HƏRBİ XƏBƏRLƏR
56.7K subscribers
15.2K photos
6.34K videos
2 files
11K links
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002
Download Telegram
❗️ Ukraynaya "Tomahawk" raketlərinin mümkün tədarükü mövzusu Moskvada son dərəcə narahatlıq doğurur.

"Report"un məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva. Kreml. Putin" proqramının müəllifi və aparıcısı Pavel Zarubinə müsahibəsində bəyan edib.

"Tomahawk" mövzusu bizdə son dərəcə narahatlıq doğurur, bu barədə artıq prezident Putin danışıb", - deyə o bildirib və qeyd edib ki, Rusiya Federasiyası Ukrayna ilə münaqişənin sülh yolu ilə həllinə hazırdır.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
20👍6🤬2🤮1
☄️ Pakistan Ordusu sərhəddə baş verən hərbi toqquşmalar nəticəsində 19 Əfqanıstan sərhəd məntəqəsini ələ keçirib.

#
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👍114👏1912👎3🤬1🤣1
Ukrayna Prezidenti Volodimir Zelenski son iki gün ərzində ikinci dəfə amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı aparıb.

“Elə indi ABŞ Prezidenti ilə danışdım. Söhbət çox məhsuldar keçdi. Dünənki telefon danışığında bu gün üçün mövzular müəyyənləşdirilmişdi. Bu gün razılaşdırdığımız mövzular üzrə müzakirələri davam etdirdik. Danışıqlarda Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, dayanıqlığın artırılması və enerji məsələləri müzakirə olundu. Prezident Tramp Ukraynadakı vəziyyət barədə hərtərəfli məlumatlıdır”,
- deyə Volodimir Zelenski bildirib.
32👍12🤮2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
⚡️Tramp Qəzza zolağındakı müharibənin başa çatdığını elan edib.
👏7515👎3🤮3👍1🙏1
Forwarded from CSSC Baku
Misirdə "Sülh Sammiti"

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə keçirilən "Sülh Sammiti"ndə iştirak edir. Sammit ABŞ və Misir prezidentləri tərəfindən təşkil edilib. Bu, Prezident Trampın Qəzzada sülh planının tərkib hissəsi və gələcək Yaxın Şərqin təməlinin atıldığı bir tədbirdir.

İştirakçılar arasında aparıcı Yaxın Şərq dövlətlərinin rəhbərləri, ABŞ Prezidenti, Aİ Şurasının rəhbəri, Almaniya kansleri, Azərbaycan və Ermənistan rəhbərləri də var.

Beləliklə də, biz nə görürük və Azərbaycanla Ermənistan niyə buradadır?

Qəzza sektorundakı vəziyyət regionda yeni konfiqurasiyanın yaradılmasını zəruri edib. İsrailin Qətərə hücumlarından sonra ABŞ üçün Yaxın Şərq ölkələrinin etimadını bərpa etmək vacibdir. Trampın Qəzza sülh planı əlaqələrin bərpası üçün əsasdır. BMT Baş Assambleyası çərçivəsində ABŞ-də region dövlətlərinin rəhbərləri ilə görüş keçirilib. Cari sammit ABŞ-nin regional gündəliyinin müəyyən edilməsində həlledici əhəmiyyət kəsb edir.

ABŞ burada İsrailin əvəzinə çıxış edir və yəhudi dövlətinin maraqlarını müdafiə edir. Prinsipcə, ərəb monarxiyaları buna qarşı deyil. Lakin İsrail hökumətinın hərəkətləri proqnozlaşdırıla bilən deyil və burada ABŞ-nin zəmanətləri vacibdir.

Qəzzanın gələcəyinə görə məsuliyyət

Burada ən sadə məsələ maliyyə məsələsidir və bu resurs mövcuddur.

Təşkilati məsələlər və hüquq-mühafizə təminatı isə müvafiq işlərin bilavasitə yerdə aparılmasını nəzərdə tutur. Belə olan halda nəzərlər Türkiyəyə və Misirə çevrilir.

Azərbaycan və Ermənistan

"Sülh Sammiti"nə dəvət etməklə ABŞ Azərbaycanı və Ermənistanı Yaxın Şərqin bir hissəsi kimi gördüyünü göstərir.

Azərbaycan artıq buna hazırlaşıb:

- Regionun əsas oyunçularından biri olan Türkiyə ilə müttəfiqlik əlaqəsi;

- İsraillə strateji tərəfdaşlıq. İsraildəki rəhbərlikdən asılı olmayaraq, Qəzza müharibəsindən, Livan və İrana zərbələrdən sonra İsrail regionun hegemon dövlətlərindən biridir. Sammit iştirakçıları arasında ABŞ-dən sonra məhz Azərbaycan İsraillə etimada əsaslanan və praqmatik münasibətlərə malikdir;

- Azərbaycan artıq Suriyada mövcuddur, bu ölkədə sabitliyin bərpası və Suriyanın inkişafında öz iştirakını genişləndirməyə çalışır. Bunda ABŞ də maraqlıdır;

- Azərbaycan İsraillə Suriya, Türkiyə ilə İsrail arasında danışıqlar platforması rolunu oynayır;

- İsraillə yanaşı, Azərbaycan rəhbərinə ərəb dünyasında, xüsusilə Körfəz monarxiyalarında da etibar edirlər;

Ermənistan isə sammitdə xüsusilə mövqeyini möhkəmlətməyə çalışmadan öz yerini axtarır. Ermənistanın resursu regiondakı ermənilər və ABŞ-nin maraqlarıdır. Paşinyan Trampa “yox” deyə bilməz. Sammit Paşinyan üçün Tramp administrasiyasının Ermənistana olan marağını bir daha təsdiqləmək və münasibətlərdə əlavə dəyər formalaşdırmaq baxımından bir fürsətdir.

Geosiyasi kimlik halqası qapanır

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev bu yaxınlarda geosiyasi identiklik kontekstində Azərbaycan dövlət başçısının iştirak etdiyi sammitləri sadalayıb.

Avropa Siyasi Birliyi, Türk Dövlətləri Təşkilatının sammiti və MDB sammiti. Bu halqa Misirdəki "Sülh Sammiti" ilə qapanır, burada iştirak meyarı coğrafi və dini mənsubiyyətdir. Azərbaycan məhz budur - çoxtəbəqəli, çoxsəviyyəli geosiyasi kimlik. Bu, ölkəmizə özünü eyni zamanda müxtəlif coğrafiyalara aid etməyə imkan verir. Bu iş çox mürəkkəbdir və maksimum gərginlik tələb edir. Azərbaycan bu çağırışı qəbul edir, çünki kənarda qalmaq qeyri-mümkün və təhlükəlidir. Azərbaycan bu platformalarda iştirak edir və resurslar formalaşdırır.

Azərbaycan xarici siyasətinin konstruktiv praqmatizmi
öz bəhrəsini verir və daha uzun müddət dövlətin maraqlarına xidmət edəcək. Əsas olan, boş dayanmamaqdır. Axı bu areallarda həm imkanlar, həm də risklər formalaşır. Risklərin təsirini minimuma endirmək və bəzən özümüzün formalaşdırmalı olduğumuz imkanlardan maksimum istifadə etmək vacibdir.

@cssc_cqtm
32
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇺🇸🇮🇱🇪🇬 Tramp İsraildən Misirə yola düşür
23🤮11
🇹🇷 Türkiyə Netanyahunun Misirdəki sammitdə iştirakına mane olub

AFP diplomatik mənbələrə istinadla xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahunun Qəzza ilə bağlı Misirdə keçiriləcək sammitə qatılmasına Türkiyənin diplomatik səyləri nəticəsində icazə verilməyib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və digər liderlərin dəstəyi ilə Netanyahunun sammitdə iştirakı önlənib,” – mənbə bildirib.
👏47🤣138👎3
Ukraynada gedən müharibədə son günlər tarixin ən ağır döyüşlərindən birinə şahidlik edirik.
Pokrovsk yaşayış məntəqəsi uğrunda şiddətli döyüşlər davam edir.
Rusiya silahlı qüvvələri avtomobil və dəmir yolu qovşağı olan Pokrovskini nəyin bahasına olursa-olsun ələ keçirməyə çalışır.
Qərb mənbələrinə görə ruslar şəhəri ələ keçirmək üçün 60-100 min qüvvə cəmliyib.
Ukrayna Silahlı Qüvvələri Pokrovskda bundan sonra dünya hərb tarixin dəyişəcək şəkildə müdafiə elementləri göstərməklə Rusiya Silahlı Qüvvələrinə çox ağır itkilər verdirib.
Son 2 həftədə rusların 100 dən çox texnikası vurulub.
Pokrovsk istiqamətində gedən döyüşlərlə bağlı video linki şəhr bölməsinə yerləşdirəcəm,Ukrayna ordusunun şəhəri necə müdafiə etdiyinə baxa bilərsiz!!!

https://youtu.be/nIWR09dmX_8?si=BhuN1RrayVWpDeom
👍487🤮1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇦🇿🇹🇷 Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində Rəcəb Tayyib Ərdoğanla görüşüb.
👍7410🤮4
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Prezident İlham Əliyevin Misirdə Makronla səmimi görüntüləri diqqət çəkib.
39👍17🤮6
This media is not supported in your browser
VIEW IN TELEGRAM
Tramp: İlham Əliyev çox güclü liderdir, işini çox yaxşı görür

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”,

– Tramp bildirib.
58🤮12
❗️Azərbaycan Ordusunun baş giziri Cəfərov Bəhruz Bəybala oğlu dünyasını dəyişib

“Unikal”ın məlumatına görə, hərbçi ürəktutmadan vəfat edib.

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

O, “Suqovuşanın azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəli olub, 2 övladı var.
😢119🙏118👍2🤣2🤬1
Ukraynada gedən müharibədə daha bir həmyerlimiz həlak olub.
Ukrayna desant qüvvələrində xidmət edən,Ukrayna vətəndaşı,əslən azərbaycanlı Şofel Faiq Faiq oğlu həlak olub
😢10717🙏3👎2👍1🤣1
KİV: İsrail HƏMAS-ın qalan əsirlərin cəsədlərini qaytarmamasına cavab olaraq sabah açılmalı olan Rəfah sərhəd-keçid məntəqəsini açmamağa qərar verib.
👎44👍191
❗️Zəngəzur dəhlizinin xəritəsi təqdim olunub
👏9614🤮5
Donald Tramp “Tomahavk” qanadlı raketlərin Kiyevə təhvil veriləcəyini sabah elan edə bilər.
ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Ukraynaya daha əvvəl heç vaxt ötürülməmiş güclü silahların tədarükü ilə bağlı böyük açıqlama verib.
👍4814👎1
Ramiz Mehdiyev vətənə xəyanət, hakimiyyəti zorla ələ keçirmə cinayətində ittiham olunur

Xəbər verdiyimiz kimi PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev barəsində cinayət işi başlanıb.



Onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Gununsesiinfo sabiq PA rəhbərinin ittiham olunduğu cinayəti öyrənib.

O, CM-nin 193 . ( Yalançı sahibkarlıq), 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla ) maddələri ilə ittiham olunur.
👏8423👍18🤣12🤮5
🚨 DTX və DSX İranla sərhəddə əməliyyat keçirdi — 1 nəfər tutulub

Azərbaycan-İran sərhədində gizli saxlanc yerində külli miqdarda narkotik aşkar olunub.

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti birgə əməliyyat zamanı 1989-cu il təvəllüdlü Hüseynov Asif Vaqif oğlu saxlanılıb.

Onun üzərindən 26 kiloqrama yaxın marixuana və 2520 ədəd M40 “Metadon” həbi götürülüb.

Əməliyyat-axtarış tədbirləri davam edir.
👍214👏1
Ramiz Mehdiyevin Avropa ölkələrində olan "söyüş müxalifətinin" yaradılmasında və onların fəaliyyətinə maddi dəstək verməsində rolunun olduğu bildirilir.

Məqsəd Rusiyanın maraqlarına xidmət etmək və Azərbaycanla Avropa ölkələri arasında münasibətləri pozmaq olub.

"Qafqazinfo" bildirir ki, prosesin Ramiz Mehdiyevlə yekunlaşmaması, dəstənin bütün üzvlərinin neytrallaşdırılması Azərbaycanın dövlət maraqları üçün həyati əhəmiyyət kəsb edir.
👏50🤣258👍4👎3🤯3
Almaniya Ukraynaya 2 milyard avro dəyərində yeni hərbi yardım paketi verəcək
Almaniyanın müdafiə naziri Pistorius
49👍31👎2
Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.
18👍3