Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Füzuli də işğaldan azad edildi. Mənbə: TRT
Dostlar, bəzi videolar yayılır və atılır. Bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki elan edilən Azərbaycan ordusunun azad etdiyi mövqe və ərazilərlə əlaqədar məlumatlar dəqiqdir və ordu artıq o yerlərdə möhkəmlənib. Videoların əksəriyyəti günü keçmiş görüntülərdir. Qızğın döyüşlər gedir, müəyyən itkilər əlbəttə ki, olacaq. Yadınıza salın, son altı gündə də eyni mövzulu videolar yayılırdı, ancaq ardıyca qələbə xəbərləri də gəldi. Azərbaycan ordusu istənilən halda üstünlüyünü nümayiş etdirir, bu faktdır.
Azərbaycan ordusu tərəfindən bu gün işğaldan azad edilmiş ərazilər:

Cəbrayıl şəhəri:
Karxulu kəndi
Şükürbəyli kəndi
Yuxarı Maralyan kəndi
Çərəkən kəndi
Daşkəsən kəndi
Decal kəndi
Mahmudlu kəndi
Cəfərabad kəndi
Horovlu kəndi
İlham Əliyevin çıxışından bəzi başlıqlar:

- Bu gün Cəbrayıl şəhəri və 9 kəndi işğaldan azad edildi.

- Sən kimsən ki, bizə şərt qoyasan? Çıx ortalığa indi gedib siçan kimi gizlənmisən!"

- Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Qoy indi desin Qarabağ Ermənistandır. Qoy indi çıxıb Azərbaycan xalqından üzr istəsin. Desinki Qarabağ Ermənistan deyil.

- Onlar elə bilirdilər biz işğalla barışacağıq? İndi biz iti qovan kimi qovuruq

- İndi deyir vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasın, adam toplasın bizə hücum eləsin?

- Paşinyan müharibə başlayandan zəng etmədiyi dövlət başçısı qalmayıb! Amma mən, bir dəfə də olsun heç bir təşkilata və dövlət başçısına zəng etməmişəm!
Atəşkəs üçün Ermənistana qoyulan şərtlər:

1. Ermənistan ordusu Qarabağı tərk etməlidir
2. Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımalıdır
3. Paşınyan Azərbaycan xalqından üzr istəməlidir
4. Ermənistan öz qoşunlarının Qarabağdan çıxarılmasının qrafikini təqdim etməlidir
Mingəçevir-Yevlax tərəflərdə 3 partlayış səsi eşidilib. Raketlərin biri köhnə körpələr evinin yaxınlığına düşdüyü deyilir. Digər raketlerin havada zərərsizləşdirildiyi bildirilir. Yaralıların olduğu haqqında məlumat var.
Yaralı Əsgər üçün təcili -4 qan axtarılır. Çox çətin tapılan qan qrupudur. Müraciət: Gəncə Hərbi Hospitalı
Əlaqə nömrələri:
0222564225
0222560926

Paylaşın mümkünsə.
Xızı-Abşeron ərazisinə 2 ədəd raket atılıb. Pirəkəşkül tərəflər.
Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Bərdə şəhərinə 4 raket və 20 qrad mərmisi endirildiyi deyilir. Adekvat tədbirlər görülür.
- Cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedir, əsasən də cənub hissəsində.

- Baş Prokurorluq: Ermənilər 24 mülki şəxsi qətlə yetirib, 121 nəfəri yaralayıb.

- Beyləqan, Bərdə, Gəncə və Tərtər şəhərlərində yerləşən mülki obyektlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

- Erməni rəsmiləri isə iddia edirlər ki, onlar heç bir şəhəri bombalamırlar.
🇦🇿 Türkiyə Müdafiə Nazirliyi ümumi Azərbaycan ordusunun 22 kəndi işğaldan azad etdiyini yazıb. Bunların içində Papı kəndi, Aşağı Maralyan və Aşağı Seyidəhmədli əvvəlki siyahıda yox idi.
Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Bərdənin də mərkəzi bombalanıb, yaralananlar var.
🚀 Ermənilərin Bərdəyə atdığı raket nəticəsində bir mülki qadın həlak olub.
Kanalların biri cəbhədəki əsgəri danışdırır, o da qızının ad gününü təbrik eidr. Gənclər də etməyib tənbəllik, gedib həmin hərbçinin 7 yaşlı qızını tapıblar, ona velosiped hədiyyə edib, sevindiriblər, deyiblər atan göndərib. Nə möhtəşəm insanlarımız var.
Dostlar xahiş edirəm ki, Telegram kanalımı əlinizdəki mövcud imkanlardan istifadə edib hər yerdə paylaşasınız. Çünki vətənimizdə internet və ən əsası da sosial şəbəkələrə çatımlılıq problemi var və bir çoxları məlumatsızdır. Bu baxımdan çalışıram ki, sizi ən vacib və maraqlı xəbərlərlə tanış edim. Sizdə də maraqlı məlumatlar olsa, mənə yazmağı unutmayın. Kanalın linki: https://t.me/hebmun
🚀 TƏCİLİ: Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan və Ağcəbədi şəhərini atəşə tutur, yaralılar var.
Qondarma rejimin Müdafiə Nazirliyi rəsmi olaraq bəzi istiqamətlərdə qoşunların taktiki şəkildə geri çəkildiyini elan edib. Bildirilir ki, daha çox qurbanlar verməmək və qarşı tərəfə əks hücum üçün toparlanmağa hesablanmış addımdır.
Deyir o qədər tank ələ keçirmişik ki, Füzulidə taksi sifariş verirsən tank gəlir. BNA əməkdaşı da çıxıb açıqlama verib ki, tankı gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil.
Hebib Müntezir pinned «Dostlar xahiş edirəm ki, Telegram kanalımı əlinizdəki mövcud imkanlardan istifadə edib hər yerdə paylaşasınız. Çünki vətənimizdə internet və ən əsası da sosial şəbəkələrə çatımlılıq problemi var və bir çoxları məlumatsızdır. Bu baxımdan çalışıram ki, sizi…»
🇦🇿 Azərbaycan ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad etdi.
- Paşinyan dördüncü dəfə Putinlə danışıb və təcili olaraq hərbi əməliyyatların dayandırılmasının vacibliyi vurğulanıb.

- MN: "Bütün cəbhə boyu əməliyyat və hərbi üstünlük ordumuzun tərəfindədir. Ermənilərin yaydığı 200 nəfərin öldürülməsi yalan və dezinformasiyadır".

- Rusiyaya məxsus "Wagner" muzdlu ordusunun "RSOTM" adlı qolunun bu gecə Xankəndinə gələcəyi deyilir.

- İlham Əliyev: "Əgər Fransa Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlarda öz dövlətlərini orda yaratsınlar".