HƏRBİ XƏBƏRLƏR
56.7K subscribers
15.2K photos
6.34K videos
2 files
11K links
🔹Kanal hərbi xəbərlərin düzgün və təhrif olunmadan paylaşılması, dezinformasiyalardan yayınmaq üçün yaradılmışdır.

➡️ Reklam & Əməkdaşlıq
🔸Əlaqə saxlamaq | Məlumat & Xəbər göndərmək ⤵️
📲 @Shahmuradov_002
Download Telegram
Hərbi Prokurorluqda yeni təyinat olub.

Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.
Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildə təyin olunub. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb.
Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağın hərbi prokuroru vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.
👍242
Tramp bildirib ki, Britaniya, Fransa və Almaniya qüvvələrini Ukraynada yerləşdirmək istəyir və bu, "Rusiyaya problem yaratmayacaq".
33👏12👎2
🇦🇿 Hərbi prokuror Bəhruz Əhmədov DSX-nin çətin relyefdə qulluq edən hərbi qulluqçuları ilə görüşüb

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara bayram münasibəti ilə hədiyyələr təqdim edilib.
31👍21
Mən Prezident olduğum müddətdə ABŞ qoşunları Ukraynaya göndərilməyəcək.

Bunu “Fox News”a müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Tramp əlavə edib ki, Ukrayna həmişə Rusiya ilə Avropa arasında bufer hesab olunub və Baydenin (ABŞ-ın keçmiş Prezidenti Co Bayden – red.) müdaxiləsinə qədər hər şey qaydasında gedib.
27🤮7🤣2
Rusiya dövlət dumasının deputatı, Azərbaycana qarşı da kəskin mövqeyilə seçilən Vitaliy Milonovun qardaşı Aleksandr Milonov Ukrayinada it kimi gəbərib
👍27942👏23🤣17🤮3😢1
🇺🇸🇨🇳ABŞ Hərbi Dəniz Qüvvələri Çinlə mübarizə üçün pilotsuz dəniz qayıqlarının donanmasını yaradır

Qeyd edilib ki, ABŞ hərbçiləri Ukraynanın təcrübəsindən ilhamlanıblar. Belə ki, Ukraynanın dəniz dronları faktiki olaraq Rusiya Qara Dəniz donanmasının bir hissəsini neytrallaşdırmağa müvəffəq olublar.
Ukraynalıların istehsal etdirdiyi dronlar təxminən 250 min dollar dəyərindədir və uzaqdan idarə olunur, ABŞ isə tamamilə avtonom bir dron sürüsünü yaratmağa çalışır.
👍4411👎2
‼️ Niderland Polşaya HHM sistemləri göndərərək bu ölkədə hərbi kontingent yerləşdirəcək

APA xəbər verir ki, bu barədə Niderland Krallığının müdafiə naziri vəzifəsini icra edən Ruben Brekelmans "X" hesabında yazıb.

“Niderland Polşaya HHM vasitələri təqdim edəcək. "Patriot" və "NASAMS" batareyaları, pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemləri və 300 hərbçidən ibarət kontingent vasitəsilə biz NATO ərazisinin müdafiəsi və Ukraynaya dəstək üçün qabaqcıl imkanlar təqdim edəcəyik”, - Brekelmans vurğulayıb.
👍349👎2
🇷🇺🇺🇦 Ukrayna Rusiya ilə sülhü müzakirə etmək üçün şərtini açıqladı

"Ukrayna hakimiyyəti təhlükəsizlik təminatları əldə etməyənədək Rusiya ilə hər hansı sülh məsələsini müzakirə etməyin mənasını görmür".

Bu fikri Ukrayna Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva səsləndirib.

"Təhlükəsizlik təminatları olmadan və həmin təminatların nə olduğunu dəqiq anlamadan, davamlı sülhün bərqərar edilməsi üzrə danışıqlar çərçivəsində başqa məsələləri müzakirə etməyin mənası yoxdur", - Jovkva bildirib.
👍619🤣1
▶️▶️▶️Prezident və xanımı Ağdərənin Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar.
Please open Telegram to view this post
VIEW IN TELEGRAM
👏23👍125
Media is too big
VIEW IN TELEGRAM
Rusiya Ordusunun konvoyu Ukrayna tərəfindən məhv edilib.
136👍73👏12🤣3
MN korpusunun sabiq maliyyə xidmət rəisi 6 milyonluq mənimsəmədə ittiham olunur

Müdafiə Nazirliyinin “N” saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra etmiş Namiq Mirzəyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxs Goranboy və Kəlbəcər rayonlarında yerləşən hərbi hissələrdə xidmət etdiyi dövr ərzində tamah məqsədilə dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəyib.
👍173
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🇷🇺❗️Krım, Canköyda dəmiryolu xətti partladılıb
95👍41🤯2
Rusiyanın Ukraynada döyüşən 83-cü briqadasından 30 əsgər və zabit mükafat və pul ödənişləri almaq üçün bir-birinə atəş açıblar.

APA xəbər verir ki, bu haqda məlumatı Rusiyanın “Kommersant” dərgisi yayıb.

Məlumatda bildirlir ki, hərbi qulluqçulara qarşı aparılan cin*ayət işinin istintaqı başa çatıb və məhkəməyə göndərilib. Saxta yaralanmalarla bağlı iş üzrə ümumilikdə 30 hərbçi ittiham olunur.
Onların arasında polkovnik Artyom Gorodilov və polkovnik-leytenant Konstantin Frolov da var. Onlar xüsusilə böyük məbləğdə dələduzluqda ittiham olunur. Frolova əlavə olaraq rüşvət alma, qanunsuz silah, sursat və partlayıcı maddə dövriyyəsi ittihamları da irəli sürülüb.

İstintaq məlumatına görə, briqadanın 30 hərbi qulluqçusu “yaralanma və xəsarətlərə” görə ümumilikdə 200 milyon rubldan çox kompensasiya alıb. Bu “yaralanmalara” görə komandirlər həmin hərbçilərin “İgidliyə görə” medalı və “Şücaət” ordeni ilə təltif olunması üçün təqdimatlar da yazıblar.
🤣95👍76🤮2
⚡️Putin Ukraynaya qarşı şərtlər irəli sürüb: NATO-ya üzvlükdən imtina, Qərb qoşunlarını yerləşdirməmək və Donbası təhvil vermək

Əvəzində Rusiya hazırkı mövqelərdə (Zaporojye və Xersonda) cəbhəni dondurmağa, habelə Xarkov, Sumı və Dnepropetrovsk vilayətlərində işğal olunmuş ərazilərin bir hissəsini qaytarmağa razıdır. (Reuters)
🤬83👍12🤮52🤣2