Hebib Müntezir
12.3K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
Suqovuşanda (Madagiz) erməni bayrağı endirilib, Azərbaycan bayrağı ucaldılıb
İndiyə qədərki xəbər başlıqları:

- Cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir.

- MN: "Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkov iş başındadır".

- Ermənistan Gəncədə yaşayış binalarını atəşə tutub. 3 nəfərin öldüyü deyilir.
Ermənilər xankəndini tərk edir
Xankəndi
- Ermənilər Suqovuşanın işğaldan azad olmasını təkzib edirlər.

- Erməni təxribatı nəticəsində 24 mülki ölüb, 111 nəfər yaralanıb.

- Azərbaycan ordusunun Şuşadakı hərbi mövqeləri artilleriya atəşinə tutduğu deyilir.

- Azərbaycan ordusu bir diversiya qrupunun kəşfiyyatçısını ələ keçirib.
🇦🇿 Cəbrayıl şəhəri işğaldan azad olundu. Mənbə: Türkiyə MN
Füzuli də işğaldan azad edildi. Mənbə: TRT
Dostlar, bəzi videolar yayılır və atılır. Bunların heç birinin əhəmiyyəti yoxdur. Çünki elan edilən Azərbaycan ordusunun azad etdiyi mövqe və ərazilərlə əlaqədar məlumatlar dəqiqdir və ordu artıq o yerlərdə möhkəmlənib. Videoların əksəriyyəti günü keçmiş görüntülərdir. Qızğın döyüşlər gedir, müəyyən itkilər əlbəttə ki, olacaq. Yadınıza salın, son altı gündə də eyni mövzulu videolar yayılırdı, ancaq ardıyca qələbə xəbərləri də gəldi. Azərbaycan ordusu istənilən halda üstünlüyünü nümayiş etdirir, bu faktdır.
Azərbaycan ordusu tərəfindən bu gün işğaldan azad edilmiş ərazilər:

Cəbrayıl şəhəri:
Karxulu kəndi
Şükürbəyli kəndi
Yuxarı Maralyan kəndi
Çərəkən kəndi
Daşkəsən kəndi
Decal kəndi
Mahmudlu kəndi
Cəfərabad kəndi
Horovlu kəndi
İlham Əliyevin çıxışından bəzi başlıqlar:

- Bu gün Cəbrayıl şəhəri və 9 kəndi işğaldan azad edildi.

- Sən kimsən ki, bizə şərt qoyasan? Çıx ortalığa indi gedib siçan kimi gizlənmisən!"

- Mənim şərtim birdir. Çıxsın bizim torpaqlardan. Qoy indi desin Qarabağ Ermənistandır. Qoy indi çıxıb Azərbaycan xalqından üzr istəsin. Desinki Qarabağ Ermənistan deyil.

- Onlar elə bilirdilər biz işğalla barışacağıq? İndi biz iti qovan kimi qovuruq

- İndi deyir vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasın, adam toplasın bizə hücum eləsin?

- Paşinyan müharibə başlayandan zəng etmədiyi dövlət başçısı qalmayıb! Amma mən, bir dəfə də olsun heç bir təşkilata və dövlət başçısına zəng etməmişəm!
Atəşkəs üçün Ermənistana qoyulan şərtlər:

1. Ermənistan ordusu Qarabağı tərk etməlidir
2. Ermənistan Azərbaycan ərazi bütövlüyünü tanımalıdır
3. Paşınyan Azərbaycan xalqından üzr istəməlidir
4. Ermənistan öz qoşunlarının Qarabağdan çıxarılmasının qrafikini təqdim etməlidir
Mingəçevir-Yevlax tərəflərdə 3 partlayış səsi eşidilib. Raketlərin biri köhnə körpələr evinin yaxınlığına düşdüyü deyilir. Digər raketlerin havada zərərsizləşdirildiyi bildirilir. Yaralıların olduğu haqqında məlumat var.
Yaralı Əsgər üçün təcili -4 qan axtarılır. Çox çətin tapılan qan qrupudur. Müraciət: Gəncə Hərbi Hospitalı
Əlaqə nömrələri:
0222564225
0222560926

Paylaşın mümkünsə.
Xızı-Abşeron ərazisinə 2 ədəd raket atılıb. Pirəkəşkül tərəflər.
Hazırda Beyləqan, Bərdə və Tərtər şəhərləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.
Bərdə şəhərinə 4 raket və 20 qrad mərmisi endirildiyi deyilir. Adekvat tədbirlər görülür.
- Cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedir, əsasən də cənub hissəsində.

- Baş Prokurorluq: Ermənilər 24 mülki şəxsi qətlə yetirib, 121 nəfəri yaralayıb.

- Beyləqan, Bərdə, Gəncə və Tərtər şəhərlərində yerləşən mülki obyektlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur.

- Erməni rəsmiləri isə iddia edirlər ki, onlar heç bir şəhəri bombalamırlar.
🇦🇿 Türkiyə Müdafiə Nazirliyi ümumi Azərbaycan ordusunun 22 kəndi işğaldan azad etdiyini yazıb. Bunların içində Papı kəndi, Aşağı Maralyan və Aşağı Seyidəhmədli əvvəlki siyahıda yox idi.
Ermənistanın Berd rayonu ərazisindən Gəncə şəhəri atəşə tutulur. Bərdənin də mərkəzi bombalanıb, yaralananlar var.
🚀 Ermənilərin Bərdəyə atdığı raket nəticəsində bir mülki qadın həlak olub.
Kanalların biri cəbhədəki əsgəri danışdırır, o da qızının ad gününü təbrik eidr. Gənclər də etməyib tənbəllik, gedib həmin hərbçinin 7 yaşlı qızını tapıblar, ona velosiped hədiyyə edib, sevindiriblər, deyiblər atan göndərib. Nə möhtəşəm insanlarımız var.
Dostlar xahiş edirəm ki, Telegram kanalımı əlinizdəki mövcud imkanlardan istifadə edib hər yerdə paylaşasınız. Çünki vətənimizdə internet və ən əsası da sosial şəbəkələrə çatımlılıq problemi var və bir çoxları məlumatsızdır. Bu baxımdan çalışıram ki, sizi ən vacib və maraqlı xəbərlərlə tanış edim. Sizdə də maraqlı məlumatlar olsa, mənə yazmağı unutmayın. Kanalın linki: https://t.me/hebmun