HƏRBİ XƏBƏRLƏR
56.7K subscribers
15.2K photos
6.34K videos
2 files
11K links
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002
Download Telegram
Azərbaycan Ermənistana yük tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb

İlk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana göndərilməsi olub.

"Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb – Azərbaycan ilə Ermənistan arasında sülh dövrü" - Prezident İlham Əliyev bildirib.
👍75🤣42
NATO fəal şəkildə Rusiya ilə müharibəyə hazırlaşır.

“Biz, şübhəsiz ki, Avropadakı NATO müttəfiqlərimizin ölkəmizlə müharibəyə hazırlaşdığını görürük.

Bu məqsədlə təyin edilmiş NATO Müttəfiq Cavab Qüvvələrini bütün lazımi resurslarla tez bir zamanda təmin etmək vəzifəsi qoyulub”, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
19👍10👎8
Tramp HAMAS-a xəbərdarlıq edib: Bəzi müttəfiqlər Qəzzaya hərbi qüvvələr göndərməyə hazırdır

“HAMAS-ın bizimlə razılaşmanı pozaraq pis hərəkətlərinə davam edəcəyi təqdirdə, bizim Yaxın Şərqdə və onun ətrafındakı əla müttəfiqlərimizin bir çoxu açıq-aşkar və qətiyyətli şəkildə, böyük həvəslə Qəzzaya hərbi qüvvə göndərmək fürsətini dəyərləndirərək mənim təklifimlə “bizim HAMAS-ımızı düzəltməyə” hazır olduqlarını mənə bildiriblər. Mən bu ölkələrə və İsrailə “hələ yox” cavabı verdim. Hələ də ümid var ki, HAMAS doğru olanı edəcək. Əgər etməsələr, onların sonu sürətli, şiddətli və qəddar olacaq”, - Tramp xəbərdarlıq edib.
24🤬18👍1
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşəcək

21-22 oktyabr tarixlərində İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistanın Təhlükəsizlik Siyasəti Araşdırma Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, tədbir zamanı avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri əsasında formalaşan sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın inkişafı yolları və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.
25👍15🤮6🤯1
💥 Bryansk vilayətində enerji infrastrukturu Ukrayna PUA-larının hücumuna məruz qalıb

Hücum nəticəsində ərazidə yanğın baş verib.
👏5524👍7🤣3🤯2
❗️Paşinyan: Biz Azərbaycan və Gürcüstan arasında dostluğu gördük. Bu dostluğu Azərbaycan-Ermənistan münasibətlərinə daşıyırıq

Tarix göstərir ki, biz bir-birimizlə döyüşəndə ancaq itki və zərər əldə etmişik.
👍119🤣7🤮52🙏2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
✈️ İsveç Ukraynaya 100-dən çox Gripen döyüş təyyarəsi satacaq

İsveçin Linköping şəhərində Ukrayna Prezidenti Zelenski və İsveçin Baş naziri Ulf Kristersson Ukraynaya 100–150 ədəd Gripen E qırıcısının tədarükünə dair niyyət məktubu imzalayıblar.

💥 Bu, İsveçin tarixində ən böyük hərbi ixrac müqaviləsi ola bilər və Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək.
51👍40
🇺🇸 ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyaya qarşı üç qanun layihəsini təsdiqləyib.

🔹 Birinci layihə ABŞ-da dondurulmuş Rusiya dövlət aktivlərindən istifadə etməklə Ukraynaya maliyyə yardımı göstərilməsini nəzərdə tutur.

🔹 İkincisi Rusiyanın terrorizmin sponsorları siyahısına daxil edilməsini təklif edir (hazırda siyahıda İran, Şimali Koreya, Kuba və Suriya var).

🔹 Üçüncü layihə isə Çinin guya Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”na dəstəyinə görə sanksiyaların tətbiqini əhatə edir.
👍403😢2
🇦🇿🇦🇲 İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Məlumata görə, tədbir Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.

Qriqoryan Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində bu cür görüşlərin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı sülhün möhkəmlənməsinə xidmət edir.

@herbixeber
👍46🤮12👏71
🇦🇲 Paşinyan Vaşinqton razılaşmasının konkret nəticələr verdiyini bildirib

Ermənistan yavaş-yavaş təcrid vəziyyətindən çıxır.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O, Azərbaycanın Ermənistana qoyduğu məhdudiyyətləri aradan qaldırmasının artıq iki gündür ölkədə müzakirə olunduğuna diqqət çəkib.

Paşinyan Tbilisidə “İpək yolu” beynəlxalq konfransında Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarına görə minnətdarlığını ifadə etdiyini və onu yüksək qiymətləndirdiyini xatırladıb.

Baş nazir bu addımın çox önəmli olduğunu qeyd edib.
👍2918
Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lancet” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.

Bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.
🤬43👎53🤣1
🇺🇦🇷🇺 ABŞ Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan əsas məhdudiyyəti aradan qaldıraraq, Ukrayna ordusuna Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib..
👍13420👏10👎3
Tramp: Netanyahu dayanmalı idi, çünki İsrail dünyada nüfuzdan düşürdü

“O, (Netanyahu) dayanmalı idi. Əgər dayanmasaydı, dünya onu dayandıracaqdı. Mən baş verənləri görürdüm. Çoxlu güc mərkəzləri var, onlar regiondan kənardadır. Bizim də məsələyə müdaxilə etməyimiz çətinləşərdi. Netanyahu düz iş gördü. Bəziləri düşünürdü ki, İsrail müharibəni davam etdirmək üçün girovlarını da qurban verərdi. Amma İsrail xalqı girovların qaytarılmasını hər şeydən çox istəyirdi və biz bunu etdik”, - Tramp qeyd edib.
25🤬18
Bu saatlarda ABŞ Venesuelaya qarşı hərbi əməliyyata başlaya bilər,ABŞ ordusu tam hazır vəziyyətə əmr gözlüyür
👎57👍133
☄️ABŞ HHQ məxsus “B-1B Lancer” strateji bombardımançı təyyarəsi Venezuela yaxınlığında uçuş aparır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👎199👍4🤯4
🇺🇸🇻🇪❗️Tramp:

⚡️Biz bu gün administrasiyamın xarici narkotik kartellərini təqib etmək və xarici ölkədən çıxarmaq üçün son həftələrdə həyata keçirdiyi genişmiqyaslı, görünməmiş və tarixən uğurlu əməliyyatı müzakirə etmək üçün buradayıq.

⚡️Kartellər qərb yarımkürəsinin İŞİD-idir.

⚡️Bayden ölkəmizi kartellərə təslim etdi. Amma narahat olmayın, biz onu geri alırıq.

⚡️Kartellər bizə qarşı müharibə aparıblar, amma indi biz onlara qarşı müharibə edirik.

⚡️Bu, artıq Amerika tarixində ən uğurlu antikartel əməliyyatıdır və yeni başlayır.

⚡️Tramp iddia edir ki, son həftələrdə ABŞ 3000-dən çox kartel üzvünü həbs edib.
👏3310😎5👎3👍1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb, açarlar təqdim edilib
50👏24👍8🤣4
✍️ Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi General-mayor İlqar Rza oğlu Abbasov vəzifəsindən azad edilib

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
22👍7🤣5😢1
Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
27👍5👎5🤮3