Hebib Müntezir
12.5K subscribers
458 photos
131 videos
62 links
Həbib Müntəzir - Şəxsi Telegram hesabı. Şəxsən əlaqə saxlamaq istəyənlər @muntezir hesabına yaza bilərlər. Reklam və elan üçün mümkünsə yazmayın, almıram, etmirəm. Təşəkkür edirəm.
Download Telegram
İsrail baş naziri Benyamin Netanyahu: "Biz bütün ərəb torpaqlarını, HƏMAS-ın mövcud olduğu bütün bölgələri yerlə yeksan edəcəyik. Qəzza zolağındakı əhaliyə səslənirəm, dərhal o bölgəni tərk edin. Hər yeri bombalayacağıq. Misli görünməmiş dərəcədə bombardman edəcəyik."
Rusiya sülhməramlıları Qarabağda daha 2 müşahidə məntəqəsini bağlayıblar. Bununla da bağlanan məntəqə sayı 9 oldu. Qarabağda sülhməramlıların ümumi 21 məntəqəsi qaldı.
Paşinyan deyib ki, əgər Qarabağdakı Rusiya sülhməramlıları regionu tərk etsələr, onlar Ermənistana köçürülmək əvəzinə, Rusiyaya qayıtmalıdırlar. Onu da bildirib ki, Ermənistan artıq “3+3” formatı çərçivəsində görüşlər keçirməyə hazırdır.
Paşinyan: "Bizim də Azərbaycanda anklav ərazilərimiz var. Məsələn, Berkaber (Bibiş), Ayqeovit (Uzuntala), Vazaşen (Lələkənd), Paravakar (Vəlikənd) və digərləri geri qaytarılmalıdır. Azərbaycan 8 kəndi tələb edirsə, biz də bunları tələb edirik".
İsrail dünən gecədən Fələstin (Qəzza) və Suriyadan sonra indi də Livanı bombalayır. Bu gün gecə isə Qəzzaya quru yolla hərbi əməliyyat gözlənilir.
Azərbaycan XİN: "Azərbaycanın hansısa erməni kəndlərini işğal etməsi iddiaları tamamilə yalandır".
İlham Əliyev: "Bizdə olan məlumatlara görə, hələ də ərazimizdə gizlənməyə davam edən müəyyən silahlı qruplar mövcuddur".
Xocavənddə 2 yük maşını minaya düşüb, 1 nəfər ölüb. Füzulidə isə 2 nəfər minaya düşüb, biri ölüb, digəri yaralanıb.
Putin: "Formal olaraq Rusiya sülhməramlıları 2025-ci ilin noyabrına qədər Qarabağda qalmalıdır, bu məsələ danışıqlar zamanı həll olunacaq".
Politico nəşri yazır ki, ABŞ dövlət katibi Entoni Blinken konqresmenlərə bildirib ki, Azərbaycanın Ermənistanı yaxın həftələrdə işğal etmə ehtimalını yaxından izləyirik.
İlham Əliyev bu gün Xankəndi, Kərkicahan, Xocalı, Əsgəran, Xocavənd və Ağdərədə olub. Hər birində Azərbaycan bayrağı dalğalanıb.
ABŞ Dövlət Departamenti: "Blinken Azərbaycanın Ermənistana hücuma hazırlaşdığını deməyib".
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, bir zamanlar Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini işləmiş, general-mayor Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.
Qarabağdan Ermənistana qaçan, silahlı birləşmələrin 16 ildən artıq baş komandanı olmuş, Xocalı soyqırımını törədənlərdən biri kimi adı hallanan Samvel Babayanın ifadələri əsasında Ermənistanda cinayət işi açılıb. Hazırda iş üzrə təqsirləndirilən şəxs yoxdur.
İlqar Məmmədov, Tural Abbaslı, Əli İnsanov, İqbal Ağazadə, Sərdar Cəlaloğlu və digər partiya liderləri İlham Əliyevə müraciət ediblər: "Partiyalarımız dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir".
Paşinyan Ermənistanın ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib.
Paşinyan bildirib ki, Ermənistan Meğri dəmiryol xəttini bərpa etməyə hazırdır. Həmçinin deyib ki, rəsmi Yerevan bütün əsir və məhbusları dəyişdirməyə, itkin düşənlərin problemlərini həll etməyə və əraziləri minalardan təmizləməyə də hazırdır.
İlham Əliyev: "Zəngəzura da, əlbəttə ki, qayıdacağıq, amma sülh yolu ilə. Mən demişəm, məni bəziləri ittiham etməyə çalışırlar, mən dedim ki, biz oraya tanklarla yox, minik maşınları ilə qayıdacağıq".
İsrail ordusunun Qəzzadakı Ərəb Baptist xəstəxanasını raketlə vurduğu, ən az 500 nəfər mülki şəxsin öldüyü bildirilir.
ABŞ İsraili müharibə qanunlarına riayət etməyə çağırıb. Ərdoğan isə bütün bəşəriyyəti Qəzzada tarixdə görünməmiş bu vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət etdiyini bildirib. Bu arada İsrail öz vətəndaşlarına ən qısa zamanda Türkiyəni tərk etməyə çağırıb.
Azərbaycan Fələstin xalqının dövlətçilik mübarizəsini dəstəkləyir. Bunu Xarici İşlər Naziri Ceyhun Bayramov deyib. Nazir eyni zamanda rəsmi Bakının İsrail-Fələstin münaqişəsi zonasında artan münaqişədən dərin narahatlığını vurğulayıb və hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb. Azərbaycan fələstinli qaçqınlara dəstək üçün 1,6 milyon dollar ayırıb.