fərqliliklər bizi İrandan ayırmadı,sadəcə təhsilli gənclərin hər birinin özü ilə gətirdiyi dünya fərqliləşdi,həyat isə bütün detalları ilə Qacar İranı idi.
Qacarİranı isə bizə iki şey ixrac edərdi,
Dini təqlid və işçi quvvəsi olaraq Fəhlə.
Şəhər həyatının,xüsusi ilə də Bakının sənaye şəhərinə dönməsi Tehranla Bakını rəqabətini gücləndirdi,Tehrandan gələn Dini əmrlərə itaətsizlik aclıq və səfalət yaşayan Fəhlələrin zaman keçdikcə Bakıda məskunlaşmasına səbəb oldu.
Bakı Sovetlərin quruculuğuna qədər tam bir modern İran şəhəri kimi inşa edildi.
Qərbin istədiyi də bu idi.
Çar Rusiyası bu prosesin tərəfi deyildi,
Sovetləşmənin ilk illəri bolşevikləşmənin siyasi ideoloji təməllərinin atılması idi,Fəhlə kimliyi isə böyük əksəriyyət olaraq Qacar İranından gələn qüvvələr oldu.
30 cu illər isə yeni kimlik inşasının arketoktoniyası başladı.
MirCəfər Azərbaycan məsələsini İrandan ayıran və yeni fərqli bir coğrafiyaya çevirən Seyid oldu.Səfəvilərin mərkəzə yerləşdirdiyi Seyid anlayışının yeni şəkildə təzahürü olan Mircəfər Pəhləvi İranına qarşı Azərbaycanın təməllərini  atdı.Siyası,mədəni müstəvidə Sovet
Azərbaycanı Pəvləvi İranına qarşı hazırlanmış ən doğru strateji seçim idi.Pəvləvi iranı bütün cəbhələrdə Sovet Azərbaycanına məğlub oldu.Bu coğrafiyada belə bir proses yalnız Səvəfilərin dönəmində yaşanmışdı.Kiçicik bir Ərdəbil Səfəviİranını inşa etmişdi.Səfəvi dönəmində olduğu kimi artıq bütün həyat qurma instututları Pəvləviyə Azərbaycandan  ixrac olunmağa başladı.Tarixi,siyasi,mədəni,ictimai nəzarət Azərbaycanın əlində idi.Azərbaycan gözlənmədiyi bir şəkildə Pəvləviİranın qorxusuna döndü.
Xomeyni hadisəsi dünya güclərinin Sovet Azərbaycanında hazırlanan Sovet İranına qarşı seçimi sayəsində baş tutdu.Əsk halda İran Azərbaycanın parçasına dönə bilərdi.
İran və Azərbaycan qarşıdurması həm coğrafi,həm mədəniyyət,həm də siyasi bir məsələdir.Bu məsələnin həlli coğrafiyanın yeni düzənə hansı ölçülərlə girəcəyinə bağlıdır.
Qurulma dönəminə girir bütün dünya,
Qırılma dönəmləri bitir.
Gələcəyin necə olacağını bilmərəm,
Dünəni isə öz nəzərimlə oxumağa və dərs çıxarmağa borcluyam.
Doğrusunu Allah bilir.
Ölkədə bu gün üç azərbaycanca ilə danışılır və yazılır.
Birinci rus sovet azərbaycancasıdır,bu Azərbaycanca sovet məntiqi ilə hazırlanmış şüar məlumat dilidir,danışan çox danışar,yazan çox yazar,Dil cümlənin içinin deyil,şəklinin istifadəçisi kimi veriləni ifadə edər,Şüar məlumat dilidir.
İkinci sovet müəllimlərinin müstəqillik dönəmində Qumdan gələn din mətnlərinin və mollalğığın bəlağət dilini mənimsəməsi ilə başladı,bu dil nəqli dil kimi  məclis və məscid dili oldu.
Üçüncü ingilis təhsilli yeni nəslin dilidir,bu dilin həyatla bağı yoxdur,sadəcə dünyalarını oxuduğları ilə bağlayıb,tərcüməçilik edirlər.Dil burada yenə vasitədir,qurucu düşüncə deyildir.
Bu tanıma rəsmi və yazı uslublarının rəsmidir.
İçəridə mırt dili,söyüş dili,ifadə dili bu üç şəkillənmənin kənarındadır.Musiqimizin dilinin qaynağı sovet şüarı ilə Qum mərsiyəsinin ortaq təmsilçiyi ilə davam edir.Rəsmi Tv dili hələ də şüar məlumatın dilidir,məktəbin dili də odur.
Mindilli bir dilin girovuyuq,Bir Dildə nə danışan,nə də yazan var.
Bilik dilinin qaynağı ruscadan ingiliscəyə keçid etdi,
Din dili ateizmdən məzhəbi dilə bağlandı,
Həyatın dili isə "vur çatlasın"a döndü.
Dili ünsiyyət vasitəsi deyil,Dil düşünmənin qaynağıdır.
Dilin dilini tapmadıqca yaşadığlarımız layiq olduğlarımızdır.
Kiev kotleti,
Sovet icadı idimi,bilmirəm,
Amma sovet restoran xidmətində əsas sifarişlərdən biri idi.Rus kotleti çəkilmiş ətin qızardılması idi,
Kiev kotleti isə çəkilmiş toyuq ətindən hazırlanardı,
İçindəki yağı əridər,amma özündə həll etmədən  fərqli bir kotlet təklif edər.
Sovet nümayəndə heyəti Almaniyanın bölüşdürülməsi müqaviləsini imzaladığdan sonra onların şərəfinə kotlet-kievsi hazırlanır,əfsanəsi var,Kreşatikdə bu hadisədən sonra yayılır və "Inturist" sovet otel şəbəkəsinin menyusuna daxil olur da söylənilir.
Nədən xatırladım,
Oteldə yeməyə gəldik,Borş və kievKotleti sifariş etdik.
Fərqli çörək,fərqli kartof,fərqli kələm fərqli kotlet,,,
Hər bir məhsulda Ukrainin əlavəsi və ya icadı var..
buğda burda qara torpağda bütün növlərinə sahibdir,kartof bu coğrafiyaya gəlsədə Ukrain bunu özünkü edə bildi,kələm supu isə ayrı bir icaddır,
Kotlet kievski isə son bir miras olaraq
Bütün Ukrain bu gün Kotlet kievski kimi qızardılır.Əzilmiş kartofin ortasında qıpqırmızı yanan bir toyuq ətidir bu gün Ukraina...................

Bu yazı Kiev mühasirədə olduğu zaman yazıldı və yarım qaldı,
240 gün sonra Xerson azad edildi,Ukrain yeni bir kimliklə yeni düzənin ilk parçasıdır,
Boritesya poborete “ Taras Şevçenkonun sözüdür, " Savaş qalib olacaqsan" deyir.
Yeni düzənin yeni kimliyi Ukrain,
Fərqi yaratmaq,fərqi yaşamaq bir qədərdir,Fərqli olmaq savaşmaqdır həm də.
Kotletini,çörəyini,borşunu fərqli edən həyatındakı fərqliliyi də inşa etdi.
SlavaUkrain,qədərin mübarek...
Yeni insan "Taksiləşdirilən sifarişlə yaşayan insandır",sifarişlə çalışacaq.
dərdim nədir?
İnsanın təməl ehtiyacları üçdür,yemek,yatmaq,qorunmaq,heyvanlarla eynidir.
Bu üç təməl ehtiyacdan sonra isə dörd bağlantı gəlir,
İş,dil,inanc,dövlət.
Bu dördünü biri birinə bağlayanlar Bir cəmiyyət olur,İnsanın dünyası bu dördlə fərqliləşir.Bu bağlantını qura bilməyənlər isə  tamaşaçı olmaq və dünəni arzulamaq məcburiyyətində qalır.
İş insanlaşmanın ilk mərhələsidir,əsas ehtiyacların zəmini İşlə qurular.
Bu gün İş hardadır?
Hər dəyişmənin mərkəzində İş dayanar,İş həyatı dəyişirsə dünyamız da onun təklif etdiyi detallara görə dəyişər.Bu dəyişmə özünün Dil,Din və Dövlətləşməsini İşin içəriliyini doldurmağla başlar.
Digital dünyanın İşi Xidmətdır.Xidmətçi sinfi hələ sistemləşməyib,
Amma başlayıb.
Taksiləşmə başlanğıcdır...Yeni sistemi ölkədə ilk tətbiq edən taksiləşənlər oldu.
Taksiləşmə yeni kimliyin formalaşmasının ilk zəmini kimi həyata daxil oldu.
Taksiləşmə nə vəd edir?
Bunu tanımaqdan ötrü bu nə idi və oldu şəklini tanımalıyıq.
Sənayenin fəhlələşdirdiyi əsas qurucu sinifin içində Şəhərin zəmini taksi üzərində qurulmuşdu.Taksi şəhərin içinin canı kimi xidmət sahəsinin aparıcı qüvvəsi oldu.Tez və rahat çatdırılmanı yerinə yetirən Taksi həm də fəhlə şəhərin canı oldu.
İndi bu fəhlələşən şəhərdə əsas iş Taksidir,
Şəhərlər artıq fəhlə şəhərlərideyil,TAKSIlər şəhəridir.İnsanlarda taksiləşir.Yeni şəhərdə ev anlayış fəhləsi ilə getdi,ev yoxdur,yaşanılan və yatılan yer Oteldir.
Otellərin və taksilərin birləşdirdiyi yerlərdə qurulan həyat bir azdan hamının həyatının parçasına dönməyə başlayacaq.
Bu həyatın əsas dəyəri isə Sifarşidir.Hamı sifarinin parçasıdır,siyasətdən tutmuş taksiyə qədər tək hərəkətverici qüvvə Sifarişdən aslıdır.
Yaşamağa istiqamət verən bu Sifətləri tanımayanlara həyat zəhər vəd edəcək,
"Sifarişli hərəkət" yeni düzəndə hələ ki ilk addımlarını atıb,Taksiləşdirilmə hələ dil,din və dövlət sistemini təklif etməyib,bu yaşadığınız dünyanın ana mövzusudur,Məsələ budur.
Yeni düzəndə buna qədər verdiyi an Birləşmiş Millətlər Təşkilatı dağılacaq və yeni İttifaq yaradılacaq.Millətlərin kimlikləşməsinin son sifarişi isə yarım qalmış " natamam millətləşənlər"dir ki,Müharibə vəziyyətindədirlər. Böyük Müharibənin nə istədiyini Sifariş gəldiyi an biləcəyik,indi isə işarələr görünür.
Dünənlə gələcək arasındakı İndi budur,
Doğrusunu Allah bilir.
Vətəndaş,fəhlə,kəndli,azadlıq... bütün bu kəlmələrin ömrü uzun deyil,100 ildən bir az artıq olar.Lüğətə daxil olan böyük əksəriyyət belə kəlmələr var ki,bu kəlmələr yaşanmadan həyata daxil oldu." Proletar" nədir sualı var "Yeddi oğlu istərəm" də.
Dil yaşananları,təcrübə etdiyini həyata bağlaya bildikcə böyüyər və imana gələr.
İnsanın Dinə bağlanması Dildən başlar və dil təcrübədə yaşadığını hafizədə saxlayıb,həyatının parçası edər.
Həyatın əsas qaynağı olan varlığla münasibətə bioliji varlığı ilə qatılan İnsan işini,yəni qazandığı sənətinə görə Dilini Dininə bağladığdan sonra Hak etdiyi Dövləti qurmağa çalışır.
İşin İnsana verdiyi təcrübə ilə Bilik ortaya çıxmağa başlar.
Bu təcrübə Dilin hafizəsində arxivləşdikcə Din dili ilə təcrübənin Dili iç içə keçməyə başlar.
Və yeni Dil ortaya çıxar.
İslamın dili ərəbcədir,bu dil ərəbin dili deyil,bu dillə vəhyin fərqli bir kəlam dili yarandı,bu kəlamla isə İslam coğrafiyasında iki fərqli dil inşa edildi.
Biri farsca,digəri türkcə.
Hər iki dil Quranda var olan kəlam dilini mərkəzə yerləşdirərək qurulub.
Kəlamın dili kimliyin dili deyildir,Vəhyin dilidir.
Türkcə ilə farscanın arasındakı fərq isə Farsca özündən əvvəlki qaynağındakı Saray dilidən,türkcə təbii coğrafi yaşamından təməlləşmişdi.
Farsca kimliyin deyil,sarayın dilidir,
türkcə isə kimliyin dilidir.
Din isə bu dillərin hər birinin içindəki təsəvvür dünyasına fərqli təsirlərlərlə girib.Farscanın quruluşuna Şeirlə,türkcəyə isə Hərəkətlə can verən Kəlam dili yeni svilizasiya modeli ortaya çıxana qədər ciddi rəqabət qarşıdurmasını yaşadı.
İşini,sənətini ifadə edib istifadə edən Dilini də ortaq anlayışlarla inşa edər,
Sonra Dininin əmrinə girər.
Biz bu prosesdə inşa edənlər deyilik,istifadə edənlərik,
Dilimiz kimi...